Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır.

Allah Təala yetimlər tam olaraq həddi buluğa çatdığı zaman onların mallarını geri qaytarmağı əmr edir.Onu yeməyi və öz malına qatmağı qadağan edir. Buna görə buyurur: “Yaxşını pisə dəyişməyin”. SufyanSəvri, o da ƏbuSalihdənbelə dediyini nəql etmişdir: Sənin üçün halal ruzi gəlmədən əvvəl haram ruziyə tələsmə.

Səid ibn Cubeyr demişdir: Halal malınızı, başqalarının haram malına dəyişməyin. O deyir: Halal mallarınızıxərcələyib onların haram mallarını yeməyin.

Səid ibn Musəyyəb ilə Zuhri demişdir: Arığı verib kökü alma.

İbrahim Nəxai ilə Dəhhak demişdir: Saxtasını verib əslini alma.

Suddi demişdir: Bəziləri yetimin qoyunları arasından kökünü götürüb öz arıq qoyununu onun yerinə qoyardı. Sonra da deyərdi: «Qoyuna, qoyun.»Əsil dirhəmi götürüb yerinə saxtasını qoyub deyərdi: «Dirhəmə dirhəm.»

«Onların mallarını öz mallarınızla birlikdə yeməyin.»Mucahid, Səid ibn Cubeyr, İbn Sirin, Muqatil ibn Həyyan, Suddi və Sufyan ibn Huseyn demişlər: «Onları qarışdırıb birlikdə yeməyin.»

Şübhəsiz ki, bu, böyük günahdır”. İbn Abbas demişdir: «Böyük və əzəmətli günahdır.» İbn Mərduveyh, Əbu Hureyrədən rəvayət etmişdir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm)“hubən kəbiran” kəlamı haqqında soruşdular, o da dedi: «Böyük günahdır.» Lakin hədisin sənədində Muhəmməd ibn Yunus əl-Kudeymi vardır ki, o zəifdir. Mucahid, İkrimə, Səid ibn Cubeyr, Həsən, İbn Sirin, Qatadə, Muqatil ibn Həyyan, Dəhhak, Əbu Malik, Zeyd ibn Əsləm və ƏbuSinanadan da, İbn Abbasdan rəvayət edilənin eynisi rəvayət edilmişdir.

Əbu Davudun Sünənində rəvayət edilən hədisdə: «iğfir lənə hubənə və xatayənə»yəni, “günahlarımızı və xətalarımızı bağışla» deyilmişdir.

İbn Mərduveyh,ƏbuUeynənin mövlası Vasilə çatan isnad ilə,o da Muhamməd ibn Sirindən, o da İbn Abbasdan rəvayət etmişdir ki, Əbu Əyyub arvadını boşadıqda, Rəsulullah (salləllahu aleyhi və səlləm)ona dedi: «Ey Əbu Əyyub, Əyyubun anasını boşamaq hubdur (günahdır).» İbn Sirin də demişdir: “Hub” günahdır.

Sonra İbn Mərduveyh demişdir: Bizə Abdulbaqi danışdı, bizə Bişr ibn Musa danışdı, bizə Həvzə ibn Xəlifə xəbər verdi, bizə Avf xəbər verdi, o da Ənəsdən:»Əbu Əyyub, yoldaşı Ummu Əyyubu boşamaq istədi və Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu barədə izin istədi.O dedi: «Əyyubun anasını boşamaq  hubdur.» O da boşamadı.» Sonra İbn Mərduveyh və Hakim də Mustədrəkində Əli İbn Asimdən, o da Humeyd ət-Tavildən rəvayət edir ki,eşitdim ki, Ənəs ibn Malik belə deyir: «ƏbuTalha, yoldaşı UmmuSuleymi boşamaq istədi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «UmmuSuleymi boşamaq həqiqətən hubdur.» O da çəkindi.» Ayənin mənası belədir: Yetimlərin mallarını öz mallarınızla birlikdə yemək, əzəmətli günah vəböyük xətadır, ondan uzaq durun.

