Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.

Bu ayə əzəmətli cümlələri, ümumi qaydaları və doğru əqidəni ehtiva edir. Necə ki, İbn Əbu Hatim demişdir: Bizə atam, o da Ubeyd İbn Hişam əl-Hələbidən, o da Ubeydullah İbn Amrdan, o da Amir İbn Şufəydən, o da Abdulkərimdən, o da Mucahiddən rəvayət etmişdir ki, Əbu Zərr Rəsulullahdan (salləllahu aleyhi və səlləm)  soruşdu: “İman nədir?”. O da ona: “yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir” ayəsini sona qədər oxudu. Deyir ki, sonra bir daha soruşdu və ayəni yenidən ona oxudu. Növbəti dəfə soruşduqda, Rəsulullah (salləllahu aleyhi və səlləm): “Bir yaxşılıq etdiyin zaman qəlbin onu sevər, bir pislik etdiyin zaman qəlbin ona nifrət edər” — dedi. Bu munqati rəvayətdir, çünki Əbu Zərr tez öldüyündən, Mucahid onu görməmişdir.

Məsudi demişdir: Bizə Qasım İbn Əbdurrəhman rəvayət etdi ki, bir nəfər gəlib Əbu Zərdən “İman nədir?” soruşdu. O da ona bu ayəni “yaxşılıq üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir” sona qədər oxudu. Adam: “Mən səndən yaxşılıq barəsində soruşmadım”, dedi. Əbu Zərr dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir nəfər gəlib sənin mənə verdiyin sualı verdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) bu ayəni oxudu. O da sənin kimi qane olmadı və Rəsulullah (salləllahu aleyhi və səlləm) əli ilə işarə etdi və dedi: “Mömin yaxşılıq etdiyi zaman, sevinər və onun savabını umar. Pislik etdiyi halda, kədərlənər və onun əzabından qorxar”.

Bunu İbn Mərduveyh rəvayət etmişdir. Bu munqat hədisdir. Allah ən doğrusunu biləndir.

Ayənin təfsiri: Allah Təala möminlərə birinci Beytul-Müqəddəsə sonra isə Kəbəya yönəlməyi əmr etmişdir. Bu, kitab əhlindən bir dəstəya və bəzi müsəlmanlara çətin gəldi. Allah Təala bunun hikmətini bəyan edən ayələri nazil etdi. Belə ki, məqsəd əziz və cəlil olan Allaha itaət edib əmrlərini yerinə yetirmək, hara yönəldirsə ora yönəlmək və şəriətinə tabe olmaq idi. yaxşılıq, təqva və kamil iman məhz elə budur. Allah şərqdən qərbə tərəf dönməyi əmr və şəriət etməyincə, bu əməl yaxşılıq və itaət sayılmaz. Buna görə də Allah “yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl Allaha, Axirət gününə, mələklərə, kitablara, Peyğəmbərlərə iman gətirən” deya buyurdu. Necə ki, Allah Təala Kəbəya hədiyya edilən qurbanlar və davarlar haqqında buyurur: “Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deya, bunları sizə beləcə ram etdi.  yaxşılıq edənləri müjdələ!” (Həcc, 37).

Avfi, İbn Abbasdan bu ayə barəsində demişdir: yaxşılıq, namaz qılıb başqa əməllər etməməniz deyil. Bu, Məkkədən Mədinəyə hicrət edildiyi, fərz və cəzaların endiyi bir vaxtda idi. Allah fərzləri və onların icrasını əmr etdi. Dəhhak və Muqatildən də eynisi rəvayət edilmişdir. Əbu Aliyə demişdir: yəhudilər qərb tərəfə, Nəsranilər isə şərq tərəfə üz tutardılar. Allah Təala buyurdu: “yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir”.

Əbu Əliya deyir ki, bu iman kəlamıdır və bunun gerçəkliyi isə, əməldir. Həsən ilə Rəbi İbn Ənəsdən də buna bənzəri rəvayət edilmişdir.

Mucahid demişdir: yaxşılıq, izzət və cəlal sahibi Allaha itaət səbəbindən qəlblərdə sabitləşən bir şeydir.

Dəhhak demişdir: yaxşılıq və təqva, fərzləri olduğu şəkildə yerinə yetirməkdir. Əs-Səvri: “Lakin yaxşı əməl Allaha, Axirət gününə, mələklərə, kitablara, Peyğəmbərlərə iman edən, sevdiyi malı qohum-əqrəbayə, yetimlərə, miskinlərə, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir.” ayəsi barəsində demişdir: “Bütün yaxşılıq növləri bunlardır.” O düzgün söyləmişdir. Allah ona rəhmət etsin. Çünki bu ayədəki sifətlərə sahib olan kimsə İslamın bütün əsaslarını əhatə etmiş və bütün xeyirlərini götürmüş olur. O da Allaha və Ondan başqa ilah olmadığına iman gətirib, Allahla Peyğəmbərləri arasında səfirlik edən mələklərin varlığını təsdiq etməkdir.

Kitablara iman edən” “Kitab” ismu-cinsdir, göydən Peyğəmbərlərə endirilən kitabları əhatə edir. Kitabların sonuncusu və ən şərəflisi — Qurani Kərimdir. O öncə nazil olan kitablara hökm edəndir. Hər bir xeyir onda sona çatır. O dünya və axirət səadətini əhatə edir. Allah Quranla öncə göndərilən bütün kitabları nəsx etmişdir.

“Peyğəmbərlərə iman edən” yəni, Allahın bütün Peyğəmbərlərinə, birincisindən sonuncusu Muhəmmədə qədər, Allahın salavatı və salamı onun və hamısının üzərinə olsun.

Sevdiyi malı verən” yəni, sevdiyi və rəğbət etdiyi halda onu çıxartmaq. İbn Məsud, Səid İbn Cubeyr, sələflərdən və xələflərdən olan digərləri də bunu açıq izah etmişlər. Necə ki, iki “Səhih” əsərlərində Əbu Hureyrədən mərfu olaraq nəql edilən hədisdə deyilir: “Sədəqənin ən fəzilətlisi, sağlam və xəsis ikən, varlılığı umduğun və fəqirlikdən qorxduğun vaxt verdiyin sədəqədir.”

Hakimin “Mustədrək” əsərində nəql etdiyi hədisdə, Şubə və Əs-Səvridən, onlar da Mənsurdan, o da Zubeyddən, o da Mürrədən, o da İbn Məsuddan rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: “Sevdiyi malı verən” yəni, onu sağlam və xəsis ikən, varlılığı umduğun və fəqirlikdən qorxduğun vaxt verməyindir.” Sonra Hakim: iki şeyxin şərtlərinə görə səhihdir, lakin təxric etməmişlər, demişdir.

Mən isə deyirəm: Doğrusu budur ki, bunu Vəki Aməşdən, o da Sufyandan, o da Zubeyddən, o da Murrədən, o da İbn Məsuddan məvquf olaraq rəvayət etmişdir. Allah ən doğrusunu biləndir.

Allah Təala buyurur: “Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik!” (İnsan, 8-9).

Sevdiyiniz şeylərdən xərcləməyincə xeyrə nail olmayəcaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir” (Ali-İmran, 92).

Onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar” (Həşr, 9). Sonuncu nümunə yuxarıda qeyd olunanlardan daha üstündür. Belə ki, buradakılar, özləri ehtiyac içində olsalar da, başqalarını özlərindən üstün tuturlar. yuxarıda qeyd olunanlar isə, sevdikləri şeyləri verib yedirdənlərdir.

Qohumlarına” bunlar insanın yaxınlarıdır və sədəqə verməya ən çox layiq olanlardır. Necə ki, hədisdə deyilmişdir: “yoxsullara verilən sədəqə bir sədəqədir, qohuma verilən sədəqə isə, iki sədəqədir: Sədəqə və qohumluq əlaqəsi. Onlar sənə, sənin yaxşılığına və verdiyinə daha layiqlidirlər.” Allah Təala əziz Kitabı Quranın bir çox yerlərində onlara ehsan edilməsini əmr vermişdir.

yetimlərə”: Onların qazanıb gətirənləri yoxdur, uşaq çağlarında ataları ölən zəif kimsələrdir. Həddi-buluğa və qazanc əldə ediləsi duruma çatmayənlardır. Əbdurrəzzaq demişdir: Bizə Mamər, o da Cüveybirdən, o da Dəhhakdan, o da Nəzzal İbn Səbrədən, o da Əlidən rəvayət etmişdir ki, Rəsulullah ((salləllahu aleyhi və səlləm)): “Həddi-buluğa çatdıqdan sonra yetimlik yoxdur” demişdir.

Miskinlərə” onlar da yetəcək qədər yemək, geyim və sığınacaq tapmayənlardır. Bunlara ehtiyaclarını ödəyacək qədər verilir. İki “Səhih” əsərlərində Əbu Hureyrədən rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: “Qapı-qapı gəzib bir iki xurma və bir iki loğma ilə kifayətlənən miskin deyil. Əsil yoxsul ehtiyacını ödəməyi tapmayəndır, bunu heç kəs bilməz və ona sədəqə verilməz.”

Müsafirə” bu da pulu qurtarıb yolda qalan kimsədir. Buna da şəhərinə gedib çatacaq qədər verilir. Allaha itaət səbəbi ilə səfər etmək istəyan də bura daxildir, ona da gediş-gəlişinə kifayət edəcək qədər vəsait verilir. Bura qonaq da daxildir. Necə ki, Əli İbn Əbu Talha İbn Abbasdan rəvayət etmişdir: Müsafir, müsəlmanların yanına qonaq gələndir. Mucahid, Səid İbn Cubeyr, Əbu Cəfər Əl-Baqir, Həsən, Qatadə, Dəhhak, Zuhri, Rəbi İbn Ənəs və Muqatil İbn Həyyan da bu cür demişlər.

İstəyanlərə” bunlar qarşına çıxıb yardım diləyanlərdir. Bunlara da zəkat və sədəqədən verilir. Necə ki, İmam Əhməd demişdir: Bizə Vəki ilə Əbdurrəhman, onlar da Sufyandan, o da Musab   İbn Muhəmməddən, o da yalə İbn Əbu yəhyadən, o da Fatimə bint Əl-Huseyndən, o da atasından — Abdurrahmən dedi – yəni Hüseyn İbn Əlidən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)buyurmuşdur: “İstəyənin, hətta at üstündə gəlsə də belə, haqqı vardır.” Bunu Əbu Davud rəvayət etmişdir.

Kölələrə” Bunlar da azad olmaq üçün əhd bağlayənlardır. Hansılar ki, müqavilələri ilə bağlı ödəniş etmələri üçün vəsait tapa bilmirlər. Bu sinif insanlar barəsində, Allahın izni ilə “Bəraət” surəsinin sədəqələr haqqındakı ayəsində bəhs ediləcək.

İbn Əbu Hatim demişdir: Bizə atam, o da yəhya İbn Əbdülhəmiddən, o da Şərikdən, o da Əbu Həmzədən, o da Şəbidən rəvayət etmişdir ki, Fatimə bint Qeys Rəsulullahdan (salləllahu aleyhi və səlləm)soruşdu: “Malın zəkatdan başqa haqq varmı?” O da: “Sevdiyi malı sərf edən” ayəsini oxudu.

