Kitabdan özlərinə pay verilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar və sizi də yoldan azdırmaq istəyirlər?

            Allah yəhudilər haqqında xəbər verir ki, onlar hidayətin qarşılığında azğınlığı aldılar, Allahın rəsuluna nazil etdiyindən üz çevirdilər, əvvəlki peyğəmbərlərin Muhəmməd (salləllahu aleyhi və səlləm) haqqında gətirdiklərini tərk etdilər və bunların hamısını dəyərsiz dünya malı üçün etdilər. Allahın qiyamətə qədər davamlı lənəti onların üzərinə olsun.

“Yoldan azdırmaq istəyənləri” yəni onlar istəyirlər ki, siz nazil ediləni inkar edərək, yönəldiyiniz haqq yolu və faydalı elmi tərk edəsiniz.

Allah düşmənlərinizi daha yaxşı tanıyır”, yəni o onları yaxşı tanıyır və sizi onlardan çəkindirir.

Allahın himayəsi və köməyi kifayət edər!”, yəni Ona sığınan üçün himayədar, kömək istəyən üçün isə yardımçı olaraq yetər.

Sonra Allah “min əlləzinə hədu” dedi. Buradakı “min” ədatı cinsi bildirir, bu ayədə olduğu kimi — “elə isə məbudların murdarlığından  uzaq olun” (Həcc, 30).

Kəlmələrin yerini dəyişdirir” yəni onları yersiz yozarlar, qəsdən iftira ataraq Allahın muradına uğun olmayan şəkildə təfsir edərlər.

Eşitdik və asi olduq” deyərlər, yəni ey Muhəmməd, sənin dediyini eşitdik, lakin sənə itaət etmədik. Bunu Mücahid ilə İbn Zeyd belə təfsir etmişlər, murad edilən də məhz elə odur. Bu inkar və inadkarlığın həddinin nə qədər aşılmış olduğunu göstərir. Onlar onun günah olduğunu və ondan gələn əzabı anladıqdan sonra Allahın kitabından üz çevirdilər.

Eşidilməyəni eşit”, yəni dediyimizi dinlə, bizdən başqa kimsəni eşitmə. Bunu Dəhhak İbn Abbasdan rəvayət etmişdir. Mücahid ilə Həsən isə belə demişlər: “Dinlə, sən deyən qəbul deyil”- birinci bundan daha doğrudur. Bu da onların istehza edərək alçaltmalarını göstərir. Allah onlara lənət etsin.

Dillərini əyərək və dinə tənə vuraraq “raina” deyərlər”, yəni onlar “raina” deməklə “bizə nəzər yetir və eşit” mənasını daşıdığını bildirirlər, lakin əsil məqsədləri Peyğəmbəri söyərək hörmətsizlik etməkdir. Bu barədə Bəqərə, 104 ayəsində danışdıq “Ey iman gətirənlər! “Raina”– deməyin; “Bizə nəzər yetir və eşidin!”– deyin!”. Buna görə qəlblərində olanı üzə çıxardan Allah, yəhudilərdən bəhs edərək “Dillərini əyərək və dinə tənə vuraraq” demişdir. Yəni Peyğəmbəri söyərkən belə edərdilər, deməkdir.

Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onların az bir hissəsi iman edirlər”, yəni qəlbləri xeyirdən çevrilərək uzaqlaşdırılıblar. Artıq onların qəlbinə imandan faydalı bir şey girməz. Bu barədə Bəqərə, 88-in təfsirində danışdıq “Odur ki, onlar olduqca az inanırlar”, onlar yetərincə iman etməmişlər.