Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını verməlisiniz. Qadınların bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür.

Bu ayə, payın birinci ayədəki hala görə məxsusi olduğunu göstərir. Çünki burada əlaqədə olmadan boşayərsa, mehrin yarısının vacib olduğu bildirilir. Ona görə də əgər burada pay kimi başqa bir şey olsaydı, onu da bəyan edərdi. Xüsusən də onu özündən əvvəlki, payın məxsusi olaraq həmin hala aid olması ayəsi ilə bərabər zikr etmişdir. Allah ən doğrusunu biləndir.

Bu vəziyyətdə mehrin yarıya bölünməsi alimlər arasında icma edilən bir haldır. Bu məsələdə onların arasında ixtilaf yoxdur. Çünki nə vaxt qadına bəlli bir mehr təyin edib onunla əlaqədə olmadan boşayərsa, ona təyin etdiyi mehrin yarısı vacib olar. Amma üç imama görə qadınla xəlvətə girib onunla əlaqədə olmasa da mehr vacib olur. Bu Şafiinin köhnə rəyidir. Raşidi xəlifələr də bu cür hökm verərdilər. Amma Şafii demişdir: Bizə Muslim İbn Xalid xəbər verdi, bizə İbn Cureyc xəbər verdi, o da Leys İbn Əbu Suleymdən, o da Tavusdan, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: “Bir adam bir qadınla evlənərsə və onunla xəlvətə girib ona toxunmazsa, sonra da onu boşayərsa, o qadına mehrin yalnız yarısı vacib olar. Çünki Allah Təala “Onlarla yaxınlıq etmədən əvvəl mehrlərini təyin etdiyiniz halda boşansanız, onlara mehrin yarısını verin” buyurmuşdur. Şafii demişdir: Bu daha qüvvətlidir. Kitabın zahiri də belədir.

Əl-Beyhəqi demişdir: Leys İbn Əbu Suleym dəlil götürüləcək adam olmasa da, bu bizə İbn əbu Talhadan, o da İbn Abbasdan nəql edərək rəvayət olundu.

yalnız qadınlar bağışlasalar” yəni, qadınlar kişiya vacib olan mehrin yarısını bağışlasalar, o zaman kişiya heç bir şey vacib olmaz. Suddi Əbu Salehdən rəvayət edir ki,   İbn Abbas “yalnız qadınlar bağışlasalar” ayəsi barəsində demişdir: “Əgər dul qadın bağışlayəraq haqqından əl çəkərsə.” İmam Əbu Muhəmməd İbn əbu Hatim rahiməhullah demişdir: Şureyh, Səid İbn Musəyyab, İkrimə, Mucahid, Şubə, Həsən, Nəfi, Qatadə, Cabir İbn Zeyd, Əta əl-Xorasani, Dəhhak, Zuhri, Muqatil İbn Həyyan, İbn Sirin, Rabi İbn Ənəs və Suddidən də oxşar şəkildə rəvayət edilmişdi. O dedi: “Muhəmməd İbn Kəb əl-Qurazi onlara müxalif olmuş və  “yalnız qadınlar bağışlasalar” ayəsi barəsində yəni, “kişilər” demişdir. Bu şaz bir rəydir və onunla hökm verilməz.” Onun sözü bitdi.

Əlində nikah bağı olan kişilər bağışlayərsa” İbn əbu Hatim demişdir: İbn Ləhiyadan deyildi, mənə Amr İbn Şueyb, o da atasından, o da babasından, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Nikah bağı əlində olan kişidir.” Bunu İbn Mərdəvey, Abdullah İbn Ləhyənin hədisi olaraq bu şəkildə rəvayət etmişdir. Bunu İbn Cərir də, Abdullah İbn Ləhya və Amr İbn Şueyb yolu ilə rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm)…” sonra hədisi danışdı. O: “…atasından, o da babasından” demədi. Allah ən doğrusunu biləndir.

Sonra İbn Əbu Hatim rahiməhullah dedi: Bizə yunus İbn Həbib xəbər verdi, bizə Əbu Davud xəbər verdi, bizə Cərir yəni İbn Əbu Həzim anlatdı, o da İsadan yəni, İbn Asimdən dedi: Şureyhdən eşitdim ki, o deyir: Əli İbn Əbu Talib məndən soruşdu: Nikah bağı kimin əlindədir? Mən də dedim: O, qadının vəlisidir. Əli dedi: Xeyr, o ərdir.

Sonra dedi: İbn Abbas rəvayətlərin birində, Cubeyr İbn Mutim, Səid İbn Musəyyab, Şureyh iki rəyinin birində, Səid İbn Cubeyr, Mucahid, Şəbi, İkrimə, Nəfi, Muhəmməd İbn Sirin, Dəhhak, Muhəmməd İbn Kəb əl-Qurazi, Cabir İbn Zeyd, Əbu Micləs, Rəbi İbn Ənəs, İyas İbn Muaviyya, Məkhul və Muqatil İbn Həyyan: “Həqiqətən o, ərdir.” – demişdir.

Mən də deyirəm: “Bu, Şəfiinin iki rəyindən yeni olanıdır. Əbu Hənifə və dostlarının, Səvrinin, İbn Şubrumə və Əvzainin də rəyləri belədir. İbn Cərir də bunu tərcih etmişdir. “Nikah bağı əlində olan həqiqətən də kişidir” rəyinin dəlili budur: Çünki bağın bağlanması, təsdiqi, pozulması, dağılması onun əlindədir. Necə ki vəlinin, başqa bir vəlisi olan kimsənin malından hədiyya etməsi icazəli deyil, mehrdə də eyni haldır.

