Həcc məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc əsnasında yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!

Ərəb dilçiləri “Həcc məlum olan aylardadır” kəlamı barəsində ixtilaf etmişlər.Bəzilər demişlər: Onun mənası belədir: “Həcc – bəlli ayların həccidir”və bu təqdirdə bu aylarda həcc etmək digər aylardan daha kamildir. Baxmayəraq ki, onlarda da səhihdir. Məlik, Əbu Hənifə, Əhməd İbn Hənbəl və İshaq İbn Rahuyənin məzhəblərinə görə bütün il boyu həcc ehramına girmək doğru sayılır. İbrahim ən-Nəxai,əs-Səvri vəLeys İbn Sad da bucür demişlər. Onların sözlərinəuca Allahın bu ayəsinidəlil gətirmişlər:“Səndən yeni doğan aylar barəsində soruşurlar. De: ‘Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir’”(Bəqərə, 189) və onun iki ayindən biri olduğunu demişlər. Budəlilə görə bütün il boyu ümrə kimi həcc ehramına da girmək olar.

Şəfii – Allah ona rəhmət etsin – Həcc ehramının yalnız məlum aylarda səhih olduğunu söyləmişdir. Əgər onlardan əvvəl ehrama girərsə bu əqd bağlanmaz. Bəs Ümrəəqdi olarmı? Bu barədə də onun iki rəyi var.

Həcc ehramının yalnız müəyyən ayda olacağı, İbn Abbas ilə Cabirdən rəvayət edilmişdi. Əta, Tavus və Mucahid dəbucür demişlər. Allah onlara rəhmət etsin. Bunun dəlili uca Allahın “Həcc məlum olan aylardadır” ayəsidir. Zahirinə görə o, nəhv alimlərinin irəli sürdüyü digər bir təqdirdədir. Həmin təqdirə əsasən, Həccin vaxtı məlum olan aylardır.Onları ilin başqa aylarıarasında xüsusi etmişdi. Bu da həccin həmin aylardan əvvəl səhih olmadığını göstərir.Bu, namazın vaxtlarında olduğu kimidir.

Şəfii — Allah ona rəhmət etsin — demişdi: Bizə Muslim İbn Xalid, o da İbn Cureycdən, o da Ömər İbn Ətadan, o da İkrimədən, İbn Abbasın bucür dediyini rəvayət etmişdi: “Kimsənin həcc ayları girmədən həcc üçün ehrama girməsi yolverilməzdir. Çünki Allah Təala “Həcc məlum olan aylardadır” buyurmuşdur. Bunu İbn əbu Hatim, Əhməd İbn yəhya İbn Malik əs-Susidən, o da Həccac İbn Muhəmməd əl-Avərdən, o da İbn Cürueycdən bu cür rəvayət etmişdir. Onu İbn Mərdəveyhdə təfsirində iki yolla Həccac İbn Ərtahdan, o da Həkəm İbn Uteybədən, o da Miqsəmdən rəvayət etmişdi ki, İbn Abbas demişdi: “İl boyu yalnız həcc aylarında həccə niyyat edilir.”

İbn Huzeymə “Səhih” adlı əsərində demişdi: BizəƏbuKureyb, o da Abu Xalid əl-Əhmərdən, o da Şubədən, o da Həkəmdən, o da Miqsəmdən, İbn Abbasın belə dediyini rəvayət etmişdi: “Həcc etmək üçün yalnız həcc aylarında ehrama girilir. Həcc aylarında ehrama girmək həccin sünnələrindəndir.” Bu, səhih bir sənəddir. Səhabənin“belə etmək sünnədəndir” ifadəsi, çoxlarına görə mərfu hədis hökmündədir. Xüsusən də, Quran təfsirçisi olan İbn Abbasın təfsirdə belə bir söz söyləməsi bunu təsdiqləyir.

Bu xüsusda mərfu hədis də rəvayət edilmişdi. İbn Mərdəveyh demişdi: Bizə Abdulbəqi İbn Qani, o da Həsən İbn Musənnədən, o da Əbu Huzeyfədən, o da Sufyandan, o da Əbuz-Zubeyrdən, o da Cabirdən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Kimsənin həcc ayları gəlmədən həcc üçün ehrama girməsi yolverilməzdir.” Sənədi keçərlidir (ərəbcə “lə bəsə bih”). Əş-Şəfii və Beyhaqi onu bir çox yollarla İbn Cureyc və Əbuz-Zubeyrdən rəvəyat etmişlər. O, Cabir İbn Abdullahın “həcc aylarında əvvəl həccə niyyat edilir mi?” sualına, “Xeyr” cavab verdiyini eşitmişdir.

