Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz.

Bu, Allah Təalanın müsəlmanlara cihadı fərz etməsidir. Bununla da, düşmənlərin şəri İslam bölgələrinə yaxın buraxılmasın.

Zuhri demişdir: “Cihad istər döyüşsün, istərsə də evində otursun hər kəsə vacibdir. Evində oturan da, ondan kömək istədikdə kömək edər, yardım istədikdə yardım edər, səfərbərliya çağırıldıqda iştirak edər. Əgər ona ehtiyac olmazsa, evində oturar.”

Mən də deyirəm ki, buna görə də səhih hədisdə deyilmişdir: “Kim döyüşmədən və daxilən döyüşmək istəyi keçirmədən ölərsə, cahiliyya ölümü ilə ölər”. Allahın Rəsulu aleyhis-sələm Məkkənin fəthi günü demişdir: ”Fəthdən sonra hicrət yoxdur, ancaq cihad və niyyat vardır. Səfərbərliya çağırılsanız iştirak edin.”

“Sizin xoşunuza gəlməsə də” yəni, sizin üçün çətin və məşəqqətlidir. Doğurdan da belədir. Çünki o, ya öldürülə ya da yaralana bilər. Üstəlik səfər sıxıntısı və düşmənlə çarpışıb vuruşma da vardır.

Sonra Allah Təala buyurdu: “Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirlidir” yəni, döyüşün arxasında zəfər, düşmənə qalib gəlmə, ölkələrini, mallarını, zürriyyatlərini və övladlarını ələ keçirtmək vardır.

Ola bilsin ki, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun.” Bu bütün işlərə aiddir. Bəzən insan bir şeyi sevər, həmin şeydə onun üçün nə arzu olunan bir xeyir, nə də məsləhət olmaz. Döyüşdə iştirak etməmək də bundandır. Bunun ardınca düşmən ölkəni və idarəçiliyi ələ keçirə bilər.

Sonra Allah Təala buyurur: “Allah bilir, siz isə (bunu) bilmirsiniz.” yəni, O, işlərin nəticəsini sizdən daha yaxşı bilir.  Dünyada və axirətdə xeyrinizə olan işlərdən daha yaxşı xəbərdardır. Siz də Ona cavab verin və Ona boyun əyin ki, irşad olasınız.