İkinci: Namaz fəsli

Bu fəsil özündə on beş bölümü əhatə edir.

Birinci bölüm:

Namazın tərifi, onun fəziləti və beş namazın vacibliyi barədə

1- Namazın tərifi:

Namaz sözünün lügəti mənası, dua deməkdir.

Şəriətdə isə: Məxsusi söz və əməllərdən ibarət, təkbir (Allahu əkbər sözü) ilə başlayıb, salam (əs-Sələmu aleykum va rahmatullah sözü) ilə qurtaran ibadətin adıdır.

Bu barədə qarşıdakı bölümlərdə inşallah daha ətraflı danışılacaq.

2- Namazın fəziləti:

Namaz, şəhadətdən sonra İslamın ən əhəmiyyətli rüknu və dinin dirəyidir. Allah namazı Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) merac gecəsi, yeddi qat səmanın üzərində fərz etmişdir. Bu da namazın müsəlmanın həyatında ən dəyərli şey olduğunun dəlilidir. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) bir sıxıntı baş verəndə namaza tələsərdi. Namazın fəziləti haqqında və ona həvəsləndirən çoxlu sayda hədislər varid olmuşdur. O hədislərdən birində deyilir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Beş vaxt namaz, özündən sonrakı cüməyə qədər cümə, özündən sonrakı Ramazana qədər Ramazan, əgər böyük günahlardan çəkinilərsə, aralarında edilən günahlara kəffarə olar»[1].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Bir deyin görüm, əgər sizdən birinizin qapısının önündən çay axsaydı, o da hər gün bu çayda beş dəfə yuyunsaydı, onun (bədənində olan) çirkabından bir şey qalardımı?» Səhabələr: Onun (bədənindəki) çirkabından heç nə qalmazdı – deyə cavab verdikdə,Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:»Beş vaxt qılınan namazların məsəli də buna bənzəyir. Belə ki, Allah günahları onlarla silir!»[2].

Hədisdə keçən «əd-dəranu» sözünün mənası, çirkab deməkdir.

3- Namazın vacibliyi:

Namazın fərz olması Quran, Sünnə və ümmətin icması (yekdilliyi) ilə sabitdir. Bunun bilmək, dində zəruru sayılan bir məsələdir. Uca Allah buyurur:«və namaz qılın»[3].

Allahın Kitabında bu barədə çoxlu ayələr vardır.

Uca Allah başqa bir ayədə buyurur:“İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar.”[4]

Sünnədən olan dəlillərə gəldikdə isə, buna Merac hədisini dəlil gətirmək olar. Həmin hədisdə Allahu təala Peyğəmbərə (sallallahu aleyhi və səlləm) buyurur: «Bu namazların sayı gün ərzində beş olsa da, amma Allah qatında əcri əlli namaz əcri sayılır»[5].

Səhih Buxari və Müslimdə rəvayət olunan hədisdə, bir kişi Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) İslam şəriəti haqqında soruşduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə cavab vermişdir:»Bir gecə və gündüz ərzində beş vaxt namaz qılmalısan».Bu zaman kişi soruşdu: Bu beş vaxt namazdan başqa namaz qılmalıyammı?Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Xeyr. İstəsən könüllü şəkildə nafilə namazları qıla bilərsən»[6].

Namaz qılmaq hər bir həddi-büluğa çatmış və əqli qüsursuz olan müsəlmana vacibdir. Namaz kafirə, həddi-büluğa çatmayana və dəliyə vacib deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Qələm üç kimsədən, yatmış insandan, yuxudan oyanana qədər, dəlidən, ağıllanana qədər və uşaqdan, həddi-büluğa çatana qədər qaldırılmışdır».

Lakin uşaq yeddi yaşa çatdıqda, ona namaz qılmaqı əmr etmək, on yaşına çatıb, namaz qılmasa, vurmaq lazımdır. Kim namazı inkar etsə yaxud da tərk etsə artıq küfr etmiş olar və İslam dinindən çıxar. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Bizimlə onlar arasındakı əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir»[7].

İkinci bölüm:

 Azan və iqamə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Azan və iqamənin tərifi və hökmü:

1- Azan və iqamənin tərifi:

Azanın lüğəti mənası, elan deməkdir.Uca Allah buyurur:“(Bu,) Allah və Onun Elçisi tərəfindən (elan edəcək) bir bildirişdir.” [8]Yəni, elandır.

Azanın şəriətdəki mənası, xüsusi sözlər ilə namazın vaxtının girməsini bildirməkdir.

İqamənin lüğəti mənası: İqamə, əqamə sözünün məsdər formasıdır. Oturmuş insanın qalxmasını, ayağa durmasını bildirir.

İqamənin dini mənası, şəriətdə varid olan xüsusi sözlər ilə namaz qılmaq üçün ayağa qalxmağı bildirir.

2- Azan və iqamənin hökmü:

Beş vaxt namaz üçün azan və iqamə vermək şəriətə əsasən, kişilərin haqqıdır. Azan və iqamənin hökmü fərz kifayədir. Belə ki, müsəlmanlardan bir kəs onları desə, qalan müsəlmanların üzərindən günah məsuliyyəti götürülür (Yox əgər heç kim azan və iqaməni vermsə, orada yaşayan bütün müsəlmanlar günah qazanırlar). Çünki azan və iqamə İslamın zahiri şüarlarından biridir və onları heç bir zaman tərk etmək olmaz.

İkinci məsələ: Azan və iqamənin səhih olma şərtləri:

1- İslam: Yəni, azan və iqaməni verən müsəlman olmalıdır. Kafirin azan və iqamə verməsi səhih deyildir.

2- Əqli qüsursuz olmalı: Başqa ibadətlərdə olduğu kimi, azan və iqaməni də, dəlinin, sərxoşun və yaxşını pisdən ayıra bilməyən uşağın verməsi düzgün deyildir.

3- Kişi olmalı: Qadının səsi ilə fitnə olduğuna görə onun və həmçinin kişi və ya qadın olduğu bilinməyən insanın azan və iqamə verməsi düzgün deyildir.

4- Azan namazın girdiyi vaxtda verilməlidir: Fəcr və cümə namazının birinci azanından başqa, namazın vaxtı girmədən verilən azan səhih deyildir. Amma iqamə, namaz qılmaq üçün ayağa qalxdıqda verilir.

5- Azan və iqamə sünnədə varid olduqu kimi, tərtib və ardıcıllıqla verilməlidir. Azan və iqaməni necə vermək haqqında qarşıda danışılacaq.

6- Azan və iqamə, ərəb dilində və sünnədə varid olan sözlər ilə verilməlidir.

Üçüncü məsələ: Müəzzində olması müstəhəb sayılan sifətlər barədə

1- Müəzzin, adil və əmin insan olmalıdır: Çünki insanlar namaz və oruc vaxtlarını müəzzinin vasitəsi ilə bilirlər. Əgər müəzzin adil və əmin insan olmazsa, namaz və orucun tutulub açılma vaxtlarını ona etibar etmək olmaz.

2- Müəzzin həddi-büluğa çatmış və əqli qüsursuz insan olmalıdır. Yaxşını pisdən ayıra bilən uşağın azan verməsi də düzgündür.

3- Müəzzin, azanı vaxtında vermək üçün namazın girən vaxtlarını bilməlidir. Əgər namazın girmə vaxtlarını bilməsə, vaxtından tez və gec azan verərək xəta edə bilər.

4- İnsanların azanı eşitməsi üçün müəzzin yüksək səsə malik olmalıdır.

5- Azan verən müəzzin, kiçik və böyük hədəsdən dəstəmaz və qüsl alaraq təmizlənməlidir.

6- Müəzzin ayaq üstə və qibləyə yönəlmiş halda azan verməlidir.

7- Azan verdikdə iki barmağını, iki qulağının dəliyinə salmalıdır. «Həyyə alə-s-saləh» (Namaza tələsin!) dedikdə üzünü sağ tətəfə, «Həyyə alə-l-fələh» (Nicat tapmağa tələsin!) dedikdə isə, üzünü sol tərəfə çevirməlidir.

8- Azanı aram-aram verməli, iqaməni verdikdə isə, tələsməlidir.

Dördüncü məsələ: Azan və iqamənin verilmə qaydası:

Azan və iqamənin verilmə qaydası: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsində azan və iqamənin bir neçə verilmə qaydası varid olmuşdur. Bunlardan biri də, Əbu Məhzurun -Allah ondan razı olsun- Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət etdiyi hədisdir.

Əbu Məhzur deyir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) özü mənə azan verməyi öyrədərək dedi:

[الله أكبر، الله أكبر، الله أكبر، الله أكبر، أشهد أن لا إله إلا الله، أشهد أن لا إله إلا الله، أشهد أن محمداً رسول الله، أشهد أن محمداً رسول الله، حَيَّ على الصلاة، حَيَّ على الصلاة، حَيَّ على الفلاح، حَيَّ على الفلاح، الله أكبر، الله أكبر، لا إله إلا الله]

«Deyirsən: Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Əşhədu əllə İləhə illəllah, Əşhədu əllə İləhə illəllah, Əşhədu ənnə Muhammədən rəsulullah,Əşhədu ənnə Muhammədən rəsulullah, Həyyə alə-s-saləh, Həyyə alə-s-saləh, Həyyə alə-l-fələh, Həyyə alə-l-fələh, Allahu Əkbər, Allahu Əkbər, Lə İləhə illəllah»[9].

İqamənin verilmə qaydası isə, belədir:

[الله أكبر الله أكبر، أشهد أن لا إله إلا الله، أشهد أن محمداً رسول الله، حَيَّ على الصلاة، حَيَّ على الفلاح، قد قامت الصلاة قد قامت الصلاة، الله أكبر الله أكبر، لا إله إلا الله]

«Allahu Əkbər, Allahu Əkbər, Əşhədu əllə İləhə illəllah, Əşhədu ənnə Muhammədən rəsulullah, Həyyə alə-s-saləh, Həyyə alə-l-fələh, Qad qaməti-s-salətu, Qad qaməti-s-saləh, Allahu Əkbər, Allahu Əkbər, Lə İləhə illəllah».

Ənəs -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə demişdir:»Bilala əmr olundu ki, azanın sözlərini cüt-cüt, iqamənin sözlərini isə, tək-tək desin»[10].

Yalnız iqamədə «Qad qaməti-s-saləh» sözü, tək-tək deyilməkdən istisna edildi.

Ənəsin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisə əsasən, azanın sözləri cüt-cüt, iqamənin sözləri isə, «Qad qaməti-s-saləh» sözü istisna edilməklə, tək-tək olmalıdır. Yuxarıda qeyd olunan hədisə görə «Qad qaməti-s-saləh» sözü, iki dəfə deyilir.

Bu, azan və iqamənin müstəhəb verilmə qaydasıdır. Çünki Bilal, Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat edənə qədər bu cür azan verərdi. İstər Onun (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə olan, istərsə də səfərdə olmayan vaxtları olsun. Əgər müəzzin azanda «Tərci» etsə (yəni, müəzzinəvvəlcə aşağı səslə Əşhədu əllə İləhə illəllah, Əşhədu ənnə Muhammədən rəsulullah deyib, sonra yüksək səslə bir daha Əşhədu əllə İləhə illəlallah, Əşhədu ənnə Muhammədən rəsulullah, desə), yaxud da iqaməni cüt-cüt versə, eyib etməz. Çünki azanda tərci etmək və iqaməni tək-tək yaxud da cüt-cüt vermək, alimlər arasında mübah (icazəli) ixtilafdır. Sübh namazında iki dəfə «Həyyə alə-s-saləh» dedikdən sonra, yüksək səslə yenə də iki dəfə «əs-Salətu xayrun minə-n-noum» (Namaz yuxudan xeyirlidir) demək müstəhəbdir. Çünki Əbu Məhzurun rəvayət etdiyi hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona demişdir:»Sübh namazı üçün azan verdikdə, əs-Salətu xayrun minə-n-noum, desin»[11].

Beşinci məsələ: Azan səsini eşidənin deyəcəyi söz və azandan sonra deyilən dua.

Azanı eşidən insanın, müəzzinin dediyin sözləri eyni ilə təkrarlaması müstəhəbdir. Əbu Səid -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Azanı eşidəndə müəzzinin dediklərini təkrar edin»[12].

Yalnız «Həyyə alə-s-saləh, Həyyə alə-l-fələh» sözləri müstəsnadır. Azanı dinləyən insan, müəzzin: «Həyyə alə-s-saləh, Həyyə alə-l-fələh» — dedikdə, bu sözlərin əvəzinə: «Lə həvlə va lə quvvətə illə billəh» (Qüdrət və güc yalnız Allahdadır) — kəlmələrini deməlidir. Bu barədə Ömər bin Xəttabdan -Allah ondan razı olsun- hədis rəvayət olunmuşdur[13].

Əgər müəzzin sübh namazının azanında: «əs-Salətu xayrun minə-n-noum» (Namaz yuxudan xeyirlidir) — desə, bu zaman azanı dinləyən kimsə, müəzzinin dediyini təkrar edib: «əs-Salətu xayrun minə-n-noum» — deməlidir. «əs-Salətu xayrun minə-n-noum» sözlərinin deyilməsi, yalnız sübh namazının azanında sünnədir. Onu sübh namazının iqaməsində demək sünnə deyildir.

Azanı eşidib müəzzinin dediklərini axıra qədər təkrar edən şəxs, söylədiklərini bitirdik­dən sonra, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) sala­vat gətirməli, sonra isə bu duanı oxumalıdır:

[اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّداً الوَسِيْلَةَ وَالفَضِيْلَةَ، وَابْعَثْهُ مَقَاماً مَحْمُوداً الذِّيِ وَعَدْتَهٌ]

Transkripsiyası: «[Allahummə Rabbə həzihi-d-dəvati-t-təmməti va-s-saləti-l qaiməti əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəbashu məqa­mən məhmudəni-l-ləzi vaadtəhu].

«Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən mə­qama çatdır»[14].

Üçüncü bölüm:

Namazın vaxtları barədə

Bir gün ərzində qılınması vacib olan fərz namazların sayı beşdir və hər bir namazın da şəriət tərəfindən təyin olunmuş qılınma vaxtları vardır. Uca Allah buyurur:“Həqiqətən namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.”[15]

Yəni, bu beş namaz, müəyyən vaxtlarda sizə fərz edilmişdir və vaxtından tez qılınan namaz qəbul deyildir.

Beş namazın vaxtları Abdullah ibn Amrln -Allah ondan razı olsun- hədisində varid olmuşdur. İbn Amr -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Zöhr namazının vaxtı, günəş zenitdən batmağa meyl edəndən, əsr namazının vaxtı girənə qədərdir. Həmin vaxt, insanın kölgəsi özü boyda olur. Əsr namazının vaxtı günəş saralana qədərdir. Məgrib namazının vaxtı isə, günəşin şəfəqləri batana qədərdir. İşa namazının vaxtı gecənin yarısına qədərdir. Sübh namazının vaxtı isə, dan yeri sökləndən günəş çıxana qədərdir»[16].

Zöhr namazının vaxtı, günəşin səmanın ortasından batdığı tərəfə meyl etməsindən başlayaraq, hər şeyin kölgəsi ozü boyda olana qədər davam edir. Zöhr namazını ilk vaxtında qılmaq müstəhəbdir. Əgər hava şiddətli istidirsə, bu zaman zöhr namazını hava sərin olana qədər gecikdirmək müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Bərk isti düşdükdə, sərin olana qədər namazı gecikdirin, çünki istilərin artması Cəhənnəmin nəfəs almasına görədir»[17].

Əsr namazının vaxtı zöhr namazının vaxtı bitəndən, yəni, hər şeyin kölgəsi özü boyda olandan, günəşin batmasına qədər, yəni, günəsin ən axrıncı süaları batana qədərdir. Bu namazı ilk vaxtında qılmaq sünnədir. Bu, uca Allahın Quranda «orta namaz» adlandırdığı namazdır. Allahu Təala buyurur:“(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).”[18]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu namazı vaxtında qılmağı ümmətinə əmr edərək demişdir: «Əsr namazını buraxan adam ailəsini və malını itirmiş kimidir»[19].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) digər bir hədisdə demişdir: «Əsr namazını qılmayan kimsənin əməli puç olar»[20].

Məğrib namazının vaxtı günəşin batdığı andan günəşin qırmızı şəfəqləri itənə qədərdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Məgrib namazının vaxtı günəşin şəfəqləri üfüqdə batana qədərdir»[21].

Bu namazı ilk vaxtında qılmaq sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ümmətim, məğrib namazını ulduzların bir-birinə qarışdığı vaxta qədər gecikdirməzsə, xeyir içində olar»[22].

Yalnız həcc mərasimində olan muhrim insanın Müzdəlifə gecəsi müstəsnadır. Onun, məğrib namazını gecikdirib, işa namazı ilə cəm şəkildə qılması sünnədir.

İşa namazının vaxtı isə, qırmızı şəfəqin itdiyi andan gecənin yarısına qədərdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İşa namazının vaxtı gecənin yarısına qədərdir»[23].