Bu məvquf xəbər mərfudan daha sağlam və ondan daha sabitdir. Bu səhabənin, İbn Abbasın “Həcc üçün yalnız həcc aylarında ehrama girmək sünnətdir” sözü ilə güclənmiş bir ifadə olaraq qalır. Allah ən doğrusunu biləndir.

Həcc məlum olan aylardadır” Buxari demişdi: İbn Ömər: «Onlar Şəvval, Zulqadə və on gün Zulhiccədəndir» – demişdi. Buxarinin qətilik ifadəsi ilə nəql etdiyi bu natamam isnadlı rəvayəti, İbn Cərir tam bir isnadla rəvayət etmişdi: Bizə Əhməd İbn Həzim İbn əbu Ğarzəh, o da Əbu Nueymdən, o da Vərqadan, o da Abdullah İbn Dinardan, o da İbn Ömərdən onun “Həcc məlum olan aylardadır” ayəsi barəsində belə dediyini rəvayət etmişdi: «Şəvval, Zulqadə və on gün də Zilhiccədəndir.» Sənədi səhihdir. Bunu həmçinin Hakim “Mustədrək” əsərində Əsamdan, o da Həsən İbn Əli İbn Əffandan, o da Abdullah İbn Numeyrdən, o da Ubeydullahdan, o da Nəfidən, o da İbn Ömərdən onun da belə dediyini rəvayət etmiş və iki Səhihin şərtinə uyğun olduğunu demişdir.

Mən də deyirəm ki, bu, Ömər, Əli, İbn Məsud, Abdullah İbn Zubeyr, İbn Abbas, Əta, Tavus, Mucahid, İbrahim Nəxai, Şəbi, Həsən, İbn Sirin, Məkhul, Qatadə, Dəhhaq İbn Muzahim, Rəbi İbn Ənəs və Muqatil İbn Həyyandan rəvayət edilmişdi. Şəfii, Əbu Hənifə, Əhməd İbn Hənbəl, Əbu yusuf və Əbu Səurin məzhəblərinə görə də belədir. Allah onlara rəhmət etsin.

İbn Cərir bu fikri üstün saymış və demişdi: «İki tam ayə və üçüncü ayın bir hissəsinə çoxluq etibarı ilə cəm formada deyilməsi doğrudur. Necə ki, ərəblər demişlər “onu bu il ziyarət etdim və onu bu gün gördüm.” Baxmayəraq ki, hadisə yalnız ilin müəyyən günündə və günün müəyyən vaxtında baş vermişdir. Uca Allah buyurur:  “Kim iki gün ərzində geri qayıtsa, ona heç bir günah olmaz” (Bəqərə, 203). Əslində isə, bir gün ilə bir günün yarısından geri qayıtmışdır.

İmam Məlik İbn Ənəs və əvvəlki rəyinə əsasən əş-Şəfii: «Onlar Şəvval, Zulqadə və tam olaraq Zilhiccə aylarıdır» — demişlər. Bu yenə də İbn Ömərdən olan rəvayətdir.

İbn Cərir demişdir: Bizə Əhməd İbn İshaq, o da Əbu Əhməddən, o da Şərikdən, o da İbrahim İbn Muhacirdən, o da Mucahiddən, o da İbn Ömərdən onun belə dediyini rəvayət etmişdir: «Onlar Şəvval, Zulqadə və Zulhiccə aylarıdır.»

