Haram ay haram aya görədir. Haram olanları qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.

İkrimə, İbn Abbasdan, Dəhhakdan, Suddidən, Qatadədən, Miqsəmdən, Rəbi İbn Ənəsdən, Ətadan və digərlərindən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) hicrətin altıncı ilində ümrə üçün çıxarkən, müşriklər onun Kəbəya girməsinə mane oldular. Onunla birgə olan müsəlmanları da buraxmadılar. Bu, haram ayı olan Zulqadə ayında baş verdi. Nəticədə növbəti il gəlmək üçün onlarla razılaşdılar. Növbəti il Rəsulullah (salləllahu aleyhi və səlləm) və yanındakı müsəlmanlar Kəbəya girdilər. Allah da onlardan qarşılığını aldı və “Haram ay haram ayə görədir. Haramlar da qarşılıqlıdır” ayəsini nazil etdi.

İmam Əhməd demişdi: Bizə İshaq İbn İsa, o da Leys İbn Saaddan, o da Əbuz-Zubeyrdən, Cabir İbn Abdullahın belə dediyini rəvayət etmişdi: “Rəsulullah  (salləllahu aleyhi və səlləm) özünə və səhabələrinə qarşı təcavüz edilməyanə qədər haram aylarda döyüşə çıxmazdı. Haram ayları çıxana qədər oturardı.” Bu sağlam bir sənəddir. Buna görə Rəsulullaha (salləllahu aleyhi və səlləm) Hudeybiyadə olarkən Osmanın qətli barəsində xəbər gələndə — o zaman onu müşriklərin üstünə elçi olaraq göndərmişdi — səhabələri ilə müşriklərə qarşı döyüşəcəyi barədə ağac altında beyat etmişdi. Onlar 1400 nəfər idilər. Osmanın öldürülmədiyi xəbəri gələndə döyüşdən əl çəkib barış və sülhə meyl etdi. Olan da oldu.

Eyni şəkildə Hüneyn günü Həvazın döyüşündən sonra düşmənin qalan hissəsi Taif qapılarına çəkildikdə, onları izləyib mühasirəya aldı. Zulqadə ayı girdi, onları mancanaq ilə vurmağa davam edirdi. 40 günə qədər belə davam etdi. Necə ki, iki Səhihdə Ənəsdən edilən rəvayətdə öz təsdiqini tapmışdır. Sonra səhabələrin çox öldüyünü görüb çəkildi və fəth edilmədi. Sonra bir daha Məkkəya qayıdıb Ciranədən ümrəya girdi və  Huneyn qənimətlərini böldü. Bu ümrəsi də hicrətin 8-ci ilinin Zulqadə ayında idi. Allahın salavatı və salamı onun üzərinə olsun.

Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin” Hətta müşriklərlə belə ədalətlə davranmağı əmr etmişdi. Necə ki, Allah Təala buyurur: “cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də eynilə cəza verin” (Nəhl, 126) və Pisliyin cəzası özü kimi pislikdir” (Şura, 40).

Əli İbn əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etmişdi: “Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin” ayə döyüş və cihad olmayan vaxt Məkkədə nazil olmuşdur. Sonra Mədinədəki döyüş ayəsi ilə nəsx edildi. İbn Cərir bu rəyi rədd edib: “Xeyr, bu ayə Mədinə ayəsidir. Qəza ümrəsindən sonra nazil olub.”- demiş və bunu Mucahidə — Allah ona rəhmət etsin — isnad etmişdi.

Burada qisasın qarşılıqlı olması üçün təcavüz deyilmişdi. Necə ki, Amr İbn Ummu Gülsüm demişdi:

Ağlınızı başınıza yığın, kimsə bizə qarşı cahillik etməsin

Sonra bizdə onun cahilliyindən çoxlu cahillik edərik.

İbn Dureyd demişdi:

Dostlarım doğru olsa məndə doğru olaram.

Əyilsələr məndə əyilərəm…

Bir başqası demişdir:

Müdriklik üçün bir atım var müdriklə yüyanlənmiş

Cahillik üçün bir atım var cahilliklə yahərlənmiş

Kim düzəlməyim üçün çalışarsa mən düz olaram

Kim əyriliyim üçün çalışarsa mən əyri olaram.

Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir”. Onlara, Allaha itaət və Ondan qorxmaq üçün bir əmrdir. Allah Təaladan qorxanlara dünya və axirətdə yardım və dəstək olduğunu bildirən xəbərdir.