Əgər çətin deyilsə, işa namazını ixtiyari axır vaxtına qədər, yəni, gecənin yarsına qədər gecikdirmək sünnədir. İşa namazından əvvəl yatmaq və işadan sonra faydasız söhbət etmək məkruhdur. Əbu Bərzə rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) İşa namazdan əvvəl yatmağı və ondan sonra danışmağı xoşlamazdı[24].

Fəcr namazının vaxtı, dan yeri ikinci dəfə söküləndən (ərəbcə, fəcrus-sadiq) günəşin qalxmasına qədərdir. Dan yeri söküldüyünə əmin olduqda, bu namazı tez qılmaq sünnətdir.

Bu, beş vaxt qılınan fərz namazlarının əda edilən vaxtlarıdır, müsəlman kimsə bu vaxtlara diqqət etməli və namazları vaxtından gecikdirmədən şəriətin qoyduğu vaxtlarda qılmalıdır. Çünki Allahu Təala namazları vaxtından gec qılanlara axirətdə əzab olacağını xəbər vermişdir. Belə ki, Uca Allah buyurur:“Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).”[25]

Uca Allah buyurur:“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar).”[26]

Əl-Ğəyyu: Cəhənnəmdə qat-qat artıq verilən şiddətli əzab, şər və iztirabdır. Allaha sığınırıq.

Beş vaxt fərz namazlarını vaxtında əda etmək, onları vaxtı-vaxtında qılmaq, Allaha ən sevimli və ən üstün olan əməllərdəndir. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm): «Allaha ən sevimli olan əməl hansıdır?» — deyə soruşulduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Vaxtında qılınan namaz» — deyə cavab verdi[27].

Dördüncü bölüm:

 Namazın şərtləri, ərkanları və bunların dəlilləri və namazı tərk edənin hökmü barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Fərz namazlarının sayı:

Bir gecə və gündüz ərzində qılınması fərz olan namazların sayı beşdir. Bunlar, Fəcr, Zöhr, Əsr, Məğrib və İşa namazlarıdır. Bu namazların fərz olması barədə İslam ümməti yekdil rəy söyləmişlər. Bu namazların fərzliyini isbat edən dəlillərdən biridə, Talha ibn Ubeydullahın rəvayət etdiyi hədisdir. Talha bin Ubeydullah belə rəvayət edir: «Bir bədəvi ərəb Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: «Ey Allahın elçisi! Allah mənə hansı namazları fərz etmişdir?” Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə cavab verdi: «Allah sənə bir gecə və gündüz ərzində beş vaxt namaz qılmağı fərz etmişdir»[28].

Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, çöl ərəblərindən biri, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: Sənin elçin, bizim bir gecə və gündüz ərzində beş vaxt namaz qılmalı olduğumuzu idda edir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) kişiyə: «O, düz demişdir» — deyə cavab verdi[29].

İkinci məsələ: Namaz kimə vacibdir?

Namaz qılmaq heyzli və nifaslı qadınlardan başqa, hər bir həddi-büluğa çatmış və əqli qüsursuz müsəlmana vacibdir. Uşaq yeddi yaşa çatdıqda ona namaz qılmağı əmr etmək, on yaşa çatdıqda isə qılmasa, vurmaq lazımdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qələm üç kimsədən qaldırılmışdır… uşaq həddi-büluğa çatana qədər». Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir: «Övladlarınız yeddi yaşa çatdıqda onlara namaz qılmağı əmr edin, on yaşa çatıb namaz qılmasalar, onları vurun və (bu yaşda) yataqlarını ayırın»[30].

Üçüncü məsələ: Namazın şərtləri:

Namazın doqquz şərti vardır:

1- İslam: kafirin əməlləri batil olduğu üçün, onun namaz qılması səhih deyildir.

2- Əqli qüsursuz olmalı: dəli insan namaz ilə mükəlləf olmadığı üçün onun namaz qılması səhih deyildir.

3- Həddi-büluğa çatmaq: Uşaq həddi-büluğa çatana qədər namaz qılmaq ona vacib deyildir. Lakin yeddi yaşa çatdıqda, namaz qılması ona əmr edilməlidir. Əgər on yaşına çatıb qılmasa, vurmaq lazımdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Övladlarınız yeddi yaşa çatdıqda onlara namaz qılmağı əmr edin. On yaşına çatıb namaz qılmasalar onları vurun və (bu yaşda) yataqlarını ayırın».

4- Güc yetdiyi qədər (qüslsuzluq və dəstəmazsızlıq kimi) iki hədəsdən təharətlənmək. İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: «Allah təharətsiz qılınan namazı qəbul etməz»[31].

5- Bəlli vaxtı olan namaz vaxtının girməsi: Çünki Uca Allah buyurur: “Həqiqətən namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.”[32]

Cəbrail -Ona Allahın salamı olsun- Peyğəmbərə (sallallahu aleyhi və səlləm) imamlıq edərək beş namazı qıldırdıqdan sonra Peyğəmbərə (sallallahu aleyhi və səlləm) dedi: «Namazın vaxtları bu iki vaxt (yəni, namazın əvvəl vaxtı ilə son vaxtı) arasındadır.»[33] Şəriətdə bildirilən üzr olmadan namazı vaxtından tez və ya gec qılmaq icazəli deyildir.

6- Bədəni bildirməyən paltarla bacardığın qədər övrəti örtmək: Uca Allah buyurur:“Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin.”[34]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah heyzli qadının hicabsız namazını qəbul etməz»[35].

Həddi-büluğa çatmış kişinin övrəti göbəklə diz arasındadır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Cabirə -Allah ondan razə olsun- demişdir: «Əgər tək bir paltarda namaz qılsan, paltarın geniş olarsa, ona bürün (çiyinlərini də ört), çox dar olarsa, onu belinə bağla (göbəkdən dizə qədər bədəninə dola)»[36].

Namaz qılan zaman çiyini açıq qoymayaraq paltarla örtmək daha əfzəldir.

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), kiminsə iki çiyinin birində (başqa rəvayətlərdə: iki çiyinində) paltar olmadan namaz qılmasını qadağan etmişdir. Qadının üzü və əllərindən başqa bütün bədəni övrət sayılır. Əgər ona məhrəm olmayan, yad kişilərin yanında namaz qılmalı olsa, bu zaman qadın bütün bədənini örtməlidir.Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qadın övrətdir»[37].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa hədisdə demişdir: «Allah heyzlik dövrünə (yəni, yetkinlik yaşına) çatmış qadının hicabsız qıldığı namazı qəbul etməz».

7- Bədənini, paltarını və namaz qıldığı yeri bacardığın qədər murdar şeylərdən təmizləmək:Çünkü Uca Allah buyurur:“Libasını təmizlə!”[38]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»(Kiçik su başına çıxan zaman) Özünüzü sidikdən qoruyun. Çünki ən çox qəbir əzabı ona görədir»[39].

Əsma -Allah ondan razı olsun- rəvayət edir ki, bir qadın Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib soruşdu: Bizdən birimizin paltarına heyz qanı bulaşsa, o, nə etməlidir? Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Onu (əli ilə) ovxalasın, sonra suya salıb yaxşıca yusun, sonra üstünə su çiləsin, sonra da onunla namaz qılsın»[40].

Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, bir bədəvi gəlib məsciddə kiçik subaşına çıxdı. Səhabələr onu tənbeh etdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Buraxın onu! Sidiyinin üzərinə də bir vedrə su tökün. Siz çətinləşdirən deyil, asanlaşdıran olaraq göndərilmisiniz»[41].

8- Bacarırsa, qibləyə yönəlməsi: Allahu Təala buyurur:“Sən üzünü Məscidulharama tərəf çevir!”[42]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Namaza qalxdığın zaman kamil şəkildə dəstəmaz al, sonra üzünü qibləyə tərəf çevir»[43].

9- Niyyət etmək: niyyət heç bir halda hökmdən düşmür. Ömər -Allah ondan razı olsun- rəyayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əməllər yalnız niyyətlərlədir». Niyyətin yeri qəlbdir. Niyyətin mahiyyəti, bir işi planlaşdırmaqdır. Niyyəti dil ilə tələffüz etmək şəriətə müvafiq deyil. Çünki bu, nə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm), nə də ki, onun səhabələrindən varid olmamışdır.

Dördüncü məsələ: Namazın rüknları:

Rüknlar: İbadətlərin qurulduğu dayaqlardır. İbadət yalnız onlarla səhih sayıla bilər. Namazın rüknları ilə şərtləri arasındakı fərq aşağıdakından ibarətdir: Şərt, ibadətdən əvvəl olur və ibadətlə davam edir. Rüknlar isə, üzərində ibadət qurulan söz və əməllərə deyilir.

Namaz on dörd rükndan ibarətdir. Bu rüknlar, qəsdən, səhvən və ya bilməməzlikdən tərk olunmur. Bunun açıqlaması aşağıdakı kimidir:

1- Ayaq üstə dayanmaq (ərəbcə əl-Qiyam): Yəni, gücü yetən insanın fərz namazını ayaq üstə qılması.Çünkü Uca Allah buyurur:“Allaha itaət üçün ayağa qalxın (namaza durun).”[44]

Rəvayət edilir ki, İmran ibn Husayn -Allah ondan razı olsun- demişdir: Mən babasil xəstəliyinə tutulmuşdum. Odur ki, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) bu vəziyyətdə namaz qılmaq barəsində soruşdum. O dedi: «(Namazı) ayaq üstə qıl, bacarmırsansa, oturan yerdə qıl, (bunu da) bacarmırsansa uzanan yerdə qıl»[45].

Fərz namazını xəstəlik, qorxu və bu kimi üzrlü səbəblərdən oturaraq qılmaq günah deyildir. Bu qisim insanlara oturaraq, uzanaraq və ya bacardıqları şəkildə namazlarını qılmaları icazəlidir.

Nafilə namazlarını ayaq üstə qılmaq isə, rükn deyil, sünnədir. Lakin ayaq üstə namaz qılanın namazı, oturaraq qılanın namazından daha əfzəldir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Oturaraq namaz qılanın savabı, ayaq üstə namaz qılanın savabının yarısıdır»[46].

2- «Təkbirətu-l-ehram» yəni, namazın əvvəlində»Allahu Əkbər» deyərək namaza başlamaq. Həmin məqamda «Allahu Əkbər» kəlməsinin əvəzinə başqa bir söz demək caiz deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), namazı səhv qılana belə demişdir: «Namaza duranda: “Allahu Əkbər” — de»[47]. Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir: «Namazı haram edən (yəni, digər işləri qadağan edən və namazı açan) təkbirdir, onu halal edən (yəni, digər işləri icazəli edən və namazı bağlayan) isə, salamdır»[48].

Təkbirsiz namaz, namaz sayılmır.

3- Hər bir rükətdə tərtiblə əl-Fatihə surəsini oxumaq: Ubadə ibn Samit -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Əl-Fatihəni oxumayanın namazı yoxdur!»[49].

Bu hökmdən yalnız namaza gecikən insan müstəsnadır. Əgər o, imama rükuda olarkən çatıbsa və ya imama ayaq üstə olanda çatıb, lakin Fatihəni oxuyub qurtara bilməyibsə bura daxildir. Həmçinin səsli namazlarda imamın arxasında duran kimsələr, Fatihə surəsini oxumaqdan müstəsnadırlar. Lakin imam hər ayənin sonunda, yaxud da Fatihəni bitirdikdən sonra o, biri surəni oxumazdan əvvəl fasilə verirsə, bu zaman arxada duranın Fatihə surəsini ehtiyat baxımından oxuması daha yaxşıdır.

4- Hər bir rükətdə rüku etmək: Uca Allah buyurur:“Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın.”[50]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazı pis qılan kişiyə belə demişdir:»Sonra rükuda arxayın dayanana qədər rüku et»[51].

5 — 6 Rükudan qalxmaq və dikəldikdə beli düz tutmaq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazı pis qılan kişiyə belə demişdir:»Sonra rükuda arxayın dayanana qədər rüku et. Daha sonra dikəlib qamətini dümdüz tut».

7- Səcdə etmək: Uca Allah buyurur:“Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın.”[52]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazını pis qılan kişiyə belə demişdir: «Sonra səcdədə arxayın dayanana qədər səcdə et».

Səcdə hər rükətdə iki dəfə və İbn Abbasın hədisində rəvayət olunduğu kimi, yeddi əza üzərində olmalıdır. İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Mənə yeddi əza: alın, iki əl, iki diz və ayaq barmaqlarının ucları üzərində səcdə etmək əmr edilmişdir». Peyğəmbər (sallallahu aleyhi və səlləm) alın deyəndə burnuna da işarə etdi[53].

8 — 9 Səcdədən qalxmaq və iki səcdə arasında oturmaq: Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazını pis qılan kişiyə belə demişdir: «Sonra arxayın oturana qədər dikəl».

10- Bütün rüknları arxayınlıqla, yəni, tələsmədən sakit halda yerinə yetirmək. Bunun ən az həddi isə, hər bir rükunda deyilən zikri, vacib miqdarda yəni, bir dəfə deyənə qədərdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazının bütün rüknlarını pis qılan kişiyə, namazını yenidən qılmağı əmr etmişdir. Belə ki, o, namazı tez-tez qılmışdır. 

11- Axırıncı təşəhhüd: Abdullah ibn Məsud -Allah ondan razı olsun- demişdir:Təşəhhüd bizə fərz olmazdan qabaq: «əs-Sələmu alə Allahi min ibədihi», «Allaha qullarından salam olsun, filankəsə və filankəsə salam olsun»– deyərdik.Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Allaha Salam olsun» –deməyin. Çünki Salam, Allahın Özüdür. Deyin: ət-Təhiyyətu Lilləhi» «Salamlar, dualar və gözəl şeylər Allaha məxsusdur»[54].

İbn Məsudun -Allah ondan razı olsun- «Təşəhhüd bizə fərz olmazdan qabaq» deməsi, namazda təşəhhüdün fərz olmasını göstərir.

12- Axırıncı təşəhhüd üçün oturmaq: Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) davamiyyətli olaraq axırıncı təşəhhüd üçün oturardı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!»[55].

13- Salam vermək: Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Namazı halal edən (yəni, digər işləri icazəli edən və namazı bağlayan) isə, salamdır»[56].

Bu, sağ və sonra sol tərəfə: «əs-Sələmu aleykum va rahmatullah», «Allahın salamı və rəhməti sizin üzərinizə olsun» deməklə yerinə yetirilir.

14- Bu rüknların hamısı tərtiblə, yəni, bir-birinin ardınca edilməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu rüknların hamısın tərtiblə etmiş və demişdir: «Məni necə namaz qılan görürsünüz, siz də elə namaz qılın!».

 Peyğəmbərin (sallallahu aleyhi və səlləm), namazını pis qılan kişiyə, «sonra» sözünü deyərək ona düzgün namaz qılmağı öyrətməsi göstərir ki, bu rüknlar mütləq ardıcıllıqla icra olunmalıdır.

Beşinci məsələ: Namazın vacibləri:

Namazın səkkiz vacibi vardır. Bu vaciblərdən biri qəsdən tərk olunarsa, namaz batildir. Səhvən və ya bilməməzlik üzündən tərk edilərsə, namazın sonunda səhv səcdəsi edilməlidir. Namazın rüknları ilə vacibləri arasında olan fərq belədir: Rüknu unudaraq tərk edən, həmin rüknu etmədikcə, namazı səhih deyildir. Amma vacibi unudaraq tərk edən şəxsin, namazın sonunda səhv səcdəsi etməsi kifayət edir. Namazda rükunlar vaciblərdən daha önəmlidir. Namazın vacibləri aşağıdakılardır:

1- Təkbiratu-l-ehramdan (namaza başladıqda edilən ilk təkbirdən) başqa bütün təkbirlər. Bunlara intiqal (yəni, keçid) təkbirləri də deyirlər.İbn Məsud -Allah ondan razı olsun- belə rəvayət edir: «Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) namazda hər bir qalxmaq, əyilmək, durmaq və oturmaq üçün təkbir etdiyini gördüm»[57].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat edənədək bunu davamiyyətli olaraq hər namazda edərdi və O (sallallahu aleyhi və səlləm) demişdir: «Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!»

2- İmam və tək namaz qılan insanın başını rükudan qaldırdıqda:

[سَمِعَ اللهُ لِمَنْ حَمِدَه]

Transkripsiyası: «[Səmi Allahu limən həmidəh]»

«Allah Ona həmd edəni eşitdi!» — zikrini demək.

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaza başlayan zaman «Allahu Əkbər» deyərək başlayardı. Sonra təkbir edib, rükuya gedərdi. Belini rükudan qaldıran zaman: [Səmi Allahu limən həmidəh], belini rükudan qaldırıb düz tutduqda isə: [Rabbənə va ləkə-l-həmd], «Ey Rəbbimiz! Sənə həmd olsun» — deyərdi[58].

3- İmamın arxasında namaz qılanın yalnız:

[رَبَّـنَا وَلَكَ الحَمْد]

Transkripsiyası: «[Rabbənə va ləkə-l-həmd]»

«Ey Rəbbimiz! Sənə həmd olsun» — zikrini deməsi.

Əbu Hureyrənin -Allah ondan razı olsun- rəvayət etdiyi hədisə əsasən, imam və tək namaz qılanın: [Səmi Allahu limən həmidəh, Rabbənə va ləkə-l-həmd] — zikrini ikisini də cəm edərək deməsi sünnədir.

Əbu Musa -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İmam [Səmi Allahu limən həmidəh] dedikdə, siz [Rabbənə va ləkə-l-həmd] deyin»[59].

  • Rükuda bir dəfə:

[سُبْحَانَ رَبِّـيَ العَـظِـيْم]

Transkripsiyası: «[Subhənə rabbiyəl-azim]»

«Böyük Rəbbim pak və müqəddəsdir!» — zikrini demək.

5- Səcdədə bir dəfə:

[سُبْحَانَ رَبِّـيَ الأَعْلَى]

Transkripsiyası: «[Subhənə Rabbiyə-l-Ə’la]»

«Ən Uca Rəbbim pak və müqəddəsdir!» — zikrini demək.

Huzeyfə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) rükuda: [Subhənə rabbiyəl-azim], səcdədə isə: [Subhənə Rabbiyə-l-Ə’la] — deyərdi[60].

Bu zikrləri rüku və səcdədə üç dəfəyə kimi artırmaq isə, sünnədir.

6- İki səcdə arasında:

[رَبِّ اغْـفِـرْ لِي]

Transkripsiyası: «[Rabbi-ğ-fir li]»

«Rəbbim, məni bağışla! Rəbbim, məni bağışla!» — zikrini demək.

Huzeyfə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) iki səcdə arasında: [Rabbi-ğ-fir li, Rabbi-ğ-fir li] — deyərdi[61].

7- Birinci təşəhhüdü oxumaq. Əgər imam səhv edib birinci təşəhhüdü oxumadan qalxarsa, bu zaman arxada olanların da imama tabe olub qalxmaları vacibdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) unudaraq təşəhhüdü oxumadan qalxdıqda, yenidən oturub təşəhhüdü oxumamış, onun əvəzinə isə səhv səcdəsi etmişdir[62].

Birinci təşəhhüd budur:

[التَّحِيَّاتُ للهِ وَالصَّلَواتُ وَالطَّـيّـبَاتُ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ، أشْهَدُ أنْ لاَ إلَهَ إلاَّ اللهُ، وَأَشْهَدُ أنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهٌ]

Transkripsiyası: «[ət Təhiyyətu lilləhi, va-s-saləvatu, va-t-tayyibətu, əs Sələmu aleykə əyyuhə-n-nəbiyyu va rahmətullahi va bərakətuhu, əsSələmu aleynə va alə ibədi-l-ləhi-s-Sali­hin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu]»

«Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qul­larına salam ol­sun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahid­lik edirəm ki, Muhəm­məd Onun qulu və elçisi­dir».

8- Birinci təşəhhüd üçün oturmaq: İbn Məsud -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Hər bir iki rükətdən sonra oturduğunuzda [ət Təhiyyətu lilləhi] duasını oxuyun»[63].

Rifaəh ibn Rafi -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Namazın ortasında oturduğun vaxt tələsmə, sakitləş. Sol ayağını yerə sər və üzərində otur, sonra təşəhhüd duasını oxu»[64].

Altınci məsələ: Namazın sünnələri:

Namazın sünnələri iki növdür: Əməllər ilə olan sünnələr və sözlər ilə olan sünnələr.

Əməllər ilə olan sünnələr: Əlləri təkbiratu-l-ehramda, rüku etdikdə, rükudan qalxdıqda qaldırmaq və sonra da aşağı salmaq sünnədir. Çünki Malik ibn əl-Huveyris -Allah ondan razı olsun- namaza başlayanda təkbir edib əllərini qaldırardı. Rüku etmək istədikdə, əllərini yenə qaldırardı. Başını rükudan qaldırdıqda da əllərini qaldırardı.O deyərdi: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə edərdi»[65].

Namazda ayaq üstə dayandıqda (qiyamda) sağ əlini sol əlinin üzərinə qoyub, sinənin üstündə tutmaq, səcdə yerinə baxmaq, qiyamda olan zaman iki ayaqların arasını ayırmaq, rükuda olduqda iki əlin barmaqlarını aralayıb dizləri əllər ilə tutmaq, rüku halında başı və beli bir səviyyədə düz tutmaq, əməllər ilə olan sünnələrdəndir.

Sözlər ilə olan sünnələr: Namaza başlayarkən oxunan «İstiftah» (açılış) duası, Fatihə və başqa surələrin əvvəlində: [Bismilləhi-r-rahmənir-rahim], Fatihədən əvvəl: [Əuzu billəhi minəş-şeytanir-ra­cim] və Fatihəni bitirdikdən sonra: Amin — demək. Fatihədən sonra başqa surə oxumaq, rükuda bir dəfədən çox: [Subhənə rabbiyəl-azim] və səcdədə bir dəfədən çox: [Subhənə Rabbiyə-l-Ə’la] — demək və təşəhhüddən sonra, salamdan isə əvvəl, dua oxumaq. Bunlar sözlər ilə olan sünnələrdəndir.

Yeddinci məsəliə: Namazı batil edən amillər:

Aşağıdakı amillər namazı batil edir:

1- Təharəti pozan namazı da pozur: Çünki təharət namazın səhih olması üçün şərtdir və əgər təharət batil olsa namaz da batil olar.

2- Qəhqəhə çəkib səslə gülmək: Namazda qəhqəhə çəkib səslə gülmək namazı batil edir. Bu elm əhli arasında icmadır. Çünki qəhqəhə ilə gülmək, namazda söz söyləmək kimi bir şeydir. Hətta söz söyləməkdən də daha şiddətlidir. Namazda qəhqəhə ilə gülmək, namazın məqsədinə ziddir və namaza əyləncə kimi yanaşmaq və onun dəyərini aşağılamaqdır. Amma namazda sadəcə təbəssüm etmək, namazı batıl etməz. Necə ki, bunu, İbn Munzir və başqa alimlər demişdir.

3- Namazın xeyrinə olmayan qəsdən danışmaq: Rəvayət edilir ki, Zeyd ibn Ərqam -Allah ondan razı olsun- demişdir: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında biz namaz əsnasında danışardıq, birimiz dostuna öz işlərindən danışardı. Nəhayət:«Allaha itaət üçün ayağa qalxın (namaza durun).»[66]ayəsi nazil olduqda bizə namazda susmaq əmr, danışmaq isə qadağan olundu[67].

Əgər namazda bilməməzlikdən yaxud da ki, unutqanlıq üzündən danışarsa, namaz batil olmaz.

4- Həddi-büluğa çatan qadının, uzunqulağın və ya qara itin namaz qılanın qabağından keçməsi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizdən kim namaz qılarsa, qoy qarşısında dəvənin belindəki oturacaq qədər sütrə götürsün. Əgər qarşısında bu ölçüdə sütrə olmazsa, onun namazını, uzunqulaq, qadın və qara it kəsər (yəni, ya batil edər ya da savabını azaldar)[68].

Dəvənin üzərindəki oturacağın uzunluğu bir ziradır (təxminən bir arşına bərabər ölçüdür. Bir arşın 0,71 m).

Bu hədis göstərir ki, namaz qılanın qarşısında bir zira boyda sütrə olması, onun namazını batil olmaqdan qoruyar.

5- Namazda qəsdən öyrət yerini açmaq: Bu barədə namazın şərtləri hissəsində danışıldı.

6- Namazda arxanı qibləyə çevirmək: Çünki namazda qibləyə yönəlmək namazın səhih olma şərtlərindən biridir.

7- Bədənində, paltarında və ya namaz qıldığın yerdə murdar şeylərin olduğunu bildiyin halda, onlardan təmizlənmədən namaz qılmaq.

8- Qəsdən, heç bir üzr olmadan, namazın rükn və şərtlərindən birini tərk etmək.

9- Zərurət olmadan namazın hərəkətlərindən başqa namazda çoxlu hərəkət etmək. Məsələn: namazda qəsdən yemək və içmək.

10- Üzr olmadan namazda hər hansı bir şeyə söykənmək. Çünki namazda qiyam (ayaq üstə durmaq) namazın səhih olması üçün şərtdir.

11- Namazda qəsdən rüku və səcdə kimi hər hansı bir əməli rüknu artırmaq. Çünki namazda rüknlardan birini artırmaq, namazın zahiri görünüşünə xələl gətirir və ümmətin icmasına əsasən həmin namazı batil edir.

12- Namazda qəsdən rüknların yerlərini dəyişmək. Çünki namazın rüknlarını tərtiblə etmək özü bir rükndur.

13- Namazı bitirməzdən əvvəl qəsdən sağa sola salam vermək.

14- Namazda qəsdən Fatihə surəsinin mənasını dəyişib oxumaq. Çünki namazda Fatihəni oxumaq rükndur.

15- Namazda tərəddüd edərək niyyəti pozmaq və sona qədər bunu davam etmək. Çünki namaz qılan zaman niyyətin, namazın əvvəlindən sonuna qədər sabit qalması şərtdir.

Səkkizinci məsələ: Namazda məkruh olan əməllər:

Aşağıdakı əməlləri namazda etmək məkruhdur:

1- Birinci və ikinci rükətlərdə Fatihə surəsindən başqa surə oxumamaq. Bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə ziddir. Çünki O, birinci və ikinci rükətlərdə Fatihə surəsindən sonra başqa surə də oxuyardı.

2- Bir rükətdə Fatihə surəsini təkrar oxumaq. Bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə müxalifdir. Amma ehtiyaca görə təkrarlayarsa, məsələn, birinci dəfə Fatihəni oxuduğu zaman xuşusuz və fikri dağınıq halda oxuduğuna görə, ikinci dəfə xuşu ilə, fikrini cəm edib və ayələrin mənalarını dərk edərək oxusa, məkruh olmaz. Lakin bu da bir şərtlə olar ki, onu vəsvəsəyə sövq edib daimi hala çevrilməsin.

3- Ehtiyac olmadan namazda üzü azda olsa sağa və ya sola çevirmək. Rəvayət edilir ki, Aişə -Allah ondan razı olsun- demişdir: Mən, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) namazda üzü yana çevirmək barədə soruşdum.O dedi: «Bu, qulun namazından şeytanın xəlvətcə götürüb apardığı oğurluq bir şeydir»[69].

Hədisdə keçən «ixtiləs» sözü: Bir şeyi xəlvətcə götürüb aparmaq, oğurlamaq mənasını bildirir.

Amma namazda ehtiyaca görə üzü yana çevrilmək: məsələn, namazda vəsvəsəyə görə sol tərəfə üç dəfə tüpürmək icazəlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu əmr etmişdir. Həmçinin uşağın itməsindən qorxaraq, namazda çevrilib uşağa baxması da icazəlidir.

Bunların hamısı az miqdarda olan çevrilmələrdir. Amma şiddətli qorxu və ya buna oxşar üzrlər olmadan, insan namazda bütün bədəni ilə çevrilərsə yaxud da qibləyə axrasını çevirərsə, namazı batil olar.

4- Namazda gözləri yummaq: Çünki bu, həm məcusilərin odun yanında ibadət etmələrinə bənzəyir. Bəziləri isə, bunun yəhudilərin ibadətinə də oxşadığını söyləmişlər. Kafirlərə oxşamaq ((Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm) tərəfindən) bizə qadağan edilmişdir.

5- Səcdədə olarkən dirsəkləri yerə qoymaq: Ənəs ibn Malik -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Səcdələrinizi doğru-düzgün yerinə yetirin. Qoy sizlərdən heç kəs (səcdədə) dirsəklərini it kimi yerə qoymasın»[70].

Namazda heyvana oxşamamaq üçün, dirsəkləri yanlardan ayırmaq və yerdən qaldırmaq lazımdır.

6- Namazda lüzumsuz hərəkətlər etmək: Namazda lüzumsuz hərəkətlər qəlbin Allahdan qorxmasına mane olur və namazın zahiri görünüşünə xələl gətirir.

7- Namazda əlləri belə (böyürə) qoymaq: Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, «Kişinin əllərini belinə (böyrünə) qoyub namaz qılması qadağan edilmişdir»[71].

Aişə -Allah ondan razı olsun- namazda bu əməlin məkruh olma səbəbini, yəhudilərin etdiyi əməl olması ilə izah etmişdir[72].

8- Namazda sədl etmək və ağzı bağlamaq: Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazda sədl etməyi və ağzı bağlayaraq namaz qılmağı qadağan etmişdir[73].

Sədl, paltarını sadəcə çiyinləri üstünə atıb, paltarın bir tərəfini digər çiyinin üstünə qoymadan namaz qılmaqdır.

Bəzi elm əhli deyir ki, sədl, paltarı yerə dəyənə qədər buraxmaqdır ki, bu da isbal ilə eyni məna daşıyır.

9- Namazda imamı qabaqlamaq: Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Məgər imamdan qabaq başını səcdədən qaldıranlarınız qorxmur ki, Allah onların başını eşşək başına döndərər və ya onların özlərini eşşəyə döndərər»[74].

10- Namazda barmaqları bir-birinə keçirtmək: Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəstəmaz alıb, namaz üçün məscidə gələn kimsənin barmaqlarını bir-birinə keçirtməsini qadağan etmişdir[75]. Bunun namazda bəyənilməməsi daha münasibdir.

Amma namazdan kənar vaxtlarda barmaqları bir-birinə keçirtmək, hətta məscidin içində olsa belə, məkruh deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Zul-yədeynin rəyavət etdiyi hədisdə namaz qıldıqdan sonra barmaqlarını bir-birinə keçirtmişdir.

11- Namazda saçı və paltarın ətəyini yığmaq (qatlamaq): İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Mənə paltarı və saçı yığmadan yeddi əza üzərində səcdə etmək əmr edilmişdir»[76].

Burada «paltarı və saçı yığmaq” bir araya gətirmək anlamında ola bilər. Yəni, paltarı və saçı bir araya yığıb, cəm etməsin. Yaxud da ki, qadağan mənasında ola bilər. Yəni, səcdə edərkən paltarını qatlayıb, saçını bir yerə yığmasın.

Bütün bu hərəkətlər, namazın xuşu ilə qılınmasına zidd olan lüzümsuz hərəkətlərdəndir.

12- Süfrəyə yemək gətirildiyi və ya kiçik yaxud da böyük su başına çıxmaq istənildiyi zaman namaz qılmaq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Süfrəyə yemək gətirildiyi və kiçik və böyük su başına çıxmaq istənildiyi vaxt namaz yoxdur»[77].

Yemək gətirildiyi vaxt namaz qılmağın məkruh olması: Əgər nəfsi yemək istəyirsə, yemək onun qarşısındadırsa və yeməkdən dadmağa da qadirdirsə, bu halda namaz qılmaq məkruhdur. Əgər namaz vaxtı qarşısına yemək qoyulubsa və o, oruc və ya tox olduğu üçün, yaxud da aclıq hiss etmədiyinə görə yemək istəmirsə və ya yeməyin həddən artıq isti olduğu üçün yeyə bilmirsə, bu zaman yemək yemədən namaz qılmaq məkruh deyildir.

Amma kiçik və böyük su başına çıxmaq istədikdə namaz qılmağın məkruh olması: Bu, insanın namazda fikrini yayındırdığına və Allahdan qorxaraq namaz qılmasına mane olduğuna və bəzən də belə halda namaz qılmağın insanın səhhətinə zərəri olduğuna görə, şəriət tərəfindən qadağan edilmişdir.

13- Namazda səmaya baxmaq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Namaz əsnasında göyə baxan adamlar, ya buna son qoyacaqlar, ya da ki, gözləri kor olacaq»[78].

Doqquzuncu məsələ: Namazı tərk edənin hökmü:

Kim namazın fərz olmasını inkar edərək tərk edərsə, o, kafirdir, mürtəddir. Çünki o, Allahı, Onun elçisini və müsəlmanların icmasını yalançı saymışdır.

Amma kim namazı tənbəllik və səhlənkarlıq üzündən tərk edərsə, belə ki, tərki daimi və bir dəfəlikdirsə, ən səhih rəyə görə o, kafirdir. Çünki Allahu təala müşriklər haqqında demişdir:«Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik!»[79]

Bu ayədən bəlli olur ki, əgər onlar namaz qılmaq şərtini yerinə yetirmirlərsə, nə müsəlman, nə də ki, dində qardaşlarımız deyillər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur:»Bizim ilə onlar arasındakı əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir»[80].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə buyurmuşdur: «Həqiqətən kişi ilə şirk və küfr arasında namazı tərk etmək dayanır»[81].