İbn Əbu Hatim təfsirində demişdi: Bizə yunus İbn Abdulalə, o da İbn Vəhbdən, o da İbn Cureycdən rəvayət etmişdir ki, Nəfidən soruşdum: «Sən Abdullah İbn Ömərin həcc aylarının adlarını çəkdiyini eşitdin?» O da: “Bəli. Abdullah, Şəvval, Zulqadə və Zulhiccə adlarını çəkdi.” İbn Cureyc demişdi: «Bunu İbn Şihab, Əta və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabəsi Cabir İbn Abdullah da bu şəkildə demişlər.» İbn Cureycə çatan bu sənəd səhihdir. Bu eyni zamanda Tavus, Mucahid, Urvə İbn Zubeyr, Rəbi İbn Ənəs və Qatadədən də rəvayət edilmişdi. Bu mövzuda bir hədis də varid olmuşdu. Lakin o uydurmadır. Onu hafiz İbn Mərdəveyh, hədis uyduran kimi tanınan Hüseyn İbn Muxariqin yolu ilə, o da yunus İbn Ubeyddən, o da Şəhr İbn Həvşəbdən, o da Əbu Umamədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: «Həcc ayları bəllidir. Onlar Şəvval, Zulqadə və Zilhiccədir.» Göründüyü kimi bunun mərfu olması doğru deyil. Allah ən doğrusunu biləndir.

İmam Məlikin məzhəbinin bildirdiyi faydayə əsasən, «O, Zilhiccənin sonuna qədərdir» sözləri, «o, həccə məxsusdur və Zilhiccənin qalan günlərində ümrə etmək məkruhdur» mənasındadır. «Qurban kəsilən gecədən sonra Həcc səhihdir» demək deyildir.

İbn Əbu Hatim demişdir: Bizə Əhməd İbn Sinan, o da Əbu Muaviyadən, o da Aməşdən, o da Qeys İbn Muslimdən, o da Tariq İbn Şihabdan, Abdullahın belə dediyini rəvayət etmişdir: «Həcc bəlli aylardadır, onlarda ümrə yoxdur.» Bu isnad səhihdir.

İbn Cərir bu barədə demişdi: «Həcc ayları Şəvval, Zulqadə və Zilhiccədir görüşü ilə gedənlərə bildirmək istəyir ki, bunlar ümrə ayları deyil. yalnız həcc üçündür. Baxmayəraq ki, Mina günləri başa çatmaqla Həcc işi bitmişdir. Necə ki, Muhəmməd İbn Sirin demişdir: «Elm əhlindən heç kim Həcc ayları xaricində edilən ümrənin Həcc aylarında ediləndən daha fəzilətli olduğuna sübhə etməmişdi.» İbn Avn demişdi: Qasım İbn Muhəmməddən Həcc aylarında ümrə edilməsi barəsində soruşdum. O:  «Əvvəlkilər onu tam hesab etməzdilər» – dedi.

Mən də deyirəm ki, Ömər ilə Osman (radiyAllahu ənhumədən), onların Həcc ayları xaricində ümrəni sevdikləri və Həcc aylarında bunu qadağan etdikləri sabit olmuşdur. Allah ən doğrusunu biləndir.

Həcci özünə fərz edən kəs” yəni, Həcc üçün ehrama girməklə vacib bilərsə deməkdir. Burada Həcc üçün ehrama girməya və bu halda davamlı qalmağa işarə vardır. İbn Cərir demişdi: «Burada fərzin vacib və iltizam olduğunda alimlər icma etmişlər.»

Əli İbn Əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdi: “Həcci özünə fərz edən kəs” yəni, Həcc və ya ümrə üçün ehrama girən kəs. Əta da: «Fərz ehramdır» — demişdi. İbrahim, Dəhhak və digərləri də bunu demişlər.

İbn Cureyc demişdi: Mənə Ömər İbn Əta, o da İkrimədən, İbn Abbasın “Həcci özünə fərz edən kəs” ayəsi barəsində belə dediyini rəvayət etmişdi: «Bir kimsənin həcc üçün təlbiya edib yerində qərar tutması yoverilməzdir.» İbn əbu Hatim demişdi: İbn Məsud, İbn Abbas, İbn Zubeyr, Mucahid, Əta, İbrahim Nəxai, İkrimə, Dəhhak, Qatadə, Sufyan Səuri, Zuhri və Muqatil İbn Həyyandan da bənzəri rəvayət edilmişdi. Tavus ilə Qasım İbn Muhəmməd də: «O, təlbiyadir» — demişlər.

yaxınlıq etməməli” yəni, kim həcc və ümrə üçün ehrama girərsə rəfəsdən uzaq dursun. O da cinsi əlaqədir. Necə ki, Allah təala buyurur: “Orucluq gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi” (əl-Bəqərə, 187). Toxunmaq, öpmək və sairə ona aparan hərəkətləri etmək haramdır. Qadınların yanında bunu danışmaq da bura aiddir.

