Mərasiminizi bitirdikdə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.

Allah həcc ibadəti bitəndən sonra Onu çoxlu zikr etməyi əmr edir.

“Atalarınızı zikr etdiyiniz kimi” Bu ayənin mənasında ixtilaf etmişlər. İbn Cureyc, Ətanın belə dediyini rəvayət etmişdi: O, uşağın “ata, ana” deməsi kimidir. yəni, necə ki,  uşaq ata və anasını anmaqla dil açır, siz də Həcc ibadətini bitirdikdən sonra Allahı zikr etməklə dil açın. Dəhhak ilə Rəbi İbn Ənəs də bunu demişlər. İbn Cərir də Avfinin yolu ilə İbn Abbasdan oxşarını rəvayət etmişdir.

Səid İbn Cubeyr, İbn Abbasın belə dediyini rəvayət etmişdi: “Cahilliya dövründə insanlar həcc mövsümündə dayənardılar. Onlardan bir kişi deyərdi: “Mənim atam bizi yedizdirərdi, cərimələri ödəyar və qanbahasına öhdəçilik edərdi.” Onlar atalarının əməllərini yad etməkdən başqa heçnə deməzdilər. Buna görə Allah Təala Muhəmmədə (salləllahu aleyhi və səlləm) “atalarınızı zikr etdiyiniz kimi Allahı hətta bundan da artıq zikr edin!” ayəsini nazil etdi.

İbn Əbu Hatim demişdi: “Ənəs İbn Məlik, Abu Vail, Əta İbn Əbu Rəbah iki rəyindən birində, Səid İbn Cubeyr, İkrimə rəvayətlərinin birində, Mucahid, Suddi, Əta əl-Xorasani, Rəbi İbn Ənəs, Həsən, Qatadə, Muhəmməd İbn Kəb, Muqatil İbn Həyyan da buna oxşar demişlər.” Bunu İbn Cərir də bu şəkildə bir camaatdan nəql etmişdir. Allah ən doğrusunu biləndir.

Bunun məqsədi Allah əzzə və cəlləni çox zikr etməyə təşviqdir. Buna görə “əu əşəddə zikra” (hətta bundan da artıq zikr edin) kəlamı “təmyiz” olaraq mənsub olmuşdur. Təqdiri “kəzikrukum əbəəkum əu əşəddə minhu zikran” (atalarınızı zikr etdiyiniz kimi hətta bundan da artıq zikr edin) cümləsidir. “Əu” ədatı burada, xəbərdəki bənzərlik mənasını təmin edir. Bu ayələrdə olduğu kimi: “Onlar daş kimidir hətta daha qatıdır” (Bəqərə, 74), “İnsanlardan qorxarlar, Allahdan qorxduqları kimi, hətta daha çox” (Nisə, 77), “Onu yüz min nəfərə hətta daha çox insana göndərdik” (Saffat, 147), “İki yay qədər hətta daha yaxın oldu” (Nəcm, 9). “Əu” ədatı burada, qətiyyan şübhə mənasını bildirmir. O yalnız verilən xəbərin və ya daha artığının gerçəkləşməsinə dəlalət edir.

Sonra Allah Təala Onu çoxlu zikr etməyin ardından Özünə dua etməyə çağırdı, çünki duanın qəbul olunma məqamıdır. Axirətdən üz çevirib yalnız dünyanı istəyəni də qınadı və buyurdu: “İnsanlar arasında: ‘Ey Rəbbimiz! Bizə elə bu dünyada ver!’– deyanlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.” yəni, nəsibi və bölgüsü yoxdur. Bu qınaq, eyni vəziyyətdə olanlara oxşamaqdan uzaq dayənmağı da əhatə edir.

Səid İbn Cubeyr İbn Abbasın belə dediyini rəvayət etmişdi: “Bəzi bədəvilər vəqfəya gələr və deyərdilər: “Allahım bu ili yağmurlu, bolluq, gözəl övladların doğulması ili et” — deya dua edərdilər və axirət işlərinin heç birini zikr etməzdilər. Allah da onların haqqında bu ayəni nazil etdi: “İnsanlar arasında: ‘Ey Rəbbimiz! Bizə elə bu dünyada ver!’– deyanlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur.” Onların ardından möminlər gəlir və deyirlər: “Ey Rəbbimiz! Bizə həm dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” Allah da bunu nazil etdi: “Belələri üçün qazandıqlarından bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.” Buna görə Allah Ondan dünya və axirət üçün istəyanləri təriflədi və buyurdu: “Onlardan: ‘Ey Rəbbimiz! Bizə həm dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru.” Beləcə bu dua dünyadakı bütün xeyri əhatə edərək bütün pisliklərdən qorudu. Çünki dünyadakı nemətlərlə — sağlamlıq,  geniş ev, gözəl qadın, bol ruzi, faydalı elm, yaxşı əməl, uyğun minik, yaxşı ad və sairə bu kimi dünyavi tələblərin hər biri şamil edilir. Necə ki, təfsirçilərin ifadələri bunları əhatə edir. Onların arasında ziddiyyat yoxdur. Çünki hamısı dünyadakı nemətlərə aiddir. Axirət nemətlərinə gəlincə, bunlardan ən ucası cənnətə girmək və ona bağlı olaraq arasat meydanında böyük qorxudan azad olmaq, hesabın asan olması və bunlar kimi axirətlə əlaqəli xeyirli məsələlərdir. Cəhənnəmdən də qurtulma dünyadakı ona səbəb olacaq haramlardan çəkinməyi, şübhələri və haramları tərk etməyi lazımlı edir.