Amma kim namazı bəzi vaxtlar qılıb və bəzi vaxtlar tərk edirsə, yaxud da gün ərzində bir və ya iki fərz namazını qılırsa, bu insan kafir sayılmır. Çünki bu o, namazı bütünlüklə tərk etmiş sayılmır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədisdə: «Namaz tərk etmək dayanır» deməsi, yəni, namazı bütünlüklə tərk etmək mənasını bildirir. Bu heç də bəzən qılıb, bəzən isə tərk etmək mənasında deyil. Əgər insan bəzən qılıb, bəzən də tərk edirsə, yaxud gün ərzində bəzi fərz namazlarını qılıb, bəzilərini isə qılmırsa, o, müsəlman sayılır və biz onu İslamdan şəkk-şübhə ilə deyil, yalnız onun yəqinliklə kafir olduğunu bildikdən sonra çıxara bilərik. Yəqinliklə isbat olunan bir şey, yalnız yəqinliklə aradan qalxa bilər[82].

Beşinci bölüm:

Nafilə namazları barədə

Bu bölümdə bir neçə məsələ var:

Nafilə dedikdə burada qəsd olunan, vacib olmayan hər bir ibadət əməllərdir.

Birinci məsələ: Nafilə ibadətin fəziləti və hikməti:

1- Nafilə ibadətin fəziləti: Nafilə namazları qılmaq, Allah yolunda cihad etmək və elm öyrənməkdən sonra, insanı Allaha yaxınlaşdıran ən əfzəl əməllərdəndir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) daima nafilə namazları qılar və bunu heç vaxt tərk etməzdi. Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah buyurur: Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hərb elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl, ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə, Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm»[83].

2- Nafilə ibadətin hikməti: Allah sübhənəhu nafilə ibadətləri mömin qullarına rəhmət olaraq dində buyurmuşdur. Onların imanlarını və dərəcələrini bu nafilə ibadətlər ilə qaldırmaq, fərz namazlarında olan naqislikləri qiyamət günü bu nafilə ibadətlər ilə doldurmaq üçün hər fərz namazın əvvəlində və sonunda əlavə namazlar qılmağa izn vermişdir. Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Həqiqətən qiyamət günü müsəlman qulun ən birinci hesab olunacağı əməl namazdır. Əgər namazları tam olarsa, onun üçün: «namazları tamdır» — yazılar. Əgər namazları naqis olarsa, bu zaman deyilər: «Baxın onun nafilə namazları varmı?» Əgər nafilə namazları varsa, fərzlərdə olan boşluqlar nafilə namazları ilə doldurulacaqdır. Bundan sonra isə, qalan başqa fərz əməllər namaz hesab olunduğu kimi hesab olunacaqdır»[84].

İkinci məsələ: Nafilə namazların qisimləri:

Nafilə namazları iki qisimdir:

Birinci növ: Müəyyən vaxtlarda, müəyyən səbəblərə görə qılınan namazlar. Bu namazlara qeydli nafilə namazları da deyilir. Bu namazlardan bəziləri, fərz namazlarına bağlı olan, fərzlərin əvvəlində və sonunda qılınan ratibə sünnə namazlarıdır, bəziləri də fərz namazlarına bağlı olmayan, vitir, duha və kusuf (günəş tutulan zaman qılınan namaz) namazlarıdır.

İkinci növ: Müəyyən vaxtlarda, müəyyən səbəblərə görə qılınmayan namazlardır. Bu namazlara ümumi nafilə namazları da deyilir.

Birinci növ namazların növləri müxtəlifdir. Bu namazlardan bəziləri digərlərindən daha təkidlidir. Onların ən təkidli olanı kusuf, sonra vitr, sonra istisqa (yağışın yağması üçün qılınan namaz), sonra isə təraveh namazlarıdır. İkinci növ namazlara gəldikdə isə, şəriətə əsasən onlar bütün gecə və gündüz boyu qılına bilər. Yalnız qadağan olunan vaxtlar müstəsnadır. Gecə qılınan namaz, gündüz qılınan namazdan daha əfzəldir.

Üçüncü məsələ: Camaat şəklində qılınması sünnə olan nafilə namazlar:

Camaat şəklində qılınan sünnə namazı: Təraveh, istisqa və kusuf namazlarıdır.

Dördüncü məsələ: Ratibə namazlarının sayı:

Ratibə namazları, fərz namazların əvvəlində və sonunda davamiyyətli qılınan namazlardır.

Bu namazların faydası, yuxarıda qeyd etdiyimiz kimi, qiyamət günü qulun fərz namazlarında olan naqisliklərini və boşluqlarını doldurmaqdır.

Ratibə namazların sayı, İbn Ömərin hədisində rəvayət olunduğu kimi on rükətdir:

Abdullah ibn Ömər -Allah ondan razı olsun- belə rəvayət edir: Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zöhrdən həm əvvəl, həm də sonra, habelə məğrib və işa namazlarından sonra və həmçinin fəcrdən əvvəl iki rükət namaz qıldığını əzbərlədim. Elə bir vaxt var idi ki, mən həmin vaxtda Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına daxil olmazdım. Həfsə mənə bildirdi ki, fəcr namazının vaxtı daxil olub, müəzzin azan verdikdən sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) iki rükət namaz qılardı[85].

Müsəlmanın gün ərzində on iki rükət sünnə namazlarını qoruması təkid edilir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Allah təalə Onun üçün gün ərzində on iki rükət namaz qılan müsəlman quluna cənnətdə bir ev tikər, yaxud da: onun üçün cənnətdə bir ev tikilər»[86].

Bu on iki rükət namazın on rükəti, İbn Ömərin rəvayət etdiyi hədisdəki namazlardır. Başqa rəvayətdə isə, zöhrdən əvvəl dörd rükət sünnə namazı qılmaq varid olmuşdur.

İmam Tirmizinin, Ummu Həbibədən -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim bir gecə və gündüz ərzində on iki rükət namaz qılarsa, onun üçün cənnətdə ev tikilər: Zöhrdən əvvəl dörd, sonra isə  iki rükət, məğribdən və işadan sonra iki rükət və sübhdən əvvəl iki rükət»[87].

Aişə -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) zöhrdən əvvəl dörd rükət namaz qılmağı tərk etməzdi[88].

Bu ratibə namazların ən təkidlisi, fəcr namazından əvvəl qılınan iki rükət sünnə namazıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Fəcr namazından qabaq qılınan iki rükət sünnə, dünya və onun içindəkilərdən xeyirlidir»[89].

Aişə -Allah ondan razı olsun-bu iki rükət namaz haqqında demişdir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu iki rükət sünnə namazını heç vaxt tərk etməzdi[90].

Beşinci məsələ: Vitir namazının hökmü, fəziləti və qılınma vaxtı:

Vitir namazının hökmü:

Vitir namazının hökmü təkid edilən bir sünnədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ümmətinə bu namazı qılmağa həvəsləndirərək demişdir: «Həqiqətən Allah vitrdir (təkdir), vitri də sevər»[91].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir: «Ey Quran əhli, vitir namazını qılın! Həqiqətən də Allah vitirdir, vitri də sevər»[92].

Vitr namazının qılınma vaxtı:

Vitr namazının qılınma vaxtı elm əhlinin yekdil rəyinə (ərəbcə icma) əsasən, işa ilə fəcr namazlarının arasındadır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allah sizə daha bir namazı da artırmışdir. Bu namaz sizin üçün qırmızı dəvədən də xeyirlidir. O, işa və fəcr namazlarının arasında qılınan vitr namazıdır»[93].

Fəcr namazının vaxtı girdiyi an, vitr namazının vaxtı bitir. Çünki İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) gecə namazı barəsində soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Gecə namazı cüt-cüt (yəni, iki rükət-iki rükət) qılınır və əgər sizdən biriniz səhərin açılacağından ehtiyat edərsə, qoy bir rükət də qılsın. Bununla da, qıldığı namazların sayı təkləşər»[94].

Bu hədis, vitrin vaxtının fəcrin girməsi ilə bitdiyinə dəlildir.

Hafiz İbn Həcər demişdir:Bu hədisdən də daha açıq-aydın dəlil, Əbu Davudun və Nəsainin rəvayət etdiyi və Əbu Əvanənin və başqalarının səhihləşdirdiyi, İbn Ömərin -Allah ondan razı olsun- hədisidir. İbn Ömər -Allah ondan razı olsun- demişdir: «Kim gecə qalxıb namaz qılacaqsa, qoy o, vitr namazını, ən axırıncı namaz etsin. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) vitr namazını namazların ən sonuncusu etməyi əmr verərdi. Elə ki, fəcr namazının vaxtı çatdı, artıq gecə və vitr namazlarının vaxt qurtarardı»[95].

Vitri gecənin sonunda qılmaq əvvəlində qılmaqdan daha əfzəldir. Lakin gecənin sonunda qalxacağını güman etməyənin, vitri gecənin əvvəlində qılması və gecənin sonunda qalxacağını güman edənin, vitri gecənin sonuna saxlaması müstəhəbdir. Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim gecənin sonunda qalxamayacağından qorxursa, qoy vitri gecənin əvvəlində qılsın. Kim gecənin sonunda qalxmaq istəyirsə, qoy vitri gecənin sonunda qılsın. Çünki gecənin sonunda qılınan namaz (mələklər tərəfindən) müşahidə olunur və bu daha əfzəldir»[96].

Altıncı məsələ: Vitrin qılınma qaydası və rükətlərinin sayı:

Vitirin ən az həddi bir rükətdir. İbn Ömər və İbn Abbasın rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Vitr gecənin sonunda qılınan bir rükətli namazdır»[97].

İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) gecə namazı barəsində soruşdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Gecə namazı cüt-cüt (yəni, iki rükət-iki rükət) qılınır və əgər sizdən biriniz səhərin açılmasından ehtiyat edərsə, qoy bir rükət də qılsın. Bununla da, qıldığı namazların sayı təkləşdirilər».

Vitr namazının üç rükət qılınması da icazəlidir. Rəvayət edilir ki, bir dəfə Aişədən -Allah ondan razı olsun-: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazan ayında necə namaz qılardı?» — deyə soruşdular. O dedi: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) nə Ramazanda, nə də başqa bir ayda (gecələr) on bir rükətdən artıq namaz qılmazdı. Əvvəlcə dörd rükət qılardı ki, bu rükətlərin gözəlliyi və uzunluğu barədə heç soruşma. Sonra yenə dörd rükət qılardı ki, bu rükətlərin də gözəlliyi və uzunluğu barədə heç soruşma. Sonra da üç rükət qılardı»[98].

Üç rükətli vitr namazının iki salamla qılınması da caizdir. Çünki Abdullah ibn Ömər -Allah ondan razı olsun- bəzi işlərin görülməsini əmr etmək üçün, iki rükət namaz qıldıqdan sonra salam verərdi[99].

Vitri bir təşəhhüdlə və bir salamla da qılmaq icazəlidir. Aişə -Allah ondan razı olsun- belə rəvayət edir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) üç rükət vitr namazı qılar və yalnız axırıncı rükətdə oturardı»[100]

Vitri, məğrib namazına oxşadaraq iki təşəhhüd və bir salamla qılmaq düzgün deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu qadağan etmişdir[101].

Vitr namazının beş və ya yeddi rükət qılınması da caizdir. Lakin vitri beş və ya yeddi rükət qılan kimsə, yalnız axırıncı rükətdə oturmalıdır. Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir gecədə on üç rükət namaz qılardı. Bu namazların beş rükətini vitr qılardı və yalnız axırıncı (beşinci) rükətdə oturardı[102].

Ummu Sələmə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) yeddi yaxud da beş rükət vitr qılardı və bu rükətlərin arasını salam və kəlamla ayırmazdı[103].

Yeddinci məsələ: Nafilə namazların qılınması qadağan olan vaxtlar:

Bəzi vaxtlar var ki, müstəsna namazlar xaricində, bu vaxtlarda nafilə namazlar qılmaq qadağandır. Qadağan olan vaxtların sayı beşdir:

Birinci: Sübh namazını qıldıqdan sonra günəş çıxana qədər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sübh namazından sonra gün çıxanadək namaz yoxdur»[104].

İkinci: Günəş çıxdıqdan sonra təqribən gözlə görüləcək qədər yerdən bir nizə qalxsın. Bu da bir metrə yaxındır. Günəşin bir nizə qədər qalxması saat ilə təxminən 15 yaxud da 20 dəqiqə edir. Bu müddət bitdikdən sonra qadağa vaxtı qurtarır və namaz qılınması icazəli olur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Amr ibn Abəsəyə demişdir: «Sübh namazını qıl, sonra günəş çıxıb qalxanadək namaz qılma»[105].

Üçüncü: Günəşin göyün ortasında dayanmasından, batdığı tərəfə meyil edib, zöhr namazının vaxtı girənə qədər. Uqbə ibn Amir -Allah ondan razı olsun- belə rəvayət edir: «Üç saat var ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə bu saatlarda namaz qılmağı və ölülərimizi basdırmağı qadağan edərdi: Günəşin çıxıb qalxdığı vaxt, günəşin zenitdə dayanmasından batdığı tərəfə meyilləndiyi vaxt və günəşin batdığı tərəfə meyillənməsindən batdığı ana qədər olan vaxt»[106].

Dördüncü: Əsr namazından sonra günəş batana qədər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sübh namazından sonra günəş çıxanadək və Əsr namazından sonra günəş batanadək namaz yoxdur»[107].

Beşinci: Günəşin batmağa meyil etdiyi vaxtdan batanadək olan müddət. Necə ki, irəlidəki hədisdə qeyd olundu. Beləliklə də qadağan olunan vaxtlar, günün üç vaxtında cəm olunur: Fəcr namazından sonra, günəş yerdən bir nizə qalxana qədər. Günəş zenitdə olub, batdığı tərəfə meyil edənə qədər. Əsr namazından sonra, günəş tam qürubuna qədər.

Bu vaxtlarda namaz qılmağın qadağan olunmasında hikmət:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir hədisdə bizə bəyan etmişdir ki, kafirlər günəşin çıxdığı və batdığı vaxt ona ibadət edirlər. Müsəlmanın da bu vaxtlarda namaz qılması ozünü kafirlərə oxşatmasıdır. Amr ibn Abəsənin rəvayət etdiyi hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Günəş qalxan zaman, şeytanın buynuzları arasından çıxır və bu vaxt kafirlərin günəşə səcdə etdiyi vaxtdır… Günəş batdığı zaman, şeytanın buynuzları arasında batır və bu vaxt kafirlərin günəşə səcdə etdiyi vaxtdır»[108].

Bu, günəşin çıxdığı və batdığı vaxtlarda namazın qadağan olma hikməti idi. Günəşin zenitdə olan vaxt namazın qadağan olmasının hikmətini isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) yuxarıda vurğulanan hədisdə belə bildirmişdir: «Bu vaxt cəhənnəmin alovlandığı vaxtdır»[109].

Şəriətin istisna ediyi namazlardan başqa, bu vaxtlarda nafilə namazı qılmaq olmaz. Məsələn, qadağan olunan vaxtlarda, təvafdan sonra iki rükət namaz qılmaq. Bu namazı qılmaq caizdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ey Abdu Mənaf oğulları! insanların, gecə və gündüzün hansı saatında istəyirlərsə, təvaf etmələrinə və namaz qılmalarına mane olmayın»[110].

Həmçinin fəcri qıldıqdan sonra, fəcirin iki rükət sünnəsini və əsrdən sonra zöhrün sünnəsini qəza etmək caizdir. Xüsusən də zöhr və əsri cəm edərək qılıbsa, belə edə bilər. Müəyyən səbəbə görə qılınan namazları da, qadağan olan vaxtlarda qılmaq caizdir. Məsələn: cənazə namazı, təhiyyətu-l-məscid (məscid haqqı), kusuf namazı və vaxtında qılınmayan fərz namazını bu vaxtlarda qəza etmək. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim yatıb qalaraq yaxud da ki, unudaraq namazı qılmazsa, qoy xatırladığı vaxt qılsın»[111].

Çünki fərz namazları, ödənilməsi vacib olan borcdur və insan bu borcu nə zaman xatırlasa, ödəməlidir.

Altıncı bölüm:

Səhv, tilavət və şükür səcdəsi barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Səhv səcdəsinin hökmü və səbəbləri:

Səhv səcdəsi dedikdə, burada namazda olan naqisliklərə, artıq əməllərə və şəkkə görə namazın sonunda edilən səcdə nəzərdə tutulur.

Namazda xəta edənin, namazın sonunda səhv səcdəsi etməsi şəriətdə caizdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizdən kim unutsa, qoy iki səcdə etsin»[112].

Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazın sonunda iki səhv səcdəsi etmişdir. Bu barədə irəlidə daha ətraflı danışılacaq.

Elm əhli səhv səcdəsinin şəriətdə icazəli olması barədə icma etmişdir.

Səhv səcdəsinin səbəbləri üçdür: Artırmaq, azaltmaq və şəkk etmək.

İkinci məsələ: Səhv səcdəsi nə zaman vacib olur?