Yetimlərə qarşı ədalətli olmayacağınızdanqorxursunuzsa, onda xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin”. Yəni, birinizin himayəsində yetim bir qız olsa, ona mehrinidigəri kimi verməyəcəyindən qorxarsa, ondan başqaqadınlarla evlənsin. Onlar çoxdur. Allah onu sıxıntıya salmadı.

Buxari demişdir: Bizə İbrahim ibn Musa danışdı, bizə Hişam danışdı, o da İbn Cureycdən, mənə Hişam ibn Urvə xəbər verdi, o da atasından, o da Aişədən onun belə dediyini rəvayət etmişdir: Bir adamın yanında yetim qız var idi. Həmin adam onunla evləndi.O yetimin xurma bağı var idi. Adam da ona baxardı, özünün isə heç nəyi yox idi. Onun haqqında “Yetimlərə qarşı ədalətli olmayacağınızdanqorxursunuzsa…” ayəsi nazil oldu. Guman edirəm ki, o yetim qız o xurmalıqda və adamın digər malında ona ortaq idi.

Sonra Buxari demişdir: Bizə Abduləziz ibn Abdullah danışdı, bizə İbrahim ibn Sad danışdı, o da Salih ibn Keysandan, o da İbn Şihabdan deyir ki, mənə Urvə ibn Zubeyr xəbər verdi ki, o, Aişədən “Yetimlərə qarşı ədalətli olmayacağınızdanqorxursunuzsa..” ayəsi barəsində soruşdu.O da dedi: Ey bacım oğlu, bu, himayəçisinin evindəböyüyən yetim qız uşağıdır, qız onun malına ortaqdır. Adam da qızın malını və gözəlliyini sevər. Himayəçisi onunla ədalətsiz bir mehirlə evlənmək istəyər. Ona digər qadınlara verdiyini vermək istəməz. Buna görə də onlarla ədalətli davranan və onlara ən yüksək mehir verənistisna olmaqla, evlənmək qadağan olundu. Bunu edə bilməsələr başqa qadınlarla evlənmələri ilə əmr olundu. Urvədedi: Aişə deyir ki, insanlar bu ayədən sonra Rəsulullahdan (salləllahu aleyhi və səlləm) hökm istədilər. Buna görə “səndən qadınlar barəsində hökm istəyirlər” (Nisə, 127) ayəsi nazil oldu.

Aişə deyir ki, Allahın bu ayəsindəki “onlarla evlənmək barəsində düşündüyünüz” (Nisə, 127) ayəsi belədir: Bir kimsə himayəsi altında olan yetim qızın malı və gözəlliyi az olduğu təqdirdə onunla evlənməzdi. Ona görə, yalnız mehirlə ədalətli davranana, malı və gözəlliyi olan yetim qızlarla evlənməsi əmr edildi.

İkisi, üçü və dördü ilə” yəni, istədiyiniz digər qadınlardan istəsəz iki, üç yaxud dörd, deməkdir. Necə ki, Allah demişdir: “Allah mələkləri, iki, üç və dörd qanadlı etdi” (Fatir,1). Yəni onlardan iki, üç və dörd qanadlı olanlar vardır. Mələklərin belə olması onların daha çox qanadlı olmasına maneə deyil. Çünki bu haqda dəlil vardır. Amma kişilərin dörd qadınla sərhədlənmələri fərqlidir. İbn Abbas ilə cumhurun dediyi kimi bu ayə də elədir. Çünki burada say nemətin icazəli olmasına aiddir. Əgər dörddən artıq icazəli olsaydı, onu da mütləq deyərdi.

Şəfii demişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) açıq-aydın sünnəsi onun özündən başqa heç kəsin dörddən artıq qadınla evlənməsinin icazəli olmadığını göstərir. Şəfiinin (rahuməhullah) bu sözündə alimlər icma etmişlər. Ancaq şiələrdən bir qrupu dörddən doqquza qədər icazəli görürlər. Bəziləri də: «Say yoxdur»– demişlər. Bəziləri də dörddən doqquza qədər evlənməyə Rəsulullahın (salləllahu aleyhi və səlləm) iki Səhihdə təsdiqini tapan evliliyini dəlil gətirmişlər. On bir rəvayəti də Buxarinin bəzi ləfzlərində vardır. Buxari onu qırıq sənədlə qeyd etmişdir. Ənəs bizə Rəsulullahın (salləllahu aleyhi və səlləm) on beş qadınla evləndiyini, on üçü ilə əlaqədə olduğunu, yanında on biri olduğunu, öldüyü zaman da doqquz zövcəsi olduğunu rəvayət etmişdir. Alimlərə görə bu, yalnız ona məxsusdur.Ümmətindən başqası üçün icazəli deyil. Dörd qadınla məhdudlaşma hədislərini az sonra qeyd edəcəyik. Onlardan bəziləri bunlardır:

İmam Əhməd demişdir: Bizə İsmayıl ilə Muhamməd ibn Cəfər danışdılar, ikisidə dedilər: Bizə Mamər danışdı, o da Zuhridən, İbn Cəfər hədisində belə demişdir: Bizə İbn Şihab xəbər verdi, o da Səlimdən, o da atasından:»Ğeylan ibn Sələmə əs-Səqafi on qadınla evli olduğu halda İslamı qəbul etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona dedi: «İçlərindən dördünü seç.» Ömərin dövründə qadınlarını boşadı və malını oğulları arasında bölüşdürdü. Bu da Ömərə çatdı.O dedi: «Guman edirəm şeytan göydən oğurladığı şeylərdən yaxınlarda öləcəyini pıçıldayıbdır. Bəlkə də çox keçməz öləcəksən. Allaha and olsun ki, ya qadınları geri alırsan, ya da ki, onları sənə mirasçı edərəm və ƏbuRuğal kimi sənin də qəbrini daşlamağı əmr edərəm.

Bunu Şəfii, Tirmizi, İbn Macə, Dəraqutni, Beyhəqi və digərləri İsmayıl ibn Uleyyə, Ğundər, Yəzid ibn Zuray, Səid ibn əbuArubə, SufyanSəvri, İsa ibn Yunus, Abdurrəhman ibn Muhəmməd əl-Muharibi, Fadl ibn Musa və digər hədis hafizlərindən, o da Mamərdən bənzər isnadla “onlardan dördünü seç” kəlməsinə qədər rəvayət etmişdir. Ömərlə bağlı qissə olan hədisin qalan hissəsi isə İmam Əhmədin tək başına rəvayət etdiklərindəndir. Bu da gözəl bir əlavədir. Lakin zəifdir. Çünki Buxari ondanaqislik görmüşdür. Bu hədis Tirmizinin ondan rəvayət etdiyi hədislərdəndir. Çünki onu rəvayət etdikdən sonra demişdir: Buxaridən onun belə dediyini eşitdim: Bu hədis məhfuzdeyildir.DoğrusuŞuayb və digərlərinin Zuhridən nəql etdiyi rəvayətdir. O da belə başlamışdır: Mənə Muhəmməd ibn Suveyd əs-Səqafinin danışdığına görəĞeylan ibn Sələmə demişdir…

Buxari demişdir: Zuhrinin hədisi belədir: Səlimdən,o da atasından: Saqifdən bir nəfər qadınlarını boşadı. Ömər də ona dedi: Ya qadınlarını geri qaytarırsan, ya da ƏbuRuğalın qəbri kimi sənin də qəbrini daşa tutaram.

Bu naqisliyin özündə əskiklik vardır. Allah ən doğrusunu biləndir. Bunu Abdurrəzzaq, o da Mamərdən, o da Zuhridənmürsəl olaraq rəvayət etmişdir. Bunu Malikdə, Zuhridən mürsəl olaraq rəvayət etmişdir. Əbu Zura:»Bu, daha səhihdir» –demişdir.

