Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.

İbn Əbi Hatim demişdir: Bizə atam, o da yəhya İbn Muğirədən, o da Cərirdən, o da Abdə İbn Əbi Bərzə əs-Sicistanidən, o da Salt İbn Hakim İbn Muaviya İbn Haydə əl Qureyşidən o da atasından, o da babasından rəvayət edir ki, bir bədəvi: “Ey Allahın Rəsulu, Rəbbimiz yaxındadırmı Ona pıçıldayəq, yoxsa uzaqdadır, Ona səslənək?” dedi. Peyğəmbər (salləllahu aleyhi vəsəlləm) susdu. Allah Təala ”Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm…” ayəsini endirdi. İbn Cərir bunu Muhamməd İbn Humeyd ər-Razidən eyni şəkildə rəvayət etmişdir. Onu İbn Marduya ilə Əbuş-Şeyx əl-İsfəhani, Muhamməd İbn Əbu Humeyddən o da Cərirdən belə rəvayət etmişlər. Əbdurrəzzaq da belə demişdir: “Bizə Cəfər İbn Süleyman, o da Avfdan, o da Həsəndən rəvayət edir ki, Rəsulullahın əshabı : “Rəbbimiz haradadır?” deya soruşdu. İzzət və cəlal sahibi Allah da ”Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm…”  ayəsini endirdi. İbn Cureyc, Ətadan rəvayət edir ki, “Rəbbiniz dedi: Mənə dua edin, mən də qəbul edim”(Ğafir 60) ayəsi endikdə insanlar: “Bilsəydik ki, hansı saatda dua edək” — dedilər. Bu haqda ”Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm…” ayəsi endi.

Imam Əhməd demişdir: ”Bizə Əbdülvəhhab İbn Abdulməcid əs-Səqafi, o da Xalid əl Həzzədən, o da Əbu Osman ən-Nəhdidən rəvayət edir ki, Əbu Musa əl-Əşari belə demişdir: “Biz bir yürüşdə Rəsulullahla (salləllahu aleyhi və səlləm)birlikdə idik. Hər hansı bir yüksəkliya dırmandıqda, hər hansı təpəya çıxdıqda və ya hər hansı bir dərəya endikdə hündürdən təkbir gətirərdik. O bizə yaxınlaşıb dedi: ”Ey insanlar! Ağır olun, siz nə kara, nə də burada olmayana dua etmirsiniz. Siz Eşidən və Görənə dua edirsiniz. Sizin dua etdiyiniz, hər hansı birinizə onun  miniyinin boynundan daha yaxındır. Ey Abdullah İbn Qeys, sənə cənnət xəzinələrindən bir kəlimə öyrədimmi? Bu, “Lə həvla və lə quvvəttə illə billəh” sözüdür”. Bunu Buxari ilə Müslim “Səhih” adlı əsərlərində rəvayət etmişlər. Digər hədisçilər də onu Əbu Osman ən-Nəhdidən oxşarını nəql etmişlər. Onun adı Əbdurrəhman İbn Muldur.

İmam Əhməd demişdir:-“Bizə Süleyman İbn Davud, o da Şubədən, o da Qatadədən, o da Ənəsdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm)demişdir: Allah təala deyir ki, Mən qulumun Mənim haqqımda olan zənninin yanındayəm; mənə dua etdiyi zaman da yanındayəm”.

İmam Əhməd demişdir: ”Bizə Əli İbn İshaq, o da Abdullahdan, o da Əbdurrəhman İbn yəzid İbn Cabirdən, o da İsmayıl İbn Ubeydullahdan, o da Kərimə binti Xaşxaş əl Muzəniyyadən, o da Əbu Hureyrədən rəvayət edir ki, o, Rəsulullahın (salllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Allah təala dedi: Qulum məni zikr etdiyi və dodaqlarını tərpətdiyi müddətdə onunlayəm”.

Mən də deyirəm ki, Bu Allah təalanın “Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir.” (Nəhl 128) və Musa ilə Haruna: “(Allah) buyurdu: ‘Qorxmayın, çünki Mən sizinləyam, eşidirəm və görürəm!” (Taha 46)ayələri kimidir. Burada qəsd belədir: Allah dua edənin duasını boşa çıxartmaz, Onu heç bir şey məşğul edə bilməz. Əksinə o duanı eşidir. Burada duayə təşviq və duanın Allah qatında zay olmayəcağına işarə vardır. Necə ki, İmam Əhməd belə demişdir: “Bizə yəzid İbn Harun, o da bir adamdan, o da Əbu Osman ən Nəhdidən, o da Səlman Farisidən (radiyAllahu anh) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allah, əllərini açaraq Ondan xeyir istəyan bir qulunun əlini boş geri qaytarmaqdan həya edər.” yəzid dedi: Bu adamın adını mənə deyin. Onlar: “Cəfər İbn Məymundur” — dedilər”.

Bunu Əbu Davud, Tirmizi və İbn Macə də Ənmat sahibi (mətanətli, dayənıqlı, qaydaları) olan Cəfər İbn Məymundan rəvayət etmişlər.  Tirmizi: Həsən qəribdir, onu bəziləri rəvayət etmiş, lakin isnadı Rəsulullaha (salləllahu aleyhi və səlləm) gedib çıxan şəkildə rəvayət etməyiblər. Şeyx Hafiz Əbu Həccac əl Mizzi (rahmətullahi aleyh) “Ətraf” kitabında demişdir: Ona bənzər bir hədisi də Əbu Həmməm Muhamməd İbn Zibriqandan , o da Süleyman ət-Teymidən, o da Əbu Osman ən-Nəhdidən eyni ilə rəvayət etmişdir.

Bundan əlavə İmam Əhməd demişdir: “Bizə Əbu Amir, o da Əli İbn Davud əbu Əl-Mutəvəkkil ən-Nacidən, o da Əbu Səiddən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm)demişdir: “Bir müsəlman izzət və cəlal sahibi Allaha hər hansı bir dua edərsə və həmin duada günah və qohumluq əlaqəsini tərk etməsə, Allah mütləq surətdə ona bu üç xislətdən birini verər: ya dərhal duasını qəbul edər ya onu axirət üçün saxlayər və ya da ondan onun misli qədər bəlanı dəf edər”. Səhabələr: “Belədirsə onda biz də çox dua edərik”- dedilər. O da: “Allah da daha çox verər” — dedi”.

Abdullah İbn İmam Əhməd  demişdir: “Bizə İshaq İbn Mansur əl-Kəvsəc, o da Muhamməd İbn yusufdan, o da İbn Sevbandan, o da atasından, o da Mekhuldan, o da Cubeyr İbn Nufeyrdən, o da Ubadə İbn Samitdən xəbər verir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “yer üzündə hər hansı bir müsəlman əziz və cəlil olan Allaha dua edərsə, Allah ona istədiyini verər və ya ondan hər hansı bir pisliyi dəf edər. Əlbəttə ki, günah etmədikcə və qohumluq əlaqələrini kəsmədikcə bu belə olar.” Bunu Tirmizi Abdullah İbn Əbdurrəhman əd-Darimidən, o da Muhamməd İbn yusuf əl-Firyabidən, o da İbn Səvbandan — onun adı Əbdurrəhman İbn Sabit İbn Səvbandır — belə rəvayət etmiş və: “Bu isnad baxımından həsən qəribdir” — demişdir.

İmam Malik də İbn Şihabdan, o da İbn Əzhərin mövlası Əbu Ubeyddən, o da Əbu Hureyrədən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: “Bir adam tələsməyarək: ”Dua etdim qəbul olunmadı” — demədiyi surətdə duası qəbul olunar.” Bunu Buxari ilə Müslim “Səhih” adlı əsərlərində Malikin hədisi olaraq rəvayət etmişlər. Bu, Buxarinin (əsərində varid olan hədisin) sözləridir. Allah ona rəhmət eləsin və ona Cənnəti nəsib etsin.

Müslim “Səhih” adlı əsərində demişdir: “Mənə Əbu Tahir, o da İbn Vəhbdən, o da Muaviya İbn Salihdən, o da Rabia İbn yəziddən, o da Əbu İdris əl-Xavlanidən, o da Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm)demişdir: “Qul günah etmədikcə və qohumluq əlaqələrini kəsmədikcə, tələsməzsə duası qəbul olunar”. Ondan: “Ey Allahın Rəsulu, tələsmək nədir?” — deya soruşdular. O dedi: ”Dua etdim gördüm ki, qəbul olunmadı” — deyar və bununla da duadan soyuyar və duanı tərk edər.”

İmam Əhməd belə demişdir: Bizə Abdussaməd, o da Əbu Hilaldan, o da Qatadədən, o da Ənəsdən rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: “Bir qul tələsmədikcə xeyirdədir”. Soruşdular: “Necə tələsər?” O da: “Rəbbimə dua etdim, qəbul etmədi” deyar.

İmam Əbu Cəfər ət-Təbəri təfsirində demişdir: “Mənə yunus İbn Abdul-Əla, o da İbn Vəhbdən, o da Əbu Saxrdan, o da yəzid İbn Abdullah İbn Quseytdən, o da Urvə İbn Zubeyrdən rəvayət edir ki, Aişə (radiyAllahu anhə) demişdir: “Allaha dua edib duası boşa çıxan mömin bir qul yoxdur, ya tezliklə dünyada verilər və ya axirətə saxlanılar. Əlbəttə ki, tələsmədikcə və ümidini üzmədikcə belə olar”. Urva dedi: Mən də: “Vay onun anasının halına, onun tələsməsi və ümidini kəsməsi necə olar?” — dedim. O da: ”İstədim vermədi, dua etdim qəbul olunmadı, deyar” — dedi.

İbn Quseyt: “Səid İbn Müseyyibdən də  Aişənin (radiyAllahu anhə) dediyi kimi eşitdim” -demişdir.

İmam Əhməd demişdir: Bizə Həsən, o da İbn Ləhiadan, o da Bəkr İbn Amrdan, o da Əbu Əbu Əbdurrəhman əl-Hubulidən, o da Abdullah İbn Amrdan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Qəlblər qablar kimidir, bəzisi bəzisindən daha dərindir. Buna görə də ey insanlar, Allahdan istədiyiniz zaman qəbul olunacağına qəti şəkildə inanaraq istəyin. Çünki bir qul, qafil qəlbin səthi ilə dua edərsə, duası qəbul olunmaz”.

İbn Mərdəveyh demişdir: “Bizə Muhamməd İbn İshaq İbn Əyyub, ona  da Bağdadda İshaq İbn İbrahim İbn Ubey İbn Nafi İbn Mədiyakrib, ona da Ubey İbn Nəfi, ona da Əbu Nafi İbn Mədiyakrib belə rəvayət edir: Mən orada idim, Aişə (radiyAllahu anhə) Rəsulullahdan (salləllahu aleyhi və səlləm)“Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm.” ayəsi haqqında soruşdu. O da: “Ey Rəbbim, Aişənin sualına cavab ver” — dedi. Həmin an Cəbrayıl endi və dedi: “Allah sənə salam deyir. Bu, yaxşı niyyatli və təmiz qəlbli qulumdur ki, “Ey Rəbbim” deyar. Mən də: “ləbbeyk” — deyarəm və həmin an ehtiyacını qarşılayəram.” Bu hədis bu rəvayətlə qəribdir.