Səhv səcdəsi aşağıda qeyd olunan vaxtlarda vacib olur:

1- Əgər namazın hərəkətlərindən birini artırarsa, məsələn, rüku, səcdə, qiyam edərsə və ya qısa müddət olsa da otursa, bu zaman səhv səcdəsi etməsi vacibdir. İbn Məsud -Allah ondan razı olsun- rəvayət edir ki, bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə imamlıq edərək beş rükət namaz qıldırdı. Salam verib bizə tərəf çevrildiyi zaman insanlar bir-biri ilə pıçıldaşdılar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara dedi: «Sizə nə olub?». Onlar: Ey Allahın elçisi! Namaza bir şey artırılıbmı? — dedilər. O: «Xeyr» — deyərək cavab verdi. Sahabələr, Ona: «Sən beş rükət namaz qıldın» — dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu zaman üzünü qibləyə çevirib iki səcdə etdi və sonra salam verdi. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara belə dedi: «Mən sizin kimi bir bəşərəm, siz unutduğunuz kimi mən də unuduram, əgər sizdən biri (namazda) nəyisə unudarsa, iki səcdə etsin»[113].

Əgər namazda artıq bir hərəkət etdiyini bilsə, həmin an oturması vacibdir, hətta rüku halında olsa belə, çünki namazda artıq hərəkət etdiyini bildikdən sonra davam etsə, namazda qəsdən artıq hərəkət etmiş olar, bu isə caiz deyildir.

2- Namazı bitirməzdən əvvəl salam versə, səhv səcdəsi etmək vacibdir. İmran ibn Huseyn -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) əsr namazını üç rükət qılıb salam verdikdən sonra evinə daxil oldu. Bu zaman, əlləri uzun bir kişi qalxıb dedi: «Məgər namaz qısalıbmı?» Bu an Peyğəmbər (sallallahu aleyhi və səlləm) evindən çıxdı və qılmadığı bir rükəti qıldı. Sonra salam verdi və iki səhv səcdəsi etdi. Sonra yenə də salam verdi[114].

3- Namazda, mənanı dəyişəcək qədər səhv oxuyarsa, səhv səcdəsi vacib olar. Çünki onun qəsdi namazı batil edir. Belə halda isə, səhv səcdəsi vacib sayılar.

4- Namazda hər hansı bir vacibi tərk etsə, səhv səcdəsi etmək vacibdir. Abdullah ibn Buheynə -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə namazlardan birini qıldırdığı vaxt, ilk iki rükətdən sonra oturmayaraq ayağa qalxdı. Camaat da onunla birlikdə ayağa qalxdı. Nəhayət, namazı tamamladıqda və camaat da onun salam verməsini gözlədikdə, oturduğu yerdə: «Allahu Əkbər» — deyib salamdan əvvəl iki dəfə səcdə etdi, sonra isə salamları verdi[115].

Orta təşəhhüdü tərk edənin nə etməli olduğu, yuxarıda keçən hədisdə öz təsdiqini tapdı. Rükuda [Subhənə rabbiyəl-azim], səcdədə [Subhənə Rabbiyə-l-Ə’la], iki səcdə arasında [Rabbi-ğ-fir li, Rabbi-ğ-fir li], Təkbiratul-ihramdan başqa qalan təkbirlərdə [Allahu Əkbər] sözlərini və digər vacibləri tərk edən isə, bu hədisə əsasən müqayisə aparılaraq səhv səcdəsi edir.

5- Namazın rükətlərində şübhə etsə və neçə rükət qıldığını bilməsə, bu zaman səhv səcdəsi etmək vacibdir.

Bu da namaz əsnasında olmalıdır. Çünki o, namazın bir hissəsini azaldıb və ya artırdığı barədə tərəddüd edərək onu qılmış və buna görə də niyyəti zəifləmişdir. Bu boşluğu doldurmaq üçün isə, səhv səcdəsinə ehtiyac vardır. Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Sizdən biri qalxıb namaz qıldığı vaxt, şeytan ona yaxınlaşıb, namazı neçə rükət qıldığını unutduranadək fikrini yayındırar. Əgər sizdən kimsə, belə bir şeyə rast gəlsə, oturduğu halda iki dəfə səcdə etsin»[116].

O, bu halda iki seçim qarşısındadır: İki haldan birini tərcih etmədən şəkk edirsə, bu zaman ən az qıldığı sayı götürüb, yəqinliyini onun üzərində qurur və (namazı davam edərək) sonda səcdə edir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizdən biriniz namazda şəkk etsə, üç yaxud dörd qıldığını bilməsə, şəkk-şübhəni tərk etsin və yəqin olduğu sayın üzərində namazını qılsın. Sonra salam verməzdən öncə iki səcdə etsin»[117].

Amma iki haldan birini tərcih edirsə, bu zaman tərcih etdiyinə əməl etməli və namazını davam edib, sonda səhv səcdəsi etməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim şəkk və tərəddüd etsə,qoy daha düzgünü axtarsın. Sonra yəqin olduğu sayın üzərində namazını davam etsin. Sonra salam versin. Salam verdikdən sonra isə, iki səcdə etsin»[118].

Üçüncü məsələ: Nə zaman səhv səcdəsi etmək sünnədir?

Namazda deyilməsi icazəli olan sözü, başqa bir yerdə desə, məsələn, rükuda və səcdədə zikirləri deməzdən əvvəl və ya dedikdən sonra Quran oxusa, yaxud Fatihədən sonra təşəhhüd duasını oxusa, bunun üçün səhv səcdəsi etmək sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizdən kim unutsa, qoy iki səcdə etsin»[119].

Dördüncü məsələ: Səhv səcdəsinin edilmə yeri və qaydası:

1- Səhv səcdəsinin edilmə yeri:

Səhv səcdəsinin edilmə yerlərini bildirən hədislər iki qisimdir:

Birinci qisim salamdan öncə olan səhv səcdəsi, ikinci qisim isə, salamdan sonra olan səhv səcdəsidir. Elə buna görə də elm əhlindən bəziləri demişdir ki, salamdan öncə və sonra səhv səcdəsini etməyi icazə verən hədislərin rəvayət olunduğuna görə, namaz qılan şəxs ixtiyar sahibidir. O, istəsə salamdan öncə, istəsə də sonra səhv səcdəsi edər. Əgər namazda baş verən artırma, azaltma və ya şəkkə görə salamdan öncə səhv səcdəsi edərsə caizdir. Onun səhv səcdəsini salamdan sonra etməsi də icazəlidir. İmam əz-Zuhri demişdir: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfat etməzdən əvvəl axırıncı əməli, salamdan öncə səcdə etmək idi.

2- Səhv səcdəsinin edilmə qaydası:

Namazda səcdə etdiyi kimi, iki səcdə etməli, hər dəfə səcdə etdikdə və başını səcdədən qaldırdıqda təkbir yəni, «Allahu Əkbər» deməli və bundan sonra sağa-sola salam verməlidir. Bir başqa elm əhli demişdir: Peyğəmbərdən (sallallahu aleyhi və səlləm), cəm etmək yolu ilə həsən isnadlı üç hədis rəvayət olunmuşdur ki, salamdan sonra səhv səcdəsi edilsə, yenidən təşəhhüd oxunub, sonra salam verilməlidir. Bunu İbn Həcər demişdir[120].

Beşinci məsələ: Tilavət səcdəsi:

1- Tilavət səcdəsinin hökmü:

Səcdə ayələrini oxuyanın və ya dinləyənin səcdə etməsi sünnədir:

İbn Ömər -Allah ondan  razı olsun- demişdir:Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə səcdə ayəsi olan surəni oxuyar və səcdə edərdi. Bizdə onunla birgə səcdə edərdik. Hətta bəzilərimiz alnını qoymağa ver tapmazdı[121].

Tilavət səcdəsi səhih rəyə əsasən, vacid deyil, sünnədir. Çünki Zeyd ibn Sabit -Allah ondan razı olsun- Peyğəmbərə (sallallahu aleyhi və səlləm) ən-Nəcm (Ulduz) surəsini oxudu və səcdə ayəsinə çatanda Peyğəmbər (sallallahu aleyhi və səlləm) tilavət səcdəsi etmədi[122].

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səcdə ayəsində, səcdə etməməsi, tilavət səcdəsinin vacib olmadığını göstərir.

İstər namazda olsun, istərsə də namazın xaricində, səcdə ayəsini oxuyanın yaxud da dinləyənin, tilavət səcdəsini etməsi sünnədir. Çünki Peyğəmbərə (sallallahu aleyhi və səlləm) səcdə ayəsini oxuduqda səcdə etmiş və səhabələr də onunla birgə səcdə etmişdilər. Necə ki, İbn Ömər -Allah ondan razı olsun- demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə səcdə ayəsi olan surəni oxuyar və səcdə edərdi. Biz də onunla birgə səcdə edərdik.

Namazda tilavət səcdəsinin icazəli olmasının dəlili, Buxari və Müslimin Əbu Rafidən rəvayət etdiyi hədisdir. Əbu Rafi belə rəvayət edir: Mən, Əbu Hureyra ilə birgə İşa namazını qıldım. O, «izəs-səməun şaqqat» (Göy yarılacağı) surəsini oxuyub, səcdə etdi. Mən: «Bu nədir?» -soruşdum. Əbu Hureyra -Allah ondan razı olsun- dedi: «Mən Əbul-Qasimin (sallallahu aleyhi və səlləm) arxasında namaz qıldım. O, (Göy yarılacağı) surəsini oxuyub səcdəyə getdi. Mən də ona qovuşanadək (hər dəfə) bu surəni oxuduqda səcdə edəcəyəm»[123].

Əgər səcdə ayəsini oxuyan səcdə etməsə, onu dinləyən də səcdə etməli deyil. Çünki dinləyən oxuyana tabedir. Zeyd bin Sabit, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında ən-Nəcm (Ulduz) surəsini oxudu və səcdə ayəsinə çatan zaman səcdə etmədi və Peyğəmbər də (sallallahu aleyhi və səlləm) buna görə səcdə etmədi.

2- Tilavət səcdəsinin fəziləti:

Əbu Hureyrə -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Adəm oğlu səcdə ayəsini oxuduqda səcdə edər, bu zaman şeytan uzaqlaşaraq ağlayar və deyər: «Vay mənim halıma, Adəm oğluna səcdə etmək əmr olundu, səcdə etdi, onun üçün cənnət var. Mənə də səcdə etmək əmr olundu, mən inadkarlıq edib səcdə etmədim, mənim üçün isə cəhənnəm var»[124].

3- Tilavət səcdəsinin edilmə qaydası:

Təkbir «Allahu Əkbər» deyərək, bir dəfə səcdə edib və namazın səcdəsində dediyi kimi:

[سُـبْحَـانَ رَبِّـيَ الأَعْلَى]

Transkripsiyası: «[Subhənə Rabbiyə-l-Ə’la]»

«Ən Uca Rəbbim pak və müqəddəsdir!»– deməlidir. Həmçinin deyir:

[سُـبْـحَانَكَ اللَّـهُـمَ رَبَّـنَا وَبِـحَـمْدِكَ، اللَّـهُمَ اغْـفِـرْ لِـي]

Transkripsiyası: «[Subhənəkə Allahummə Rabbənə va bihəmdikə, Alla­hummə-ğ-firli]»

«Allahım! Sən pak və müqəddəssən. Ey Rəbbimiz! Sə­nə həmd olsun. Allahım, məni bağışla!».

[سَـجَـدَ وَجْـهِيَ لِلَّذِي خَـلَـقَـهُ , وَشَّـقَ سَـمْـعَـهُ وَبَـصَـرَهُ، بِـحَـوْلِـهِ وَقُّـوَتِهِ]

Transkripsiyası: «[Səcədə vachiyə lilləzi xaləqahu, va şəqqa səm’ahu, va bəsarahu bi havlihi va quvvatihi (fə təbərakə-l-lahu əhsənu-l-xali­qin)]»

«Üzüm onu yaradana, Öz qüdrət və gücü ilə on­da göz və qulaq açana səcdə etdi. Yara­danların ən gözəli olan Allah nə qədər xeyir­xahdır!»[125]– deməsi də caizdir.

4- Quranda tilavət səcdəsinin yeriləri:

Qurani Kərimdə tilavət səcdəsi on beş yerdə gəlmişdir. Bu yerlər aşağıda tərtiblə qeyd edilmişdir:

1- əl-Əraf (Sədd) surəsinin ən axırıncı: (206 cı ayəsi).

2- ər-Rəd (Göy gurultusu) surəsi, ayə: (15).

3- ən-Nəhl (Bal arısı) surəsi, ayə: (49 – 50).

4- əl-İsra (Gecə səyahəti) surəsi, ayə: (107 – 109).

5- Məryəm surəsi, ayə: (58).

6- əl-Həcc (Həcc) surəsinin əvvəli, ayə: (18).

7- əl-Həcc (Həcc) surəsinin axırı, ayə: (77).

8- əl-Furqan (Haqqı batildən ayıra) surəsi, ayə: (73).

9- ən-Nəml (Qarışqalar) surəsi, ayə: (25 – 26).

10- əs-Səcdə (Səcdə) surəsi, ayə: (15).

11- Fussilət (Müfəssəl izah edilmiş) surəsi, ayə: (37 – 38).

12- ən-Nəcm (Ulduz) surəsinin axırı, ayə: (62).

13- əl-İnşiqaq (Yarılma) surəsi, ayə: (20 – 21).

14- əl-Aləq (Laxtalanmış qan) surəsinin axırı, ayə: (19).

15- Sad surəsi, ayə : (24).

Sad surəsinin səcdəsi, şükür səcdəsidir. Rəvayət edilir ki, İbn Abbas -Allah ondan razı olsun- demişdir:Sad surəsini oxuduqda səcdə etmək vacib deyil. Lakin mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu surəni oxuyarkən səcdə etdiyini görmüşəm[126].

Altıncı məsələ: Şükür səcdəsi:

Allahın nemət bəxş etdiyi və ya ondan bəlanı uzaqlaşdırdığı yaxud da sevindiyi bir şeylə müjdələdiyi şəxsin, həmin zaman Peyğəmbərin (sallallahu aleyhi və səlləm) etdiyi kimi, Allaha səcdə etməsi müstəhəbdir. Şükür səcdəsini etmək üçün qibləyə tərəf çevrilmək şərt deyil, lakin çevrilsə daha əfzəldir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) şükür səcdəsi edərdi. Əbu Bəkra -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) sevincli bir xəbər eşidəndə, Allah təbarəkə və təaləyə şükür səcdəsi edərdi[127].

Həmçinin səhabələr də şükür səcdəsi edərdilər.

Şükür səcdəsinin hökmü və edilmə qaydası, tilavət səcdəsinin hökmü və edilmə qaydası ilə eynidir.

Yeddinci bölüm:

 Camaat namazı barədə

 Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Camaat namazının fəziləti və hökmü:

1- Camaat namazının fəziləti:

Məscidlərdə camaat namazlarını qılmaq, İslam dininin ən əzəmətli şüarlarından biridir.

Müsəlman alimləri, beş vaxt namazları məscidlərdə qılmağın ən əzəmətli itaət olduğunda itiffaq ediblər. Allahu Təala bu ümmətin müəyyən vaxtlardabir yerə toplanmasını dini ayinlərdən biri etmişdir.Gün ərzində beş fərz, cümə, iki bayram və küsuf namazları bu cür ibadətlərdəndi.

Bu toplantıların ən əzəmətlisi və əhəmiyyətlisi Arafada toplanmaqdır. O, İslam ümmətinin əqidədəsində, ibadətlərində və dini şüarlarında birliyini təzahür edir. Allah, İslam dinindəki bu əzəmətli toplantıları, müsəlmanların xeyri, bir-birləri ilə əlaqə qurmaları, bir-birilərinin halını öyrənmələri və digər bu kimi faydalar üçün etmişdir. Onların hamısı, müxtəlif xalqların nümayəndələrini özündə birləşdirən İslam ümməti üçün önəm kəsb edir. Uca Allah buyurur:«Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.» [128]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) ümmətini camaat namazına həvəsləndirmiş və namazları camaatla birgə qılmağın fəzilətini və böyük əcrini bəyan etmişdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Camaat namazı fərdi şəkildə qılınan namazdan iyirmi yeddi dərəcə üstündür»[129].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:“Kişinin camaatla qıldığı namazı, öz evində və ya bazarda (fərdi şəkildə) qıldığı namazdan iyirmi beş dəfə artıqdır. Çünki sizlərdən biri lazımi qaydada dəstəmaz alıb, ancaq namaz qılmaq məqsədilə məscidə gəlsə, məscidə daxil olanadək atdığı hər addıma görə, Allah onu bir dərəcə yüksəldər və onun bir günahını silər. Namazını qılacağı yerdə gözlədiyi vaxt ərzində, dəstəmazı pozulanadək mələklər onun üçün dua edərlər»[130].

2- Camaat namazının hökmü:

Kitab və Sünnə dəlillərinə əsasən, beş vaxt fərz namazlarını camaatla qılmaq vacibdir. Uca Allahn buyurur:«(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun.»[131]

Ayədə keşən «Onların bir dəstəsi səninlə birlikdə namaza dursun» əmri, vacibliyi bildirir. Əgər camaat namazı qorxu vaxtında tərk edilməzsə, əmin-amanlıq vaxtında heç tərk edilməz.

