Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır.

“Allahın nazil etdiyi kitabda olanları gizli saxlayənlar” Bunlar yəhudilərdir. Onlar kitablarında Muhəmmədin (salləllahu aleyhi və səlləm) risaləti və Peyğəmbərliyi ilə əlaqəli xüsusiyyatlərini gizlətdilər. Başçılıqlarının və ərəblərdən hörmət əlaməti olaraq aldıqları pay və hədiyyalərin əldən getməməsi üçün bunu etdilər. Bunu açıqladıqları təqdirdə insanların ona (Muhammədə (salləllahu aleyhi və səlləm)tabe olacaqlarından və onları tərk edəcəklərindən qorxurdular. Allah onlara lənət etsin. Əldə edəcəkləri cüzi bir miqdara görə bunu gizlətdilər. Beləliklə də, özlərini satdılar. Hidayəti, haqqa tabe olmağı, Peyğəmbəri təsdiq etməyi və onun Allah qatından gətirdiyinə iman gətirməyi azacıq bir şeya dəyişdilər. Beləcə əlləri boş qaldı, dünya və axirətdə ziyana uğradılar. Dünyada ziyana uğradılar, çünki Allah qullarına Rəsulunun doğruluğunu, açıq aydın möcüzələrlə və qətiyyatli dəlillərlə göstərdi. Ona tabe olacaqlarından qorxduqları kimsələr, onu təsdiq edib onlarla döyüşdə ona dəstək oldular. Qəzəbin üstünə qəzəbə uğradılar. Allah, kitabının bir çox yerində onları tənqid edir. Belə ayələrdən biri də bu kərim ayədir: ”Allahın nazil etdiyi kitabda olanları gizli saxlayənlar və bununla cüzi miqdarda əldə edənlər”. Cüzi bir miqdar dünya malıdır. “əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar” yəni, haqqı gizlətməyin qarşılığı qiyamət günü qarınlarına doldurulacaq od olacaq.

Necə ki, Allah Təala buyurur: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyanlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər.”(Nisə, 10). “Səhih” əsərində Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: «Qızıl və gümüş qabda yeyan və ya  içən, qarnına yalnız cəhənnəm odunu doldurur.»

Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün üzücü bir əzab vardır” Çünki Allah Təala onlara qəzəblənmişdir. Onlar bildikləri şeyi gizlətdilər və qəzəbə layiq oldular. Onlara baxmaz, onları təmizə çıxartmaz, yəni, onları tərifləməz və ucaltmaz, əksinə onlara acılı bir əzab verər.

İbn Əbu Hatim və İbn Mərduveyh bu məqamda, Muslimin də rəvayət etdiyi bir hədisi xatırlatmışlar: Aməş, Əbu Hazimdən, o da Əbu Hureyrədən, Peyğəmbərin (salləllahu aleyhi və səlləm)belə buyurduğunu demişdir: «Üç qisim insan var ki, Allah onlarla danışmaz, onlara baxmaz və onları təmizə çıxarmaz: Zinakar qoca, yalançı başçı və təkəbbürlü kasıb.»

Sonra Allah Təala onlardan xəbər verərək dedi: “Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın isə əvəzinə əzabı satın alan şəxslərdir”, yəni hidayəti azğınlığa dəyişdilər. O hidayət ki, o, onların kitablarında Peyğəmbərin əlamətləri, göndərilişi, Peyğəmbərlərin kitabdarındakı müjdəsi, ona tabe olub onu təsdiq etməkdir. Bunu dəyişdirib yerinə azğınlığı seçdilər. O da Rəsulullahı (salləlahu aleyhi və səlləm) yalanlamaq, onu inkar etmək və kitabdarındakı xüsusiyyatlərini gizlətməkdir.

Bağışlanmanın isə əvəzinə əzabı satın alan şəxslərdir” yəni, bağışlanmanın yerinə əzabı seçdilər. O da yuxarıda zikr edilən səbəblərdir.

Onlar oda necə də səbrlidirlər!”: Allah Təala onların şiddətli və qorxunc bir əzaba düçar olacaqlarını xəbər verir. Onları orada görən, şiddətli əzaba, ibrət alınacaq cəzayə və zəncirlərə necə səbir etdiklərini görərək donub qalacaq. Allah bizləri bunlardan qorusun.

Bu cür də deyilmişdir: “Onlar oda necə də səbrlidirlər!” ayəsinin mənası, onları oda aparan asiliklərə davamlıdırlar, deməkdir.

Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir”: yəni, şiddətli əzaba layiq olmaları buna görədir. Çünki Allah Təala elçisi Muhəmmədə (salləllahu aleyhi və səlləm)və ondan öncəki Peyğəmbərlərə kitablarını haqqı qəbul edib batildən imtina etmək üçün göndərdi. Bunlar isə, Allahın ayələrinə lağ etdilər. Halbuki kitabları elmi  yaymaq üçün göndərdi. Onlar isə müxalif olub onu təkzib etdilər. Bu son Peyğəmbər onları Allaha dəvət edir, onlara yaxşı işlər görməyi əmr edir və onları pisliklərdən çəkindirir. Onlar isə onu yalanda ittiham edib müxalif oldular, onu inkar edib əlamətlərini gizlətdilər. Eləcə də, Allahın Peyğəmbərinə endirdiyi ayələrə lağ etdilər. Bu səbəbdən ağrılı acılı və aləmlərə ibrət olan bir əzaba layiq oldular. Bu xüsusda Allah Təala “Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, uzaq bir ziddiyyat içindədilər” ayəsini nazil etdi.