Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın.

Əli İbn əbu Talhadan rəvayət olunur ki, İbn Abbas demişdir: “Bu ayə, öhdəsində başqasının malı olan, lakin buna açıq-aşkar sübut olmayan bir adam haqqındadır. O, malın onda olmasını inkar edir və mübahisəni hakimlərə qaldırır. Baxmayəraq ki, haqsızlıq etdiyini, günahkar olduğunu və haram yediyini bilir.

Mucahid, Səid İbn Cubeyr, İkrimə, Həsən, Qatadə, Suddi, Muqatil İbn Həyyan, Abdurrahmən İbn Zeyd İbn Əsləmdən də belə rəvayət olunmuşdur. Onlar: «Haqsız olduğunu bildiyin halda mübahisə etmə» – demişlər.

İki Səhihdə Ümmu Sələmədən rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)  belə demişdir: “Axı mən də sadəcə bir insanam. Bəzən yanıma mübahisə edən tərəflər gəlir və sübutlarını çatdırmaq baxımından biri digərindən daha bəlağətli olur. Mən də onun lehinə qərar verirəm. Kimə bir müsəlmanın haqqını vermişəmsə, bilsin ki, o od parçasından başqa bir şey deyildir. Onu istəyarsə alsın, istəyarsə tərk etsin.» Bu ayə və hədis göstərir ki, hakimin verdiyi qərar bir şeyin əslini dəyişdirə bilməz. Haram olan bir şeyi halal, halal olan bir şeyi də haram edə bilməz. Hakim zahirdən görünən şeyləri tələb edir. Əgər verdiyi qərar hadisənin əslinə uyğun gələrsə nə gözəl, yox əgər əksidirsə onda hakim savabını, hiylə edən isə günahını qazanır. Buna görə də Allahtəala:“Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyasiniz deya hakimləri ələ almağa çalışmayın. “ demişdir. “Bilə-bilə” yəni iddianızın haqsız olduğunu bildiyiniz halda onu sözlərinizlə bəzəyarək deməkdir.

Qatadə demişdir: “Ey Adəm oğlu! Bil ki, hakimin qərarı sənə haramı halal etməz və batili də haqqa çevirməz. Hakim yalnız gördüyünə və şahidlərin şahidlik etdiklərinə əsasən hökm çıxarır. Hakim də bir insandır, xəta da edə, doğru qərar da verə bilər. Bilin ki, kimin lehinə olaraq haqsız qərar verilərsə, mübahisə orada bitməz, Allah onları qiyamət günündə bir arayə gətirər. Haqlını haqsızın üzərində haqlı çıxardar və dünyada haqsıza haqlının üzərində çıxarılan hökmdən də daha da yaxşısını haqlıya çıxarılar.

Əbu Hənifə demişdir: Hakimin yanında həmin vaxt yalan şahidlik verən iki şahidin iştirakı ilə o, qadına talaq hökmü çıxararsa və bu iki nəfər də hakimə görə ədalətli (yalandan və s. günahlarlardan uzaq) insan sayılarlarsa və o da qadına digər kişilərlə, hətta şahidlərlə belə evlənməya icazə verib, ayrılmasına hökm verdiyi ərinə haram hesab edərsə, bu halda fəqihlər demişlər: «Bu, qadının lənətlənməsi kimidir. O, qadını ərindən ayırıb ona haram edir. Baxmayəraq ki, qadın həmin vaxt yalançı sayılır. Əgər hakim qadının yalanını bilərsə, onu cəzalandırmalı və hələ ki, haram etməməlidir. Bu, daha yaxşıdır.

Məsələ: Qurtubi demişdir: Əhli sünnə icma etmişdir ki, kim haram mal yeyarsə, hətta ona mal adı verilməsi doğru olmasa belə, həmin adam fasiqlik etmiş sayılır. Bişr İbn Mutəmir demişdir: «Mötəzilənin bir dəstəsinə görə, ikiyüz və daha çox dirhəm yeməyincə fasiqlik etmiş hesab olunmur. Bundan aşağısına görə fasiqlik etmiş sayılmır.» əl-Cəbəi isə demişdir: «Bir dirhəm və daha çoxunu yeməklə fasiqlik etmiş olur. Bundan aşağısına görə, belə hesab edilmir.»