İbn Cərir demişdi: Mənə yunus, o da İbn Vəhbdən, o da yunusdan, o da Nəfidən, Abdullah İbn Ömərin belə dediyini rəvayət etmişdir: «Ayədə keçən rəfəs, qadınlara yaxınlaşmaq, bunu danışmaq yəni, qadın və kişilərin bunu dilləri ilə söyləmələridir.» İbn Vəhb demişdi: Mənə Əbu Saxr, o da Muhəmməd İbn Kəbdən eynisini demişdir.

İbn Cərir demişdi: Bizə Muhəmməd İbn Bəşşar, o da Muhəmməd İbn Cəfərdən, o da Şubədən, o da Qatadədən, o da bir adamdan, o da Əbu Aliyə ər-Rayyahidən rəvayət edir ki, İbn Abbas ehramlı halda dəvələri sürərək deyərdi:

Qadınlar pıçıldayəraq yanımızda gəzərlər,

Quş doğru deyirsə onlara toxunardıq.

Əbu Əliya deyir ki: Ona dedim: “Sən ehramdasan, yaxınlıq kəlmələri deyirsən?” O da cavab verdi: «yaxınlıq kəlmələri yalnız qadınların yanında deyilənlərdir.» Bunu Aməş,o da Ziyad İbn Həsindən, o da Əbu Aliyədən, o da İbn Abbasdan rəvayət etmişdir.

yenə İbn Cərir demişdi: Mənə Bizə İbn Əbu Adiy, o da Avfdan, o da Ziyad İbn Hüseyndən, o da Əbu Hüseyn İbn Qeysdən onun belə dediyini rəvayət etmişdi: Həcc vaxtı İbn Abbasla səfərə çıxdım, onun dostu idim. Ehrama girəndən sonra İbn Abbas dəvəsinin quyruğundan tutdu və onu buraraq şer söyləməya başladı:

O qadınlar bizimlə pıçıldayəraq gəzərlər,

Quşlar doğru deyirsə tezliklə onlara toxunacağıq.

Mən dedim: «yaxınlıq bildirən sözlərmi deyirsən? Axı sən ehramdasan!» O isə: «yaxınlıq bildirən sözlər yalnız qadınların yanında deyilənlərdir.» — deyarək cavab verdi.

Abdullah İbn Tavus, atasından belə rəvayət etmişdi: «İbn Abbasdan “yaxınlıq etməməli, fasiqlik etməməli” Allahın ayəsi barəsində soruşdum və o dedi: Rafəs cinsi əlaqəni zikr etməyə işarədir. Ərəblər buna “əl-arabətu” deyirlər. Bu da rafəsin ən aşağı növüdür.» Əta İbn əbu Rabah demişdi: «Rafəs cinsi əlaqə və ondan daha aşağı nalayiq kəlmədir.» Amr İbn Dinar da bu fikirdə idi.

Əta demişdi: «Onlar ehramda əl-arabətunu bəyanməzdilər. Əl-Arabətu, ehramda olarkən cinsi əlaqəni zikr etməyə işarədir.» Tavus isə demişdir: «O, qadına, ehramdan çıxdığım zaman sənə toxunacam, deməkdir.» Əbu-Aliyə də eynisini demişdir.

Əli İbn Əbu Talha da, İbn Abbasın belə dediyini rəvayət etmişdir: «Rafəs — qadınla yatmaq, öpmək, göz-qaş etmək, ona nalayiq kəlmələr deməkdir.» İbn Abbas ilə İbn Ömər demişlər: «Rafəs – qadınla yatmaqdır.» Səid İbn Cubeyr, İkrimə, Mucahid, İbrahim, Əbu Aliyə, Əta, Məkhul, Əta İbn yasar, Atiyyə, İbrahim Nəxai, Rəbi, əz-Zuhri, Suddi, Malik İbn Ənəs, Muqatil İbn Həyyan, Abdulkərim İbn Malik, Həsən, Qatadə, Dəhhak və digərləri də bunu demişdilər.

fasiqlik etməməli”- Miqsəm və bir çoxları İbn Abbasdan nəql edərək, o, günahlardır demişlər. Əta, Mucahid, Tavus, İkrimə, Səid İbn Cubeyr, Muhəmməd İbn Kəb, Həsən, Qatadə, İbrahim Nəxai, Zuhri, Məkhul, İbn Əbən, Rəbi İbn Ənəs, Əta İbn yasər, Əta əl-Xorasani, Muqatil İbn Həyyan da belə demişlər. Muhəmməd İbn İshaq, o da Nafidən, İbn Ömərin belə dediyini rəvayət etmişdir: «Fasiqlik, ov və bunun kimi Allaha qarşı edilən fasiqliklərdir.» Eyni şəkildə İbn Vəhb, o da yunusdan, o da Nəfidən, Abdullah İbn Ömərin dediyini rəvayət etmişdi: «Fasiqlik, əl-Haram bölgəsində Allaha asilik etməkdir.»

Digərləri belə demişlər: «Buradakı fasiqlik, söyüş söyməkdir.» Bunu İbn Abbas, İbn Ömər, İbn Zubeyr, Mucahid, Suddi, İbrahim və Həsən demişlər. Bunlar üçün “Səhih” əsərindəki “müsəlmanı söymək fasiqlik, ona qarşı döyüşmək isə küfrdir” hədisinə istinad edilə bilər. Buna görə də həmin hədisi burada, əl-Hibr Əbu Muhəmməd İbn əbu Hatim – Allah ona rəhmət etsin – Sufyan Səurinin nəqli ilə, Zəbiddən, o da Əbu Vaildən, o da Abdullahdan, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Müsəlmanı söymək fasiqlik, onunla döyüşmək fasiqlikdir”. Əbdürrəhman İbn Abdullah İbn Məsuddan, o da atasından, həmçinin Əbu İshaqdan, o da Muhəmməd İbn Saaddan, o da atasından rəvayət edilmişdir.

Əbdürrəhman İbn Zeyd İbn Əsləm demişdir: «Burada fasiqlik, bütlərə qurban kəsməkdir. Allah Təala buyurur: “Allahdan qeyrisinə kəsilən bir fisk” (Ənam, 145).» Dəhhak demişdir: «Fasiqlik – pis ləqəblər qoymaqdır.»

Burada fasiqlik – bütün günahlardır deyanlərin sözü daha doğrudur. Necə ki, Allah Təala haram aylarında zülmü haram etmişdir. Baxmayəraq ki, o, il boyu qadağandır, haram aylarda daha da şiddətlidir. Buna dəlil olaraq Allah Təala buyurur: “Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin”(Tövbə, 36). Əl-Haram bölgəsi barədə isə buyurur: “orada zülm etməklə dönmək istəyanlərə üzücü bir əzab daddıracayıq” (Həcc, 25).

İbn Cərir buradakı fasiqliyi, ehramda qadağan olan ovlamağı, saç qırxmağı, dırnaq tutmağı və digər bu cür hərəkətləri etmək olduğunu tərcih etmişdir. Necə ki, yuxarıda İbn Ömərdən də eynisi nəql olunmuşdur. Ancaq bizim dediyimiz daha doğrudur. Allah ən doğrusunu biləndir.

İki “Səhih” əsərlərində Əbu Həzimdən o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdi: «Kim Allahın evini rafəs və fasiqlik etmədən həcc edərsə, anadan olduğu kimi günahsız olar.»

Həcdə mübahisələr etməməli” bu barədə də iki rəy var. Birinci: Həcc və onun ayinlərinin icrası zamanı mücadilə etmək olmaz. Allah Təala bunu açıq aydın olaraq bəyan etmiş və mükəmməl olaraq izah etmişdir. Necə ki, Vəki, Alə İbn Abdulkərimin belə dediyini rəvayət etmişdi: Mucahiddən “Həcdə mübahisələr etməməli” ayəsi barəsində “Allah həcc aylarını bəyan etmişdir. Həcdə insanlar arasında mücadilələr olmamalıdır.” dediyini eşitdim.

İbn Əbu Nəcih, Mucahidin “Həcdə mübahisələr etməməli” ayəsi haqqında, nə aylar dəyişdirilər, nə də həcdə mübahisə edilər, bunlar artıq bəyan edilmişdir, demişdir. Sonra Allah, müşriklərin ayların yerini dəyişməsini qeyd edib onları qınamışdır.

