Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır;

Allah təala qullara əmr edərək buyurur ki, Özünün qüdrət və əzəmətinə dəlalət edən yaratdıqlarına baxsınlar. Ona görə də uca Allah buyurur ki, “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” Həqiqətən, dəvənin yaradılışı və formsı qəribədir. Dəvə son dərəcə güclü, qüvvətli, ancaq buna baxmayaraq, ağır yükləri daşımaqda da son dərəcə mülayim və itaətkardır. Dəvə nazik bir kəndirlə idarı oluna bilir. Əti yeyilir, yunundan itifadə edilir, südü içilir. Nəzərlərin dəvəyə cəlb ediməsinin səbəbi onun ərəblər tərəfindən çox istifadə edilməsidir. Ərəblərin ən çox istifadə etdikləri heyvan məhz dəvədir. Belə ki, Qazi Şüreyh demişdir: “Gəlin dəvəyə baxaq görək, necə yaradılmışdır? Görün səma necə ucaldılmışdır? Yəni, izzət və cəlal shibi olan Allah onu yerdən necə də möhtəşəm bir şəkildə ucaltmışdır? Allah təala buyurur ki, “Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?!” (Qaf, 6)

“Göy necə ucaldılmışdır?” Yəni dağlar dünyada yaşayanların sirkələnməməsi üçün yerə necə də sağlam bir şəkildə bərkidilmiş, dik və yuxarı istiqamətdə yaradılmışdır. Həmçinin, Allah təala dağlara faydalı maddələr və elementlər yerləşdirmişdir. “Və yer necə döşədilmişdir?” Yəni yer necə döşənib sırilib uzadılmışdır?! Allah təala bədəvilərə gördükləri və mindikləri dəvələrini, başlarının üstündəki səmanı, qarşılarında dayanan dağları və ayaqları altında olan yeri göstərməklə onların Öz qüdrətinə dəlalət edən əlamətlər olduğunu bildirmişdir. Uca Allah bütün bunların yaradıcısı və xaliqidir. O, hər şeyə əncam çəkən ən uca Rəbb, hər şeyin yaradıcısı və sahibidir. O, Özündən başqa ibadətə və itaətə layiq olmayan tək ilahdır. Belə ki, Dimam Peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdikdən sonra bu barədə and içmişdir. Belə ki, İmam Əhməd rəvayət edərək bildirmişdir: Haşim ibn Qasim, Süleyman ibn Muğirə vasitəsilə Ənəsin belə dediyini nəql edir: Bizim Peyğəmbərə (salləllahu aleyhi və səlləm) bir şeyi sual verməyimiz qadağan edilmişdi. Bədəvilərdən ağıllı bir nəfərin gəlib Ona (salləllahu aleyhi və səlləm) sual verməsi və bizim də ona qulaq asmağımız bizi təəccübləndirirdi. Bədəvilərdən biri gəlib Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə sual verdi: “Ey Muhəmməd, sənin elçin bizim yanımıza gəlib sənin özünü Allah tərəfindən göndərilən bir elçi olduğunu iddia etdiyini bizə söylədi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Doğru demişdir”. Bədəvi soruşdu: Səmanı kim yaratdı? Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Allah” – dedi. Bədəvi soruşdu: Yeri kim yaratdı? Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Allah” – dedi. Bədəvi soruşdu: Bəs bu dağları dikəldib onların üzrilərində etdiklərini edən kimdir? Peyğəmbər (salləllahu aleyhi və səlləm) “Allah” – dedi. Bədəvi yenidən soruşdu: “Elə isə göyləri və yeri yaradıb, bu dağları dikəldən Allahmı səni peyğəmbər olaraq göndərdi? Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bəli”. Bədəvi yenidən dilləndi: “Sənin elçin deyir ki, biz gecə və gündüz be.ş dəfə namaz qılmalıyıq?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Doğru söyləyib”. Bədəvi soğruşdu: “Səni peyğəmbər olaraq göndərən Allahmı sənə bunu əmr etdi? Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bəli”. Bədəvi yenə soruşdu: “Sənin elçinin sözlərinə görə, biz mallarımızın zəkatını verməliyik”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Doğru söyləyib”. Bədəvi yenə soruşdu: Bunu səni peyğəmbər olaraq göndərən Allahmı sənə əmr edib? Bədəvi soruşdu: “Sənin elçin deyir ki, bizim getməyə imkanı olan hər birimiz Evi (Kəbə) həcc etməliyik. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Doğru söyləyib”. Bədəvi “Sənə haqqı göndərənə and olsun ki, bunlardan nə artıq, nə də əskik bir şey edəcəm”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Əgər o dediyində doğru olsa, mütləq Cənnətə daxil olacaq”. Eyni hədisi Muslim Amr ən-Naqid vasitəsilə Əbu Nadr Haşim ibn Qasimdən rəvayət etmişdir. Buxari həmin hədisi təliqə etmişdir. Həmçinin, hədisi Tirmizi və Nəsai Süleyman ibn Muğirənin hədisindən nəql etmişdir. Habelə hədisi İmam Əhməd, Buxari, Əbu Davuyd, Nəsai və İbn Macə Leys ibn Səid vasitəsilə Ənəsdən uzun şəkildə rəvayət etmişlər. Rəvayətin sonunda isə deyilir ki, “mən Səd ibn Bəkr oğullarının qardaşı Daməm ibn Sələbəyəm”.

