Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz.

Həsən ilə Qatədə “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsi “biz Allahın oğullarıyıq və sevimliləriyik” deyən yəhudi və xristiyanlar haqqında nazil olduğunu demişdirlər.

İbn Zeyd də “Biz Allahın oğullarıyıq” (Maidə 18) və “cənnətə ancaq Yəhudi və Xristiyanlar girəcək” (Bəqərə 111) demələrinə görə nazil oldu demişdir. Mücahid də demişdir ki, Onlar duada və namazda uşaqları qabağa çəkib və onların günahlarının olmadığını iddia edərdilər. İkrimə ilə Əbu Malik də belə demişdir. Bunu İbn Cərir rəvayət etmişdir.  Avfi İbn Abbasdan “Özlərini təmizə çıxaranları görmürsənmi?”  ayəsi yəhudilər haqqında nazil olduğunu demişdir. Onlar deyirdilər ki, bizim oğullarımız vəfat etdilər onlar bizim yaxınlarımızdır bizə şəfaət edəcəklər və bizi təmizə çıxaracaqlar. Bunun üzərinə Allah Təala Muhammədə (sallallahu aleyhi və səlləm) “Özlərini öyənləri təmizə çıxaranları görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz.”  ayəsini nazil etdi. Bunu İbn Cərir rəvayət etmişdir.

İbn Əbi Hatim belə demişdir: Bizə atam danışdı, bizə Muhamməd ibn Mustafa danışdı, bizə ibn Himyər danışdı o da İbn Lehiyadan, Bəşr İbn Əbi Amrdan, o da İkrimədən o da  İbn Abbasın belə dediyini rəvayət etmişdir ki, Yəhudilər uşaqlarını önə keçirib onlara namaz qıldırardılar, qurbanlarını kəsdirər və onların nə xətaları nə də ki günahları olmadığını iddia edərdilər. Yalan danışdılar, Allah da: Mən günah sahibini günahsız başqa biri ilə təmizləmərəm dedi və “Özlərini təmizə çıxaranları  görmürsənmi?”  ayəsini nazil etdi. Sonra da belə dedi: Mucahid, Əbu Malik, Suddi, İkrimə və Dahhaqdan da bənzər şəkildə rəvayət edilmişdir.

Dahhaq demişdir ki, uşaqlarımızın günahları olmadığı kimi bizim də günahlarımız yoxdur dedilər. Bunun üzərinə Allah Təala “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsini nazil etdi. Belə deyilmişdir ki, bu ayə özünü öymə və özünü təmizə çıxarma haqqında nazil edilmişdir. Muslimdə sabit olduğuna görə Mikdad İbn Əsvad belə demişdir: Rəsulullah (sallallahu aleyhi və səlləm) öyünənlərin üzlərinə torpaq atmağımızı əmr etdi. İki səhihdə Xalid əl Həzzadan, o da Abdurrahman İbn Əbi Bəkrədən, o da atasından rəvayət edilmişdir ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) bir kişinin birini təriflədiyini eşitdi: “Vay olsun sənə öz dostunun boynunu vurdun, dedi. Sonra da: Əgər biriniz birini mütləq tərifləməli olsanız, belə- belə oduğunu zənn edirəm desin və heç kimi Allah yanında təmizə çıxarmıram desin”, dedi.

İmam Əhməd belə demişdir: Bizə Mutəmir, atasından danışdı o da Nuaym İbn Əbi Hinddən, Ömər İbn Xattabın belə dediyini rəvayət etmişdir:
Kim mən möminəm deyərsə kafirdir, aliməm deyərsə cahildir, kim cənnətliyəm deyərsə cəhənnəmlikdir. Bunu İbn Mərduveyh də Musa ibn Ubeydə yolundan, Talha İbn Ubeydullah İbn Qureyzdən belə rəvayət etmişdir: Ömər demişdir ki, ən qorxduğum şey birinin öz rəyini bəyənməsidir. Kim mömin olduğunu söyləyərsə kafirdir. Alim olduğunu söyləyərsə cahildir. Cənnətlik olduğunu söyləyərsə cəhənnəmlikdir.

İmam Əhməd belə demişdir: Bizə Muhamməd İbn Cəfər danışdı, bizə Şöbə ilə Həccac danışdılar, bizə Şöbə danışdı o da Sad İbn İbrahimdən,  o da Məbəd əl- Cühənidən dedi ki, Muaviyə rəsulullahdan (sallallahu alaeyhi və səlləm) çox az hədis rəvayət edərdi. Cümə günləri də bu hədisləri rəvayət etmədiyi çox az rast gəlinərdi: Allah kimə xeyr istəyərsə onu dində fəqih edər. Bu mal həm şirin həm də münasibdir. Beləliklə kim onu haqqı ilə alarsa bərəkətini görər. Bir birinizi öyməkdən çəkinin, bu boğazlamaqdır. Bunu İbn Macə də ondan rəvayət etmişdir. “Bir birinizi öyməkdən çəkinin çünki o boğazlamaqdır” hədisini Əbu Bəkr İbn əbi Şeybə də, Ğundərdən, o da Şubədən belə rəvayət etmişdir. Bu Mabəd, İbn Abdullah ibn Uveym əl-Bəsri əl Qədəridir.

