Allah Təala mallarını xərcləyan, zəkatlarını verən, ehtiyac sahiblərinə və yaxın qohumlara bütün hal və vaxtlarda yaxşılıq edib əlaqə saxlayən şəxsləri zikr etdikdən sonra, sələm yeyan və insanların mallarını haqsız yerə və müxtəlif şübhələrlə mənimsəyanlər haqqında bəhs etməyə başladı. Onların qəbirlərindən çıxacaqları gün və oradan qalxıb məhşərə və həşr yerinə gəlmələri haqqında xəbər verərək buyurur: “Sələm yeyanlər ancaq şeytanın toxunaraq vurduğu kəsin qalxdığı kimi qalxacaqlar”. yəni, onlar qiyamət günü məzarlarından ancaq cinli adamın dəlilik halında və şeytanın onu vurduğu şəkildə qalxdığı kimi qalxacaqlar. Bu da onun pis şəkildə qalxmasını bildirir. İbn Abbas demişdir: «Sələm yeyan qiyamət günü boğulan dəli kimi qalxar.» Bunu İbn əbu Hatim rəvayət etmişdi. O demişdi: Avf İbn Məlik, Səid İbn Cubeyr, Suddi, Rəbi İbn Ənəs, Qatadə, Muqatil İbn Həyyandan da belə rəvayət edilmişdir.
Abdullah İbn Abbas, İkrimə, Səid İbn Cubeyr, Həsən, Qatadə və Muqatil İbn Həyyandan da “Sələm yeyanlər ancaq şeytanın toxunaraq vurduğu kəsin qalxdığı kimi qalxacaqlar” ayəsi barəsində: «yəni, Qiyamət günü ancaq belə qalxarlar» – dedikləri rəvayət edilmişdir. İbn əbu Nəcih, Mucahid, Dəhhak və İbn Zeyddən də belə deyilmişdir.
İbn əbu Hatim, Əbubəkr İbn əbu Məryamdən, o da Damrah İbn Həbibdən, o da İbn Abdullah İbn Məsuddan, o da atasından, o bu ayəni belə oxuduğunu danışmışdı: “Sələm yeyanlər qiyamət günü ancaq şeytanın toxunaraq vurduğu kəsin qalxdığı kimi qalxacaqlar”.
İbn Cərir demişdir: Mənə əl-Musənnə danışdı, bizə Muslim İbn İbrahim danışdı, bizə Rabiə İbn Külsüm danışdı, bizə atam danışdı, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: «Sələm yeyanə Qiyamət günü: «Müharibə etmək üçün silahını götür» – deyiləcək. Sonra oxudu: “Sələm yeyanlər ancaq şeytanın toxunaraq vurduğu kəsin qalxdığı kimi qalxacaqlar”. O dedi: «Bu, qəbrindən qalxarkən baş verəcək.»
Əbu Səidin Merac hədisində, necə ki, İsra surəsində qeyd edilir, Rəsulullah (salləllahu aleyhi və səlləm) həmin gecə qarınları otaqlar kimi olan bir qövmün yanından keçdi. Onlar barədə soruşduqda deyildi: «Bunlar sələm yeyanlərdir.» Bunu əl-Beyhəqi uzun şəkildə rəvayət etmişdir.
İbn Macə demişdir: Bizə Əbubəkr İbn əbi Şeybə danışdı, bizə Həsən İbn Musa danışdı, o da Həmməd İbn Sələmədən, o da Əli İbn Zeyddən, o da Əbu Saltdan, o da Əbu Hureyrədən onun belə dediyini danışdı: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Mənimlə Meraca gedilən gecə, qarınları evlər kimi olan bir qövmə çatdım. Orada ilanlar var idi. Onların qarınlarının ətrafında dolaşırdılar. Mən soruşdum: «Ey Cəbrayıl, bunlar kimdir?» O dedi: «Bunlar sələm yeyanlərdir.»