Hafiz Əbu Yalə deyir: Bizə İshaq, Abdullah ibn Cəfər vasitəsilə İbn Ömərdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) tez-tez cahiliyyə dövründə dağ başında olan bir qadın barəsində danışardı. Həmin qadının heyvanları otaran bir oğlu da var idi. Uşaq anasından soruşdu:

“Anacan, səni kim yaradıb?” Anası cavab verdi:

“Allah!” Uşaq yenidən soruşdu:

“Bəs mənim atamı kim yaradıb?”

Anası yenə də “Allah” – deyə cavab verdi. Uşaq yenə soruşdu: “Bəs məni?” Anası yenə də cavab verdi:

“Allah!” Uşaq soruşdu:

“Səmanı kim yaradıb?” Anası cavab verdi:

“Allah!” Uşaq soruşdu:

“Bəs yeri?” Anası yenə “Allah!” – deyə cavab verdi. Uşaq yenə soruşdu:

“Dağı kim yaradıb?” Anası cavab verdi:

“Allah” Uşaq yenə soruşdu:

“Bəs bu heyvanları kim yaradıb?” Anası dedi:

“Allah!”

Uşaq “mən hər şeydə Allah sözünü eşidrəm” – deyərək özünü dağdan aşağı tullamış və parça-parça olmuşdu.

İbn Ömər deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu bizə tez-tez danışardı.  İbn Dinar isə deyir ki, bunu İbn Ömər bizə tez-tez danışardı. Hədisin isnadında zəiflik vardır. Çünki ravilər arasında olan Abdullah ibn Cəfər Mədinəlidir. Oğlu Əli ibn əl-Mədəni və başqaları onu zəif ravi hesab etmişlər.

“Elə isə xatırlat! Sən ancaq xatırladansan! Sən onların üzərində hakim deyilsən!” Yəni, ey Muhəmməd, sənə göndərilənləri insanlara xatırlat! Sən vəzifən haqqı çatdırmaq və bəyan etməkdir, onları hesaba çəkmək isə bizim işimizdir. Ona görə də ayənin arxasınca ucaAllah buyurur ki, “Sən onların üzərində hakim deyilsən!” İbn Abbas, Mucahid və digərləri deyirlər ki, yəni, sən onların üzərində güc tətbiq edən deyilsən. İbn Zeyd isə deyir ki, yəni, sən onları zorla imana gətirən deyilsən.

İmam Əhməd deyir: Vaki, Süfyan vasitəsilə Cabirdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Mənə insanlar “lə ilahə illallah” kəlməsini deyincəyə qədər onlarla mübarə aparmaq əmr olundu. Onlar bunu dedikləri təqdirdə, haqqı çatılandan savayı canları və malları tərəfimdən qorunur, toxunulmazdır. Onları soruğu-suala çəkmək isə izzət və cəlal sahibi Allaha məxsusdur. O (salləllahu aleyhi və səlləm) bu sözləri dedi, sonra da aşağıdakı ayələri oxudu: “Elə isə xatırlat! Sən ancaq xatırladansan! Sən onların üzərində hakim deyilsən!” Bunu Muslim “İman” kitabında, habelə Tirmizi və Nəsai öz “Sünən” əsərlərinin təfsir bölümlərində qeyd etmişlər. Adları çəkilən hədis alimləri həmin hədisi Süfyan ibn Səid əs-Sövridən nəql etmişlər. Qeyd olunan hədis Buxari və Muslimin eyni adlı “Səhih” kitablarındakı Əbu Hureyrənin rəvayətindən götürülmüşdür. Lakin həmin rəvayətdə ayələr qeyd olunmamışdır.

Daha sonra uca Allah buyurur: “Lakin kim üz döndərib inkar etsə” Yəni, “əməlləri rüknləri ilə birgə yerinə yetirməkdən imtina etsə, habelə həm qəlbi ilə, həm də ki, dili ilə haqqı inkar etsə;” Başqa bir ayədə isə uca Allah buyurur ki, “Beləliklə, o nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi”. (əl-Qiyamə, 31-32) Daha sonra Allah təala xatırlanan ayənin arxasınca buyurur ki, “Allah onu ən böyük əzaba düçar edər!” İmam Əhməd deyir: Quteybə, Leys vasitəsilə Əli ibn Xaliddən nəql edir ki, Əbu Uməmə əl-Bahili Xalid ibn Yezid ibn Muaviyənin yanına gəldi və onun Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdiyi ən mülayim söz haqqında soruşdu. O isə belə cavab verdi: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişəm: “Diqqət edin! Hamınız Cənnətə daxil olacaqsınız. Ancaq dəvənin öz sahiibndən qaçdığı kimi Allahdan qaçan kimsələr istisnadır.

İmam Əhməd hədisin rəvayətində təkdir. Hədisin raviləri arasında olanƏli ibn Xalidi İbn Əbu Hatim öz atasından nəql edərək bildirmişdir. Ancaq burda qeyd etdiyimizdən artıq bir şey əlavə etməmişdir. O, Əbu Uməmədən, o isə Səid ibn Əbu Hilaldan rəvayət nəql etmişdir.

Daha sonra uca Allah buyurur: “Şübhəsiz ki, onların axır dönüşü Bizədir!” Yəni, onlar qayıdıb Bizə gələcəklər. “Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!” Yəni Biz onları etmiş olduqları əməllərə görə sorğu-suala çəkər və əməllərinin qarşılığınıə verərik. Əgər xeyir işlər görüblərsə, verilən qarşılıq xeyir, şərr əməllər ediblərsə, verilən qarşılıq şərr olar.

“Əl-Ğaşiyə” surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur.