Şöbhəsiz ki, doğru yola yönəltmək bizə aiddir.

Qatədə “Şöbhəsiz ki, doğru yola yönəltmək bizə aiddir” ayəsi haqda deyir ki, doğru yola yönəltmək dedikdə halal və haramı bəyan etmək nəzərdə tutulur. Bəziləri deyirlər ki, kim doğru yolu tutarsa, Allaha vasil olar. Bu ayə Allah təalanın digər bir ayəsi ilə oxşardır: “Doğru yolu göstərmək Allaha aiddir”. (ən-Nəhl, 9) Bunu İbn Cərir nəql etmişdir. Növbəti ayədə uca Allah buyurur: “Həqiqətən, Axirət də Bizim, dünya da Bizimdir!” Yəni hər ikisi də bizim mülkümüzdür və onların hökmranlığı Məndədir. “Mən sizi alovlanan bir atəşlə qorxutdum”. Mucahid deyir ki, “bu, alov saçan bir oddur”. İmam Əhməd rəvayət nəql edərək deyir: Bizə Muhəmməd ibn Cəfər Numan ibn Bəşirdən nəql etdi ki, “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xütbə verərkən belə dediyini eşitmişəm: “Mən sizi odla qorxutdum”. Kimsə bazarda olsaydı da, bu sözləri eşidərdi. Boynuna keçirdiyi köynəyi də ayaqları atına düşdü”. İmam Əhməd daha bir rəvayət nəql edərək deyir: Muhəmməd ibn Cəfər Şöbə vasitəsilə Numan ibn Bəşirdən nəql etdi ki, o xütbə verərkən belə demişdi: “Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişəm: “Qiyamət günü Cəhənnəm əhlinin ən yüngül əzaba düçar olanı ayağının altına iki köz qoyulub və közlərdən beyni qaynayan adam olacaqdır”. Hədisi Buxari rəvayət etmişdir.

Muslim deyir: Əbu Bəkr ibn Əbu Şeybə Əbu Usəmə vasitəsilə Numan ibn Bəşirdən nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Cəhənnəm əhlinin ən yüngül əzaba düçar olanı o kəsdir ki, onun oddan hazırlanmış iki ayaqqabısı və ayaqqabıların da bağları olacaq. Onların istisindən qazan qaynayan kimi onun da beyni qaynayacaq. O özünə verilən əzabdan daha yüngülünü görməyəcək. O, əzaba düçar olanların ən yüngül əzab çəkəni olacaq”.