Qasım İbn Əbdurrəhman demişdi: Kimə şükür edən bir qəlb, zikr edən bir dil, səbir edən bir bədən verilirsə, ona dünya və axirət nemətləri verilmişdir. O, cəhənnəm əzabından qorunmuş olar.

Buna görə Sünnədə bu dua xüsusi vurğulanmışdır. Buxari demişdi: Bizə Əbu Mamər, o da Abdulvarisdən, o da Əbdüləzizdən, Ənəs İbn Məlikin belə dediyini rəvayət etmişdi: Peyğəmbər ((salləllahu aleyhi və səlləm) ): “Allahım, Rəbbimiz, bizə dünyada və axirətdə gözəl nemətlər bəxş et və bizi od əzabından qoru” — deyərdi.

İmam Əhməd demişdi: Bizə İsmayıl İbn İbrahim, o da Əbdüləziz İbn Suheybin belə dediyini rəvayət etmişdi: Qatadə Ənəsdən soruşdu: Peyğəmbər (salləllahu aleyhi və səlləm) ən çox hansı duanı edərdi? O cavab verdi: “Allahım, Rəbbimiz, bizə dünyada və axirətdə gözəl nemətlər bəxş et və bizi od əzabından qoru” deyərdi.” Ənəs də nə isə istədiyi zaman bu duanı oxuyardı, dua etmək istədiyi zaman da bu duanı deyərdi.

İbn Əbu Hatim demişdi: Bizə atam, o da Əbu Nueymdən, o da Abdussalam İbn Şəddaddan yəni, Əbu Talutdan belə rəvayət etmişdi: Mən Ənəs İbn Məlikin yanında idim, Sabit ona dedi: Qardaşların səndən onlara dua etməyini istəyirlər. O da: “Allahım bizə dünyada və axirətdə gözəl nemətlər bəxş et və bizi od əzabından qoru”  dedi. Bir saat danışdılar, qalxıb gedəndə həmin adam soruşdu: Ey Həmzənin atası, qardaşların getmək istəyir, onlar üçün Allaha dua et. O da dedi: İstəyirsiz işlərinizi çətinləşdirim? Allah sizə dünyada və axirətdə nemətlər verib və sizi odun əzabından qorusa, sizə bütün xeyri bəxş etmiş olur.

yenə Əhməd demişdi: Bizə Muhəmməd İbn əbu Adiy, o da Humeyddən və Abdullah İbn Bəkr əs-Səhmidən, onlar da Humeyddən, Ənəsin belə dediyini rəvayət etmişdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) müsəlmanlardan birini ziyarət etdi. Adam cücə kimi idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dedi: Heç Allaha dua edib ondan nə isə istədinmi? O cavab verdi: Bəli, Allahım əgər mənə axirətdə əzab verəcəksənsə, onun dünyada əvəzin ver, dedim. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Sübhan Allah, buna gücün çatmaz yaxud buna davam gətirə bilməzsən.Rəbbimiz, bizə dünyada və axirətdə gözəl nemətlər bəxş et və bizi od əzabından qoru” desəydin. O da Allaha o cür dua etdi və Allah ona şəfa verdi. Bu hədisi yalnız Muslim rəvayət etmişdir. Onu İbn əbu Adiydən rəvayət etmişdir.

Imam Şəfii demişdi: Bizə Səid İbn Səlim əl-Qəddah, o da İbn Cureycdən, o da Saibin azad etdiyi yəhya İbn Ubeyddən, o da atasından, Abdullah İbn Səib, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yamən küncü ilə Qara daşın arasında Rəbbimiz, bizə dünyada və axirətdə gözəl nemətlər bəxş et və bizi od əzabından qoru” duasını dediyini eşitdiyini söyləmişdir. Bunu Səuri də İbn Cureycdən bu cür rəvayət etmişdi. Bunu İbn Macə, Əbu Hureyrədən o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bu cür rəvayət etmişdir. Sənədində zəiflik vardır. Allah daha doğrusunu bilir.

İbn Mərdəveyh demişdi: Bizə Abdulbaqi, o da Əhməd İbn Qasım İbn Müsavirdən, o da Səid İbn Süleymandan, o da İbrahim İbn Suleymandan, o da Abdullah İbn Hurmuzdan, o da Mucahiddən, o da İbn Abbasdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdi: Nə vaxt rüknə çatırdım üzərində bir mələyin “Amin” dediyini görürdüm. Siz də ona çatarkən bu duanı edin Rəbbimiz, bizə dünyada və axirətdə gözəl nemətlər bəxş et və bizi od əzabından qoru”.

Hakim “Mustədrək” əsərində demişdi: Bizə Əbu Zəkəriyya əl-Ənbəri, o da Muhəmməd İbn Abdussəlamdan, o da İshaq İbn İbrahimdən, o da Cərirdən, o da Aməşdən, o da Müslim əl-Batindən, o da Səid İbn Cubeyrin belə dediyini rəvayət etmişdi: İbn Abbasın yanına bir adam gəldi və dedi: Mən bir topluma məni həccə aparsınlar deya işləməya başladım. Məni həccə aparmaları qarşılığında qazancımdan keçdim, bunu etmək olarmı? İbn Abbas dedi: Sən Allah Təalanın “Belələri üçün qazandıqlarından bir pay vardır. Allah tez haqq-hesab çəkəndir” dediklərindənsən. Hakim deyir ki, hədis iki şeyxin şərti ilə səhihdir, onlar bunu təxric etməmişlər.