Allah Təala: “Sizə heç bir günah yoxdur” — buyurur, yəni ərləri ölən qadınları iddə müddətlərində açıq şəkildə bildirmədən istəmənizdə. Səvri, Şubə, Cərir və digərləri Mənsurdan, o da Mucahiddən rəvayət edir ki, İbn Abbas “Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə sizə heç bir günah yoxdur” kəlamı haqqında demişdir: “İşarə, sənin belə deməndir: Mən evlənmək istəyirəm, mən belə və belə bir qadın arzulayıram. Bununla da etik çərçivədə qadına söz çatdırar.” Başqa bir rəvayətdə isə: “Allahdan mənə bir qadın nəsib etməsini istəyirəm və s. bu kimi sözlər söyləyar, lakin elçiliyi təyin etməz.” — deyilmişdir. Bir başqa rəvayətə görə: “İnşAllah səndən başqası ilə evlənmək istəmirəm. Saleh bir qadın tapmaq istəyirəm” — deyar və qadın iddə müddətində olduğu müddətcə qarşısını kəsməz. Bunu Buxari natamam sənədlə rəvayət etmiş və demişdir: Mənə Talıq İbn Ğannən, o da Zaidədən, o da Mənsurdan, o da Mucahiddən rəvayət etdi ki, İbn Abbas “Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə sizə heç bir günah yoxdur” ayəsi haqqında demişdir: Bu, kişinin “Evlənmək istəyirəm, qadına ehtiyacım var, saleh bir qadın qismət olmasını istərdim” kimi sözlər deməsidir.
Mucahid, Tavus, İkrimə, Səid İbn Cubeyr, İbrahim Nəxai, Şabi, Həsən, Qatadə, Zuhri, yəzid İbn Quseyt, Muqatil İbn Həyyan, Qasım İbn Muhamməd və bir çox sələflər və imamlar işarə ilə danışmaq haqqında: “Əri ölmüş qadına elçiliyi açıq şəkildə deyil, işarə ilə bildirmək icazəlidir” — demişdir.
Qəti olaraq boşanmış qadın üçün də vəziyyət eynidir. Ona da işarə etmək icazəlidir. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm), Fatimə binti Qeysə əri Əbu Amr İbn Hafs onu üç talaqla boşadığı zaman ona İbn Ümmi Məktumun evində iddə müddətini gözləməsini buyurmuş və: “İddən bitdikdə mənə xəbər elə” – demişdir. Sonra halal hala gəldikdə onu azad etdiyi köləsi Üsamə İbn Zeydə istədi və onları evləndirdi.
Rici talaqla boşanan qadını isə ərindən başqası tərəfindən nə açıq şəkildə, nə də üstü örtülü olaraq istəməyin icazəli olmadığı haqda ixtilaf yoxdur. Allah ən doğrusunu biləndir.
“Və ya ürəyinizdə gizlətməkdə” yəni onlarla evlənməyi örtülü saxlamanızda deməkdir. Burdakı ifadə bu ayələrdəki kimidir: “Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir.”(Qəsas 69). Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm (Mumtəhinə 1). Buna görə də “Allah bilir ki, siz onları xatırlayəcaqsınız.” buyurmuşdur. yəni, ürəyinizdən keçirmənizi bildi, sizdən bu haqda olan narahatçılığı dəf etdi, deməkdir.
Sonra belə demişdir: “Lakin onlarla gizlicə vədələşməyin”. Əbu Micləz, Əbuşşasa, — Cabir İbn Zeyd -, Həsən Bəsri, İbrahim Nəxai, Qatadə, Dəhhaq, Rabi İbn Ənəs, Süleyman ət-Teymi, Muqatil İbn Həyyan və Suddi demişdir: yəni, zina. Avfinin də İbn Abbasdan olan rəvayətinin mənası belədir. İbn Cərir də bunu üstün rəy hesab etmişdir.
Əli İbn Əbi Talha, İbn Abbasdan, “Lakin onlarla gizlicə vədələşməyin” kəlamı haqqında: “Ona, mən sənə aşiq olmuşam, məndən başqası ilə evlənməyacəyinə dair mənə söz ver və s. kimi sözlər söyləmə- demişdir. Səid İbn Cubeyr, Şabi, İkrimə, Əbud-Duha, Dəhhak, Zuhri, Mucahid və Səvridən də belə rəvayət edilmişdi. Bu da başqası ilə evlənməməsinə dair ondan söz almaqdır. Mucahid də: “Bu kişinin qadına: “Tələsmə, mən səninlə evlənəcəyam” söyləməsidir” — demişdir.