Səuri, Abduləziz İbn Rufeydən, o da Mucahidin “Həcdə mübahisələr etməməli” ayəsi barəsində belə dediyini rəvayət etmişdi: «Artıq həcc işləri bəyan edilmişdir, onda mübahisə edilməz.» Suddi də bunu demişdir. Huşeym də bu cür demişdi: Bizə Həccac, o da Ətadan, İbn Abbasın “Həcdə mübahisələr etməməli” ayəsi barəsində belə dediyini rəvayət etmişdi: «Həcdə münaqişə yoxdur.»

Abdullah İbn Vəhb, o da Məlikdən Allah Təalanın “Həcdə mübahisələr etməməli” ayəsi barəsində demişdir: «Həcdəki mübahisə -Allah bilir- belə olurdu: Qureys Müzdəlifədəki Məşhəril-Haramın yanında dayənardı. Ərəblər və digərləri isə Ərafada dayənardılar. Onlar mübahisə edər və hər tərəf özünün doğru olduğunu iddia edərdi. Bizim görüşümüz budur. Allah ən doğrusunu biləndir.

İbn Vəhb, o da Abdurrəhman İbn Zeyd İbn Əsləmdən demişdi: Hacılar fərqli yerlərdə dayənıb bu barədə mübahisə edərdilər. Hər kəs özünün dayəndığı yerin İbrahimin dayəndığı yer olduğunu iddia edərdi. Allah, Peyğəmbərinə həcc yerlərini bildirməklə bunun qarşısını aldı.

İbn Vəhb, o da Əbu Saxrdan, Muhəmməd İbn Kəbin belə dediyini rəvayət etmişdi: Qureyş Minada toplandığı zaman “bizim həccimiz sizin həcdən tamdır”. O birilər də: “Bizim həccimiz sizinkindən daha tamdır”, deyərdilər. Həmməd İbn Sələmə, o da Cubeyr İbn Həbibdən, Qasım İbn Məhəmmədin belə dediyini rəvayət etmişdir: Həcdə mübahisə belədir: Bəziləri həcc sabahdır, bəziləri isə həcc buğündür, deyərdilər.

İbn Cərir bu görüşlərin mənasını tərcih etmişdir. Bu isə həcc ibadətində mübahisələrin kəsilməsi deməkdir. Allah ən doğrusunu biləndir.

İkinci görüş: Burada mübahisədən məqsəd çəkişmədir.

İbn Cərir demişdi: Bizə Abdul Həmid İbn Bəyan, o da İshaqdan, o da Sərikdən, o da Əbu İshaqdan, o da Əbuəhvasdan, Abdullah İbn Məsudun “Həcdə mübahisələr etməməli” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: «O, dostunu qəzəbləndirəcək şəkildə onunla mübahisə etməkdir.»

Əbu İshaqa çatan bu sənədlə Təmimi demişdi: İbn Abbasdan bu mübahisə barəsində soruşdum, o dedi: «Dostunla onu qəzəbləndirəcək şəkildə mübahisə etməkdir.» Eynisini Miqsəm ilə Dəhhak da İbn Abbasdan rəvayət etmişlər. Əbu Əliya, Əta, Mucahid, Səid İbn Cubeyr, İkrimə, Cabir İbn Zeyd, Əta əl-Xorasani, Məkhul, Amr İbn Dinar, Suddi, Dəhhaq, Rəbi İbn Ənəs, İbrahim Nəxai, Əta İbn yasər, Həsən, Qatadə, Zuhri və Muqatil İbn Həyyan da belə demişlər.

Əli İbn Əbu Talha, İbn Abbasın “Həcdə mübahisələr etməməli” ayəsi barəsində: «O, qardaşını və dostunu qəzəbləndirəcək şəkildə mübahisə və mücadilə etməkdir ki, Allah bunları qadağan etmişdir.» – dediyini söyləmişdir.

İbrahim Nəxai də “Həcdə mübahisələr etməməli” ayəsi haqqında: “Onlar mübahisə etməyi xoşlamazdılar” — demişdi. Muhəmməd İbn İshaq, o da Nəfidən, İbn Ömərin belə dediyini rəvayət etmişdi: “Mübahisə — söyüş söymək və çəkişmək deməkdir.” İbn Vəhb isə yunusdan, o da Nəfidən, İbn Ömərin belə dediyini rəvayət etmişdir: “Həcdə mübahisə — söyüş söymək, münaqişə etmək və çəkişmək deməkdir.”

İbn əbu Hatim demişdir: İbn Zubeyr, Həsən, İbrahim, Tavus və Muhəmməd İbn Kəb: “Burada “cidəl” münaqişə etməkdir” — demişlər.

