Təfsirçilər Allah təalanın: “Mən səni öldürəcəyəm və Özümə tərəf qaldıracağam” kəlməsi barəsində ixtilaf etmişlər. Qatadə və digərləri demişlər: Burada təqdir — nəzərdə tutulan məna və təxir- bir sözün digərindən geri qalması vardır. Təqdiri belədir: “Səni yüksəldəcəm və öldürəcəyəm, yəni bundan sonra öldürəcəm.” Əli ibn əbu Talha, İbn Abbasdan: “inni mutəvəffikə” yəni, səni öldürəcəyəm – demişdir. Muhəmməd ibn İshaq, o da ittiham etmədiyi bir nəfərdən, o da Vəhb ibn Munəbbihdən rəvayət etmişdir: Allah onu yanına qaldırdığı zaman onu gündüzün əvvəlində üç saat öldürdü, demişdir. İbni İshaq demişdir: Nəsranilər Allahın onu yeddi saat öldürdüyünü və sonra diriltdiyini iddia edirlər. İshaq ibn Bişr, o da İdrisdən, o da İbn Vəhbdən: Allah onu üç gün öldürdü, sonra da diriltdi, sonra da göyə qaldırdı – demişdir. Matar əl-Varraq da: Səni dünyadan öldürəcəyəm, bu ölüm vəfatı deyil, demişdir. İbn Cərir də demişdir: Onun öldürülməsi qaldırılmasıdır. Çoxluq belə demişdir: burada ölümdə məqsəd yuxudur. Necə ki, Allah təala demişdir: “Sizi gecə öldürən Odur.” (Ənam, 60)
Allah təala demişdir: “Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır” (Zumər, 42).
Rəsulullah (salləllahu aleyhi və səlləm) yuxudan qalxarkən deyərdi: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. Dönüş yalnız Onadır.” Bu, Buxarinin rəvayətidir. Allah demişdir: “Onlar küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər” (Nisə, 156-158). “Qablə movtihi” sözündəki əvəzlik İsaya aiddir. Yəni əhli kitabdan kim varsa İsanın ölümündən əvvəl ona iman edəcək. Bu da irəlidə izah edəcəyimiz kimi Qiyamət günündən öncə yerə enəcəyi zaman olacaq. O zaman bütün əhli kitab ona iman edəcək. Çünki o cizyəni ləğv edəcək, İslamdan başqasını qəbul etməyəcək.
İbn əbu Hatim demişdir: Mənə atam danışdı, bizə Əhməd ibn Abdurrəhman danışdı, bizə Abdullah ibn əbi Cəfər danışdı, o da atasından, bizə Rəbi ibn Ənəs danışdı, o da Həsəndən dedi: “Allah təalanın “mən səni öldürəcəyəm” kəlməsində yəni yuxu ölümü ilə öldürdü, onu yuxuda ikən göyə qaldırdı.” Həsən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) yəhudilərə demişdir: İsa ölməyib, o Qiyamətdən əvvəl sizə qayıdacaqdır. “səni kafirlərdən təmizləyəcək” yəni səni göyə qaldırmaqla, deməkdir. “Sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm” belə də olmuşdur. Çünki İsanın əshabı Allah onu göyə qaldırdığı zaman müxtəlif qruplara bölündülər. Kimsə onu Allahın qulu, Rəsulu və Məryəmin oğlu hesab edib Allahın ona göndərdiyinə iman etdi, kimsə də həddini aşıb onu Allahın oğlu saydı. Başqaları da dedilər: “O Allahdır.” Digərləri isə: “O üçlüyün üçüncüsüdür.” – söylədilər. Allah təala Quranda onların söylədiklərini danışdı. Beləliklə üç yüz ilə qədər buna davam etdilər. Sonra yunan hökmdarı Konstantin Xristianlığı qəbul etdi. Bəziləri: “Onu dağıtmaq üçün hiylə işlədib qəbul etdi. Çünki o fəlsəfəçi idi.” – demişlər. “Cahilliyindən girdi” deyənlər də vardır. Amma o İsanın dinini dəyişdi və təhrif etdi. Ona əlavələr və azaltmalar etdi. Onun üçün qanunlar və böyük əmanət qoyuldu. Hansı ki, həqir bir xəyanət idi. Öz vaxtında donuz ətini halal etdi. Şərqə dönərək onun üçün namaz qıldılar. Onun tapşırığı kilsələri rəsmlərlə doldurdular. İddialarına görə etdikləri günahlardan görə oruclarını on gün artırdılar. Beləcə İsanın dini Konstantinin dini oldu. Buna baxmayaraq onlar üçün sayı on iki mindən artıq kilsələr, məbədlər, rahib evləri və monastırlar ucaltdı. Öz adını daşıyacaq şəhər qurdu. Hökmdarlar ona tabe oldular. Onlar bununla bərabər yəhudiləri əzdilər. Allah onları yəhudilərin üzərində qalib etdi. Çünki onlar haqqa yəhudilərdən daha yaxın idilər. Baxmayaraq ki, hamısı kafirlər idi. Allah onlara lənət etsin.