Qatadə də: “Qadından iddə müddətində başqası ilə evlənməyacəyinə dair söz almaqdır” — demişdir ki, Allah bunu qadağan etmişdir. Bundan əvvəl bəzi xəbərdarlıqlar etmişdir. Elçi düşməyi və normal danışmağı halal etmişdir.
İbn Zeyd də “onlarla gizlicə vədələşməyin” kəlamı haqqında, bu: iddə ərzində qadınla gizlicə evlənməkdir. İddəsi qurtardıqda isə bunu açıq bildirməsidir — demişdir.
Ayənin bütün bunları ehtiva edəcək şəkildə geniş olması ehtimal edilir. Buna görə də “onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin” buyurmuşdur. İbn Abbas, Mucahid, Səid İbn Cubeyr, Suddi, Səvri və İbn Zeyd: “yuxarıda qeyd edilən: “Sənə rəğbətim var” və s. mübah sözləri qəsd etmişdir” – demişlər.
Muhamməd İbn Sirin demişdir: Əbidəya “onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin” kəlamının mənası nədir?” — dedim. O da belə dedi: “Qadının vəlisinə, “Onu məndən qaçırtma”, yəni mənə bildirmədikcə onu evləndirmə, deməkdir”. Bunu İbn Əbi Hatim rəvayət etmişdir.
“Gözləmə vaxtı başa çatmayıncayə qədər nikah etmək qərarına gəlməyin.” yəni iddə müddəti başa çatmayana qədər nikah bağlanmasına qərar verməyin, deməkdir. İbn Abbas, Mucahid, Şabi, Qatadə, Rəbi İbn Ənəs, Əbu Malik, Zeyd İbn Əsləm, Muqatil İbn Həyyan, Zuhri, Əta əl-Xorasani, Suddi, Səvri və Dəhhak: “Gözləmə vaxtı başa çatmayıncayə qədər.” kəlamı haqqında: “yəni, iddə müddəti başa çatmayana qədər nikah bağlamayın” — demişlər.
Alimlər iddə müddəti içərisində nikah əqdinin səhih olmadığı barədə ittifaq etmişlər. “Bir qadınla iddə müddəti içərisində evlənən və yanına daxil olan kimsə” barəsində ixtilaf etmişlər. Bu iki nəfəri bir-birindən ayırırlar, lakin qadın kişiya əbədi olaraq haram olurmu? Burada iki rəy var: Cumhur belə qadının kişiya haram olmaması, əksinə iddə müddəti bitdikdən sonra onu istəməsi rəyindədir. İmam Malik isə ona əbədiyyan haram olması qənaətini dilə gətirmiş və İbn Şihab ilə Süleyman İbn yasarın, Ömərdən (radiyAllahu anh) olan rəvayətini dəlil olaraq əsas götürmüşdür: Ömər (radiyAllahu anh) demişdir: Hər hansı bir qadın iddə müddəti içərisində evlənərsə, əgər əri onunla evlənib lakin ona toxunmayıbsa ayrılsın, sonra da əvvəlki ərindən qalan iddə müddətini tamamlasın. Başqa birisi elçilərdən biridirsə, qadınla yaxınlığı olubsa, onlar ayrılırlar. Bundan sonra qadın birinci ərindən qalan iddə müddətini gözləyir, sonra digərindən olan iddə müddətini gözləyir. Sonra isə, kişi onunla əbədiyyan evlənə bilməz. Bunun əsası budur: O, Allahın halal etdiyi işdə tələsdikdə, qadın ona əbədi olaraq haram edilmişdi. Eyni ilə qatilin mirasdan məhrum edilməsi kimidir. Şafii bu əsəri Məlikdən rəvayət etmişdir. Beyhəqi demişdir: Şafii keçmiş rəyində bunu demiş, sonra da yeni rəyində bu fikirdən daşınmışdır. Çünki Əli (radiyAllahu anh): Qadın ona halaldır — demişdir.
Mən də deyirəm ki, Ömərdən nəql edilən bu rəvayət kəsikdir. Səvri, o da Əşasdan, o da Şabidən , o da Məsruqdan rəvayət edir ki, Ömər (radiyAllahu anh) bu görüşündən daşınmış , qadına mehrini vermiş və onları bir-birinə qovuşdurmuşdu.
“Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun!” — Qadınlar haqqında ürəklərindən keçən şeylərdə onları təhdid etmiş və şər deyil, xeyir düşünməya irşad etmişdir. Sonra onları rəhmətindən məyus etməmiş, onlara lütfündən ümid kəsdirməmiş və: “Bilin ki, Allah Bağışlayəndır, Rəhmlidir!“ demişdir.