Hər kəs üçün valideynlərin və qohumların qoyub getdiklərinə mövlalar təyin etdik. Siz də əhd bağladığınız kəslərin paylarını verin. Həqiqətən, Allah hər şeyə Şahiddir.

İbn Abbas, Mucahid, Səid ibn Cubeyr, Əbu Salih, Qatadə, Zeyd ibn Əsləm, Suddi, Dəhhak, Muqatil ibn Həyyan və digərləri, “Hər kəs üçün mövlalar təyin etdik” ayəsindəki “mövlalar” sözü varislərdir, demişlər. İbn Abbas, bir rəvayətində, əsabədir, demişdir. İbn Cərir də belə demişdir: “Ərəblər əmi oğullarına mövla deyərdilər. Necə ki, Fadl ibn Abbas belə demişdir”:

Əmimiz oğulları ağır olun, mövlalarımız ağır olun,

            Gizli olanları açığa çıxarmayın.

Valideynlərin və qohumların qoyub getdiklərinə” bu da valideynlərin və qohumların qoyub getdiyi mirasdır. Kəlamın yozumu belədir: Ey insanlar sizin hər biriniz üçün əsabə təyin etdik, bunlar valideynlərin və qohumların qoyub getdiyinə varis olurlar.

Siz də əhd bağladığınız kəslərin də paylarını verin” yəni doğru əhd bağladıqlarınız kimsələrə mirasdan payını verin. Aranızda olan o sözləşmə və əhdlərə Allah şahiddir. Bu İslamın əvvəlində idi. Sonra nəsx edildi. Əhd bağladıqları kimsələrə haqlarını tam olaraq vermələrini əmr etdi, bu ayə, bundan sonra bir daha belə bir şey etməmələrini əmr etdi.

Buxari demişdir: “Bizə Salt ibn Muhəmməd danışdı, bizə Əbu Usamə danışdı, o da İdrisdən, o da Talha ibn Musarrifdən, o da Səid ibn Cubeyrdən, İbn Abbasın belə dediyini rəvayət etmişdir”: “Ayətə keçən “mövla” varislərdir. “Əhd bağladığınız kəslərin” Mühacirlər Mədinəyə gəldikləri zaman öz doğma qardaşlarına deyil, Ənsarlara varis olurdular. Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) onları qardaş etmişdi. Buna görə “hər kəs üçün mövlalar təyin etdik” ayəsi nazil oldu, keçmişi nəsx edib, aradan qaldırdı. Sonra da Allah təala “siz də əhd bağladığınız kəslərin də paylarını verin” dedi. Bu da yardım, dəstək və nəsihətdir. Artıq mirasın yerinə vəsiyyət gəlmişdir”. Sonra Buxari belə dedi: “Əbu Usamə də İdrisdən hədis dinlədi, İdris də Talhadan dinlədi”.

İbn əbu Hatim demişdir: Bizə Əbu Səid Əşəc danışdı, bizə Əbu Usamə danışdı, bizə İdris əl-Əvdi danışdı, mənə Talha ibn Musərrif xəbər verdi, o da Səid ibn Cubeyrdən, İbn Abbasın “əhd bağladığınız” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Mühacirlər Mədinəyə gəldikləri zaman, Rəsulullahın (salləllahu aleyhi və səlləm) gerçəkləşdirdiyi qardaşlıq səbəbi ilə, Mühacir və Ənsarlar öz qohumlarına deyil, biri birinə varis oldular. “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdiklərinə varislər təyin etdik” ayəsi nazil olduqda bu nəsx edildi. Sonra “siz də əhd bağladığınız kəslərin də paylarını verin” dedi.

Bizə Həsən ibn Muhəmməd ibn Sabah danışdı, bizə Həccac danışdı, o da İbn Cureyc və Osman ibn Ətadan, o da Ətadan, İbn Abbasın “Siz də əhd bağladığınız kəslərin də paylarını verin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Bir adam İslamdan əvvəl əhd bağlayaraq deyərdi: “Mən sənə varis oluram, sən isə mənə”. Qəbilələr də əhd bağlayardılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Cahilliyə dövrünün hər razılaşma və əhdlərini İslam şiddətlə müdafiə edir. İslamda isə əhd və razılaşma yoxdur”. “Qohumlar Allahın Kitabına görə bir-birinə (varis olmağa) daha yaxındırlar” (Ənfal, 75) ayəsi bunu nəsx etdi”.