İbn Cərir belə demişdir: Bizə İbn Yəhya ibn İbrahim əl-Məsudi danışdı, bizə atam danışdı o da atasından, o da babasından, o da Aməşdən, o da Qays ibn Muslimdən, o da Tarıq İbn Şihabdan rəvayət edir ki, Abdullah İbn Məsud belə demişdir: Bir kişi səhər tezdən dini ilə çıxar sonra qayıdanda ondan yanında heç bir şey qalmaz. Belə ki, bir adamla rastlaşar onun da ona nə xeyiri nə də zərəri olar, ona: Vallahi sən belə beləsən, deyə tərifləyər. Bəlkə də onun heç bir ehtiyacını qarşılamadan geri qayıdar, bu halda Allahı qəzəbləndirmişdir. Sonra da İbn Məsud “Özlərini təmizə çıxaranları görmürsənmi?” ayəsini oxudu. Bu haqda uzun danışmırıq çünki irəlidə  “Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir” (Nəcm 32) ayəsində bu məsələ gələcəkdir. Buna görədir ki Allah Təala “Xeyr! Allah istədiyini təmizə çıxarar” demişdir. Yəni belə işlər Əziz və Cəlil olan Allaha həvalə edilir. Çünki O işlərin doğrusunu və mahiyyətini daha düzgün bilir.

Onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz” yəni heç kimin tel qədər belə olsa savabını hədər etməz. İbn Abbas, Mücahid, İkrimə, Ata, Həsən, Qatədə və digər sələf alimləri ayədə keçən fitil, xurma çəyirdəyinin yarığında olan iplikdir, demişdirlər. Yenə İbn Abbasdan: O barmaqlarının arasında bükdüyün şeydir, demişdir. Hər iki görüş də bir birinə yaxındır.
Bax, necə də Allaha qarşı yalan uydururlar” yəni özlərini təmizə çıxararaq Allahın oğulları və sevimli qulları olduqlarını iddia edər, “Cənnətə Yəhudi və Xristiyan olamayanlardan başqası girməyəcəkdir” (Bəqərə 111) və “cəhənnəm odu bizə yalnız bəzi günlərdə toxunar” (Ali imran 24) sözlərini gətirər və  ata babalarından yaxşı olan kəslərin əməllərinə etibar etməklərində yalan danışırlar. Allah, ata babalarının əməllərinin oğullarına heç bir faydası olmayacağını burada “onlar bir ümmət idi gəlib keçmişdir. onların qazandığı özlərinə, sizin qazandığınız da sizindir. Onların etdiklərindən siz sorğu sual olunmayacaqsınız”  ayəsi ilə qərara bağlamışdır. Sonra da “Bu, açıq-aşkar günah üçün kifayət edər!” dedi, yəni bu etdikləri yalan və aşkar bir iftira olaraq kifayət edər, deməkdir.

Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla“ — bu ayədə  keçən cibt haqqında Muhamməd İbn İshaq, o da Həsən İbn Faiddən, o da Ömər İbn Xattabın cibt sehrdir, tağut da şeytandır, dediyini rəvayət etmişdir.

İbn Abbas, Əbul Aliyə , Mucahid, Ata, İkrimə, Said İbn Cübeyr, Şəabi, Həsən, Dəhhaq və Suddidən: Təkrar olaraq  İbn Abbas, Əbul Aliyə , Mucahid, Ata, İkrimə, Said İbn Cübeyr, Şəabi, Həsən və Atiyyədən cibt şeytandır dedikləri rəvayət edilmişdir. İbn Abbas: Bu habəşcədir demişdir. İbn Abbasdan: Cibt Huyey İbn Ahtabdır. Mucahiddən isə Cibt Kəab ibn Əşrəfdir dediyi rəvayət edilmişdir. Allamə Əbu Nasr İsmayıl İbn Hammad əl- Cəvhəri Sıhah kitabında : Cibt bütə, kahinə, sehrbaza və başqa bu kimi şeylərə deyilən sözdür, demişdir. Bu ərəb sözü deyildir çünki onda dil ucundan çıxmayan hərflər xaricində cim və tə birləşmişdir.

İmam Əhmədin zikr etdiyi bu hədis Musnədindədir və belə demişdir: Bizə Muhamməd İbn Cəfər danışdı, bizə Avf danışdı, o da Həyyan Əbul-Əalə dan, bizə Qatan İbn Qabisə danışdı o da atası Qabisə İbn Muharıkdan o Rəsulullahın (səlallahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: “Quş uçurtmaq, yerə xəttlər cızmaq və uğursuzluq cibtdəndir”. Həsən isə “O şeytandır” demişdir.