İbn əbu Hatim demişdir: İkinci rəy belədir: Bizə atam xəbər verdi, bizə İbn əbu Məryam xəbər verdi, bizə Muhəmməd İbn Muslim xəbər verdi, bizə Amr İbn Dinar xəbər verdi ki, İbn Abbas, Allahın “Əlində nikah bağı olan” kəlməsi barəsində demişdir: Qadının atası, yaxud qardaşı, yaxud izni olmadan evlənə bilməyacəyi kimsədir.

Əlqamə, Həsən, Əta, Tavus, Zuhri, Rəbiə, Zeyd İbn Əsləm, İbrahim Nəxai, iki görüşündən birində İkrimə və iki rəyindən birində Muhəmməd İbn Sirin də: “Vəlidir” — demişlər. Məlikin rəyi və Şəfinin əvvəlki rəyi də belədir. Bunun dəlili budur: Qadına bunu qazandıran vəlidir, ondan istifadəya onun haqqı vardır. Digər mallarında isə yoxdur.

İbn Cərir demişdir: Bizə Səid İbn Rəbi ər-Razi xəbər verdi, bizə Sufyan xəbər verdi, o da Amr İbn Dinardan, o da İkrimədən onun belə dediyini rəvayət etmişdir: Allah bunu bağışlamağa icazə vermişdir və əmr etmişdir. Əgər hər hansı bir qadın bağışlayərsa, onun bağışlaması icazəli olar. Əgər o, simiclik və xəsislik edib onu verməsə, vəlisi onu bağışlayər və bu da icazəli sayılar.

Bu, qadın yetkin olarsa, vəlinin bağışlamasının səhihliyini tələb edir. Bu da Şurehdən rəvayət edilir. Lakin Şəbi ona etiraz etmiş və o da bu rəyindən dönmüşdür. Beləliklə də, onun ər olduğunu demiş və buna görə lənətləşmə istəyirdi.

Sizin bağışlamağınız təqvayə daha yaxındır” İbn Cərir demişdir: Bəziləri bunun kişi və qadınlara xitab edildiyini demişlər. Bizə yunus xəbər verdi, bizə İbn Vəhb xəbər verdi, mən İbn Cureycdən eşitdim ki, Əta İbn əbu Rəbahdan xəbər verdi ki, İbn Abbas “Sizin bağışlamağınız təqvayə daha yaxındır” ayəsi barəsində dedi: Təqvayə daha yaxın olan bağışlayəndır.

Şəbi və başqalarından da belə rəvayət edilmişdir. Mucahid, Dəhhaq, Muqatil İbn Həyyan, Rəbi İbn Ənəs və Səvri demişlər: Burada üstünlük qadının mehrin yarısını bağışlaması və ya kişinin mehri tamamlamasıdır. Buna görə “Bir-birinizə güzəşt etməyi unutmayın” yəni yaxşılıq deməkdir. Bunu Səid demişdir. Dəhhaq, Qatadə, Suddi və Əbu Vail demişlər: Müvafiq şəkildə yəni, ona laqeyd yanaşmayın və aranızda istifadə edin.

Əbu Bəkr İbn Mərdəveyh demişdir: Bizə Muhəmməd İbn Əhməd İbn İbrahim xəbər verdi, bizə Musa İbn İshaq xəbər verdi, bizə Uqbə İbn Mukrəm xəbər verdi, bizə Ubeydullah İbn Vəlid ər-Vassafi xəbər verdi, o da Abdullah İbn Ubeyddən, o da Əli İbn Əbu Talibdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Elə bir vaxt gələcək ki, mömin əlindəkinə dişləri ilə sarılacaq və artığını verməyi unudacaq. Allah Təala isə buyurur “bir birinizə xeyr verməyi unutmayın”. Onlar şərli kimsələrdir, darda qalan insanların malını satın alacaqlar. Rəsulullah (salləllahu aleyhi və səlləm) darda qalanın malını almağı və ticarətdə aldatmağı qadağan etmişdir. Əgər yanında bir xeyir varsa onu qardaşına qaytar. Onun həlakına həlak qatma. Çünki müsəlman müsəlmanın qardaşıdır, onu üzməz və məhrum etməz.

Sufyan demişdir: Bizə Əbu Harun xəbər verdi, Əvn İbn Abdullahı, əl-Qurazinin məclisində gördüm, Avn xəbər verirdi. Ağlamaqdan onun saqqalından yaş damırdı. O deyirdi: Varlılarla dostluq etdim, onların ən gözəl paltar geyinib, ən xoş qoxularla ətirlənməklərini  və ən gözəl miniklərə mindiklərini görüb çox üzüldüm. Kasıblarla oturub rahat oldum. O dedi: Allah Təala “bir-birinizə xeyir verməyi unutmayın” buyurur. Əgər bir ehtiyacı olan yanına gəlsə, ona verməya bir şey olmasa ona dua et. Bunu İbn əbu Hatim rəvayət etmişdir.

Allah sizin nə etdiklərinizi görür” yəni, işlərinizdən və halınızdan heç bir şey ona gizli deyil. Hər əməl sahibinə qarşılığı veriləcək.