Abdullah İbn Mubarakdən, o da yəhya İbn Bişirdən, İkrimənin belə dediyini rəvayət etmişdi: “Həcdə mübahisələr etməməli” Mübahisə — qəzəblənmək, bir müsəlmanı qəzəbləndirməkdir. Amma bir köləni sakitləşdirmək niyyati ilə onu döymədən qəzəbləndirmək bura daxil deyil, burda inşəAllah zərər yoxdur.

Mən də deyirəm ki, əgər döysə də icazəli və keçərlidir. Dəlili də İmam Əhmədin rəvayət etdiyi hədisdir: Bizə Abdullah İbn İdris, o da Muhəmməd İbn İshaqdan, o da yəhya İbn Abbad İbn Abdullah İbn Zubeyrdən, o da atasından, o da Əsma bint Əbubəkrdən belə rəvayət etmişdir: Biz Rəsulullahla (salləllahu aleyhi və səlləm) həccə getdik. Arc bölgəsinə çatdıqda O, qonaqladı. Aişə Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında mən də atamın yanında oturdum. Əbubəkr ilə Rəsulullah (salləllahu aleyhi və səlləm) növbə ilə bir dəvəya minirdilər, azuqələri də dəvənin belində idi. Ona da Əbubəkrin bir köləsi baxırdı. Əbubəkr oturub onun gəlməsini gözlədi. Kölə gəldi yanında dəvə yox idi. Əbubəkr soruşdu: “Dəvə haradadır?”.  O da: “Axşam itirdim” deya cavab verdi. Əbubəkr “Bir dəvəni itirdin?” deyarək onu döyməya başladı. Rəsulullah (salləllahu aleyhi və səlləm) gülümsəyarək: “Bu ehramda olana baxın, görün nə edir” dedi. Bunu Əbu Davud ilə İbn Macə, İbn İshaqdan rəvayət etmişlər. Bu hədisə baxaraq bəziləri: “Dəvəya baxanı döymək həccin tamamlanmasıdır” — demişlər. Amma Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Əbubəkrə (radiyAllahu ənh) “Bu ehramda olana baxın, görün nə edir” deməsi, onu nəzakətli şəkildə tənqid etməsidir. Ən yaxşısı bunu etməməkdir. Allah ən doğrusunu biləndir.

İmam Əbd İbn Humeyd öz Musnədində demişdi: Bizə Ubeydullah İbn Musa, o da Musa İbn Ubeyddən, o da qardaşı Abdullah İbn Ubeyddən, o da Cabir İbn Abdullahdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: “Kim müsəlmanlara əli və dili ilə əziyyat verməyarək həcc edərsə, keçmiş günahları bağışlanar.”

Sizin etdiyiniz yaxşılıqları Allah bilir”: Allah onlara nalayiq söz və əməlləri qadağan edərək gözəl əməl etməyə təşviq etdi. Bunu bildiyini və qiyamət günü bol-bol qarşılığını verəcəyini xəbər verdi.

Azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır.” Avfidən, o da İbn Abbasdan demişdi: “İnsanlar evlərindən azuqəsiz çıxıb: “Biz, Allahın evini ziyarət edirik, bizi yedizdirməyacək?” — deyərdilər. Allah buyurdu: “Üzünüzü insanlardan qorumaq üçün özünüzlə azuqə götürün.”

İbn Əbu Hatim demişdi: Bizə Muhəmməd İbn Abdullah İbn yəzid əl-Muqri, o da Sufyandan, o da Amr İbn Dinardan, İkrimənin belə dediyini rəvayət etmişdi: İnsanlar azuqəsiz həcc edərdilər və Allah bu ayəni nazil etdi: “Azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır”.

İbn Cərir də Amr əl-Fəllasdan, o da İbn Uyeynədən rəvayət etmişdi.

İbn əbu Hatim demişdi: Bu hədisi Vərqa, o da Amr İbn Dinardan, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etmişdi. Deyir ki, İbn Uyeynədən rəvayət etdiyi daha səhihdir.