Beyhaqi demişdir: Bunu Aqil də, Zuhridən rəvayət edərək demişdir: Bizə Osman ibn Muhəmməd ibn ƏbuSuveyddən çatdı ki…

Əbu Hatim demişdir: Bu zəiflikdir. Doğrusu o, Zuhridir, o da Osman ibn Əbi Suveyddən demişdir: Bizə çatdığına görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir…

Beyhaqi də demişdir: Bunu Yunus ilə İbn Ueynə, o da Zuhridən, o da Muhəmməd ibn əbiSuveyddən rəvayət etmişdir. Bu da Buxarinin qüsurlu hesab etdiyi kimidir. Bu isnad yuxarıda Əhməd ibn Hənbəldən qeyd etdiyimizdir. Rəvayətçiləri iki Səhihin şərtinə görə güvəniləndilər. Sonra Mamər, hətta Zuhri yolundan da rəvayət etmişdi.

Hafiz Əbubəkr əl-Beyhaqi demişdir: BizəƏbuAbdullah əl-Hafiz xəbər verdi, bizə Əbu Əli əl-Hafiz danışdı, bizə Əbu Əbdurrəhman Nəsai danışdı, bizə ƏbuBureydAmr ibn Yəzid əl-Cərmi danışdı, bizə Seyf ibn Ubeyddən xəbər verdi, bizə Sərrar ibn Mucəşşər danışdı, o da Əyyubdan, o da Nəfi ilə Səlimdən, o da İbn Ömərdən nəql etdi ki,Ğeylan ibn Sələmənin yanında on qadın var idi. Özü və qadınlarıİslamı qəbul etdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) ona içlərindən dördünü seçməyi buyurdu. Bunu Nəsai də Sunənində bu cür rəvayət etmişdir. Əbu Əli ibn Səkən də demişdir: Onu tək başına Sərrar ibn Mucəşşər rəvayət etmişdir ki, o da güvəniləndir. Onu İbn Məin də guvənilən kimi tanımışdır.

Əbu Əli isə demişdir: Onu Semeyda ibn Vəhb də Sərrardan rəvayət etmişdir.

Beyhaqi demişdir: Bizə Qeys ibn Haris yaxud Haris ibn Qeys, Urvə ibn Məsud əs-Səqafi və Səfvan ibn Umeyyə hədisi, yəni Ğeylanibn Sələmə hədisi rəvayət edilmişdi.

Buradan çıxan hökm belədir: Əgər dörddən çox qadın almaq icazəli olsaydı,Rəsulullah (salləllahualeyhi və səlləm) ona digər qadınlarını da icazəli görərdi. Çünki onlar Ğeylanlabirlikdə müsəlman oldular. Dördünü saxlayıb digərlərindən ayrılmaq əmri, dörddən artığın heç bir halda icazəliolmadığınbildirir. Əgər bu, artıq evliliyi davam edənə deyilibsə, yeni ailə qurmaq istəyənə ilk növbədə və daha çox aidiyyəti var.Allahsubhanə və təalə ən doğrusunu biləndir.

Bu xüsusda başqa bir hədis:Əbu Davud ilə İbn MacəSünənlərində, Muhəmməd ibn Abdurrəhman ibn əbu Leyla yolundan rəvayət etmişlər, o da Humeyda ibn Şəmərdəldən – İbn Macədə:Şəmərdəlin qızından – rəvayət etmişdir. Əbu Davud da bəzilərinin Şəmərzəl dediyini nəql etmişdir, o da Qeys ibn Harisdən nəql etmişdir.Əbu Davuddakı başqa bir rəvayətdəisə, Haris ibn Qeys ibn Umeyrə əl-Əsədidən deyir: Müsəlman oldum, yanımda səkkiz qadın var idi. Rəsulullaha (salləllahu aleyhi və səlləm) danışdım.O dedi: Dördünü seç.

Bu “həsən” sənəddir. Yalnız bu ixtilaf zərər verməz.Çünki hədisin başqa şahidləri vardır.

Bu xüsusda başqa bir hədisdə imam Əbu Abdullah Muhəmməd ibn İdris əş-Şəfii (rahiməhullah) öz Müsnədindədemişdir: İbn Əbuz-Zənaddan eşidən biri mənə xəbər verdi ki, o deyir: Mənə Abdulməcid ibn Suheyl ibn Abdurrəhmanxəbər verdi, o da Avf ibn Harisdən, o da Novfəl ibn Muaviyyəəd-Deylidən (radiyallahuənh) dedi: Müsəlman oldum, yanımda beş qadın var idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) mənə dedi: “Onlardan istədiyin dördünü seç, qalanından ayrıl.” Mən də onlardan ən çox mənim yanımda olanına üz tutdum. Yaşlı və qısır olan bu qadın,artıq altmış il idi mənimlə birgə idi. Onu boşadım.