Sünnədən dəlillər: Əbu Hureyrə -Allah ondan razı olsun- Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir:»Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan əcri bilsəydilər, iməkləyərək bu namazlara gələrdilər. Mən istərdim ki, odun yığılmasını əmr edəm. Sonra əmr edəm ki, (camaatı) namaza çağırmaq üçün azan versinlər. Sonra da bir adama camaata namaz qıldırmağı tapşıram və namaza gəlməyən kişilərin evinə gedib onların evlərini yandırıb kül edəm»[132].

Bu hədis camaat namazının vacibliyinə dəlalət edir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm)birinci namaza gəlməyənləri münafiq adlandırmışdır. Məlumdur ki, sünnəyə əməl etməyən münafiq adlanmır, bu hədis göstərir ki, onlar vacib olan əməli tərk etmişdilər.

İkinci: Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara camaat namazına gəlmədikləri üçün, odla əzab vermək istədi. Əzabın bu növü, vacib olan əməli tərk edənə verilir. Lakin onlara odla əzab vermək yalnız -İzzət və Cəlal sahibi olan- Allaha aid olduğu üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu etmədi.

Bəzi alimlər deyir ki, evlərində camaat namazına gəlməsi vacib olmayan qadın və uşaqların olduğu üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların evlərinə od vurmadı.

Sünnədə olan dəlillərdən biri də bu rəvayətdir: Bir dəfə məscidə gətirib aparanı olmayan kor bir kişi, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib namazları evində qılmaq üçün ondan izin istədi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: «Azan səsini eşidirsənmi?» — deyə soruşdu. Kişi: «Bəli» — deyərək cavab verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu zaman ona dedi: «Namaza gəl. Sənin namazları evdə qılmağına ruxsət görmürəm»[133].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir:»Azanı eşidib heç bir üzrü olmadan namaza gəlməyənin namazı yoxdur»[134].

Abdullah ibn Məsud -Allah ondan razı olsun- demişdir:Biz camaat namazından yalnız nifaqı bəlli olan münafiqlərin geridə qaldıqlarını görürdük[135].

Camaat namazı kişilərə vacibdir. Lakin qadın və həddi-büluğa çatmayan uşaqlara camaat namazı vacib deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadınların məscidlərə gəlməsi barədə demişdir: «Qadınların evlərində namaz qılmaları onlar üçün daha xeyirlidir»[136].

Əgər qadının əri məscidə getməsinə izin verirsə, həmçinin qadın fitnə olmayacağından əmindirsə və evindən çıxan zaman şəriətin ona əmr etdiyi kimi örtülüb çıxarsa, bu zaman qadının məscidə getməsində heç bir qəbahət yoxdur. Məsciddə olan hər bir kəsə namazı camaatla birgə qılmaq vacibdir.

Amma kim heç bir üzr olmadan camaatı gözləməyib namazı tək qılarsa, namazı səhih olsa da, vacibi, yəni, camaat namazını tərk etdiyi üçün günah qazanmışdır.

İkinci məsələ: Fərz namazını qılmış bir nəfər məscidə daxil olur. Qıldığı namazı yenidən camaatla birgə qılması ona vacibdirmi?

Fərz namazını ikinci dəfə camaatla qılmaq ona vacib deyildir. Bu, sünnədir. Birinci qıldığı fərz, ikincisi isə, nafilə sayılır. Əbu Zərr -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sənin üzərinə, namazları vaxtından gec yaxud da namazları vaxtı çıxdıqdan sonra qılan əmirlər təyin olsa, nə edəcəksən?» Dedim: «Mənə nə əmr edirsən?» Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Sən namazı vaxtında qıl, əgər bundan sonra onlarla birgə camaat namazına çatsan, yenədə qıl. Bu sənin üçün nafilə sayılar»[137].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) məsciddə camaat namazı qılmayıb, kənarda dayanan iki kişiyə belə demişdir:»Əgər namazı evinizdə qıldıqdan sonra məscidə gəlsəniz, yenidən camaatla birgə namaz qılın. Bu (ikinci camaat namazı), sizin üçün nafilə sayılar»[138].

Üçüncü məsələ: Ən azı neçə nəfərlə camaat namazı qılınır:

Camaat namazı ən azı iki nəfərlə qılınır. Bunda ixtilaf yoxdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Malik ibn Huveyrisə demişdir:»Namaz vaxtı yetişdiyi zaman, qoy ikinizdən biri azan versin. Sonra isə, iqamə versin. Sizin ən yaşlı olanınız sizə namaz qıldırsın»[139].

Dördüncü məsələ: Hansı halda camaat namazına çatmış hesab olunur?

Namazın bir rükətinə çatmaqla, camaat namazına çatmış sayılır. Kim şəkk etmədən rükuya çatarsa, namaza çatmışdır və rükuda sakitləşdikdən sonra namazını davam etməlidir.

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Namaza gəlib bizi səcdə halında görsəniz, siz də səcdə edin və həmin rükəti namazdan saymayın, kim rükətə çatarsa, artıq namaza çatmışdır»[140].

Beşinci məsələ: Camaat namazını tərk etməsində üzrlü olan insanlar:

Aşağıda qeyd olunan hallarda müsəlmanın camaat namazına gəlməsi vacib deyil:

1- Camaat namazına getməsi ilə, xəstəliyi daha da şiddətlənən xəstə insanın camaat namazına getməsi vacib deyil. Uca Allah buyurur:«(Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz.»[141]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəstəliyinə görə namazları məsciddə camaatla qıla bilmədiyi üçün demişdir: «Əbu Bəkrə deyin, insanlara namaz qıldırsın»[142].

Abdullah ibn Məsud -Allah ondan razı olsun- demişdir:Biz camaat namazından yalnız nifaqı bəlli olan münafiqlərin və ya xəstə bir kimsənin geridə qaldıqlarını görürdük[143].

Həmçinin xəstələncəyindən qorxub, namaza getməyən də xəstə hökmündədir.

2- Böyük və kiçik su başına çıxmaq istədikdə, özünü sıxıb saxlayan və süfrəyə yemək gətirildikdə ac olan insanın camaat namazına getməsi vacib deyil. Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Süfrəyə yemək gətirildiyi və kiçik və ya böyük su başına çıxmaq istənildiyi vaxt namaz yoxdur»[144].

3- Kim itirdiyi şeyi axtarırsa və ya camaat namazına getsə malının, azüqəsinin tələf olacağından yaxud da zərər dəyəcəyindən qorxursa, ona camaat namazına getmək vacib deyildir. İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim azanı eşidərsə və heç bir üzr olmadan namaza getməzsə, Allah onun qıldığı namazı qəbul etməz».Səhabələr soruşdular: «Ey Allahın elçisi! Üzr nədir?» Peyğəmbər (sallallahu aleyhi və səlləm):»Qorxu və xəstəlikdir» — deyərək cavab verdi[145].

Həmçinin canına, malına, ailəsinə, övladına görə qorxub, camaat namazını tərk edən üzrlüdür. Çünki qorxu üzrdür.

4- Yağış, palçıq, qar, buz yaxud da zülmətli gecədə şiddətli küləyin olması, camaat namazına getməmək üçün üzrdür. İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, soyuq və yağışlı gecədə Peyğəmbər (sallallahu aleyhi və səlləm) müəzzinə belə deməsini əmr edərdi: «Namazınızı evlərinizdə qılın»[146].

5- İmam namazı uzun qıldırdığı üçün camaat namazını tərk etmək caizdir. Rəvayət edilir ki, Cabir ibn Abdullah -Allah ondan razı olsun- demişdir: Muaz ibn Cəbəl Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə namaz qılar, sonra da qayıdıb öz tayfasına namaz qıldırardı. (Bir dəfə) o, işa namazını qıldırarkən əl-Bəqərə surəsini oxudu. (Buna tab gətirə bilməyən) bir nəfər namazdan çıxdı. Deyəsən, Muaz onun barəsində xoşagəlməz sözlər söylədi. Bu hal-qəziyyə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verildikdə, o üç dəfə: «Fitnəkarsanmı (ey Muaz?)»– dedi və ona müfəssəl surələr arasından iki surə oxumağı əmr etdi. Bu hədisdə dəlil budur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Muazın namazı uzun qıldırdığına görə həmin kişinin namazı tərk edib, tək qıldığını bildi. Lakin ona heç bir etiraz etmədi[147].

6- Əgər səfərdə camaat namazını qılma səbəbi ilə, yoldaşlarını itirəcəyindən qorxursansa, bu zaman camaat namazı vacib deyil. Çünki bu halda camaat namazını gözləsə, yaxud da onlar ilə birgə namaz qılsa, yoldaşlarını itirəcəyinə görə qorxar və qəlbi onların yanında qalar.

7- Uzaqda yaşayan yaxın qohumunun öləcəyindən qorxsa, məsələn, qohumu ölüm ayağındadır və ona: «Lə İləhə İlləllah Muhammədən Rəsulullah» şəhadət kəlməsini təlqin etmək istəyirsə və sairə buna oxşar hallarda camaat namazını tərk etmək caizdir.

8- Camaat namazına getdikdə, borclu olduğu insan ondan borcunu tələb edəcəksə və onun borcunu ödəməyə imkanı yoxdursa və ondan borcunu istədikdə çətin vəziyyətə qalacaqsa, bu zaman camaat namazını tərk etmək olar.

Altıncı məsələ: Bir məsciddə bir necə dəfə camaat namazı qılmaq:

Əgər bəzi insanlar məscidin daimi imamı ilə birgə camaat namazı qılmağa gecikərlərsə, gecikənlərin həmin məsciddə ikinci dəfə camaat namazı qılmaları səhihdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) ümumi olaraq demişdir:»Kişinin başqa bir kişi ilə namaz qılması tək qılmasından daha əfzəldir»[148].

Camaat namazı bitdikdən sonra məscidə girən kişi üçün Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim onunla birgə namaz qılaraq ona sədəqə etmək istəyir». Bu zaman səhabələrdən biri qalxıb onunla birgə namaz qıldı[149].

Əgər bazarlarda və ya yolların kənarlarında olan məscidlərdirsə, xüsusəndə həmin məscidlərdə daimi olaraq imamlar insanlara namaz qıldırmırlarsa, həmin məscidlərdə camaat namazının təkrar qılınması caizdir.

Davamiyyətlişəkildə bir məsciddə iki və ya daha çox camaat namaz qılırsa və insanlar da bunu adət halı kimi götürüblərsə belə etməkicazəli deyil. Çünki bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və onun səhabələrinin etmədiyi bir əməldir. Həmçinin bu əməl, müsəlmanların kəlmələrinin parçalanmasına, tənbəlliyə çağırışa və birinci camaat namazının məscid imamı ilə birgə qılmamasına səbəbdir. Bəzən də, namazın ilk vaxtlarında qılınmamasına gətirib çıxarır.

Yeddinci məsələ: Fərz namaza iqamə verildikdən sonra, namaz qılmağın hökmü.

Müəzzin fərz namazına iqamə verməyə başladığı zaman, nafilə namazına başlamaq olmaz. Çünki insanlar camaat namazı qıldıqları vaxt, kiminsə təkbaşına nafilə namazı qılması düzgün deyil. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Namaza iqamə verildiyi zaman, fərz namazından başqa namaz yoxdur»[150].

Əzd qəbiləsindən olan Abdullah ibn Malik ibn Buheynə -Allah ondan razı olsun- rəvayət edir ki, bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm), iqamə verildikdən sonra bir adamın iki rükət namaz qıldığını gördü. Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazı bitirdikdən sonra camaat onun ətrafına yığışdı və o həmin adamdan: «Sübh namazını dörd rükətmi qıldın? Sübh namazını dörd rükətmi qıldın?»– deyə soruşdu[151].

Amma o nafilə namazına başladıqdan sonra müəzzin iqamə verməyə başlayıbsa, təkbirətu-l-ehramın fəzilətinə çatmaq və fərz namazına tələsmək üçün namazı yüngül qılıb tamamlayaraq fərzə qoşulmalıdır.

Bəzi elm əhli deyir ki, əgər birinci rükətdədirsə, namazdan çıxmalıdır, yox əgər ikinci rükətdədirsə namazı yüngül qılıb tamamlayaraq, fərzə qoşulmalıdır.

Səkkizinci bölüm:

Namazda imam durmaq barədə

Bu bölümdə bir neçə məsələ var:

Namazda imam durmaq dedikdə, burada, arxada namaz qılanın namazının, imamın namazına bağlılığı nəzərdə tutulur.

Birinci məsələ: İmam durmağa daha çox kimin haqqı çatır:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) hədisdə kimin imam durmağa daha çox haqqı çatdığını bildirmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»İnsanlara, Allahın Kitabını ən çox bilən şəxs imam durmalıdır. Əgər onlar Allahın Kitabında eynidirlərsə, onlardan ən çox Sünnəni bilən imam durmalıdır. Əgər Sünnəni bilməkdə eynidirlərsə, onlardan ən birinci hicrət edən imam durmalıdır. Əgər hicrətdə də eynidirlərsə, bu zaman onlardan ən birinci İslamı qəbul edən imam durmalıdır»[152].

İnsanlara imamlıq etməyə ən layiqli və ən haqlı insan, aşağıda qeyd olunan sifətlərə sahib olmalıdır:

1- Quranı daha düzgün, gözəl oxuyan və namazın əhkamlarını bilən. Əgər Quranı daha düzgün, gözəl oxuyan ilə Quranı ondan az bilib, lakin namazın əhkamlarını ondan daha yaxşı bilən, iki imam arasında seçim etməli olsaq, bu zaman namazın əhkamların daha yaxşı bilən, Quranı çox bilib namazın əhkamlarını ondan az biləndən imam durmağa daha layiqdir. Çünki namaz zamanı Quranı gözəl oxuyandan çox, namazın əhkamlarını daha yaxşı bilənə böyük ehtiyac duyulur.

2- Sonra Sünnəni daha çox bilən. Əgər Quran oxumaqda eyni səviyyəli olan, lakin Sünnəni bilməkdə biri digərindən daha yaxşı olan iki imam arasında seçim etməli olsaq, Peyğəmbərin (sallallahu aleyhi və səlləm): «Əgər onlar Allahın Kitabında eynidirlərsə, onlardan ən çox Sünnəni biləni imam durmalıdır» – sözünə əsasən, bu zaman Sünnəni daha yaxşı bilən, insanlara imamlıq etməlidir.

3- Əgər onlar Quranda və Sünnəni bilməkdə eynidirlərsə, bu zaman küfr diyarından İslam diyarına ən birinci hicrət edən imam durmalıdır.

4- Əgər onlar hicrətdə də eynidirlərsə, bu zaman onlardan birinci İslamı qəbul edən imam durmalıdır.

5- Sonra yaşda böyük olan. Əgər hədisdə deyildiyi kimi bütün vəsflərdə eyni olarlarsa, bu zaman onların ən yaşlısı imam durmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qarşıda keçən hədisdə demişdir: «Əgər hicrətdə də eynidirlərsə, bu zaman onlardan ən birinci İslamı qəbul edən imam durmalıdır».

Başqa rəvayətdə: «Əgər hicrətdə də eynidirlərsə, bu zaman onlardan ən yaşlı olanı imam durmalıdır».

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir:»Aranızda böyük olan sizə imamlıq etsin».

Əgər bütün vəsflərdə eyni olsalar, bu zaman onların arasında püşk atılır, püşk kimin üçün çıxarsa, o imam durmalıdır.

Ev sahibi imam durmağa qonağından daha haqlıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Bir kişi, başqa bir kişiyə nə onun evində və nə də hökmranlıq etdiyi yerdə imamlıq etməsin»[153].

Bu hədisin ümumi mənasına əsasən, ölkə rəhbərinin imam dayanmağa başqalarından daha çox haqqı çatır. Həmçinin məsciddə imam vəzifəsində çalışan, imamlıq üçün digərlərindən daha öndədir. Yalnız ölkə rəhbəri müstəsnadır. Hətta başqası Quranı ondan daha gözəl oxusa (yaxud da çox əzbərləsə) və elmli olsa da, hədisə riayət edilir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Bir kişi, başqa bir kişiyə nə onun evində və nə də hökmranlıq etdiyi yerdə imamlıq etməsin.»

İkinci məsələ: Kimin imam durması haramdır:

Aşağıda deyilən insanların imam durması haramdır:

1- Qadının kişiyə imamlıq etməsi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Başçılığı qadına həvalə edən qövm, heç vaxt nicat tapmaz»[154].

Çünki əsas etibarı ilə, qadın axırıncı səflərdə dayanır. Bu, onun qorunması və gözə çarpmaması üçündür. Əgər qadın, kişilərə imamlıq etmək üçün önə çəkilərsə, bu, şəriətin qoyduğu əslə müxaliflik olar.

2- Hədəs vəziyyətində (yəni, qüslsuz və dəstəmazsız) və üzərində murdar bir şey olan birinin, bunu bilərək insanlara imamlıq etməsi. Əgər arxada duranlar, onlara imamlıq edənin dəstəmazının olmamasını və onun üzərində murdar bir şeyin olmasını namaz bitdikdən sonra bilsələr, onların namazı səhihdir.