Sonra belə dedi: “Səid ibn Museyyib, Mücahid, Əta, Həsən, Səid ibn Cubeyr, Əbu Salih, Suleyman ibn Yasər, Şəbi, İkrimə, Suddi, Dəhhak, Qatadə və Muqatil ibn Həyyandan, onlar andlaşma edənlərdir, dedikləri rəvayət edilmişdir”.

İmam Əhməd demişdir: Bizə Əfvan danışdı, bizə Şərik danışdı, o da Simakdan, o da İkrimədən, İbn Abbasın mərfu olaraq belə dediyini rəvayət etmişdir: “İslam cahilliyə dövründəki hər razılaşmanı şiddətlə qəbul edər”.

Bunu Muslim də belə rəvayət etmişdir. Bunu Nəsai də İshaq ibn Yusuf əl-Əzraqdan, Zəkəriyyədən, Səid ibn İbrahimdən, Nəfidən, Cubeyr ibn Mutimdən, atasından bu mətnlə rəvayət etmişdir.

İbn Cərir demişdir: Bizə Əbu Kureyb danışdı, bizə Musab ibn Mikdam danışdı, o da İsraildən, o daYunusdan, Talha ailəsinin müttəfiqi Muhəmməd ibn Əbdürrəhmandan, o da İkrimədən, İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “İslamda ittifaq yoxdur, cahilliyə ittifaqlarını isə şiddətlə müdafiə edər. Darunnədvədəki qatıldığım andlaşmanı qırmızı dəvələrə dəyişmərəm”. İbn Cəririn mətni belədir.

Yenə İbn Cərir demişdir: “Bizə Yaqub ibn İbrahim danışdı, bizə İbn Uleyyə danışdı, o da Əbdurrəhman ibn İshaqdan, o da Zuhridən, o da Muhəmməd ibn Cubeyr ibn Mutimdən, o da atasından, o da Əbdurrəhman ibn Avfdan, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir”: “Mən cavan olanda əmilərimlə birgə Muteyyiblərin razılaşmasına şahid oldum. Onları qırmızı dəvələrə sahib olmağım üçün belə pozmaram.” Zuheyr dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir:“İslam harada bir ittifaq görsə onu şiddətlə müdafiə edər.”O dedi: “İslamda ittifaq yoxdur”. Rəsulullah (salləllahu aleyhi və səlləm) Qureyş və Ənsarı bir-birinə uzlaşdırdı.

Bunu İmam Əhməd də Bişr ibn Mufəddəldən rəvayət etmişdir, o da Əbdurrəhman ibn İshaqdan, o da Zuhridən tam olaraq danışmışdı.

Mənə Yaqub ibn İbrahim danışdı, bizə Huşeym danışdı, mənə Muğira xəbər verdi, o da atasından, o da Şubə ibn Təvəmdən, o da Qeys ibn Asimdən, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) ittifaq barəsində soruşdu, o da dedi: “Cahilliyə də olan ittifaqa sarılın, İslamda ittifaq yoxdur”. Bunu Əhməd, Huşeymdən rəvayət etmiş və demişdir: “Bizə Əbu Kureyb danışdı, bizə Vəki danışdı, o da Davud ibn əbu Abdullahdan, o da İbn Cudandan, o da nənəsindən, o da Ummu Sələmədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir”: “İslamda andlaşma yoxdur, cahilliyədəki andlaşmanı isə İslam şiddətlə müdafiə edər”.

Bizə ƏbuKureyb danışdı, bizə Yunus ibn Bukeyr danışdı, bizə Muhəmməd ibn İshaq danışdı, o da Amr ibn Şueybdən, o da atasından, o da babasından bel demişdir: Rəsulullah (salləllahualeyhi və səlləm) Fəth ilində Məkkədə olarkən qalxıb insanlara xütbə oxudu və dedi: “Ey insanlar! İslamda ittifaq yoxdur, cahilliyədə olmuş hər ittifaqı isə şiddətlə müdafiə edir”.

Sonra bunu Huseyn ibn Muallim və Əbdurrəhman ibn Haris hədisindən o da Amr ibn Şueybdən rəvayət etmişdir.