İbn Mərdəveyh, əl-Kəlbidən, o da Əbu Salehdən, o da İbn Abbasdan, o da Cabir İbn Abdullahdan rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm)“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın dua-sını yalvardığı vaxt qəbul edərəm” ayəsini oxudu və: “Allahım duanı əmr etdin və qəbulunu vəd etdin. Ləbbeyk Allahım, ləbbeyk, ləbbeyk, Sənin ortağın yoxdur. Ləbbeyk, həmd və nemət Sənindir. Mülk Sənindir. Ortağın yoxdur. Şahidlik edirəm ki, Sən birsən, təksən, samədsən, doğmadın, doğulmadın. Sənin heç bir tayın bərabərin də yoxdur. Şahidlik edirəm ki, vədin haqdır, Səninlə görüşmək haqdır, cənnət haqdır, cəhənnəm haqdır, qiyamət mütləq qopacaqdır, onda şübhə yoxdur. Sən qəbirdə olanları dirildəcəksən” — dedi.

Hafiz Əbu Bəkr əl-Bəzzar demişdir: Bizə Həsən İbn yəhya əl Əzdi ilə, Muhamməd İbn yəhya əl Qutai, hər ikisi də, Həccac İbn Minhaldan, o da Saleh Murridən, o da Həsəndən, o da Ənəsdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm)demişdir: “Allah Təala buyurur: Ey Adəm oğlu, bir şey vardır ki, o sənindir, bir şey vardır ki, o Mənimdir, bir şey də vardır ki, səninlə Mənim aramda ortaqdır. Mənim olan budur: Mənə ibadət edəsən, heç bir şeyi mənə ortaq qoşmayəsan. Sənin olan isə, nə əməl etsən onu sənə əskiksiz verərəm. Aramızda ortaq olan isə, səndən dua, Məndən qəbul etməkdir.”

Allah təalanın duayə təşviq edən bu ayəni, orucun hökmləri arasında zikr etməsində, oruc sayı tamamlandığı zaman, hətta Ramazan bayramında da var gücünlə dua etməyə yönəltmə var. Necə ki, İmam Əbu Davud Tayəlisi də “Musnəd” əsərində belə rəvayət etmişdir: Bizə Əbu Muhamməd əl-Məlikiy, o da Amr İbn Şueyb İbn Muhamməd İbn Abdullah İbn Amrdan, o da atasından, o da babası Abdullah İbn Amrdan rəvayət edir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm)onun belə dediyini eşitdim: “Oruclunun iftar vaxtında etdiyi dua məqbuldur.” Bu səbəbdən də Abdullah İbn Amr iftar zamanı ailəsini və uşaqlarını çağırar və dua edərdi.

Əbu Abdullah Muhamməd İbn yəzid İbn Macə “Sunən” adlı əsərində belə rəvayət etmişdir: “Bizə Hişam İbn Ammar, o da Vəlid İbn Müslimdən, o da İshaq İbn Abdullah əl Mədənidən, o da Ubeydullah İbn Əbu Muleykədən, o da  Abdullah İbn Amrdan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm)demişdir: “Oruclunun iftar saatında bir duası var ki, o rədd edilməz.”   Ubeydullah İbn Əbi Muleykə rəvayət edir ki, Abdullah İbn Amrın iftar edərkən belə dediyini eşitdim: “Allahım Səndən hər şeyi əhatə edən rəhmətinlə məni bağışlamanı istəyirəm”.

İmam Əhmədin “Musnəd” əsərində, Tirmizi, Nəsai və İbn Macənin “Sünən” adlı əsərlərində Əbu Hureyrə rəvayət edir ki Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: “Üç kimsə vardır ki, duaları geri çevrilməz: ədalətli başçı, iftar etməkdə olan oruclu və məzlum. Allah onun bədduasını qiyamət günündə buludların üzərinə qaldırar, ona göyün qapıları açılar. O buyurar: “İzzət və Cəlalıma and olsun ki, bir müddət sonra olsa da sənə yardım edəcəyam”.