Bunu Əbu Davud və Nasai Sünənində, İbn Hatim də təfsirində Avf əl-Arabidən belə rəvayət etmişdir. Tağut haqqındakı açıqlama Bəqərə surəsində keçmişdir. Burada təkrar etməyə ehtiyac yoxdur. İbn Əbi Hatim belə demişdir: Mənə atam danışdı, bizə İshaq ibn Dayf danışdı, bizə Həccac danışdı, o da İbn Həccacdan, mənə Əbuzubeyr xəbər verdi, o da Cabir İbn Abdullahdan eşitmişdir ki, ondan tağutları soruşdular o da: “Onlar şeytanların nazil olduğu  kahinlərdir” dedi. Mücahid də: “Tağut insan surətində şeytandır, insanlar mübahisələri zamanı ona müraciət edərlər. Məslələrini onun hökm kəsməsi üçün ərz edərlər”, demişdir. İmam Malik də: “Tağut Allahdan başqa ibadət olunan hər şeydir”, demişdir.

Kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər” yəni cahilliklərinnə, dinlərinin azlığına və əllərindəki Allahın kitabını inkar etmələrinə görə kafirləri Müsəlmanlardan üstün görürdülər. İbn Əbi Hatim belə rəvayət etmişdir: “Bizə Muhamməd ibn Abdullah İbn Yezid əl-Mukri danışdı, bizə Süfyan danışdı, o da Amrdan, o da İkrimədən rəvayət etdi ki, Huyey İbn Ahtab ilə Kəab İbn Əşrəf Məkkəlilərə gəlib dedilər ki, siz də kitab əhli və elm əhlisiniz, bizə Muhamməddən və bizdən xəbər verin. Onlar da: “Siz nəsiniz? Muhamməd nədir?” dedilər. Onlar: “Biz qohumluq əlaqələrini qoruyar, hörgüçlü dəvəni kəsər, südünün üzərindən su içirər, əsirləri azad edər və hacılara su paylayarıq. Muhammədin isə zürriyəti yoxdur. Qohumları bir birinə düşman etdi, arxasına Ğıfar tayfasından olan Həcic oğulları düşdü. Biz mi daha xeyirliyik o mu?”  dedilər. Onlar da: “Siz daha xeyirlisiniz və yolunuz da onunkundan daha doğrudur”, dedilər. Bunun üzərinə Allah Təala              Kitabdan pay verilmiş kəsləri görmədinmi?  ayəsini nazil etdi. Başqa yoldan da İbn Abbasdan və sələfdən olan bir camaatdan da rəvayət edilmişdir.

İmam Əhməd belə demişdir: Bizə Muhamməd İbn Əbi Adiy danışdı, o da Davuddan, o da İkrimədən, o da İbn Abbasdan rəvayət etdi ki, Kəab İbn Əşrəf Məkkəyə gələndə Qureyş dedi: “Bu sonsuzu, qövmündən qaçanı görmürsənmi, bizdən daha xeyirli olduğunu zənn edir, biz isə hacılara xidmət göstəririk, Kəbəyə baxırıq, hacılara su veririk”. O da: “Siz daha xeyirlisiniz dedi”. Bunun üzərinə “Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur” (Kovsər 3) ayəsi ilə “Kitabdan pay verilmiş kəsləri görmədinmi?”  ayəsi nazil oldu.

İbn İshaq belə demişdir: Mənə Muhamməd İbn Əbi Muhamməd danışdı, o da İkrimədən yaxud Said İbn Cubeyrdən rəvayət etdi ki, o belə deyərdi: Qureyş, Qatfən və Qureyzə oğulları birliklərini toplayan bunlardır: Huyey İbn Ahtab , Salam İbn Əbil Hukayk, Əbu Rafi İbn Rəbi ibn Əbil Hukayk, Əbu Ammar , Vahvah ibn Ammar və Həvzə İbn Qeys Vahvah, Əbu Ammar və Həvzə Vail oğullarından, digərləri isə Nadiyr oğullarından idilər. Qureyşə gələndə, Məkkəlilər: “Bunlar Yəhudi hahamları və ilk kitabları oxuyan elm adamlarıdır. Onlardan soruşun sizin dininiz daha xeyirli olandır yoxsa Muhammədin dini?” Soruşdular, onlar da: “Xeyr sizin dininiz daha xeyirlidir və siz ondan da ona tabe olanlardan da daha doğru yoldasınız”- dedilər. Bunun üzərinə Allah Təala: Kitabdan pay verilmiş kəsləri görmədinmi? Onlara böyük bir mülk verdik” ayələrini nazil etdi. Bu onlar üçün lənətdir, nə dünyada, nə də axirətdə yardımçılarının olmayacaqlarının xəbəridir. Çünki onlar gedib müşriklərdən yardım istədilər. Bunu da onların yardımını almaq üçün dedilər. Onlar da onlara müsbət cavab verdilər və Əhzab döyüşündə birlikdə oldular. Sonda rəsulullah (sallallahu aleyhi və səlləm) Mədinənin ətrafına xəndək qazdı, Allah möminləri onların şərrindən qorudu. Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.  (Əhzab 25)