Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan onun cütünü yaradan və onlardan da bir çox kişi və qadın yayan Rəbbinizdən çəkinin! Çəkinin bir-birinizdən onunla istədiyiniz Allahdan və qohumluq əlaqələrindən! Həqiqətən, Allah sizə Nəzarətçidir.

NİSƏ SURƏSİ.

Mədinədə nazil olmuşdur. 176 ayədir.

Bismilləhir-Rahmənir-Rahim.

Avfidən rəvayət edilir ki, İbn Abbas demişdir: Nisə surəsi Mədinədə nazil olmuşdur. İbn Mərduveyh də Abdullah ibn Zubeyr ilə Zeyd ibn Sabitdən bu cür rəvayət etmişdir. Abdullah ibn Lehiadan, o da qardaşı İsadan, o da İkrimədən, o da İbn Abbasdan belə rəvayət etmişdir ki, o demişdir: Nisə surəsi nazil olan zaman Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: «Saxlanılmayacaq.»

Hakim Mustədrəkində demişdir: Bizə Əbul-Abbas Muhəmməd ibn Yaqub danışdı, bizə Əbul-BəxtariAbdullah ibn Muhəmməd ibn Şakir danışdı, bizə Muhəmməd ibn Bişr əl-Abdi danışdı, bizə Misar ibn Kidam danışdı, o da Man ibn Abdurrəhman ibn Abdullah ibn Məsuddan, o da atasından, o da Abdullah ibn Məsuddan (radiyallahu ənh) demişdir: Nisə surəsində beş ayə vardır ki, onları dünya və içindəkilərə dəyişmərəm: “Şübhəsiz, Allah zərrə qədər haqsızlıq etməz”, “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz”, “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa isə dilədiyi kimsəyə bağışlayar”, “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər”, “Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər” (Nisə-40, 31, 48, 64, 110). Sonra dedi: Əgər Abdurrəhman atasından eşidibsə, bu sağlam bir isnaddır. Amma bu barədə ixtilaf edilmişdir.

Abdurrəzzaq demişdir: Mamərbizə bir adamdan xəbər verdi, o da İbn Məsuddan, dedi: Nisə surəsində beş ayə vardır ki, onlar mənim üçün bütün dünyadan daha sevimlidir: “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz”, “Əgər yaxşı əməl olarsa, bunu artırar”, “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa isə dilədiyi kimsəyə bağışlayar”, “Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər”, “Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir” (Nisə-31, 40, 48, 110, 152).

Onu Təbəri rəvayət etmişdir: Sonra SalihMurri yolundan, o da Qatadədən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: Nisə surəsində səkkiz ayə nazil olmuşdur ki, onlar bu ümmət üçün üzərinə günəşin doğub batdığı şeylərdən daha xeyirlidir. Birincisi: “Allah sizə bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir”, ikincisi: “Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə yönəldərlər”, üçüncüsü: “Allah sizin üçün yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır”(Nisə, 26-28). Sonra İbn Məsudun dediyinin eynisini qeyd etdi. Yəni, qalan beşi barədə.

Hakim,ƏbuNuaym yolundan, o da Sufyan ibn Ueynədən, o da Ubeydullah ibn əbiYəziddən, o da İbn əbuMuleykədən demişdir: İbn Abbasın bu cür dediyini eşitdim: “Məndən Nisə surəsi barədə soruşun.Çünki Quranı uşaq vaxtımdan oxuyuram.” Sonra Hakim demişdir: Bu iki şeyxin şərtinə görə səhih hədisdir, onu təxricetməmişlər.

 

 

Bismilləhir-Rahmənir-Rahim.

  1. Ey insanlar! Sizi tək bir candan xəlq edən, ondan onun cütünü yaradan və onlardan da bir çox kişi və qadın yayan Rəbbinizdən çəkinin! Çəkinin bir-birinizdən onunla istədiyiniz Allahdan və qohumluq əlaqələrindən! Həqiqətən, Allah sizə Nəzarətçidir.

Allah təala məxluqatına Ondan çəkinməyi əmr edir, o da şəriki olmayan tək Allaha ibadət etməkdir. Onların diqqətini Öz qüdrətinə yönəldir. Hansı ki, o qüdrəti ilə onları tək bir candan yaratmışdır. O can da, Adəmdir (aleyhis-salam). “ondan onun cütünü yaradan” o da Həvvadır (aleyhəs-salam). O, Adəm yuxuda ikən, sol arxa qabırğasından yaradıldı. Oyanıb onu gördü. Çox xoşuna gəldi. Bir-birlərinə isinişdilər.

İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Muhəmməd ibn Muqatil danışdı, bizə Vəki danışdı, o da Əbu Hilaldan, o da Qatadədən, o da İbn Abbasdan dedi: Qadın kişidən yaradıldı, ona görə kişidən gözü doymaz. Kişini də torpaqdan yaratdı, onun da torpaqdan gözü doymaz. Buna görə qadınlarınızı sərbəst buraxmayın.

Səhih hədisdə deyilmişdir: “Qadın qabırğadan yaradıldı, qabırğanın da ən əyri tərəfi ortasıdır. Onu düzəltmək istəsən qırarsan. Ondan istifadə etmək istəsən əyri olaraq istifadə edərsən.”

Onlardan da bir çox kişi və qadın yayan” yəni Adəm və Həvvadan çoxlu kişi və qadın meydana gətirdi. Onların nəsilləri, xüsusiyyətləri, rəng və dilləri fərqli olaraq dünyanın dörd tərəfinə yaydı. Sonra Ona dönəcəklər və hüzurunda dayanacaqlar.

Çəkinin bir-birinizdən onunla istədiyiniz Allahdanvə qohumluq əlaqələrindən!” yəni, yalnız Allaha itaət edərək Ondançəkinin.

İbrahim, Mucahid və Həsən “bir-birinizdən onunla istədiyiniz” kəlməsi barəsində demişlər: Yəni, necə deyirlər: “Səndən Allah və qohumluq adı ilə istəyirəm.”Dəhhakdemişdir: “Çəkinin Allahdan, hansı ki, onunla biri-birinizlə əqd və əhd kəsirsiz. Qohumluq əlaqələrini pozmaqdan çəkinin. Qohumluq əlaqələrini qurun, onlarla əlaqə saxlayın.” Bunu İbn Abbas, İkrimə, Mucahid, Həsən, Dəhhak, Rəbi və bir çoxları demişlər.

Bəziləri “qohumluq əlaqələrini” kəlamını “bihi” də olan əvəzliyə aid edərək kəsrəli şəkildə “val-ərhami” oxumuşlar.Yəni, Allah üçünvə qohumluq əlaqələrixatirinə, deməkdir. Necə ki, Mucahid və bəziləri belə demişlər.

Həqiqətən, Allah sizə Nəzarətçidir” yəni bütün hallarınız və əməlləriniz Onun nəzarəti altındadır. Necə ki, demişdir: “Allah hər şeyə şahiddir” (Buruc, 9). Səhih hədisdə deyilmişdir: “Allaha, sanki Onu gördüyün kimi ibadət et. Sən Onu görməsən də, O səni görür.” Bu da irşaddır, nəzarət edəndən qafil olmamaq üçün əmrdir. Buna görə Allah təala yaratmanın əslinin bir ata və anadan olduğunu zikr etmişdir ki, bir-birlərinə qayğı göstərsinlər və zəiflərinin halına acısınlar.

Səhih MuslimdəCərir ibn Abdullah əl-Bəcəli demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına Mudar qəbiləsindən bir neçə nəfər, xallı əbalarını ortasından deşib boyunlarına keçirmiş halda, yəni çılpaq və kasıb vəziyyətdə gələndə, o qalxıb zöhr namazından sonra xütbə dedi və xütbəsində bu cür buyurdu: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən cütünü yaradan və onlardan da bir çox kişi və qadın yayan Rəbbinizdən çəkinin!” və belə buyurdu: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır” (Həşr, 18). Sonra onları sədəqəyə təşviq etdi. Rəvayətçi dedi: Kimi bir dinar, kimi bir dirhəm, kimi bir ölçü buğda, kimi də bir ölçü xurma gətirdi…” Sonra hədisi sonuna kimi danışdı. Bunu imam Əhməd ilə Sünən sahibləri də İbn Məsuddan nikah xütbəsində rəvayət etmişlər. Orada deyilir: Sonra bu üç ayəni oxudu. Onlardan biri də bu idi: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən cütünü yaradan və onlardan da bir çox kişi və qadın yayan Rəbbinizdən çəkinin!