Bunu İmam Əhməd də, Həsən ilə Affandan, onların hər ikisi də Həmməd İbn Sələmədən bu şəkildə rəvayət etmişlər. Sənədində zəiflik var.
Buxari isə, Səmurə İbn Cundəbdən uzun yuxu hədisində bu cür rəvayət etmişdir: «Bir çayın kənarına gəldik. – Mən belə hesab edirəm ki, o deyirdi: Qan kimi qırmızı idi – Çayın içində üzən bir adam var idi. Çayın sahilində yanında çoxlu daşlar olan digər bir kişi var idi. Bu üzən adam üzdükdən sonra yanına daş yığan adama yaxınlaşırdı. Sonra isə, ağzını açırdı və o adam onun ağzını daşla doldururdu.» Bunun açıqlamasında: «O, sələm yeyandi» – demişdi.
“Bu onların: “Alış-veriş də sələm kimidir!” – demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir” yəni, Allahın şəriət hökmünə etiraz etdikləri üçün bunu icazəli gördülər. Bu onların sələmi alış-verişlə müqayisə etdiklərinə görə deyildi. Çünki müşriklər alış-verişin əslinin şəriətə müvafiqliyini etiraf etmirdilər. Halbuki Allah bunu Quranda şəriət hökmü etmişdir. Əgər bu müqayisə yolu ilə olsaydı: «Sələm də alış-veriş kimidir» – deyərdilər. Onlar isə: “Alış-veriş də sələm kimidir!” – dedilər. yəni, onun bənzəridir. Nəyə görə bunu haram, o birisini isə icazəli etmişdir? Bu onların şəriətə etirazı idi. yəni, bu da onun kimidir. Allah isə bunu halal, digərini isə haram etdi!
“Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir” ehtimal var ki, bu cümlə sözün davamı olub onlara rədd cavabıdır. yəni, etdikləri etiraza görədir. Onlar Allah Təalanın bu ikisini hökm etibarı ilə bir-birindən ayırdığını bilirdilər. O, hikmət sahibidir, biləndir. Heç kəs onun hökmünə qarşı gedə bilməz. O, etdiyi barədə soruşulmaz, onlar etdikləri barədə soruşulacaqlar. O, işlərin gerçəyini və məsləhətlisini bilir. Qullara faydalı olanı onlara icazə verir. Onlara zərər vuran işi isə, qadağan edər. O, qullarına ananın övladına olan mərhəmətindən daha mərhəmətlidir. Buna görə də buyurur: “Hər kim özünə Rəbbindən öyüd-nəsihət gəldikdən sonra son qoyarsa, nə keçmişdə olub onundur və onun işi Allaha qalar” yəni, kimə Allahın sələmi qadağan etməsi xəbəri çatarsa və o da şəriətin ona çatdığı andan bu əməlinə son qoyarsa, keçmişdə olan müamilə onundur. Çünki Allah buyurur: “Allah keçmişi bağışlamışdır.” (əl-Maidə, 95). Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkənin fəthi günü buyurdu: «Cahilliya vaxtında olan bütün sələmlər bu iki ayəğımın altına qoyulubdur. İlk qoyduğum sələm, Abbasın sələmidir.» Onlara cahiliyya zamanında aldıqları əlavələri qaytarmağı əmr etmədi. Əksinə ötüb keçənləri bağışlamışdır. Necə ki, Allah buyurur: “nə keçmişdə olub onundur və onun işi Allaha qalar”.
Səid İbn Cubeyr ilə Suddi demişdir: “nə keçmişdə olub onundur” haram edilməzdən öncə sələmdən yediyi nə varsa onun özünə qalar.