3- Fatihə surəsini nə əzbərdən, nə də üzündən düzgün oxuya bilməyən və ya idğam edilməyən hərfləri idğam edən, yaxud da bir hərfi başqa hərflə əvəz edən yaxud da ayənin mənasını dəyişəcək tərzdə qiraət edən savadsızın imamlıq etməsi. Belə kimsənin imamlıq etməsi düzgün deyildir. Çünki namazın rüknunu icra etməkdə acizdir. O, yalnız özü kimisinə imamlıq edə bilər.

4- Bidətçi fasiqin imamlıq etməsi. İnsanlar arasında açıq şəkildə fasiq əməllər edənin və insanları dindən çıxaran küfr bir bidətə dəvət edənin arxasında namaz qılmaq səhih deyildir. Çünki Uca Allah buyurur:«Məgər mömin kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!»[155]

5- Rükunu, səcdəni, ayaqüstə dayanmanı (ərəbcə, qiyamı) və oturmanı icra etməkdə aciz olanın, bunları etməyə qadir olanlara imamlıq etməsi.

Üçüncü məsələ: Kimlərin imam durması məkruhdur:

Aşağıda deyilən insanların imam durması məkruhdur:

1- Quran oxuyan zaman çoxlu xətalara yol verənin imamlıq etməsi bəyənilmir. Bu, Fatihə surəsinə aid deyildir.Çünki Fatihə surəsini oxuyan zaman ayənin mənasını dəyişəcək bir xəta edənin arxasında namaz qılmaq səhih deyildir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İnsanlara, Allahın Kitabını ən düzgün oxuyan insan imam durmalıdır».

2- İnsanların hamılıqla yaxud da böyük əksəriyyətlə etiraz etdikləri şəxsin onlara imamlıq etməsi bəyənilmir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Üç qisim insan var ki, onların namazları bir qarış olsa da, başlarından yuxarı qalxmaz. Onlardan biri də, imamlıq etməsini istəməyən insanlara, imamlıq edən kəsdir»[156].

3- Hərflərin bəzilərini gizlədərək fəsahətlə deyə bilməyənin, həmçinin müəyyən hərfləri təkrar edənin, məsələn, «fə» və yaxud da «tə» hərfini və ya da digər hərfləri təkrar deyənin imamlıq etməsi məkruh sayılır. Buna səbəb onun, Quran qiraətinə hərf əlavə etməsidir.

Dördüncü məsələ: Namazda imamın yeri:

Əgər imamın arxasında dayananlar iki və ya daha çoxdursa, bu zaman imamın onların qarşısında durması sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) namaz qılmağa qalxdıqda qabağa keçərdi və səhabələr də onun arxasında dayanardılar. İmam Müslim və Əbu Davud rəvayət edir ki, Cabir və Cəbbar belə dayanmışdılar. Onlardan biri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sağında və digəri isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) solunda durub namaza başladılar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların əllərindən tutub arxa tərəfinə çəkdi[157].

Ənəs -Allah ondan razı olsun- rəvayətində deyir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə evdə namaz qıldırdığı zaman, Peyğəmbər (sallallahu aleyhi və səlləm) qabaqda, bizdə onun arxasında dururduq. O, bizə namaz qıldırdı[158].

Əgər imamla qılan bir nəfərdirsə, imamın sağ tərəfində, onunla çiyin-çiyinə dayanmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), İbn Abbas və Cabiri sol tərəfindən sağ tərəfinə keçirtmişdir[159]. Belə ki, onlar Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə namaz qıldıqda Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sol tərəfində dayanmışlar. Lakin bu vaxt Peyğəmbər (sallallahu aleyhi və səlləm) onları əli ilə arxa tərəfindən sağ tərəfə çəkmişdir. İmamın arxada namaz qılanların ortasında, onlar ilə bir cərgədə durması da səhihdir. Çünki İbn Məsud, Əlqamə ilə əl-Əsvadın ortasında durub onlara namaz qıldırdıqdan sonra, onlara: Mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə etdiyini gördüm- demişdir[160]. Lakin bunu zərurət halında etmək caizdir. Əfzəl isə imamın arxasında durmaqdır.

Qadınlar isə kişilərin səflərinin arxasında dayanmalıdırlar.Ənəs ibn Malik -Allah ondan razı- olsun rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə namaz qıldırdığı zaman mən və yetim bir oğlan, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) arxasında, yaşlı qadın isə bizim arxamızda dayandı[161].

Beşinci məsələ: İmamın arxada dayananlar üzərində hansı öhdəlikləri var:

Səsli namazlarda imamın Fatihə surəsini oxuması, arxada duranların oxumasını əvəz edir. Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İmam oxuduğu zaman siz susun»[162].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir: «Kim imamla namaz qılarsa, imamın qiraəti onun qirətidir»[163].

Amma səssiz namazlarda, imam arxada duranların Fatıhə surəsini oxumamasına cavabdehlik daşımır.

Altıncı məsələ: Namazda imamı qabaqlamaq:

Namazı imamla qılanın onu qabaqlaması caiz deyildir. Kim imamdan qabaq təkbirətu-l-ehram yəni, «Allahu Əkbər» deyərsə, namazı sayılmaz. Çünki təkbirətu-l-ehramı imamdan sonra demək şərtdir və arxada duranların, namazın hərəkətlərinə imamdan sonra başlamaları vacibdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İmam ona görə təyin olunmuşdur ki, (arxasında) namaz qılanlar ona tabe olsunlar. O, təkbir edəndə siz də təkbir edin. O, rükuya gedəndə siz də rükuya gedin. O: “Səmi Allahu limən həmidəh” — deyəndə siz: “Rabbənə va ləkəl həmd” — deyin. O, səcdəyə gedəndə siz də səcdə gedin»[164].

Əgər namazın hərəkətlərini yaxud da salamı imamla birgə edərsə, namazı batıl olmasa da, bir rüknu imamla eyni vaxta etdiyinə görə, məkruh iş görmüş olar. Çünki bu, sünnəyə müxaliflikdir. İmamdan qabaq hərəkət etmək isə, haramdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Namazda rüku, səcdə və qiyamla məni qabaqlamayın»[165].

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu əməli qadağan etməsi, həmin əməlin haram olduğunu bildirir. Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Məgər sizlərdən imamdan qabaq başını səcdədən qaldıranlar qorxmur ki, Allah onların başını eşşək başına döndərər»[166].

Yeddinci məsələ: İmam və camaat namazı barədə müxtəlif hökmlər:

İmam və camaat namazı ilə bağlı irəlidə qeyd olunmayan bəzi hökmlər:

1- Müdrik və aqil insanların namazda imama yaxın durması: Namazda imamın arxasında hörmətli, ağıllı, hikmətli və təmkinli insanlar durmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Namazda müdrik və aqil insanlar mənə daha yaxın dayansınlar, sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlər dayansınlar»[167].

Hikmət budur ki, imam namazda xəta etsə, Quranı səhv oxusa və ya unutsa, yaxud da qarışdırsa, onlar imama xatırlatsınlar. Əgər ehtiyac duyularsa, imam bu kimsələrdən birini seçib öz yerinə qoya bilər.

2- Namazı birinci səfdə qılmağa səy göstərmək: Namazı birinci səfdə qılmağa həris olmaq və bacardıqca namazı arxa səflərdə qılmamaq müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Qabaq səflərə gəlin və mənə tabe olun ki, sizdən arxada duranlar da sizə tabe olsunlar. Bir qövm namaza gecikməyə davam etdikcə, Allah da onları (rəhmətinə, cənnətinə, fəzilətınə) gecikdirər»[168].

Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, mən, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Əgər insanlar azanda və birinci sırada nə olduğunu bilsəydilər və buna nail olmaq üçün püşk atmaqdan başqa bir çarə tapmasaydılar, hökmən püşk atardılar»[169].

Qadınların isə ən arxa səflərdə qılmaları müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kişilərin səflərinin xeyirlisi birinci səflərdir, şər səfləri isə axırıncı səflərdir. Qadınların səflərinin xeyirlisi, axırıncı səflərdir, şər səfləri isə birinci səflərdir»[170].

3- Səfləri düzəltmək, sıx durmaq, səflərdəki boşluqları doldurmaq və birinci səfdən başlayaraq tamamlamaq: İmamın namaza başlamadan əvvəl arxada duranlara səfləri düzəltməyi və boşluqları doldurmağı əmr etməsi müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu edərdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Səflərinizi düz tutun, həqiqətən səflərin düz olması, namazın tamamındandır»[171].

Ənəs -Allah ondan razı olsun- demişdir: namaza iqamə verildi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) üzünü bizə tərəf çevirib dedi:»Sıralarınızı düzəldin, özünüz də sıx durun. Həqiqətən, mən sizi arxamdan da görürəm»[172].

Ənəs -Allah ondan razı olsun- demişdir: «Bizdən biri çiynini yanındakı yoldaşının çiyninə və ayağını da yanındakı yoldaşının ayağına birləşdirərdi»[173].

Ən əvvəl birinci səfi sonra arxadakı səfləri tamamlamaq müstəhəbdi. Belə ki, səflərdə naqislik olsa qoy axırıncı səflərdə olsun. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Siz, mələklərin Rəbbinin qarşısında səflərə durduğu kimi durmusunuz?». Biz dedik: Ey Allahın elçisi! Mələklər Rəbbinin qarşısında səflərə necə dururlar? Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: «Onlar əvvəl birinci səfləri tamalayarlar və cərgədə sıx durarlar»[174].

4- Səfin arxasında tək namaz qılmaq: Səfin arxasında tək namaz qılanın namazı səhih deyil. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Səfin arxasında tək namaz qılanın namazı yoxdur»[175].

O (sallallahu aleyhi və səlləm), səfin arxasında tək namaz qılan kişini gördüyü zaman ona həmin namazı yenidən qılmağı əmr etmişdir[176].

Doqquzuncu bölüm:

Üzürlü insanların namazı

Üzürlü insanlar dedikdə burada: xəstələr, müsafirlər və müəyyən səbəbə görə qorxaraq namazı lazımı şəkildə əda edə bilməyən insanlar nəzərdə tutulur. Şəriət bu qisim insanlara namazları necə bacarırlarsa eləcə də qılmağa izin verərək asanlaşdırmışdır. Uca Allah buyurur:«Dində sizin üçün heç bir çətinlik yeri qoymadı.»[177]

Uca Allah buyurur:«Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər).»[178]

Uca Allah buyurur:«Allahdan bacardığınız qədər qorxun.»[179]Çətinlik olan yerdə asanlıq da var.

Xəstənin namazı

Xəstə insan: istər bütünlüklə, istərsə də müəyyən qədər sağlamlığını itirmiş insana deyilir.

Xəstə insanın fərz namazını ayaq üstə qılması vacibdir. Belində ağrılar olduğu üçün düz dura bilmirsə, belini əyib rüku halında, yaxud da divara, sütuna və ya əsaya söykənərək bacardıqca ayaq üstə qılmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizə bir şeyi əmr etdiyim zaman onu bacardığınız qədər yerinə yetirin»[180]. Əgər xəstə ayaq üstə qıla bilmirsə, oturaraq qılmalıdır. Əgər oturaraq qıla bilmirsə, uzanaraq qılmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) İmran ibn Huseynə demişdir:»Namazı ayaq üstə qıl. Əgər bacarmasan oturaraq qıl. Bunu da bacarmasan uzanaraq qıl»[181].

Əgər bunların heç birini bacarmasa, bu zaman necə bacarırsa elə də namaz qılmalıdır. Çünki Uca Allah buyurur:«Allahdan bacardığınız qədər qorxun.»[182]

Xəstənin nə qədər ki, ağlı başındadı, namaz ona vacibdir. Hətta işarə ilə olsa da niyyət edib namaz qılmalıdır.

Namazı oturaq halda qılan xəstə, rüku və səcdəni başı ilə işarə edərək qılmalıdır. Səcdə etdikdə başını, rükuda əydiyindən daha çox aşağı əyməlidir. Əgər başını aşağı əyə bilmirsə gözləri ilə işarə etməlidir.

Müsafir namazı

O, aşağıdakıları əhatə edir:

Birinci:

Dörd rükətli namazları qısa qılmaq

Bununla bağlı bir neçə məsələ var:

Birinci məsələ: Namazları qısa qılmağın hökmü:

Müsafirin dörd rükətli namazları qısa qılması barədə elm əhli arasında ixtilaf yoxdur. Buna dəlil: Allahın Kitabı, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsi və ümmətin icmasıdır. Qurandan olan dəlilə gəldikdə isə, Uca Allah buyurur:«Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.»[183]

Səfərdə qorxu və sairə hallarda namazları qısaltmaq caizdir. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm), insanlar əmin-amanlıqda olduqdan sonra namazları qısa qılmaq barədə soruşduqda, belə demişdir:»Bu Allahın sizə bəxş etdiyi sədəqədir, Onun sədəqəsini qəbul edin»[184].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Onun xəlifələri səfərdə ikən namazları daima qısa qılardılar. İbn Ömər -Allah ondan razı olsun- belə rəvayət edir: Mən, Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə səfərdə oldum. O, vəfat edənə qədər dörd rükətli namazları iki rükətdən artıq qılmazdı. Mən Əbu Bəkrlə birgə səfərdə oldum. O da, vəfat edənə qədər dörd rükətli namazları iki rükətdən artıq qılmazdı[185].Sonra İbn Ömər -Allah ondan razı olsun- (buna oxşar hekayəti) Ömərdən və Osmanda da rəvayət etdi.

İmam Əhməd, İbn Ömərin -Allah ondan razı olsun- Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Allah, dində izin verdiyi rüxsətlərdən istifadə edilməsini sevər. Necə ki, Ona qarşı asiliklər etməyi də sevməz»[186].

İcmadan olan dəlil: Səfərdə dörd rükətli namazları qısa qılmaq, ümmətin icma etdiyi və dində bilinməsi zəruru olan bir məsələdir. Beləliklə də səfərdə bu sünnəyə əməl etmək, onu tərk etməkdən dana əfzəldir. Hətta bəzi elm əhli səfərdə ikən namazları tam qılmağı məkruh hesab etmişdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Onun səhabələri səfərdə daima bu sünnəyə əməl edib, namazları qısa qılardılar.

İkinci məsələ: Səfərdə qısa qılınması icazəli olan namazların sayının müəyyənləşdirilməsi:

Səfərdə qısa qılınan namazlar dörd rükətli namazlardır. Bunlar: Zöhr, Əsr və İşa namazlarıdır. Ümmətin icmasına əsasən, Sübh və Məğrib namazları qısa qılınmaz. Çünki bu, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və Onun səhabələrinin əməlinə ziddir. Abdullah ibn Abbas -Allah ondan razı olsun- demişdir:»Allah, Peyğəmbərinizin dili ilə namazları sizə fərz etmişdir. Səfərdə olmayan dörd, səfərdə olan isə iki rükət qılmalıdır»[187].

Bu dəlillər göstərir ki, səfər zamanı qısaldılan namazlar yalnız dörd rükətli namazlardır.

Üçüncü məsələ: Namazı qısa qılmağa icazə verən səfərin məsafəsi və növü:

Namazı qısa qılmağa icazə verən səfərin məsafəsi, təqribən on altı fərsaxdır. On altı fərsax, dörd buruddur. Dörd burud isə, qırx səkkiz mildir. Qırx səkkiz mil də, səksən kilometrə yaxındır. Bu məsafə, normal tərzdə ayaqları ilə gedən və üzərində yükünü də daşıyan müsafirin iki günlük yoludur. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allaha və Axirət gününə iman gətirən qadına, yanında bir məhrəmi olmadan bir gün və bir gecəlik səfərə çıxmaq halal deyildir»[188].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə, bir gün və gecəlik yola çıxmağı səfər adlandırdı.

İbn Abbas və İbn Ömər dörd burud yəni, on altı fərsəxdən sonra namazları qısa qılar və oruc tutmazdılar.

Səfərin növünə gəldikdə isə, bura, ticarət və ya gəzinti üçün olan mübah, yaxud həcc və cihad üçün olan vacib, yaxud da ziyarət və ya ikinci dəfə həcc üçün səfərə çıxmaq kimi sünnə və müstəhəb səfərlər daxildir. Bir çox alimlərə görə haram iş üçün səfərə çıxanın namazı qısa qılması caiz deyildir.

Dördüncü məsələ: Qalmağa niyyət edən, namazları qısa qılmalıdırmı?

Qalmaq niyyətində olanların məsələsi ətraflı izah edilməlidir. Şərh budur ki, əgər daimi qalmaq niyyəti olarsa, namazları qısa qılmaz. Çünki onun üçün namazı qısaldacaq mübah səbəb olmaz. Həmçinin dörd gündən artıq qalmaq niyyəti olarsa, yaxud da işinin dörd gündən sonra düzələcəyini zənn edərək ehtiyaca görə qalarsa, namazları tam qılar.Peyğəmbər (sallallahu aleyhi və səlləm) Zil-hiccənin dördüncü günü səhər Məkkəyə daxil oldu. Sonra Zil-hiccənin səkkizinə qədər orada qaldı və Zil-hiccənin səkkizi səhər namazını qıldıqdan sonra Məkkədən çıxıb Minaya getdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkədə qaldığı vaxt orada iyirmi bir namaz qıldı və bu müddətdə namazları qısaltdı.

