Ayətdə keçən “əl-ıləu”, anddır. Bir adam yoldaşı ilə bir müddət yaxınlıq etməmək üçün and içərsə, bu ya dörd aydan əksik olar və yaxud ondan daha çox olar. Əgər az olarsa, müddətin bitməsini gözləyar, sonra da yoldaşı ilə yaxınlıq edər. Qadın gərək səbir etsin, o müddət ərzində ərinin dönməsini istəmə haqqı yoxdur. Necə ki, iki “Səhih” əsərlərində Aişədən rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) qadınları ilə bir ay yaxınlıq etməyəcəyinə and içdi. Iyirmi doqquz gün sonra yanlarına gəldi və: “Ay iyirmi doqquz gündür.” — dedi. Buxari və Müslimin, Ömər İbn Xəttabdan da bənzər rəvayətləri vardır. Amma müddət dörd aydan uzun olarsa, qadının dörd ayın sonunda ərindən ya onun geri dönməsini yəni, yaxınlıq etməsini ya da boşanmasını tələb etmək haqqı vardır. Hakim, əri ya bu ikisindən birinə məcbur edir. Bu da qadına zərər verməmək üçündür. Buna görə də Allah Təala: “Qadınlarına yanaşmayəcaqlarına and içənlər üçün” buyurmuşdur. yəni, qadınları ilə yaxınlıq etməməya and içənlər üçün. Bunda ‘ila’ nın cariyalər deyil, yoldaşlara məxsus olduğuna dair dəlil vardır. Bilavasitə cumhurun rəyi də belədir. “Dörd ay gözləmə vardır” yəni, ər and anından etibarən dörd ay gözləyar, sonra dayəndırılar və ondan ya geri dönməsi, ya da boşaması istənilər. Buna görə də Allah Təala “əgər dönərlərsə” buyurmuşdur. yəni, əvvəlki hallarına dönərlərsə. Bu, yaxınlıq barəsində kinayədir. Bunu İbn Abbas, Məsruq, Şabi, Səid İbn Cubeyr və digərləri demişdir. Onlardan biri də İbn Cərirdir. Allah ona rəhmət etsin.
“Şübhəsiz Allah bağışlayəndır və çox mərhəmətlidir.” yəni, and səbəbi ilə qadınların haqqına xələl gətirən keçmiş qüsurlarını.
“Əgər dönərlərsə şübhəsiz Allah bağışlayəndır, çox mərhəmətlidir” kəlamında alimlərin iki görüşündən birinə dəlalət vardır. Bu da Şəfiinin əvvəlki görüşüdür ki, ‘ıla’ edən dörd ay sonra dönərsə, ona kəffarə yoxdur. Bu da ondan öncə gələn ayənin şərhində gələn hədislə dəstəklənir. Həmin hədisdə deyilir: Amr İbn Şueybdən, o da atasından, o da babasından rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim bir and içər və əksini daha xeyirli görərsə, o andını tərk etmək onun kəffarəsidir.” Necə ki bunu, İmam Əhməd, Əbu Davud və Tirmizi də rəvayət etmişdir. Cumhurun və Şəfiinin yeni məzhəbinə görə isə, ona kəffarə lazımdır, çünki hər and içənin kəffarə verməsi hökmü ümumidir. Necə ki, yuxarıda səhih hədislərdə keçmişdir. Allah ən doğrusunu biləndir.
Fiqh alimləri və başqaları, and içənlər üçün dörd ay gözləmə müddəti ilə bağlı imam Məlik İbn Ənəsin rahiməhullah “Muvatta” kitabında Amr İbn Dinardan rəvayət etdiyi əsəri qeyd etmişlər. O demişdir: Bir gecə Ömər İbn əl-Xəttab çölə çıxdıqda bir qadının aşağıdakı sözləri söylədiyini eşitdi:
“ Bu gecə uzandı və ətəkləri qaraldı,
Oynaşacağım dostumun olmaması yuxumu qaçırdı,
Allaha and içirəm, əgər Ondan çəkinməsəydim,
Bu taxtın hər tərəfi təhrik edilərdi.
Ömər qızı Həfsədən radiyAllahu anhu soruşdu: “Qadın ərinə ən çox nə qədər səbir edir?” O dedi: “Altı ya da dörd ay.” Ömər dedi: “Əsgərlərdən hər hansı birinin bundan çox qalmasını güman etmirəm.”
Muhəmməd İbn İshaq demişdir: İbn Abbasın azad etdiyi köləsi Saib İbn Cubeyr o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əshabələrinə yetişmişdi, dedi: Mən, Ömərin gecə vaxtı Mədinədə dolandığı rəvayəti həmişə eşidirdim. O çox vaxt belə edirdi. Bir dəfə qapısı bağlı olan bir ərəb qadınının yanından keçəndə onun aşağıdakı sözlərini eşitdi:
Bu gecə uzandı, yanını çevirib getdi,
Oynaşacaq bir yataq dostumun olmaması yuxumu qaçırdı,
Onunla ara-ara oynayərdım, sanki
Gecənin qaranlığında ayın ucu görünmüş kimi olurdu,
Onun yanında onunla əylənən sevinər,
Incədir, ətrafında əqrəbası da yox,
Özündən başqa İlah olmayan Allaha and olsun ki, əgər O olmasa idi,
Bu taxtın yanları yıxılardı.
Ancaq bizə müvəkkil bir bələdçidən qorxuram,
Nəfəslərimizi sayər, katibi də heç bir zaman səyriməz.
