İbn Əbu Hatim demişdir: Bizə atam, o da Muhəmməd İbn Əbubəkr əl-Müqəddəmidən, o da Mutəmir İbn Suleymandan, o da atasından, o da Hadramidən, o da Əbu-Səvvardan, Cündəb İbn Abdullahın belə dediyini rəvayət etmişdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) bir bölük göndərdi. Əbu Ubeydə İbn Cərrahı onlara başçı təyin etmişdi. Getmək istədikdə uşaqları Rəsulullaha tərəf üz tutub ağlamağa başladılar. O, oturdu. Rəsulullah onun yerinə Abdullah İbn Cahşı göndərdi. Ona bir yazı verib, onu məlum bir yerə çatmayana qədər oxumamasını tapşırdı və dedi: “yanındakılardan heç birini səninlə getməyə məcbur etmə.” O, yazını oxudu və dedi: “Allahı və Onun Rəsulunu eşitdim və itaət etdim.” Onlara xəbəri çatdırdı və yazını oxudu. İki nəfər geri döndü, digərləri qaldı. İbn Hadrami ilə qarşılaşıb onu öldürdülər. O günün Rəcəb yaxud Cumədə ayından olduğunu bilmədilər. Müşriklər müsəlmanlara dedilər: “Haram ayda adam öldürdüz.” Allah Təala da bu ayəni nazil etdi: “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: Bu ayda vuruşmaq böyükdür”.
Suddi, Əbu Malik ilə Əbu Salihdən, o da İbn Abbasın, həmçinin digər sənəddə Murradan, o da İbn Məsudun “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: Bu ayda vuruşmaq (günah baxımından) böyükdür” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) bir bölük göndərdi. yeddi nəfər idilər. Başçıları Abdullah İbn Cahş əl-Əsədi idi. Onlar: Ammar İbn yasir, Əbu Huzeyfə İbn Utbə İbn Rabiə, Sad İbn Əbu-Vaqqas, Nofəl oğullarının mövlası Utbə İbn Qəzvan əs-Suləmi, Suheyl İbn Bəyda, Amir İbn Fuheyrə və Ömər İbn Xəttabın mövlası Vaqid İbn Abdullah əl-yarbui idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) İbn Cəhşə bir yazı verdi və Bətnu Mələlə çatana qədər onu oxumamasını əmr etdi. O da Bətnu Mələlə çatdıqda yazını açıb oxudu. Orada yazılmışdır: “Bətnu Nəxlə çatana qədər get”. O yoldaşlarına dedi: “Kim ölmək istəyirsə vəziyyətini yazıb yolunu davam etsin. Mən vəziyyətimi hazırladım və Rəsulullahın (salləllahu aleyhi və səlləm) əmrini yerinə yetirmək üçün davam edirəm.” Sonra yoluna davam etdi. Sad İbn əbu-Vaqqas və Utbə miniklərini itirdiklərinə görə geri qayıtdılar. Onları tapmaq üçün Buhrana getdilər. İbn Cahş Batnu Nəxlə qədər getdi. Birdən Həkəm İbn Keysan, Muğira İbn Osman, Amr İbn əl-Hadrami və Abdullah İbn əl-Muğira ilə rastlaşdı. Muğira qaçıb canını qurtardı. Həkəm İbn Keysanı və Muğiranı əsir götürdülər. Amr öldürüldü. Onu Vaqid İbn Abdullah öldürdü. Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrin əldə etdiyi ilk qənimət bu idi. Mədinəyə iki əsir və qənimətlə qayıdarkən, Məkkəlilər əsirlərin fidyəsini vermək istədi. Rəsulullah ((salləllahu aleyhi və səlləm) ): “İki yoldaşımızı gözləyak” — dedi. Sad ilə yoldaşı qayıtdıqdan sonra, əsirlərin fidyəsini alarkən müşriklər qışqıraraq ona qarşı çıxdılar və dedilər: “Muhəmməd (salləllahu aleyhi və səlləm) Allaha itaət etdiyini iddia edir, o haram ayını halal edən ilk kişidir. Adamımızı Rəcəb ayında öldürdü.” Müsəlmanlar isə: “Onları Cümadə ayında öldürdük” — dedilər. Deyildi ki, Rəcəbin əvvəli Cümadənin isə, son gecəsi öldürüldü. Müsəlmanlar Rəcəb ayı girən kimi qılınclarını qınlarına taxdılar. Allah Məkkəlilərin haqsız olduqları üçün bu ayəni nazil etdi: “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: Bu ayda vuruşmaq (günah baxımından) böyükdür”. Halal deyildir. Ey müşriklər, sizin etdiyiniz haram ayında adam öldürməkdən daha betər idi. Çünki siz Allahı inkar edib Muhəmmədi (salləllahu aleyhi və səlləm) və əshabələrini oradan geri göndərdiniz. Məscidul-haramın əhlini oradan çıxartmanız, belə ki, Muhəmmədi (salləllahu aleyhi və səlləm) çıxartdılar, Allah qatında adam öldürməkdən daha böyükdür.
Avfi, İbn Abbasdan “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: Bu ayda vuruşmaq əzəmətlidir” ayəsi barəsində rəvayət edərək deyir: Müşriklər Rəsulullahı (salləllahu aleyhi və səlləm) haram ayında Məscidul-harama buraxmadılar. Allah növbəti ilin haram ayında Peyğəmbərinə fəth nəsib etdi. Müşriklər buna görə Rəsulullahı (salləllahu aleyhi və səlləm) qınadılar. Allah da bu ayələri nazil etdi “Allah yolundan sapdırmaq, Onu və Məscidul-haramı inkar etmək və sakinlərini oradan çıxartmaq Allah yanında (günah baxımından) daha böyükdür”. yəni, bunlar haram ayda döyüşməkdən daha böyükdür. Muhəmməd (salləllahu aleyhi və səlləm) dəstə göndərdi. Onlar Amr İbn əl-Hadrami ilə qarşılaşdılar. O, Cumadə ayının son və Rəcəb ayının ilk gecəsi Taifdən gəlirdi. Muhəmmədin (salləllahu aleyhi və səlləm) səhabələri o gecənin Cumədədən olduğunu zənn etdilər, Rəcəbin ilk gecəsi olduğunu bilmirdilər. Onu onlardan biri öldürdü və malını da aldılar. Müşriklər isə onu qınayəraq Mədinəyə adam göndərdilər.
Allah Təala da buyurdu: “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: Bu ayda vuruşmaq (günah baxımından) böyükdür” Bundan başqaları da ondan daha böyükdür, Allah yolundan döndərməkdir, Ona qarşı küfrdür, Məscidul-harama qarşı hörmətsizlikdir. Məscidul-haram sakinlərini oradan çıxartmaq, Muhəmmədin (salləllahu aleyhi və səlləm) səhabələrinin etdiyindən daha böyükdür. Şirk isə bundan da şiddətlidir.
Əbu Səd əl-Baqqal, o da İkrimədən, o da İbn Abbasdan rəvayət belə etmişdir: Bu ayə, Abdullah İbn Cəhşin dəstəsi və Amr İbn əl-Hadraminin öldürülməsi haqqında nazil olmuşdur.
Muhammad İbn İshaq demişdi: Mənə Muhəmməd İbn Saib əl-Kəlbi, o da Əbu Salihdən, İbn Abbasın belə dediyini rəvayət etmişdi: “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar…” ayəsi sonuna kimi, Amr əl-Hadraminin başına gələnə görə nazil olub.
Sira rəvayətçisi Abdulmalik İbn Hişam demişdir: Ziyad İbn Abdullah əl-Bəkkəidən, o da Muhəmməd İbn İshaq İbn yasər əl-Mədəninin (rahiməhullah) Sira kitabında belə dediyini rəvayət etmişdi: Rəsulullah ((salləllahu aleyhi və səlləm) ), Abdullah İbn Cahş İbn Riəb əl-Əsədini Rəcəb ayında Birinci Bədr dönüşündə göndərdi. Onunla birlikdə 8 nəfər mühacir vardır. Onların arasında ənsardan heç kəs yox idi. Ona bir məktub verdi, iki gün yol getdikdən sonra açmasını əmr etdi. Ona baxdıqda, heç kəsə məcburiyyat etməməsini yazmışdı. Abdullah İbn Cəhşin yoldaşları hamısı muhacirlərdən idi. Abdişşəms İbn Abdimanaf oğullarından Əbu Huzeyfə İbn Utbə İbn Rabiə İbn Abdişşəms İbn Abdimanaf, mövlalarından başçıları Abdullah İbn Cahş, yenə mövlalardan Əsəd İbn Xuzeymə oğullarından Ukkaşə İbn Mihsan İbn Hursən, Nofəl İbn Abdimanaf oğullarının mövlası Utbə İbn Ğəzvən İbn Cabir, Zuhrə İbn Kiləb oğullarından Sad İbn Əbu Vaqqas, Adiy İbn Kəb oğullarından Amir İbn Rabiə o da İbn Vailin mövlası idi, Vaqid İbn Abdullah İbn Abdimənaf İbn Arin İbn Sələbə İbn yarbu o da Təmim qəbiləsinin mövlası idi, Xalid İbn Bukeyr, o da Sad İbn Leys oğullarının mövlası idi, Haris İbn Fihr oğullarından Suheyl İbn Beyda idi.
Abdullah İbn Cahş iki gün getdikdən sonra məktubu açdı və bunları oxudu: “Bu yazıma baxdığın zaman Məkkə ilə Taif arasındakı Nəxləya qədər get. Orada Qureyşın xəbərlərini öyrənməya çalış.” Abdullah İbn Cahş məktubu görən kimi: “Eşidib itaət etdim” – dedi. Sonra yoldaşlarına belə söylədi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə Nəxləya getməyi və ona Qureyşdən xəbər gətirməyi əmr edir. Heç kəsə məcbur etməməyi buyurur. İçinizdən şəhid olmaq istəyan varsa, mənimlə gəlsin. İstəməyan geri qayıtsın. Mən isə Rəsulullahın (salləllahu aleyhi və səlləm) əmrini yerinə yetirməya gedirəm.” yoldaşlardan kimsə geri qayıtmadı. O da Hicaz bölgəsinə getdi. Fur vadisinin yuxarısında Buhran deyilən bir mədənə çatdıqda, Səd İbn Əbu Vaqqas və Utbə İbn Ğazvən növbələşərək mindikləri dəvəni itirdilər. Onu axtarmağa getdilər. Abdullah İbn Carş qalanlarla Nəxlədə qaldı. yanlarından Qureyşin quru üzüm, yeyinti məhsulları və ticarət malı daşıyan karvanı keçdi. Aralarında Abdullah İbn əl-Hadrami, Osman İbn Abdullah İbn Muğira, qardaşı Nofəl İbn Abdullah vardır, ikisi də Məxzumlu idilər. Həmçinin Hişam İbn Muğirənin mövlası Həkəm İbn Keysan da vardır.
Bu dəstə, onları görüb qorxdu. yaxınlarında dayənmışdılar. Ukkaşə İbn Mihsan onlara təpədən baxırdı. Başını qırxmışdı. Onu görəndə rahatladılar və: “Ümrəçilərdi, onlardan sizə zərər gəlməz” — dedilər. Onlar barəsində öz aralarında məşvərət etdilər. Rəcəbin son günü idi. Onlar dedilər: “Allaha and olsun ki, onları bu gün buraxsanız haram ayı girər bir daha onlara toxuna bilməzsiniz. yox əgər onları öldürsəniz haram ayında öldürmüş olarsınız” — dedilər. Tərəddüd edib onlara hücum etməkdən çəkindilər. Sonra cəsarətlərini toplayıb gücləri çatdıqlarını öldürüb mallarını almağa qərar verdilər. Vaqid İbn Abdullah ət-Təmimi, Amr İbn əl-Hadramiya ox atıb onu öldürdü. Osman İbn Abdullah ilə Həkəm İbn Keysan əsirə alındılar. Nofəl İbn Abdullah qaçdı. Onu tuta bilmədilər. Abdullah İbn Cahş və yoldaşları, karvan və iki əsirlə geri qayıtdılar. Mədinədə Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gəldilər.
İbn İshaq deyir ki, Abdullah İbn Cahşın bir yaxını demişdir: Abdullah yoldaşlarına: “Əldə etdiyimiz qənimətdən Rəsulullahın (salləllahu aleyhi və səlləm) beşdə bir payı vardır” — dedi. Bu da Allahın qənimətlərdən beşdə birini bəyan etdiyindən öncə idi. Rəsulullaha (salləllahu aleyhi və səlləm) karvanın beşdə birini ayırdı qalanlarını yoldaşlarının arasında böldü.
İbn İshaq deyir ki, onlar Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələndə, o dedi: “Mən sizə haram aylarda döyüşməyi əmr etmədim.” Karvanı və iki əsiri gözlətdi. Onlardan heçnə almaq istəmirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) bunu deyandə onlar peşman oldular. Həlak olduqlarını zənn etdilər. Müsəlman qardaşları da onları tənqid etdilər. Qureyş isə dedi: “Muhəmməd (salləllahu aleyhi və səlləm) və səhabələri haram ayını halal etdilər, qan axıtdılar, mal aldılar, insanları əsir etdilər.” Məkkədə olan müsəlmanlardan bəziləri onlara: “Onlar bunu Şaban ayında əldə etdilər” — cavabını verdilər.
yəhudilər dedilər: Bunu Rəsulullah (salləllahu aleyhi və səlləm) üçün fala baxıb yozun. Dedilər: Amr İbn Hadramini, Vaqid İbn Abdullah öldürdü. Amr: Amaratil-harbu, əl-Hadrami: Hadaratil-harbu, Vaqid Abdullah da: Vaqadatil-harbu. Allah bunu onların lehinə deyil, əleyhinə etdi.
İnsanlar bu barədə çox danışırdılar və Allah Rəsuluna (salləllahu aleyhi və səlləm) bu ayəni nazil etdi: “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: Bu ayda vuruşmaq (günah baxımından) böyükdür.”. yəni, əgər siz haram ayda öldürdüzsə, onlar da sizi Allah yolundan döndərdilər, Allahı inkar etdilər, Məscidul harama hörmətsizlik etdilər, sizi ora buraxmadılar, siz oranın əhli ikən sizi ordan qovmaq Allah yanında onlardan öldürdüklərinizdən daha böyükdür. “Fitnə isə qətldən daha böyükdür” yəni, onlar müsəlmanlara dinlərinə görə əziyyat verdilər, onları imanlarından küfrə döndərmək istədilər. Bu da Allah qatında adam öldürməkdən daha böyükdür.
“Sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyacəklər” yəni, sonra onlar bundan daha pis və daha böyük bir işə israr edərlər, tövbə etməzlər və ondan əl çəkməzlər.
İbn İshaq demişdir: Quranda bu əmr nazil olduqda, Allah da müsəlmanların sıxıntısını aradan qaldırdıqda, Rəsulullah (salləllahu aleyhi və səlləm) karvanı və iki əsiri qəbul etdi. Qureyşdə Osman İbn Abdullah və Həkəm İbn Keysanın fidyəsini göndərdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: İki qardaşımız Sad İbn Əbu Vaqqas və Utbə İbn Ğəzvən qayıtmayəna qədər fidyəni qəbul etmərik. Onlardan sizə görə narahat qalmışıq. Əgər siz onları öldürsəniz, biz də sizin iki adamınızı öldürəcəyik. Sad ilə Utbə gəldilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) onların fidyəsini aldı.
Həkəm İbn Keysan İslamı qəbul etdi və gözəl də müsəlman oldu. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında qaldı. Sonda Maunə quyusu hadisəsində şəhid oldu. Osman İbn Abdullah isə Məkkəya qaytarıldı və orada kafir olaraq öldü.
İbn İshaq demişdir: Abdullah İbn Cahş və onun yoldaşları Quran nazil olduqda aydınlığa çıxdılar. Onlar savab umaraq dedilər: “Ey Rəsulullah, bizlər də şəhid olub və bundan Mucahidlərin[1] savabını istəya bilərikmi?” Əziz və Cəlil olan Allah bu ayəni nazil etdi: “Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayəndır, Rəhmlidir”. Allah onlara böyük ümid verdi.
İbn İshaq deyir ki, bu məsələya aid Zuhri və yəzid İbn Rumandan, o da Urvədən nəql edilən hədis vardır.
yunus İbn Bukeyr, o da Muhəmməd İbn İshaqdan, o da yəzid İbn Rumandan, o da Urvə İbn Zubeyrdən bu hadisəya yaxın hədis rəvayət etmişdir. Musa İbn Uqbədən o da şəxsən Zuhridən bunun bənzərini rəvayət etmişdir.
Şuəyb İbn əbu Həmzə, Zuhridən, o da Urvə İbn Zubeyrdən yenə bunun kimi rəvayət etmişdir. Orada belə bir əlavə vardır: İbn əl-Hadrami müsəlmanlarla müşriklərin arasında baş verən döyüşlərdə ilk öldürülən kimsədir. Qureyş kafirlərindən bir heyat MədinəEy Allahın Rəsuluın (salləllahu aleyhi və səlləm) yanına gəlib dedilər: Haram ayda döyüş halaldır? Allah da bu ayəni nazil etdi: “Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: Bu ayda vuruşmaq əzəmətlidir…”. Hafiz Əbubəkr əl-Beyhəqi “Dəlailun-Nubuvvə” kitabında bunu geniş araşdırmışdı.
Sonra İbn Hişam Ziyaddan, o da İbn İshaqdan belə rəvayət etmişdir: Abdullah İbn Cahşın ailəsindən bir nəfər demişdir: Abdullah qəniməti yoldaşları ilə böldü. Beşdə dördünü döyüşçülərə verdi, beşdə birini də Allah və Rəsulu üçün ayırdı. Abdullah İbn Cahşın etdiyi bu əməl, sonra nazil olan ayələrlə üst-üstə düşdü.
İbn Hişam demişdir: Bu müsəlmanların əldə etdiyi ilk qənimətdir. Amr İbn əl-Hadrami müsəlmanların öldürdüyü ilk adamdır. Osman İbn Abdullah ilə Həkəm İbn Keysan müsəlmanların aldıqları ilk əsirlərdir.
İbn İshaq demişdir: Əbubəkr əs-Siddiq (radiyAllahu ənh), Abdullah İbn Cahşın döyüşü barəsində bu beytləri söyləyib. Bunu, Qureyş: “Muhəmməd və səhabələri haram ayı halal etdi, onda qan tökdülər, mal aldılar, adamları əsir etdilər.” – dedikdə, Abdullah İbn Cahşın özü söyləyib deyanlər də vardır. İbn Hişam bu beytlərin Abdullah İbn Cahşa aid olduğunu deyib:
Haram ayda öldürmək böyük günahsa əgər,
Ağılla baxan adam ondan böyüyün görər .
Muhəmmədin sözündən üz çevirsəniz də siz
Allahı inkar edib ondan üz döndərsəniz
Allah ki, bunu görər o şahiddir hər şeya
Beytə səcdə edəni Allah görməsin deya
Qovduz məscid əhlini Allahın məscidindən
Onun qətlinə görə qınaq gəlsə də sizdən
Silkələndi İslamla həddi aşanlar o gün
Silkələndi həsədlə yolu çaşanlar o gün
Oxumuz Hadraminin qanını içdi o gün
Döyüş tonqalı çatıb Vaqid də keçdi o gün.
Abdullahın oğlusa Osman öz qolundakı
Qandallarla əlləşib, zəncirlər çəkdi o gün.