İmam Əhməd demişdir: “Bizə Abdullah ibn Muhəmməd danışdı, bizə İbn Numeyr ilə Əbu Usamə danışdı, onlar da Zəkəriyyədən, o da Sad ibn İbrahimdən, o da atasından, o da Cubeyr ibn Mutimdən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir”: “İslamda ittifaq yoxdur, cahilliyə ittifaqlarının hər birini isə şiddətlə müdafiə edir”. Bunu Muslim də Abdullah ibn Muhəmməddən eyni isnadla rəvayət etmişdir. O, Əbubəkr ibn əbu Şeybədir. Bunu Əbu Davud da Osmandan, o da Muhəmməd ibn əbu Şeybədən, o da Muhəmməd ibn Bişr, İbn Numeyr və Əbu Usamədən, üçüdə Zəkəriyyədən, o da İbn Əbu Zəidədir, eyni isnadla rəvayət etmişdir. Bunu İbn Cərir də Muhəmməd ibn Bişr hədisindən bu mətnlə rəvayət etmişdir. Bunu Nəsai də İshaq ibn Yusuf əl-Əzraq hədisindən, o da Zəkəriyyədən, o da Sad ibn İbrahimdən, o da Nəfi ibn Cubeyr ibn Mutimdən, o da atasından, bu mətnlə rəvayət etmişdir.

İmam Əhməd demişdir: “Bizə Huşeym danışdı, o dedi: “Mənə Muğiraxəbər verdi, o da atasından, o da Şubə ibn Təvəmdən, o da Qeys ibn Asimdən, o Rəsulullahdan (salləllahu aleyhi və səlləm) ittifaq barəsində soruşdu, o da dedi”: “Cahilliyədəki hər ittifaqa sarılın, İslamda isə ittifaq yoxdur”. Bunu Şubədə Muğiradan – o, ibn Miqsəmdir – , o da atasından rəvayət etmişdir.

Muhəmmədə ibn İshaq da Davud ibn Hüseyndən, onun belə dediyini rəvayət etmişdir: “Mən,UmmuSad bint Rabiəyə, onun oğlunun oğlu Musa ibn Sad ilə bərabər kitab oxuyurdum. Ummu Sad da Əbubəkrin himayəsində yetim idi. Ona “valləzinə əqadət əymənukum” oxudum, o da dedi: “Xeyr, lakin “valləzinə əqadət əymənukum” oxu, və davam etdi: “Bu ayə Əbubəkr ilə onun İslamı qəbul etmək istəməyən oğlu Əbdurrəhman haqqında nazil oldu. Əbubəkr ona mirasverməyəcəyinə and içdi. Qılınc yolu ilə müsəlman olandan sonra, Allah onun payının verilməsini əmr etdi”. Bunu İbn əbu Hatim rəvayət etmişdir. Bu qərib bir görüşdür. Doğrusu birincisidir. Bu da İslamın əvvəlində olması idi.Onlar andlaşma ilə varis olurdular. Sonra qaldırıldı, ittifaqın təsiri isə qüvvədə qaldı. Sözləşmələrə, əhdlərə və daha əvvəl bağladıqları ittifaqlara riayət etməyə əmr olundu.

Yuxarıda Cubeyr ibn Mutimin və digər səhabələrin bu hədisi keçmişdir: İslamda ittifaq yoxdur, lakin cahilliyədəki hər ittifaqı şiddətlə qəbul edir. Bu da bu gün razılaşmailə miras bölgüsü aparılar deyənlərin məzhəbini rədd edən açıq bir əmrdir. Necə ki, Əbu Hənifə ilə dostlarının, bir rəvayətdə Əhməd ibn Hənbəlin məzhəbidir.

Doğrusu isə cumhurun, Məlikin, Şəfiinin və məşhur rəvayətdə Əhmədin görüşüdür. Buna görə Allah buyurur: “Hər kəs üçün valideynlərin və qohumların qoyub getdiklərinə mövlalar təyin etdik”, yəni ona valideynlərindən və öz qohumlarından varislər təyin etdik, başqaları deyil onlar ona miras qoyurlar. Necə ki, iki Səhihdə İbn Abbasdanrəvayət edildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Fərz hissələrini (miras paylarını) sahiblərinə verin, qalan da ən yaxın kişi üçündür”. Yəni mirası Allah təalanın iki ayədə zikr etdiyi fərz hissə sahiblərinə verin, bundan sonra qalan, əsabələrə çatır.