İbn əbu Hatim demişdir: Muhammad İbn Abdullah İbn Abdulhakimə oxundu, bizə İbn Vəhb xəbər verdi, mənə Cərir İbn Həzim xəbər verdi, o da Əbu İshaq əl-Həmədanidən, o da yunusun anasından – yəni zövcəsi Aliyə bint Əyfadan – nəql etdi ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) zövcəsi Aişəya, Zeyd İbn Ərqamın uşağının (süd) anası Ummu Muhəbbətə dedi: «Ey möminlərin anası, Zeyd İbn Ərqamı tanıyırsan?» O da: «Bəli» – dedi. Qadın dedi: «Mən, səkkiz yüz dirhəm verəcək deya, ona bir kölə satdım. Onun pula ehtiyacı var idi. Mən də onu vaxt çatmazdan əvvəl altı yüz dirhəmə geri aldım.» Aişə dedi: «Necə də pis alış-veriş etdin, necə də pis alış-veriş etdin! Zeydə çatdır, əgər tövbə etməsə Rəsulullahla (salləllahu aleyhi və səlləm) etdiyi cihad boşa çıxar.» Qadın dedi: «Necə bilirsən, o iki yüzə dəyməyib altı yüzü qaytarım?» Aişə dedi: «Bəli, “Hər kim özünə Rəbbindən öyüd-nəsihət gəldikdən sonra son qoyarsa, nə keçmişdə olub onundur və onun işi Allaha qalar”.
Bu məşhur əsərdir və o, əl-eynə alış-verişin[1] haram olduğunu deyənin dəlilidir. Üstəlik əhkam kitabında bu mövzu ilə əlaqəsi olan qərarlı hədislər də vardır. Həmd və minnət Allaha məxsusdur.
Sonra Allah Təala dedi: “Kim qayıdarsa” yəni, sələmə. Allahın qadağası ona çatdıqdan sonra onu edərsə, əzabı haqq etmiş olur. Artıq hüccət onun əleyhinə qaldırılmışdır. Buna görə buyurur: “Onlar od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar”.
Əbu Davud demişdir: Bizə yəhya İbn Məin danışdı, bizə Abdullah İbn Rəca əl-Məkki xəbər verdi, o da Abdullah İbn Osman İbn Xuseymdən, o da Əbuzzubeyrdən, o da Cabirdən onun belə dediyini rəvayət etmişdir: “Sələm yeyanlər ancaq şeytanın toxunaraq vurduğu kəsin qalxdığı kimi qalxacaqlar.” ayəsi nazil olanda, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Kim muxabərəni tərk etməsə, Allah və Rəsuluna müharibə elan etsin.» Bunu Hakim də Mustədrəkində İbn Xuseymdən rəvayət etmiş və demişdir: «Muslimin şərtinə uyğundur. İki şeyx bunu təxric etməmişlər.»
Muxabərə haram edildi. O, məhsulun bir hissəsi əvəzinə torpağın becərilməsinə deyilir. Muzabənə — ağacın başındakı təzə xurmanı qurumuş xurma ilə dəyişməkdir. Muhəqalə — tarladakı sünbülün üstündə olan dəni yerdəki toxuma dəyişməkdir. Bu və bənzərinin haram olması sələmin kökünü kəsmək üçün idi. Çünki iki şey qurumadan öncə tam eyni ola bilməz. Bu səbəbdən də fəqihlər demişlər: «Eyni olduğunu bilməmək, artığın gerçəkliyidir.» Elə buna görə də sələmə aparan yolların və vəsilələrin azaldılmasını düşünərək bəzi şeyləri haram saymışlar. Allah tərəfindən verilən elmin fərqlənməsi səbəbi ilə onların müxtəlif nəzər-nöqtələri olmuşdur. Allah Təala buyurur: “Hər bilik sahibindən də üstün bir bilən vardır”(yusuf, 76).
Sələm mövzusu bir çox alimlər üçün çətin mövzulardan sayılır. Möminlərin əmiri Ömər İbn Xəttab (radiyAllahu anhu) demişdir: «Üç şey var ki, barəsində Rəsulullahın (salləllahu aleyhi və səlləm) bizə sonuna gedə biləcəyimiz bir əhd verməsini istərdim: «Baba (mirası), kələlə və sələmin qapılarından bir qapı.» O, bununla sələm şübhəsi olan bəzi məsələləri qəsd etmişdir. Şəriət şahiddir ki, hər bir haramın vəsiləsi də onun mislindədir. Çünki harama aparan da haramdır. Necə ki, vacibin tamamlanması üçün zəruri sayılanın özü də vacibdir. İki Səhihdə Numan İbn Bəşir demişdir: Eşitdim ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) bu cür dedi: «Həqiqətən də, halal da haram da bəllidir. Bunların arasında bir-birinə bənzəyan şeylər vardır. Kim şübhələrdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim də şübhələrə düşərsə, harama düşər. Onun halı qoruğun ətrafında qoyun otaran çobana bənzəyir ki, az qala (sürü) orada otlasın.» Sünənlərdə rəvayət edilir ki, Həsən İbn Əli (radiyAllahu anh) demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim: «Səni şübhələndirən işi tərk et, şübhələndirməyəni götür.» Digər hədisdə buyurulur: «Günah qəlbdə narahatlıq oyadan, nəfsi tərəddüd etdirən və insanların xəbərdar olmasını istəmədiyin bir şeydir.» Bir rəvayət də buyurulur: «İnsanlar sənə fətva versələr belə qəlbinin qərarını dinlə.»
Səvri dedi: Asimdən, o da Şəbidən, o da İbn Abbasdan demişdir: Rəsulullaha (salləllahu aleyhi və səlləm) axırıncı nazil olan sələm ayəsi idi. Bunu Buxari də Qabisadan, o da İbn Abbasdan rəvayət etmişdir.
Əhməd dedi: yəhyadan, o da Səid İbn əbu Arubədən, o da Qatadədən, o da Səid İbn Musəyyabdən nəql etdi ki, Ömər demişdir: «Ən son nazil olanlardan biri də sələm ayəsidir. Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə onu açıqlamadan ruhunu təslim etdi. Artıq siz də sələmi və sələm şübhəsi olan şeyləri tərk edin.» Bunu İbn Macə və İbn Mərdəveyh rəvayət etmişdir.
İbn Mərdəveyh, Həyyac İbn Bistam yolu ilə, o da Davud İbn əbu Hinddən, o da Əbu Nadradan, o da Əbu Səid əl-Xudridən onun belə dediyini rəvayət etmişdir: Ömər İbn Xəttab (radiyAllahu anhu) bizə xütbə verdi və dedi: «Ola bilsin ki, sizə yararlı olan şeyləri sizə qadağan edib, sizin üçün yararlı olmayan şeyləri sizə əmr edim. Qurandan ən son nazil olan sələm ayəsidir. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu bizə açıqlamadan vəfat etdi. Artıq siz də sizi şübhəya salan şeyləri tərk edin, şübhələndirməyan şeylərə baxın.» İbn əbi Adiy də bunu məvquf bir sənədlə olduğunu demişdir. Hakim isə Mustədrəkində bunu qeyd edib rədd etmişdir.
İbn Macə demişdir: Bizə Amr İbn Əli əs-Sayrafi danışdı, bizə İbn əbi Adiy danışdı, o da Şubədən, o da Zubeyddən, o da İbrahimdən, o da Məsruqdan, o da Abdullahdan – o, İbn Məsuddur –, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə dediyini rəvayət etmişdir: «Sələm yetmiş üç çeşiddir.»
Bunu Hakim Müstədrəkində Amr İbn Əli əl-Fəllasdan bənzər isnadla rəvayət etmişdir və: «Ən yüngülü bir adamın anası ilə yaxınlıq etməsi kimidir. Sələmin daha çox olanı isə müsəlman kişinin namusudur.» – cümləsini əlavəsini etmişdir. O demişdir: «İki Səhihin şərtinə uyğundur, təxric etməmişlər.»
İbn Macə demişdir: Bizə Abdullah İbn Səid danışdı, bizə Abdulla İbn İdris danışdı, o da Əbu Maşərdən, o da Səid əl-Məqburidən, o da Əbu Hureyrədən onun belə dediyini nəql etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Sələm yetmiş çeşiddir. Onun ən yüngülü adamın öz anası ilə yaxınlıq etməsidir.»
İmam Əhməd demişdir: Bizə Huşeym danışdı, o da Abbad İbn Raşiddən, o da Səid İbn əbi Xayrədən, bizə Həsən – qırx yaxud əlli il öncə – danışdı, o da Əbu Hureyrədən danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Bir zaman gələcəkdir ki, insanlar sələm yeyacəklər.» Dedi ki, ona dedilər: «İnsanların hamısı?» O buyurdu: «Onlardan sələm yeməyəninə, onun tozu dəyacək.» Əbu Davud, Nəsai və İbn Macə də dəyişik yollardan, o da Səid İbn əbi Xayrədən, o da Həsəndən bu şəkildə rəvayət etmişdir.
Harama aparan vasitələrin haram olmasına dair bir hədis də budur: İmam Əhməd demişdir: Bizə Əbu Muaviyya danışdı, bizə Aməş danışdı, o da Muslim İbn Subeyhdən, o da Məsruqdan, o da Aişədən onun bu cür dediyini rəvayət etdi: əl-Bəqərə surəsinin sonundakı sələm ilə əlaqəli ayələr nazil olanda, Rəsulullah (salləllahu aleyhi və səlləm) məscidə çıxdı, onları oxudu. Sonra içki ticarətini haram etdi.» Bunu Tirmizidən başqa hədisçilər Aməşdən gələn müxtəlif yollarla rəvayət etmişlər. Buxarinin bu ayədəki təfsirinin mətni də belədir: «İçki ticarətini haram etdi.» Onun Aişədən olan rəvayətində deyilir: əl-Bəqərə surəsinin sonundakı sələm ayələri nazil olanda, Rəsulullah (salləllahu aleyhi və səlləm) onları insanlara oxudu, sonra içki ticarətini qadağan etdi.
Bu hədis haqqında danışan bəzi imamlar demişlər: Sələm və ona aparan vasitələr haram ediləndə, içki ticarəti və ona aparan şeylər də haram edildi. Necə ki, üzərində ittifaq edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurur: «Allah yəhudilərə lənət etsin, onlara piy haram edildi, onlar da onu bəzəyib satdılar və pulunu yedilər.»
Əli, İbn Məsud və digərləri hülləçiya lənət haqqında “qadın başqa kişi ilə nikah bağlamayınca” ayəsinin təfsirində Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyi bu hədis yuxarıda keçmişdi: «Allah sələm yeyanə, ona vəkil dayənana, iki şahidinə və katibinə lənət etsin.» Belə deyiblər: «Şahidlik və katiblik yalnız xarici görünüşü ilə şəriətə uyğun olub, daxilən pozuntu olandır.» Burada mötəbər olan mənasıdır, şəkili deyil. Çünki əməllər niyyatlərə görədir. Səhih də deyilir: «Allah surətlərinizə və mallarınıza baxmaz, yalnız qəlblərinizə və əməllərinizə baxar.»
İmam alləmə Əbu Abbas İbn Teymiyya, «İbtəlut-təhlil» xüsusunda bir kitab yazmışdır. Batilə aparan bütün vasitələrin haram olduğunu yetərli şəkildə açıqlamışdır. Allah ona rəhmət etsin və ondan razı olsun!
[1] əl-Eynə alış-verişi başqasına nisyə qiymətə mal satıb, malı ona çatdırmaq, sonra həmin müştəri, aldığı malın qiymətini ödəməmiş satıcının həmin malı nəğd qiymətə nisyə qiymətindən aşağı almasıdır.