Mən də deyirəm ki, bunu ən-Nəsai də Səid İbn Əbdurrəhman əl-Məxzumidən, o da Sufyan İbn Uyeynədən, o da Amr İbn Dinardan, o da İkrimədən, İbn Abbasın belə dediyini rəvayət etmişdi: “Bəzi insanlar azuqəsiz həcc edərdilər. Allah “Azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır” ayəsini nazil etdi.” Vərqanın hədisini isə Buxari yəhya İbn Bişrdən o da Şəbabədən rəvayət etmişdi. Onu Abu Davud da Əbu Məsud Əhməd İbn əl-Furat ər-Razi ilə Muhəmməd İbn Abdullah əl-Maxzumidən, o da Şəbabədən, o da Vərqadan, o da Amr İbn Dinardan, o da İkrimədən, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “yamənlilər həcc edərkən yanlarında azuqə götürməzdilər və “Biz təvəkkül edənlərdənik” — deyərdilər. Allah “Azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır” ayəsini nazil etdi.” Bunu Abd İbn Humeyd də təfsirində Şəbabədən rəvayət etmişdir. Bunu İbn Hibban da öz Səhihində Şəbabədən rəvayət etmişdir.

İbn Cərir ilə İbn Mərdəveyh Əmr İbn Abdulğaffardan, o da Muhəmməd İbn Suqadan, o da Nəfidən, İbn Ömərin belə dediyini rəvayət etmişdi: “Onlar ehrama girərkən yanlarındakı azuqəni atıb başqa azuqə tapmağa çalışardılar. Allah “Azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır” ayəsini nazil etdi və bunu onlara qadağan etdi. Qovut, un, və sıyıqla azuqələnməyi buyurdu.”

İbn Zubeyr, Əbu Aliyə, Mucahid, İkrimə, Şəbi, Nəxai, Səlim İbn Abdullah, Əta əl-Xorasani, Qatadə, Rəbi İbn Ənəs, Muqatil İbn Həyyan da bunu demişlər. Səid İbn Cubeyr də: “Un, sıyıq və qovut ilə azuqə edin” — demişdi. Vəki İbn Cərrah təfsirində demişdi: Bizə Sufyan, o da Muhəmməd İbn Suqadan, Səid İbn Cubeyrin “azuqə götürün”ayəsinə qatqısız çörək və sıyığı azuqə edin, demişdir. yenə Vəki demişdi: Bizə İbrahim Məkki, o da İbn Əbi Nəcihdən, o da Mucahiddən, İbn Ömərin belə dediyini rəvayət etmişdi: “Səfərə yaxşı azuqə götürmək bir insanın nəcibliyindəndir.” Həmmad İbn Sələmə, o da Əbu Reyhanədən rəvayət edərək bunu əlavə etmişdi: İbn Ömər səfərə dostlarına keyfiyyatli azuqə götürmələrin şərt edərdi.

Həqiqətən ən yaxşı azuqə isə təqvadır” Onlara dünyada səfər edərkən azuqəni əmr edərək, axirət azuqəsinə də təşviq etdi. O da onların təqvanı götürmələridir. Necə ki, Allah buyurur: “Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir” (Ənam, 26). Maddi libası zikr edərək, mənəvi libasa diqqət çəkdi. O da mütilik, itaət və təqvadır. Onun bundan daha xeyirli və daha yararlı olduğunu qeyd etdi. Əta əl-Xorasani “Həqiqətən ən yaxşı azuqə isə təqvadır” ayəsinə axirət azuqəsidir demişdi.

Hafiz Əbu-Qasım Təbərani demişdir: Bizə Abdan, o da Hişam İbn Ammardan, o da Mərvan İbn Müaviyyadən, o da İsmayıldan, o da Qeysdən, o da Cərir İbn Abdullahdan, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: “Kim dünyada azuqə yığarsa axirətdə də faydasını görər.” Muqatil İbn Həyyan demişdir: “Azuqə götürün “ayəsi nazil olanda müsəlmanların miskinlərindən bir nəfər qalxdı və dedi: Ey Allahın Rəsulu, azuqə götürməya heç nə yoxumuzdu. O da dedi: İnsanlardan utanmayəcaq qədər azuqə götür. Sizin ən xeyirli azuqəniz təqvadır.” Bunu İbn əbu Hatim rəvayət etmişdi.

Məndən qorxun, ey ağıl sahibləri!” Deyir ki, ey mənə müxalif olub əmrimə tabe olmayan ağıl və fikir sahibləri, pis sonluq verəcəyimdən, cəzamdan və əzabımdan qorxun.