Bütün bunlar yuxarıda qeyd edilən Ğeylan hədisinin etibarlılığı üçün şahiddirlər. Necə ki, bunu hafiz Əbubəkr əl-Beyhaqi (rahiməhullah) demişdir.

Əgər ədalətlə dolanmayacağınızdanqorxursunuzsa, onda biri ilə və yaxud sahib olduğunuz cariyələrlə” Yəni, əgər qadınların çox olmaları səbəbi ilə ədalətli ola bilməyəcəyinizdən qorxsanız, deməkdir. Necə ki, Allah Təala demişdir: “Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz” (Nisə, 129). Kim bundan qorxsa, bir zövcə ilə kifayətlənsin yaxud cariyə alsın. Çünki onların arasında növbə üsulu yoxdur, lakin müstəhəbdir. Kim edərsə gözəl olar. Etməyənə məcburiyyət yoxdur.

Bu, haqsızlıq etməməyə daha yaxındır” Bəziləri demişlər: “Bu, ailənizin çox olmaması üçün daha yaxındır.” Bunu Zeyd ibn Əsləm, Sufyan ibn Ueynə və Şəfii (rahiməhumullah) demişlər. Bu da Allah təalanın bu ayəsi kimidir “Əgər möhtac olmaqdan qorxursunuzsa” yəni kasıblıqdan, “Allah istəsə, Öz lütfündən sizi varlandırar” (Tövbə, 28). Şair belə demişdir:

Fağır nə vaxt zəngin olacağını bilməz, Zəngin də nə zaman böyük ailəli olacağını bilməz.

            Ərəblər: “Aləraculu, yuiluəylətən” deyərlər, bu da kasıb olmaqdır. Burada etiraz yeri vardır. Çünki azad qadınların sayı ilə ailə çoxluğu qorxusu, cariyələrinsayı ilə də eyni mahiyyətdədir. Doğrusu cumhurun dediyidir ki, “Bu, haqsızlıq etməməyə daha yaxındır”  yəni haqsızlığa yol verməməyə, deməkdir. Deyilir: “Alə fil hukmi” yəni ədalətsizlik,zülm və haqsızlıq etdi. Əbu Talib məşhur şerində demişdir:

Doğru tərəzi ilə çəkilən tük belə qopmaz,Onunözündən şahidi var,haqsızlıq etməz.

Hüşeym dedi:Əbu İshaqdan,o demişdir: Osman ibn Əfvan onun barəsində gileylənən Kufə sakinlərinə yazdı: “Mən haqsızlığa yol verməyən bir tərəzi deyiləm.” Bunu İbn Cərir rəvayət etmişdir. İbn əbu Hatim, İbn Mərduveyh və Əbu Hatim ibn Hibban öz Səhihində Abdurrəhman ibn İbrahim Duheym yolundan rəvayət etmişdir, bizə Muhəmməd ibn Şueyb danışdı, o da Ömər ibn Muhəmməd ibn Zeyddən, o da Abdullah ibn Ömərdən, o da Hişam ibn Urvədən, o da atasından, o da Aişədən,Rəsulullah (salləllahu aleyhi və səlləm) “Bu, haqsızlıq etməməyə daha yaxındır” ayəsi barəsində demişdir: “Haqsızlığa yol verməməyə.”

İbn əbu Hatim demişdir: Mənə atam: “Bu hədis səhvdir, doğrusu Aişədən məvquf olmasıdır” – demişdir.

İbn Əbu Hatim demişdir: İbn Abbas, Aişə, Mucahid, İkrimə, Həsən, Əbu Malik, ƏbuRəzin, Nəxai, Şəbi, Dəhhak, Əta əl-Xorasani, Qatadə, Suddi, Muqatil ibn Həyyan demişlər: “Meyl etməmənizə.” İkrimə (rahiməhullah), Əbu Talibin beytini dəlil gətirmişdir. Ancaq onun dediyi şer, Sirada rəvayət edilən kimi deyildir. Bunu İbn Cərir də rəvayət etmiş, sonra da şeri daha yaxşı söyləyərək bunu seçmişdir.

Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin!” Əli ibn əbu Talha, İbn Abbasdan demişdir:  Ayədə keçən “nihlə” mehrdir.

Muhəmməd ibn İshaq dedi:Zuhridən, o da Urvədən, o da Aişədən: “nihlətən” yəni,“fərz olaraq.” Muqatil, Qatadə və İbn Cureyc də, “nihlətən” yəni fərz olaraq, demişlər. İbn Cureyc“bəlli bir fərz olaraq”sözünü əlavə etmişdir.

İbn Zeyddemişdir: “Nihlə” ərəb dilində vacib mənasındadır. Yəni, onu ancaq vacib bir şeylə nikahla, demək istəyir. Rəsulullahdan (salləllahu aleyhi və səlləm)sonra heç kim üçün vacib olan mehirdən başqa bir şeylə evlənməsi uyğun deyildir. Mehri yalandan, haqsız yerə kəsmək olmaz.

Onların dediyinin məzmunu budur: “Bir adam evlənəcəyi zaman qadına mütləq mehrini verməlidir. Bu da könül xoşluğu ilə olmalıdır. Necə ki, kiməsə yaxşılıq edəndə, yardım edəndə könül xoşluğu ilə edilir. Qadına da mehir o cür verilməlidir. Əgər qadın, mehir deyilib kəsildikdən sonra öz könül xoşluğu ilə kişiyə nə isə verərsə, yaxud mehrin müəyyən bir qismini bağışlayarsa, onu halal və nuşcanlıqla yesin. Buna görə Allah təala buyurur: “Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqlayeyin!”.

İbn əbu Hatim demişdir: Bizə Əhməd ibn Sinan danışdı, bizə Abdurrəhman ibn Mehdi danışdı, o da Sufyandan, o da Suddidən, o da Yaqub ibn Muğira ibn Şubədən, o da Əlidən deyir: Biriniz bir şeydən şikayət etdiyi zaman zövcəsindən üç dirhəm və ona yaxın bir şey istəsin, ona bal alsın, sonra onu yağmur suyu ilə qarışdırsın, ondan nuşcanlıqla və halallıqla yesin. Çünki o şəfalı və mübarəkdir.

Huşeymdən, o da Səyyardan, o da ƏbuSalihdən deyir: Bir adam qızını evləndirib mehrini alırdı, özünə verməzdi. Allah bunu qadağan etdi: “Qadınlara mehrlərini könül xoşluğu ilə verin!” ayəsi nazil oldu. Bunu İbn əbu Hatim ilə İbn Cərir rəvayət etmişlər.

İbn əbu Hatim demişdir: Bizə Muhəmməd ibn İsmayıl əl-Əhməsi danışdı, bizə Vəki danışdı, o da Sufyandan, o da Umeyr əl-Xasamidən, o da Abdulməlik  ibn Muğira ət-Taifidən, o da Abdurrəhman ibn Malik əl-Bəyləmanidən, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) “Qadınlara  mehirlərini könül xoşluğu ilə verin!” buyurdu. Onlar dedilər: “Ey Allahın Rəsulu,onlar arasında əlaqə nədir?” O da dedi: “Onların ailəsi ilə razılaşdığınız kimi.”

İbn Mərduveyh, Həccac ibn Ərtah yolundan rəvayət etmişdir, o da Abdulməlik ibn Muğiradan, o da Abdurrəhman ibn əl-Beyləmanidən, o da Ömər ibn Xəttabdan, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bizə xütbə dedi və üç dəfə: “dulları evləndirin” dedi. Bir nəfər qalxıb dedi: “Ey Allahın Rəsulu, onlar arasında əlaqə nədir?” O da dedi: “Onların ailəsi ilə razılaşdığınız kimi.”Sənəddəki İbn əl-Beyləmanizəifdir.Həmçinin sənəddə qırıqlıq vardır.