Bunu İbn Mərduvə Adəm İbn Əbu İyasdan, o da yəhya İbn Abdulhəmiddən, onların ikisi də Şərikdən, o da Əbu Həmzədən, o da Şəbidən, o da Fatimə bint Qeysdən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm): “Malda zəkatdan başqa haqq var” dedi və sonra bu ayəni oxudu: “yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl… kölələrin azad edilməsinə sərf edən”. Bunu İbn Macə ilə Tirmizi rəvayət etmişlər. Tirmizi, Əbu Həmzə Meymun Əl-Əvərin zəif olduğunu söyləmiş və demişdir: Bu hədisi Bəyan və İsmayıl İbn Salim Şabidən rəvayət etmişlər.

Namaz qılıb zəkat verən” yəni, namazın hərəkətlərini vaxtlı-vaxtında tamamlayər. Rüküsu, səcdəsi, arxayınlığı və xuşusu ilə şəriətin razı qaldığı şəkildə yerinə yetirər.

Zəkat verən” bu da nəfsin alçaq və rəzil əxlaqdan təmizlənməsi və xilas olması mənasında ola bilər. Necə ki, Allah Təala demişdir: “Nəfsini təmizləyan uğur qazanmışdır. Onu batıran isə ziyana uğramışdır”(Şəms, 9-10). Musa Firona dedi: “De: xilas olmaq istəyirsənmi? Səni Rəbbinə doğru yönəldimmi ki, qorxub çəkinəsən?”(Nəziət, 18-19). Allah Təala buyurur: “..Vay müşriklərin halına! O kəslərin ki, zəkat vermir və axirəti inkar edirlər”(Fussilət, 6-7).

Malın da zəkatı olması bir ehtimaldır. Necə ki, Səid İbn Cubeyr və Muqatil İbn Həyyan da bunu demişlər. Bu təqdirdə qeyd olunan verilmə və zikr olunan siniflər, yalnız könüllü, yaxşılıq və qohumlara yardım şəklində edilir. Necə ki, Fatimə bint Qeysin nəql etdiyi hədisdə: “Malda zəkatdan başqa da haqq vardır.” deyilmişdir. Allah ən doğrusunu biləndir.

əhd bağladıqda əhdlərini yerinə yetirən” Bu da: “O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar” (Rad, 20) ayəsi kimidir. Bu sifətin əksi nifaqdır. Səhih hədisdə deyildiyi kimi: “Münafiqin əlaməti üçdür: Danışarkən yalan söyləyar, vədinə xilaf çıxar və əmanətə xəyanət edər.” Başqa hədisdə deyilmişdir: “Danışdığı zaman yalan söyləyar, verdiyi əhdə xəyanət edər, mübahisə etdikdə haqsızlıq edər.”

Sıxıntı və kədər üz verdikdə, habelə çətin anda səbir edən şəxslərdir” yəni, fəqirlik halında, bu sıxıntıdır. Xəstəlik və zəiflik halında, bu isə kədərdir. Çətin anda yəni, döyüşdə, düşmənlərlə üz-üzə gəldikdə deməkdir. Bunu İbn Məsud, İbn Abbas, Əbu Aliyə, Mürrə Əl-Həmədani, Mucahid, Səid İbn Cubeyr, Həsən, Qatadə, Rəbi İbn Ənəs, Suddi, Muqatil İbn Həyyan, Əbu Malik, Dəhhak və digərləri demişlər.

Səbir edən şəxslərdir” kəlməsinin təsirlik halda olması, bu şiddətli və çətin hallarda səbrin tərifəlayiq və təşviq edilən bir iş olduğunu bildirir. Allah ən doğrusunu biləndir. yalnız Ondan istəyirik və yalnız Ona təvəkkül edirik.

Onlar imanlarında doğru olanlardır” yəni, bu sifətlərə sahib olanlar imanlarında sadiq olanlardır. Çünki onlar qəlbdəki imanı söz və əməlləri ilə gerçəkləşdirmişlər; Sadiqlər məhz onlardır. “Müttəqi olanlar da elə məhz onlardır“ çünki bunlar haramlardan çəkinərək itaət edərdilər.