Bu, “mallarını Allah rizası üçün” xərcləyan möminlərin misalıdır. “nəfslərini möhkəmləndirmək üçün” yəni, onlar Allahın onlara bol savab verəcəyinə qəti və sabit şəkildə iman etmişlər, deməkdir. Bu mənada varid olan və səhihliyi barədə ittifaq edilən hədisdə Peyğəmbər (aleyhis-salam) buyurur: “Kim Ramazanı inanaraq və savabını Allahdan umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar.” yəni, onu Allahın şəriəti olduğuna iman edərək və savabını Allahdan umaraq oruc tutarsa, deməkdir.
Şəbi də: “nəfslərini möhkəmləndirmək üçün” yəni, təsdiq edərək və yaqin olaraq mənasındadır, demişdir. Qatadə, Əbu Salih və İbn Zeyd də bu cür demişlər. İbn Cərir də bu rəyi seçmişdi. Mucahid ilə Həsən demişlər: “Sədəqələrini hara verəcəklərini dəqiqləşdirərlər.”
“yüksəklik üzərindəki bağın məsəlinə bənzəyir” Burada keçən “rəbvə” cumhurun rəyinə görə yüksək yer deməkdir. İbn Abbas ilə Dəhhak da əlavə olaraq demişlər: “Orada çaylar axar.” İbn Cərir demişdir: “Rəbvə” sözündə üç lüğət var, üçü də qiraətdə keçir. Mədinə, Hicaz və İraq əhlinin əksəriyyati “Ra” hərfini damma ilə oxumuşlar. Şam bölgəsinin bir qisminin və Kufəlilərin qiraəti fəthə ilə oxunur. Bunun Təmim ləhcəsi olduğu da deyilmişdir. Kəsrə ilə də oxunması barədə İbn Abbasın qiraəti olduğu deyilmişdir.
“ona leysan düşdükdən sonra” bu yuxarıda keçdiyi kimi şiddətli yağmur deməkdir. “Bəhrəsini iki qat verər” yəni, digər bağçalara görə iki qat verər. “Əgər ona leysan düşməzsə, çiskin düşər” Dəhhaq demişdir: “tallun” yəni, yüngül yağmur və çiskindir.” yəni, bu bağça heç vaxt quru qalmaz, çünki ona yağmur dəyməsə, çiskin düşər. Hansı olsa da ora düşər. Möminin əməli də elədir, o qətiyyan ziyana uğramaz. Allah onu qəbul edər, onu artırar və hər əməl sahibinə niyyatinə görə çoxaldar. Buna görə buyurur: “Allah sizin nə etdiklərinizi görür” yəni, qullarının ibadətlərindən heç bir şey ona gizli qalmaz.