Xərclədiyinizi hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.

Allah təala əməl edənlərin bütün xeyirli işlərini, xərclədiklərini və nəzirlərini bildiyini xəbər verir. Bu eyni zamanda bunları Allahın üzü üçün və vədinə ümid bəsləyarək edənlərin mükafatının bol şəkildə verəcəyini də ehtiva edir. İtaəti ilə əməl etməyib əmrinə müxalif olanları, xəbərini yalan sayənları, Onunla bərabər digərlərinə də ibadət edənləri də xəbərdar edir. O buyurur: “Zalımların isə köməkçiləri olmaz.” yəni, qiyamət günündə onları Allahın əzabından və qəzəbindən qurtaracaq kimsələr yoxdur.

Sədəqələri aşkarda versəniz, bu çox yaxşı” yəni, onu zahirdə etsəniz, o nə qədər xoş bir şeydir.

“Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha gözəl olar.”. Bunda sədəqəni gizli vermənin aşkar verməkdən daha fəzilətli olduğuna eyham vardır. Çünki o, riyadan daha uzaqdır. yalnız sədəqəni aşkar verməkdə insanların onu nümunə götürməsi kimi üstün bir məsləhət olarsa, belə edilə bilər. O zaman bu etibarla o daha fəzilətli olur. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Quranı açıq səslə oxuyan sədəqəni aşkarda verən kimidi. Quranı gizli oxuyan, sədəqəni gizli verən kimidi.”

Əslində gizli vermək bu ayəyə görə daha fəzilətlidir. “İki Səhih” əsərdə Əbu Hureyrədən öz təsdiqini tapmışdır ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Allah, başqa kölgə olmadığı gündə yeddi nəfəri öz kölgəsində kölgələndirəcək. Bunlar ədalətli hökmdar, Allaha ibadətdə böyüyan gənc, Allah üçün bir-birlərini sevən və Allah üçün görüşüb ayrılan iki nəfər, qəlbi məscidə bağlı olub çıxdığı zaman təkrar girəcəyini düşünən kimsə, təklikdə Allahı zikr edib göz yaşları axıdan kimsə, səlahiyyati və gözəlliyi olan bir qadının çağırışına baxmayəraq “mən Allahdan qorxuram” deyan kimsə və sədəqə verərkən gizlədərək hətta sağ əlinin verdiyini sol əlinin bilmədiyi bir kimsədir.”

İmam Əhməd demişdir (11844): “Bizə yəzid İbn Harun danışdı, bizə əl-Avvam İbn Həvşab xəbər verdi, o da Süleyman İbn əbi Süleymandan, o da Ənəs İbn Məlikdən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah yeri yaratdığı zaman o, silkələnməya başladı. Bu səbəbdən dağları yaradıb onun üzərinə atdı ki, o bir yerdə qərar tutsun. Mələklər dağların yaradılmasına təəccüb edib dedilər: “ya Rəbbi, yaratdıqlarının arasında dağlardan daha şiddətlisi varmı?” O da: “Bəli, dəmir” — buyurdu. Mələklər: “ya Rəbbi, yaratdıqlarının içində dəmirdən daha şiddətlisi varmı?” — dedilər. O buyurdu: “Bəli, atəş.” Onlar: “ya Rəbbi, yaratdıqlarının arasında atəşdən daha şiddətlisi varmı?” — dedilər. O da: “Bəli, su” — dedi. Onlar: “ya Rəbbi yaratdıqlarının arasında sudan daha şiddətlisi varmı?” — dedilər. O buyurdu: “Bəli, külək”. Onlar da: “ya Rəbbi, yaratdıqlarının arasında küləkdən daha şiddətlisi varmı?” — dedilər. O da: “Bəli, Adəm oğlunun sağ əli ilə verib soldan gizlətdiyi sədəqədir.” — dedi.”