Allah Muhəmmədi (salləllahu aleyhi və səlləm) göndərdikdə ona iman gətirənlər, Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə həqiqi şəkildə iman etmiş oldular. Onlar yer üzündə bütün peyğəmbərlərə tabe olanlardır. Çünki yazıb oxumağı bilməyən ərəb bir peyğəmbəri təsdiq etdilər. O, peyğəmbərlərin sonuncusu və Adəm oğullarının seyididir. O bütün haqqı təsdiq etməyə çağırdı. Onlar hər peyğəmbərə onun yolu ilə getdiyini iddia edən ümmətindən daha yaxın idilər. Belə ümmətlər öz dinlərini təhrif edərək dəyişdirdilər. Sonra bunlardan heç biri olmasa belə, Allah bütün peyğəmbərlərin şəriətini Muhəmmədin (salləllahu aleyhi və səlləm) gətirdiyi ilə nəsx edib ortadan qaldırdı. Onun dini isə haqdır. Qiyamətə qədər təhrif edilməz və dəyişdirilməz. Dünyanın sonuna qədər hər dinin üstündə olacaqdır. Buna görə də səhabələr yer üzünün şərqini də qərbini də fəth etdilər. Bütün məmləkətləri keçdilər. Bütün dövlətlər onlara itaət etdi. Xosrovu dağıtdılar, Sezarı əzdilər, onların xəzinələrini əldə etdilər. O mallar Allah yolunda xərcləndi. Necə ki, Peyğəmbərləri Allahdan onlara bunu xəbər verdi: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Nur, 55).
Onlar İsaya həqiqi iman gətirdiklərinə görə Xristianlardan Şamı aldılar. Onları Romaya atdılar. Onlar da şəhərləri Konstantinopola sığındılar. İslam və müsəlmanlar Qiyamət gününə qədər onlardan üstün olacaq. Hər zaman doğru danışan Peyğəmbər (salləllahu aleyhi və səlləm) ümmətinin belə ki, sonuncularının Konstantinopolu fəth edəcəklərini, oradakı malları qənimət olaraq alacaqlarını xəbər vermişdi. Onlar romalıları böyük bir döyüşdə qıracaqlar. O cür döyüş olacaq ki, nə ondan əvvəl nə də ondan sonra belə bir döyüş olmamışdır. Mən bu xüsusda ayrıca bir bölüm hazırladım. Buna görə Allah buyurur: “Sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm”. İsanı inkar edən yəhudilərə və onun haqqında həddini aşan nəsranilərə məhz belə etdi. Onlara dünyada ölüm, əsirlik, mallarını almaq və mülklərinin əllərindən çıxması ilə əzab verdi. Axirətdəki əzabları isə bundan daha çətin olacaqdır: “Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz” (Rad, 34). “İman gətirib saleh əməllər işlədənlərin mükafatlarını tam verəcəkdir” yəni dünya və axirətdə deməkdir. Dünyada yardım və qələbə ilə, axirətdə isə yüksək Cənnətlə. “Allah zalımları sevməz”.
Sonra Allah təala buyurdu: “Bunlar sənə oxuduğumuz ayələrdən və hikmətli Zikrdəndir” yəni, sənə İsanın halını, dünyaya gəlməsi və axırını izah edirik. Bunlar Allah təalanın sənə dediyi, vəhy etdiyi və Lövhul-Məhfuzdan endirdikləridir. Bunda şəkk və şübhə yoxdur. Necə ki, Məryəm surəsində buyurur: “Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur. Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.” (Məryəm, 34-35). Burada da belə buyurur: