Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti­ bitərkən müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır.

Bu, Allahın ərləri ölən qadınlara dörd ay on gün müddətini gözləmə əmridir. Bu hökmün bütün qadınları, cinsi əlaqədə olan və olmayanları əhatə etdiyinə dair icma vardır. Əlaqədə olmayan qadın üçün dəlil ayənin ümumi olması və İmam Əhmədin, eləcə də Sunən sahiblərinin rəvayət etdiyi və Tirmizinin səhih dediyi bu hədisdir: «Bir adam qadınla evləndi və öldü. Qadınla əlaqədə olmadı və mehr də kəsmədi. Bu barədə İbn Məsuddan soruşdular və bir neçə dəfə onun yanına gedib gəldilər. İbn Məsud dedi: Bu məsələdə öz görüşümü bildirəcəm. Doğru olsa Allahdandır. Səhv olsa məndən və şeytandandır. Allah və Rəsulu ondan uzaqdır. Mən belə düşünürəm ki, qadına tam mehr verilir.» Başqa bir mətndə demişdir: «Onun üçün qadın mislində mehr vardır, nə artıq nə də əskik, iddə müddəti gözləyar və miras da alar.» Maqil İbn yasər əl-Əşcai qalxıb dedi: «Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Bərva bint Vaşiq üçün belə hökm verdiyini eşitdim.» O anda İbn Məsud buna çox sevindi. Bir rəvayətdə isə belədir: «Əşca qəbiləsindən kişilər ayəğa qalxıb dedilər: «Rəsulullahın (salləllahu aleyhi və səlləm) Birva bint Vaşiq üçün belə hökm verməsinə şahidlik edirik.»

Bundan yalnız hamilə olarkən ərini itirən qadın istisnadır. Onun iddə müddəti doğmasına qədərdir. Hətta bir neçə dəqiqədən sonra olsa da belədir. Çünki “Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir” (Talaq, 4) ayəsi ümumidir. İbn Abbas isə iki ayəni cəm edərək doğumdan və yaxud dörd ay on gündən hansı artıqdırsa o qədər iddə müddəti gözləyar demişdi. Bu da yaxşı bir fikir və güclü bir məntiq sayılardı, əgər iki Səhihdə bir neçə yolla rəvayət edilən bu hədis olmasaydı: Subeyya əl-Əsləmiyya hamilə ikən əri Sad İbn Xavlə vəfat etdi. O da onun ölümündən sonra, bəzi rəvayətlərə görə isə bir neçə gün sonra doğdu. Nifasdan qurtaran kimi, bəzənib elçiləri gözləməya başladı. yanına Əbus-Sənabil İbn Bəkək gəldi və dedi: «Sənə nə olub, bəzənmisən, bəlkə evlənmək istəyirsən? Allaha and olsun ki, dörd ay on gün keçmədən evlənə bilməzsən.» Subeyya davamını belə izah edir: «O mənə belə dedikdən sonra axşam paltarımı geyindim və Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gedib bu barədə soruşdum. Mənə doğmağımla iddə müddətimin bitdiyini və istəsəm evlənə biləcəyimi buyurdu.»

Əbu Ömər İbn Abdulbər demişdir: İbn Abbasın Subeyyənin hədisinə döndüyü rəvayət edilir. yəni, ona bu dəlil gələn kimi bunu qəbul etmişdir. Bunu da bütün dostlarının Subeyya hədisi ilə fətva vermələri doğruldur. Necə ki, bu bütün elm əhlinin sözüdür.

Bundan ananın cariya olması istisnadır. Çünki onun iddə müddəti cumhura görə azad qadının iddəsinin yarısı yəni, iki ay beş gündür. Çünki cəza həddində azad qadının yarısı qədər olduğu kimi iddə müddətində də o cür olur. Alimlərdən Muhəmməd İbn Sirin və bəzi zahiri alimləri bu ayənin ümumi olduğu üçün azad qadınla cariyəni eyni tuturlar. Birdə ki, iddə müddəti təbii bir haldır, burada bütün qadınlar eynidir. Səid İbn Musəyyab, Əbu Aliyə və digərləri iddə müddətinin dörd ay on gün olmasının hikmətini ana bətninin  təmizlənməsində görmüşlər. Bu müddət gözlənildiyi vaxt uşağın olub olmadığı bilinəcək. Necə ki, iki Səhihdə və digərlərində İbn Məsuddan rəvayət edilən hədisdə deyilmişdir: «Biriniz ana bətnində qırx gün məni olaraq qalırsız. Sonra o qədər də qan laxtası, sonra o qədər zamanda çeynənmiş ət parçası kimi olursuz. Sonra ona bir mələk göndərilir və ruh üfürür.» Bu üç qırx, dörd ay edir. On gün də bəzi ayların əksik olması ilə bağlıdır. Ona ruh üfürüləndən sonra hərəkətə gələr. Allah ən doğrusunu biləndir.

Səid İbn Əbu Arubə, Qatadədən, o da Səid İbn Musəyyabdən soruşdu: “On gün nə üçündü?” O da dedi: «O vaxt uşağa ruh üfürülür.» Rəbi İbn Ənəs, Əbu Aliyədən: «Dörd ayla bərabər on gün nə üçündür?» — deya soruşdu. O dedi: «Çünki onda uşağa ruh üfürülür.» Bu ikisini İbn Cərir rəvayət etmişdir. Buna görə də imam Əhməd, bir rəvayətdə, uşağın anasının iddə müddəti azad qadının iddə müddəti kimidir, demişdir. Çünki o azad qadın kimi yatağa alınır. İmam Əhmədin rəvayət etdiyi belə bir hədis də var: Bizə yəzid İbn Harun, o da Səid İbn əbu Arubədən, o da Qatadədən, o da Rəca İbn Həyvadan, o da Qabisa İbn Zueybdən, Amr İbn Asın belə dediyini rəvayət etmişdir:  Bizim üçün Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) sünnəsini dolaşdırmayın, uşağın anasının əri ölərsə, onun iddə müddəti dörd ay on gündür.

Bunu Əbu Davud da, Quteybədən, o da Ğundərdən, o da İbn Musənnədən, o da Abdul-Alədən; İbn Macə də Əli İbn Muhamməddən, o da Vakidən, üçü də Səid İbn əbu Arubədən, o da Matar əl-Varraqdan, o da Rəca İbn Hayvədən, o da Qabisadan, o da Amr İbn Asdan rəvayət etmişdir.

Rəvayətə görə imam Əhməd bu hədisi qəbul etməmişdir. Qabisanın Amrdan hədis eşitmədiyi deyilmişdir. Sələfdən bir qrup isə, bu hədisə əsaslanıb söz söyləmişlər, onlardan bəziləri: Səid İbn Musəyyab, Mucahid, Səid İbn Cubeyr, Həsən, İbn Sirin, Əbu İyas, Zuhri və Ömər İbn Əbduləzizdir. yəzid İbn Abdulmalik İbn Mərvan da belə əmr edərdi ki, o da möminlərin əmiri idi. Əvzai, İshaq İbn Rahuya, və bir rəvayətdə Əhməd İbn Hənbəl də belə demişlər. Tavus ilə Qatadə demişlər: «Uşağın anasının əri ölərsə, azad qadının yarısı qədər yəni, iki ay beş gün gözləyar.»

Əbu Hənifə və dostları, Səvri, Həsən İbn Salih İbn Hay demişlər: «Üç heyz gözləyar.» Əli, İbn Məsud, Əta və İbrahim Nəxainin də görüşləri belədir. Məlik, Şəfii və məşhur rəvayətə görə Əhməd: «İddə müddəti bir heyzdir» — demişlər. İbn Ömər, Şəbi, Məkhul, Leys, Əbu Ubeyd, Əbu Səvr və cumhur da belə demişdir. Leys demişdir: «Əgər o, heyz ikən kişi ölsə ona yetər.» Məlik demişdir: «Heyz olmursa iddə müddəti üç aydır.» Şəfii ilə cumhur: «Bir ay» – demişlər. Üçü daha çox bəyənirəm. Allah ən doğrusunu biləndir.

Onların gözləmə müddəti­ bitərkən müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır” Bu ayədən qadının ölən əri üçün iddə müddətində yas saxlamasının vacibliyi hökmü çıxarılır. Çünki iki Səhihdə bir neçə yolla deyilmişdir: «Möminlərin anası Ummu Həbibə və Zeynəb bint Cəhşin rəvayətinə görə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdu: «Allaha və axirət gününə iman edən qadının bir ölüya üç gündən artıq yas saxlaması halal deyil. Ərinə görə istisnadır ki, dörd ay on gün yas tutulur.» yenə iki Səhihdə Ummu Sələmə demişdir: «Bir qadın soruşdu: Ey Rəsulullah, qızımın əri ölüb, gözləri ağrıyır, sürmə çəkə bilərmi? O da iki və ya üç dəfə: «Xeyr.» – dedi. Sonra isə buyurdu: «Sadəcə dörd ay on gün, cahilliya dövründə sizlərdən biri bir il gözləyardi.» Zeynəb bint Ummu Sələmə demişdir: «Cahilliya dövründə əri ölən qadın tavanı alçaq bir daxmayə girərdi ən köhnə paltarını geyinərdi, ətir və başqa vasitələr istifadə etməzdi. Bir il o vəziyyətdə gözləyardi. Sonra çıxardı ona bir keçi nəcisi verilirdi o da onu atardı. Sonra ona eşşək, qoyun yaxud quş kimi heyvan verilərdi və onuna silinərdi. Çox vaxt da silindiyi heyvan ölərdi.»

Çox alimlər buradan belə nəticəya gəlmişlər ki, bu ayə bundan sonrakı ayəni nəsx edir. O da bu ayədir: “Sizlərdən ölən və zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək çıxarılmamaq şərti ilə baxılmasını vəziyyət etməlidirlər” (Bəqərə, 240). Necə ki, İbn Abbas ilə qeyriləri də belə demişlər. Burada etiraz yeri var. İrəlidə izah ediləcək.

Məqsəd budur ki, yas saxlamaq ətir kimi vasitələri, kişiləri cəlb edəcək paltarı və bəzəkləri tərk etməkdir. Bu da bir mənalı olaraq vəfat iddəsində vacibdir. Rici talaqda isə bir mənalı olaraq vacib deyil. Bain talaqda vacibdirmi? Burada iki görüş var: Ərləri ölən bütün qadınlara yas saxlamaq vacibdir. Bu mövzuda kiçik, azad, cariya, müsəlman və kafir eynidir. Çünki ayə ümumidir.

Səvri, Əbu Hənifə və dostları kafir qadına yas yoxdur, demişlər. Məlikin dostlarından Əşhəb ilə İbn Nəfi də bunu demişlər. Bu görüşdə olanların dəlili bu hədisdir: «Allaha və axirət gününə iman edən qadının bir ölüya üç gündən artıq yas saxlaması halal deyil. Ərinə görə istisnadır ki, dörd ay on gün yas tutulur.» Onlar demişlər: «Bunu ibadətə aid etmişdir.» Əbu Hənifə, onun dostları və Səvri, kiçik yaşlı qızı da bura aid etmişlər ki, onun məsuliyyati yoxdur. Əbu Hənifə və dostları müsəlman cariyaləri də bu cür qəbul etmişlər. Çünki onda da əskiklik var. Bunun izah yeri hökm və üsul kitablarıdır. Doğruya müvəffəq edən Allahdır.

Onların gözləmə müddəti­ bitərkən” yəni, iddə müddətləri sona çatdığı zaman, bunu Dəhhak ilə Rəbi İbn Ənəs demişdir.

Sizə bir günah yoxdur” Zuhri: «yəni, qadının vəlilərinə» — demişdir.

Etdiklərində” yəni, iddə müddəti bitən qadınların, deməkdir. Avfi, İbn Abbasdan demişdir: Bir qadın boşanarsa və ya əri ölərsə, onun iddə müddəti bitdikdə bəzənməsi və evliliya cəhd etməsi günah deyildir. Ayədə keçən “məruf” kəliməsi məhz elə budur. Muqatil İbn Həyyandan da bu şəkildə rəvayət edilmişdir. İbn Cureyc, Mucahiddən “müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz” kəlmələri barəsində demişdir: «Bu, halal və təmiz evlənmədi.» Həsən, Zuhri və Suddidən də belə rəvayət edilmişdir.