Rəbbimin qorxusu və həya məni saxlayır,
Gəmilərin ona çatması ərimə ikramdır.
Sonra qalan hissəsini irəlidə qeyd edildiyi kimi və ya oxşar şəkildə zikr etdi. Bunu bir çox yollarla rəvayət etmişdir və o, məşhurlardan sayılır.
“Əgər boşamağa qərar verərlərsə” bunda da dörd ayın keçməsi ilə boşanmanın gerçəkləşməyacəyinə dəlalət vardır. Necə ki, cumhurun görüşü də belədir. Digərləri isə dörd ay keçməklə bir boşanmanın yer alacağına qane olmuşlar. Bu da səhih sənədlərlə Ömər, Osman, Əli, İbn Məsud, İbn Abbas, İbn Ömər və Zeyd İbn Sabitdən rəvayət edilmişdir. İbn Sirin, Məsruq, Qasım, Səlim, Həsən, Əbu Sələmə, Qatadə, Qazı Şurayh, Qəbisa İbn Züeyb, Əta, Əbu Sələmə İbn Əbdürrəhman, Süleyman İbn Tarxan et-Teymi, İbrahim Nəxai, Rəbi İbn Ənəs və Suddi də belə demişlər.
Sonra belə deyilmişdir: “Qadın dörd ay keçməklə bir “rici” talaq ilə boşanar.” Bunu Səid İbn Müseyyab, Əbubəkr İbn Əbdürrəhman İbn əl-Haris İbn Hişam, Məkhul, Rəbia, Zuhri və Mərvan İbn Hakəm demişlər. Onun bir “bəin” talaqla boşanacağı da söylənmişdir. Bu da Əli, İbn Məsud, Osman, İbn Abbas, İbn Ömər və Zeyd İbn Sabitdən rəvayət edilmişdir. Əta, Cabir İbn Zeyd, Məsruq, İkrimə, Həsən, İbn Sirin, Muhamməd İbn Hənəfiyya, İbrahim, Qəbisa İbn Züeyb, Əbu Hənifə, Səvri və Həsən İbn Salih də belə demişlər. Dörd ay keçməklə qadın boşanar, deyanlərin hamısı qadına iddə müddətini vacib hesab etmişlər. Ancaq İbn Abbas ilə Əbuş-Şasadan gələn rəvayət müstəsnadır ki, orada, əgər qadın üç heyz görürsə ona iddə müddəti yoxdur, deyilmişdir. Bu da Şəfiinin də görüşüdür. Cumhur isə, ər dayəndırılar, ondan ya bunu, ya da bunu seçməsi istənilər, sırf dörd ay keçməklə talaq gerçəkləşməz, rəyini söyləmişdir.
Malik, Nafidən, o da Abdullah İbn Ömərdən belə dediyini rəvayət etmişdir: “Ər xanımı ilə yaxınlıq etməməya and içərsə, talaq sayılmaz. Əgər dörd ay keçərsə, ər dayəndırılar; ya boşayər ya da qayıdar.” Bunu Buxari təxric etmişdir.
Şəfii (rahiməhullah) demişdir: “Bizə Sufyan İbn Uyeynə xəbər verdi, o da yəhya İbn Səiddən, Süleyman İbn yasər deyir ki: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ondan artıq əshabəsini gördüm, hamısı “ıla” edəni dayəndırırdı.” Şəfii demişdir: “Bu, ən azı on üçdür.” Bunu Şəfii, Əlidən (radiyAllahu anh) rəvayət etmişdir. Belə ki, o da “ıla” edəni dayəndırardı. Sonra belə demişdir: “Biz də belə deyirik.” Bu bizim Ömər, İbn Ömər, Aişə, Osman, Zeyd İbn Sabit və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ondan artıq səhabəsindən rəvayət etdiyimizə uyğundur. Şəfii (rahiməhullah) belə demişdir.
İbn Cərir demişdir: Bizə İbn Əbu Məryam danışdı, o da yəhya İbn Əyyubdan, o da Ubeydullah İbn Ömərdən, o da Süheyl İbn əbu Salihdən, o da atasından onun belə dediyini nəql etmişdir: On iki səhabədən, yoldaşına “ıla” edən kişi barədə soruşdum, hamısı da: ”Dörd ay keçmədikcə ona bir şey edilməz, sonunda dayəndırılar, ya geri dönər, ya da boşayər.” — dedilər. Bunu Daraqutni, Süheyl yolu ilə rəvayət etmişdir.
Mən də deyirəm: “Bu, Ömər, Osman, Əli, Əbud-Dərda, möminlərin anası Aişə, İbn Ömər və İbn Abbasdan rəvayət edilmişdir. Səid bin Müseyyab, Ömər İbn Əbdüləziz, Mucahid, Tavus, Muhamməd bin Ka’b və Qasım da belə demişlər. Malik, Şəfii, Əhməd İbn Hənbəl və tərəfdarları da belədir. Allah onlara rəhmət etsin. İbn Cəririn tərcihi də budur. Leys, İshaq bin Rahavey, Əbu Ubeyd, Əbu Səvr və Davud da belə demişlər. Bunların hamısı: “Əgər qayıtmazsa boşanmağa çağırılar, əgər boşanmazsa, onun adından hakim boşayər. O da bir “ricı” boşanma olar. Kişi üçün iddə müddəti içərisində yoldaşına qayıtma haqqı vardır” — demişlər. yalnız Malik: “İddə müddətində onunla yaxınlıq etmədikcə ona qayıtma haqqı yoxdur.” – demişdir ki, bu həqiqətən qəribədir.