Biz də kürsü ayəsinin fəzilətini izah edərkən Əbu Zərdən belə bir rəvayət etmişdik: Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Ey Allahın Rəsulu, hansı sədəqə daha fəzilətlidir?” deya sual verdim. O da: “Fəqirə gizlicə verilən yaxud özü ehtiyaclı olduğu zaman verdiyi sədəqədir” — dedi.” Bunu Əhməd rəvayət etmişdir.

Bunu İbn əbi Hatim də Əli İbn yəziddən, o da Qasımdan, o da Əbu Ümamədən, o da Əbu Zərdən rəvayət etmişdir. Sonra da Rəsulullah (salləllahu aleyhi və səlləm) bu ayəni oxudu: Sədəqələri aşkarda versəniz, bu çox yaxşı. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha gözəl olar.

Hədisdə belə rəvayət edilmişdi: “Gizli sədəqə, əziz və cəlil olan Rəbbin qəzəbini söndürür”.

İbn əbi Hatim demişdir: “Bizə atam danışdı, bizə Muharibin müəllimi Hüseyn bin Ziyad əl-Muharibi danışdı, bizə Musa İbn Umeyr xəbər verdi, o da Amir əş-Şabidən Sədəqələri aşkarda versəniz, bu çox yaxşı. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha gözəl olar. ayəsi haqqında belə demişdir: “Bu, Əbubəkr ilə Ömərə (radıyAllahuma anhumə) görə nazil oldu. Ömər malının yarısını gətirib Rəsulullaha (salləllahu aleyhi və səlləm) verdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona: “Ey Ömər ailənə nə saxladın?” — dedi. O da: “Malımın yarısını onlara saxladım” — dedi. Əbubəkr isə malının hamısını gətirdi, az qala onu öz nəfsindən belə gizləyirdi. Onu Rəsulullaha (salləllahu aleyhi və səlləm) verdi, o da: “Ey Əbubəkr, ailənə nə saxladın?” — dedi. O da: “Allahın vədini və Rəsulunun vədini saxladım” — dedi. Buna görə Ömər (radıyAllahu anh) ağladı və dedi: “Ey Əbubəkr, anam, atam sənə fəda olsun. Nə vaxt ki, xeyirdə səninlə yarışdımsa həmişə sən öndə oldun” — dedi.”

Bu hədis başqa bir yolla da Ömərdən (radıyAllahu anh) rəvayət edilmişdi. Burada bunu varid etməmizə  səbəb, Şəbinin: “bu ayə bu xüsusda nazil oldu” deməsidir.

Sonra ayə fərz və ya müstəhəbliyindən asılı olmayəraq ümumən sədəqəni gizli vermənin daha fəzilətli olduğunu göstərir. Ancaq İbn Cərir, Əli İbn əbi Talhadan, o da İbn Abbasdan bu ayə haqqında belə dediyini rəvayət etmişdir: “Allah könüllü sədəqənin gizli verilməsini açıq şəkildə verilməsindən fəzilətli etmişdir.” O demişdir:  “yetmiş qat. Fərz sədəqənin də açıq verilməsini gizli verilməsindən fəzilətli etmişdir.” O demişdir: “İyirmi beş qat.”

“(Allah) sizin bəzi günahlarınızı bağışlayır.” yəni, sədəqələrinizin yerinə günahlarınızı bağışlayər deməkdir. Xüsusən də, sədəqə gizli verilərsə o, sizin üçün xeyir dərəcələrinin yüksəlməsinə və günahların bağışlanmasına səbəb olur. “Və yukəffiru ankum” dammə ilə oxunmuşdur. Bunu şərtin cavabı olan “fəniimməhi” üzərinə birləşdirərək sükunlu oxuyanlar da olmuşdur. Necə ki, “fə əssəddəqa və əkunə”, “və əkun” sözündə də belədir.

“Allah nə etdiklərinizdən xəbərdardır” yəni, bu işdə Ona heç bir şey gizli qalmaz, sizə onun əvəzini verəcək.