Əhd bağladığınız”yəni bu ayə nazil olmadan öncə əhd bağladığınız kimsələrin paylarını verin, yəni mirasdakı paylarını. Bundan sonra bağlanan hər hansı bir əhdin hökmü yoxdur. Belə də deyilmişdir: Bu ayə gələcəkdəki ittifaqları nəsx etdiyi kimi, keçmişdəki ittifaqların da hökmünü qaldırmışdır, artıq belə varislik yoxdur. Necə ki, İbn əbu Hatim demişdir: “Bizə Əbu Səid əl-Əşac danışdı, bizə Usamə danışdı, bizə İdris əl-Əvdi danışdı, mənə Talha ibn Musərrif xəbər verdi, o da Səid ibn Cubeyrdən, İbn Abbasın belə dediyini rəvayət etmişdir”: “Paylarını verin” yardımlaşma, öyüd və dəstəkləmə kimi şeylərdir və onun üçün vəsiyyət də edər”.  Amma miras artıqgetmişdir. Bunu İbn Cərir də ƏbuKureybdən, o da əbuUsamədən rəvayət etmişdir. Mucahid ilə Əbu Malikdən də bənzəri rəvayət edilmişdir.

Əli ibn ƏbuTalha, İbn Abbasın “Siz də əhd bağladığınız kəslərin də paylarını verin” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “İki nəfər əhd bağlayandan sonra biri ölərsə, digəri ona varis olardı. Buna görə Allah təala bu ayəni nazil etdi “Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar.Dostlarınıza yaxşılıq etmək isə istisnadır” (əl-Əhzab, 6)”. Deyir ki, “əhdləşən dostların vəsiyyətdə iştirakı istisnadır. Bu onlar üçün ölənin malının üçdə birində icazəlidir. Yaxşılıq dediyi məhz elə budur”. Sələfdən bir çoxları bunun bu ayə ilə nəsx edildiyini demişlər: “Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar.Dostlarınıza yaxşılıq etmək isə istisnadır”.

Səid bin Cubeyr də “Paylarını verin” ayəsi barəsində, yəni miraslarını verin, demişdir. O deyir: “Əbubəkr bir nəfərlə əhd bağlamışdı, onun varisi oldu”. Bunu İbn Cərir rəvayət etmişdir.

Zuhri, o da Səid ibn Musəyyəbdən belə rəvayət etmişdir: “Bu ayə başqalarının uşaqlarını övladlığa götürüb onları özlərinə varis edənlərə aiddir. Allah onlar haqqında bu ayəni nazil etdi və onlara vəsiyyətdən pay ayırdı. Mirası isə qohumlarına və əsabələrə verdi. Allaha övladlığa götürənlərin, övladların mirasına iddiasını qəbul etmədi. Onlara yalnız vəsiyyətdən pay ayırdı”. Bunu İbn Cərir rəvayət etmişdir. İbn Cərir, onlara “paylarını verin” ayəsindən kömək, öyüd və dəstək mənasını tərcih etmişdir. Əksinə “paylarını verin”ayəsində mirasdakı pay qəsd edilməmişdir ki, nəsx olunsun. Orada, bu keçərli bir hökm idi və sonra nəsx edildiyi də murad edilməmişdir. Ayə ittifaq əhdinə yardım və öyüddə vəfalı olmağa dəlalət edir. Bu mənada möhkəmdir, nəsx edilən deyil. İbn Cəririn bu dediyinə etiraz vardır. Çünki, bir çox sələflərin nəql etdiyinə görə, yardımlaşma və dəstəyə görə razılaşma olduğu kimi, mirasa da razılaşmalar var idi.

Ayrıca İbn Abbas belə də demişdir: “Mühacir öz qohum əqrəbasına varis olmaz, Ənsara varis olardı. Sonda bu hökm ləğv edildi. O zaman bu ayəyə necə möhkəm, nəsx edilən deyil deyirsiz”? Allah ən doğrusunu biləndir.