Münafiqlik xeyri bəyan edib şəri gizlətməkdir. Bunun da müxtəlif növləri vardır. Etiqadi münafiqlik insanı əbədi cəhənnəmə aparar. Əməli münafiqlik isə böyük günahlardandır. Necəki aşağıda qeyd ediləcək. İbni Cüreyc də belə demişdir: münafiqin sözü işinə, içi çölünə, girişi çıxışına, görünəni görünməyənə uyğun gəlməz. Münafiqlərin sifətləri niyə Mədinədə enmişdir? Çünki Məkkədə münafiqlik yox idi; tam əksinə bəzi insanlar daxildə mömin olsalar da, xaricdə küfrü göstərirdilər. Rasulullah ﷺ Mədinəyə hicrət etdi. Orda Evs və Həzrəc qəbilərlərindən olan Ənsar var idi. Cahilliyyə dövründə ərəb müşrikləri kimi bütlərə ibadət edərdilər. Orada əhli kitab yəhudilər də var idi və bunlarda ata-babalırın yolunu gedərdilər. Bunlar üç qəbilə idi: Həzrəclərlə müttəfiq olan Qeynuqa oğulları, Nadıyr və Qurayza oğulları isə Əus ilə müttəfiq idilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldikdə Əus və Həzrəc qəbilələrindən ibarət Ənsar müsəlman oldu. Yahidilərdən də çox az insan müsəlman oldu. Abdullah ibn Səlam radiyallahu anh da bunlardan idi. O zaman münafiqlik yox idi. Çünki müsəlmanlar qorxulacaq bir gücə malik deyildilər. Əksinə Rəsulullah (salləllahu aleyhi və səlləm) Yəhudilər və Mədinə ətrafında bir çox ərəb qəbilələri ilə razılığa gəldi. Böyük Bədir döyüşü olduqda və Allah öz kəlamını meydana çıxararaq İslamı və müsəlmanları ucaltdıqda Abdullah ibn Übey ibn Səlul yolundan azdı. Mədinədə başçı idi və Həzrəcdən idi. Cahilliyə dövründə hər iki qəbilənin rəisi idi. Onu başçı seçmək istəmişlər.
Bu iki qəbilə xeyirlə qarşılaşaraq müsəlman olduqdan sonra isə Onu unutdular. O isə İslam və müsəlmanlar haqqında pis düşünməyə başladı. Bədir döyüşü baş verdikdə: bu yeni bir vəziyyətdir, dedi və İslama girmiş kimi görünməyə başladı. Onunla birgə eyni inancda olanlar və əhli-kitab da belə görünməyə başladılar. Beləcə Mədinə və ətrafdakı bədəvilərdə münafiqlik görünməyə başladı. Mühacirlərdə isə münafiqlik yox idi. Çünki heç kim zorla hicrət etməmişdi. Əksinə hicrət edərkən malını, övladını, torpağını Allah rizası üçün və axirət yurdunu qazanmaq üçün tərk edirdilər.
Muhamməd ibn İshaq deyir ki, mənə Muhamməd ibn əbu Muhəmməd, o da İkrimə yaxud Said ibn Cübeyrdən rəvayət edir ki, İbn Abbas “İnsanlardan elələri vardır ki, inanmadıqları halda “Allaha və axirət gününə iman etdik deyirlər” ayəti haqqında belə demişdir: Bunlar Əus və Xazrəc münafiqləri ilə onlara qoşulanlardır. Bunu Əbul Aliyə, Qatadə və Suddi də Əus və Xazrəc münafiqləri olaraq təfsir etmişdilər. Buna görədir ki, Allah Təala münafiqlərin sifətlərinə diqqət çəkmiş və möminlərin onların zahiri görünüşünə aldanmamasını istəmişdir. Əgər münafiqlərdən və onların iman anlayışlarından çəkinilməsə, buna görə geniş miqyaslı bir fəsad əmələ gələr. Çünki onlar daxilən kafirdirlər. Pis insanları yaxşı zənn etmək də çox zərərli şeylərdəndir. Allah Təala belə demişdir: “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: «Allaha və Axirət gününə inanırıq»– deyirlər” Yəni bunu quru bir söz olaraq deyirlər. Necə ki Allah Təala belə demişdir “Münafiqlər sənin yanına gəldikləri zaman, şəhadət edirik ki, sən həqiqətən də Allahın Rəsulusan, deyirlər”. Yəni onlar yalnız sənin yanına gəldikdə bunu dilləri ilə deyirlər, ürəyində deməzlər. Buna görə də şəhadətlərini innə və təkid Ləm-i ilə gücləndirirlər. Necə ki, Allaha və Axirət gününə iman etdik sözlərini də təkid etmişdilər. Vəziyyət isə belə deyildi. Çünki Allah onların şahidliyini inanc baxımından yalanlamış, və “Allah şahidlik edir ki, münafiqlər yalançılardır, mömin deyillər” (Munafiqun, 1) demişdir.
“Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar”: Yəni üzdə iman nümayiş etdirməklə birlikdə küfrü gizlətməklə belə zənn edirdilər. Cahillikləri ilə Allahı aldatdıqlarını və bunun özlərinə fayda verəcəyini sanırdılar. Bəzi möminləri aldatdıqları kimi Allahı da aldadacaqlarını zənn edirdilər. Necə ki, Allah Təala belə demişdir: “Allah onları diriltdiyi gün sizə and içdikləri kimi Ona da and içərlər. Özlərini nəsə hesab edirlər. Bilin ki, onlar yalançılardır.” Buna görə də bu etiqadları ilə “Yalnız özlərini aldadırlar amma xəbərləri yoxdur” deyə cavab vermişdir. Demək istəyir ki, bu etdikləri ilə yalnız özlərini aldadırlar və bunun şüurunda deyillər. Necə ki, Allah Təala belə demişdir: “Münafiqlər Allahı aldadırlar, O isə onları aldadır” Qarilərdən bəziləri “Və mə yuhadiunə illa ənfusəhum”deyə oxumuşdurlar ki, hər iki oxunuş şəkli eyni mənaya gəlir.
İbni Cərir belə demişdir: əgər kimsə “Münafiq necə Allahı və möminləri aldada bilər ki, o inandığı şeyin tərsini ancaq təqiyyə etmək üçün göstərir” desə belə cavab verilər: Ərəblər bir kimsə qorxduğu şeydən qurtulmaq üçün təqiyyə edərək ürəyindəkinin əksini dilə gətirərsə buna aldatma deməkdən çəkinməzlər. Münafiq də öldürülməkdən, əsir düşməkdən və dərhal işgəncə edilməkdən xilas olmaq üçün daxilindəkinin əksini göstərməklə Allahı və möminləri aldatmış kimi olur. Buna görə də möminləri bu dünyada aldatmış olsa da əslində özünü aldadır. Çünki bu hərəkəti ilə umduğuna nail olacağını və axırda sevinəcəyini düşünmədədir. Əslində özünü ölüm təhlükəsinə atmaqda, əzab zəhərini qurtumlamaqda və özünü heç bir şəkildə xilas edə bilməyəcəyi ilahi qəzəbə və şiddətli əzaba məruz qoymaqdadır. Bu da onun özünü aldatması deməkdir. Bundan başqa axırıncı çatacağı yerdə özünə pislik etdiyi halda yaxşılıq etdiyini sanmaqdadır. Necə ki, Allah Təala “yalnız özlərini aldadırlar və bundan xəbərləri yoxdur” demişdir. Bununla mömin qullarına bunu bildirir ki, münafiqlər küfrləri, şübhələri və yalanlamaları ilə Rəblərini qəzəbləndirməklə özlərinə pislik edirlər. Fəqət bunun şüurunda və idrakında deyillər. Yalnız kor-koranə gedirlər. İbni əbu Hatim belə demişdir: Bizə Əli ibn Mübarək yazısı ilə rəvayət etdi, o da Zeyd ibn Mübarəkdən, o da Muhamməd ibn Sevrdən rəvayət etdi ki, İbn Cüreyc “Allahı aldadırlar” sözünə belə demişdir: Açıq şəkildə Lə iləhə illallah deyərək, bununla qanlarını mallarını və daha başqa şeyləri qorumaq istəyərlər. Səiddə Qatadədən belə nəql etmişidir: “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: «Allaha və Axirət gününə inanırıq»– deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar halbuki yalnız özlərini aldadır və bunu anlamırlar” ayəsi barədə belə demişdir: Çoxlarına görə münafiqlərin sifətləri bunlarıdr: Əxlaqları pozğundur, diliylə təsdiq edər qəlbləri ilə inkar edərlər, əməli ilə müxalif olarlar. Səhər başqa cür, axşam başqa cür olarlar. Gəmi kimi küləyə görə hərəkət edərlər.