Kim dörd gün yaxud da dörd gündən az, yəni, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qaldığı müddət qədər qalarsa, namazları qısa qılmalıdır. Bu müddətdən çox qalarsa, tam qılmalıdır. Bunu İmam Əhməd zikr etmişdir[189].

Ənəs -Allah ondan razı olsun- demişdir: «Biz, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birgə Məkkədə on gün qaldıq və bu müddət ərzində namazları qısa qıldıq».

Bunun mənası bizim qeyd etdiyimiz kimidir. Çünki Ənəs -Allah ondan razı olsun-, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Minaya, Arafaya getməsini və ondan sonrakı günləri də hesablamışdır.

Qalmaq niyyəti olmadan ehtiyaca görə və ya işinin nə zaman düzələcəyini bilmədiyinə görə dörd gündən artıq qalarsa yaxud həbs cəzasına və ya yağışa görə həmin yerdə qalıb çıxa bilməzsə və hətta orada illər qalsa da o, namazları qısa qılmalıdır. İbn Munzir demişdir: Alimlər müsafirin qalma niyyəti olmadıqca namazları qısa qılması barədə icma ediblər.

Beşinci məsələ: Səfərdə namazları tam qılmağı vacib edən hallar:

Bəzi hallar var ki, səfərdə olarkən namazları qısa qılmaq olmaz: Bunlar aşağıdakılardır:

1- Müsafir yerli imamın arxasında namaz qıldıqda: Bu zaman müsafir imama tabe olub namazı tam qılmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İmam ona görə təyin olunmuşdur ki, (arxasında) namaz qılanlar ona tabe olsunlar». İbn Abbasdan -Allah ondan razı olsun- müsafirin yerli imamın arxasında namazı tam qılması barədə soruşduqda demişdir:»Bu, Əbu-l-Qasimin (sallallahu aleyhi və səlləm) sünnəsidir»[190].

2- İmamlıq edənin müsafir, yaxud yerli olduğuna şübhə edərək onun arxasında namaz qıldıqda: İmamın müsafir yaxud yerli olduğunu bilmədikdə məsələn, hava limanında və ya oxşar yerdə imamın arxasında namaz qılan insan kimi, namaz tam qılınmalıdır. Çünki namazı qısa qılmaq üçün, namaza başlamazdan öncə niyyət etmək lazımdır. Amma tərəddüd etdikdə isə, namaz tam qılınmalıdır.

3- Səfərdə olan şəxs, səfərdən öncə qılmadığı namazı səfərdə xatırlayarsa: Məsələn, səfərdə ikən, vətənində Zöhr namazını dəstəmazsız qıldığını xatırlayarsa, yaxud da yerli ikən qılmadığı namazı səfərdə xatırlayarsa, bu zaman həmin namazı tam qılmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim yatıb qalaraq yaxud da unudaraq namazı qılmazsa, qoy xatırladığı vaxt qılsın»[191].

Yəni, namazı necə varsa qısaltmadan tam qılmalıdır. Bu namaz ona yerli olduğu vaxt vacib olduğu üçün, səfərdə də tam qılması vacibdir.

4- Tam qılınması vacib olan namazı, namazın batil olması səbəbi ilə yenidən qıldıqda. Məsələn: Müsafir yerli imama tabe olub namazı tam qılmalıdır. Yerli imamın arxasında qıldığı namaz batil olduğuna görə yenidən onu qıldıqda, həmin namazı tam qılmalıdır. Çünki bu, tam qılınması vacib olan namazı yenidən qılmaqdır.

5- Müsafir həmin yerdə daimi qalmağa niyyət etdikdə: Əgər müsafir səfər etdiyi ölkədə daimi qalmağa niyyət edərsə, həmçinin həmin ölkədə vətandaşlıq alarsa, orada namazları tam qılmalıdır. Çünki artıq o, müsafir hökmündən çıxmışdır. Əgər səfəri müəyyən bir vaxtın və ya işin bitməsi ilə bağlıdırsa o, müsafirdir və namazları bu müddətdə qısa qılmalıdır.

İkinci:

İki namazı cəm etmək

Bu fəsildə bir neçə məsələ var:

Birinci məsələ: Hansı namazlar cəm edilir və kimlərin cəm etməsi caizdir:

Namazların qısa qılınmasına icazə verilən səfərdə, zöhr ilə əsr və məğrib ilə işa namazlarının birləşdirib, əsri zöhrün yaxud zöhrü əsrin vaxtında, işanı məğribin yaxud da məğribi işanın vaxtında qılmaq caizdir. Muaz ibn Cəbəl -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Təbuk döyüşündə günəş zenitdən batmağa meyl etməzdən əvvəl yola çıxardısa zöhrü gecikdirib əsr ilə birgə qılardı. Əgər günəş zenitdən batmağa meyl etdikdən sonra yola çıxmaq istəyərdisə, zöhrü və əsri zöhrün vaxtında qılıb sonra yola çıxardı və bunu məğrib və işa namazlarında da edərdi»[192].

Səfərdə namazları cəm etmək rüxsətdir. İstər yol gedən, istərsə də bir yerdə müvəqqəti qərar tutan müsafir olsun. Lakin müəyyən bir yerdə qalan müsafirin namazları cəm etməməsi daha əfzəldir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Minada qaldığı günlərdə namazları cəm etməzdi. Əksinə hər namazı öz vaxtında qısa qılardı.

Namazları beş vaxt qılmağa çətinlik çəkən yerli xəstənin namazları cəm etməsi caizdir. Çünki İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinədə ikən heç bir qorxu və yağış» başqa rəvayətdə isə «heç bir qorxu və səfər olmadan zöhr ilə əsr və məğrib ilə işa namazlarını cəm edərək qıldı»[193]. Beləliklə də yalnız xəstəlik üzr olaraq qaldı.

Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm), istihazə qanı gələn qadına namazları cəm edərək qılmağı əmr etmişdir. İstihazə xəstəliyin bir növüdür. Az öncə qeyd edilən hədisdə İbn Abbasdan, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) nə üçün namazları Mədinədə cəm etdiyi barədə soruşduqda, o deyərdi: «Çünki ümmətini çətinliyə salmaq istəmirdi».

Xəstə, üzrlü, sağlam, yerli və müsafir olmasından asılı olmayaraq, namazları beş vaxt qılmağa çətinlik çəkərsə, bu zaman namazları cəm edib qılması caizdir. Səfər və xəstəlikdən başqa namazları cəm etməyə icazə verən üzrlərdən bəziləri:

1- Məscidə gəlməyə çətinlik yaradan və paltarı isladan gur yağışın yağması.

2- İnsanların məscidə gəlməsinə mane olacaq dərəcədə yolun palçıq olması.

3- Havanın həddən artıq küləkli və soyuq olması. Namazları cəm etməyə icazə verən başqa üzrlər də ola bilər ki, onların mövcudluğu namaz qılan üçün müəyyən çətinliklər törədir.

İkinci məsələ: Şəriətə əsasən, cəm edilən namazlar:

Müsafir və müsafirin hökmündə olan insanların cəm etdiyi namazlar, şəriətə əsasən, zöhr ilə əsr və məğrib ilə işa namazlarıdır. Həmçinin yerli insanlar yağış, şiddətli soyuq və palçıq səbəbindən namazları cəm edə bilərlər. İbn Abbasın rəvayət etdiyi hədisə əsasən yerli olan insan zöhr ilə əsri və məğrib ilə işanı cəm edə bilər. Əbu Bəkr, Ömər və Osman da yerli olduqları vaxtda namazları cəm edərək qılıblar. Çünki namazları cəm etməkdə məqsəd çətinliyin olmasıdır və nə zaman çətinlik olarsa, cəm etmək icazəlidir.

Onuncu bölüm:

Cümə namazı barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Cümə namazının hökmü və dəlili:

Cümə namazı kişilərə fərz ayındır (yəni, hər bir fərdə vacibdir). Allah Sübhənəhu demişdir:“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”[194]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Cümə namazına getmək hər bir həddi-büluğa çatmış insana vacibdir»[195].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Cümə namazına gəlməyən adamlar ya buna son qoyacaqlar, ya da ki, Allah onların qəlblərini möhürləyəcək, sonra onlar qafillərdən olacaqlar»[196].

İmam ən-Nəvəvi -Allah ona rəhmət etsin- demişdir: «Buna əsasən, Cümə namazı fərz ayndır»[197].

Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Cümə namazı hər bir müsəlmanın üzərində vacib haqdır».

İkinci məsələ: Namaz kimə vacibdir?

Cümə namazı, getməyə gücü çatan hər bir azad, həddi-büluğa çatmış, yerli və əqli qüsursuz müsəlman kişiyə vacibdir. Bu namaz, qula, qadına, uşağa, dəliyə, xəstəyə və müsafirə vacib deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Cümə namazını camaatla qılmaq, hər bir müsəlmanın üzərində vacib haqdır. Yalnız dörd qisim insan: qul, qadın, uşaq və xəstə bundan müstəsnadır»[198].

Müsafirə cümə namazı vacib deyil. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), səfərlərində cümə namazı qılmazdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Arafada olduğu vaxt, Arafa cümə gününə təsadüf etməsinə baxmayaraq, cüməni qılmayaraq, zöhr və əsr namazlarını cəm etmiş və zöhrün vaxtında qılmışdı. Müsafirin, müvəqqəti qaldığı ölkədə müsəlmanlar ilə birgə cümə qılması daha əfzəldir. Əgər cümə namazına getməsi vacib olmayan qul, qadın, uşaq, xəstə və müsafir cümə namazına gedərlərsə, cümə namazları səhihdir və bu, onların zöhr namazlarını əvəz edir.

Üçüncü məsələ: Cümə namazının vaxtı:

Cümə namazının vaxtı, zöhr namazının vaxtıdır. Günəş zenitdən batmağa meyl etdiyi vaxtdan hər bir şeyin kölgəsi ozü boyda olana qədərdir. Ənəs ibn Malik -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə namazını gün batmağa meyl etdiyi vaxt qılardı[199].

Həmçinin səhabələrin də cümə namazını bu vaxt qıldıqları rəvayət olunmuşdur[200].

Beləliklə kim cümə namazının vaxtı çıxmazdan əvvəl bir rükətə çatarsa, artıq cüməyə çatmışdır. Əks təqdirdə zöhr namazı qılmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim namazın bir rükətinə çatarsa, artıq namaza çatmışdır». Bu hədis yuxarıda qeyd olunmuşdur.

Dördüncü məsələ: Cümə namazının xütbəsi:

Cümənin xütbəsi, cümə namazının rükunlarından biridir və onsuz cümə namazı səhih deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu xütbəni daima cümədən qabaq verərdi və heç bir zaman onu tərk etməzdi. O, iki xütbədən ibarətdir. Cümə namazının səhih olması üçün həmin iki xütbənin cümə namazından öncə verilməsi şərtdir.

Beşinci məsələ: Xütbənin sünnələri:

Xütbədə müsəlmanların dini və dünyəvi işlərindəki qüsur və nöqsanları aradan qaldıracaq dualar edilməsi və bununla yanaşı müsəlmanların rəhbərlərinə də işlərində uğur və müvəffəqiyyət üçün dua edilməsi sünnədir.Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Cümə günü xütbə verdikdə barmağı ilə işarə edərək dua edərdi və insanlar da amin deyərdilər».

Cümə günü xütbəni verən imamın namazı da qıldırması sünnədir. Xütbəni yüksək səslə və ayaq üstə vermək də sünnədir. Çünki Allahu Təala buyurur:“Səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər.”[201]

Cabir ibn Səmura -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaq üstə xütbə verərdi, sonra oturardı. Sonra yenidən ayaq üstə durub xütbə verərdi. Kim sizə desə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) oturaraq xütbə verərdi, bilin ki, o, yalan danışır.»[202]

İmam xütbə verdiyi vaxt minbərin yaxud da hündür bir yerin üzərində dayanıb xütbə verməsi də sünnədir. Çünki Peyğəmbər, (sallallahu aleyhi və səlləm) öz minbərinin üstündə dayanaraq xütbə verərdi. O, hündürdə dayanardı. Çünki bu, səsin geniş yayılması və moizənin təsiri baxımından alçaq yerdə dayanıb xütbə verməkdən daha üstün idi.

İmamın iki xütbə arasında az müddət olsa da oturması sünnədir. Abdullah ibn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayaq üstə dayanıb iki xütbə oxuyardı. İki xütbə arasında bir qədər oturmaqla onların arasını ayırardı.

Cümə xütbəsini ümumən qısa oxumaq, ikinci xütbəni isə birinci xütbədən daha qısa etmək sünnədir. Ammar -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İmamın namazı üzün, xütbəni qısa etməsi onun dini anlamasının əlamətidir. Namazı uzadın, xütbəni qısaldın»[203].

İmamın minbərə qalxıb üzünü insanlara tərəf çevirdiyi vaxt onlara salam verməsi də sünnədir. Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərə qalxdığı vaxt, insanlara salam verərdi».

İmamın, müəzzinin azanı bitirənə qədər minbərdə oturması da sünnədir. Abdullah ibn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) minbərə qalxdığı zaman müəzzin azanı bitirənə qədər minbərdə oturardı. Müəzzin azanı bitirdikdən sonra qalxar və xütbə verərdi».

İmamın xütbə əsnasında əsaya və ya ona oxşar şeylərə söykənməsi yaxud da əlində tutması və xütbə oxuduğu zaman sağa-sola deyil, yalnız qarşısına baxması da sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanlara xütbə oxuduğu vaxt belə edərdi.

Altıncı məsələ: Cümədə edilməsi haram olan əməllər:

İmam xütbə oxuduğu vaxt danışmaq haramdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim imamın cümə xütbəsi oxuduğu zaman danışarsa, o, kitablar daşıyan uzunqulağın mislində olar»[204].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir: «İmam xütbə oxuduğu zaman yanındakı yoldaşına: «sus» — desən, artıq lağ etmisən»[205].

Yəni, lağ söz danışmısan. Bu isə, qəbul olunmayan batil bir sözdür.

Gecikən insanın xütbə əsnasında insanları aralayıb qabağa keçməsi haramdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanları aralayaraq qabaq cərgələrə keçməyə can atan bir kişini gördükdə ona: «Otur artıq əziyyət verdin» — demişdir[206].

Bu əməldə, namaz qılanlara əziyyət vermək və onların xütbəyə qulaq asmalarına maneçilik var.  Amma imamın qabağa keçməsi üçün başqa yol yoxdursa, onun insanları aralayıb qabağa keçməsində bir qəbahət yoxdur. İki nəfərin arasını aralayıb orada oturmaq məkruhdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Hər kim cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saçını saqqalını) yağlayar və ya evində olan ətirlə ətirlənər, sonra (cümə namazına) gedər və iki nəfərin arasını ayırmadan (bir tərəfə çəkilib) ona yazılan namazı qılar və bundan sonra imam xütbə verərkən susub dinləyərsə, həmin cümə ilə ötən cümə arasında olan (kiçik günahları) bağışlanar»[207].

Yeddinci məsələ: Cümə namazından nəyə çatdıqda ona yetişmiş hesab olunur?

İmamın qıldırdığı cümə namazının bir rükətinə çatan, artıq ona çatmış hesab olunur. Əbu Hureyrə -Allah onda razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim cümə namazının bir rükətinə çatsa, artıq namaza çatmışdır»[208].

Kim cümə namazının bir rükətinə çata bilməsə o, zöhr namazını qılmalıdır.

Səkkizinci məsələ: Cümənin nafilə namazları:

Cümə namazından qabaq nafilə namazı yoxdur. Lakin cümə namazının vaxtı girməzdən qabaq nafilə namazlar qılmaq caizdir. Çünki qabaqda keçən Salman əl-Farisinin rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümədən qabaq namaz qılmağa həvəsləndirmişdir.»Hər kim cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saçını saqqalını) yağlayar və ya evində olan ətirlə ətirlənər, sonra (cümə namazına) gedər və iki nəfərin arasını ayırmadan (bir tərəfə çəkilib) ona yazılan namazı qılar və bundan sonra imam xütbə verərkən susub dinləyərsə, həmin cümə ilə ötən cümə arasında olan (kiçik günahları) bağışlanar».

Səhabələrin əməlinə və nafilə namazının əfzəlliyinə görə bu edilə bilər. Qılmayana da inkar etmək düzgün deyil. Çünki cümə namazının ratibə sünnələri, cümədən sonra iki, dörd yaxud da altı rükətdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümədən sonra cümənin ratibə sünnə namazlarını qılar və səhabələrə də bu namazları qılmağı əmr edərdi. «O, cümədən sonra iki rükət qılardı»[209].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Sizdən kim cümə namazını qıldısa, qoy cümədən sonra dörd rükət namaz qılsın»[210].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa rəvayətdə demişdir:»Sizdən kim cümədən sonra namaz qılacaqsa, qoy dörd rükət qılsın»[211].

Cümədən sonra altı rükət namaz qılmağa gəldikdə isə: İbn Ömər -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə namazını qıldıqdan sonra altı rükət namaz qılardı»[212]. İbn Ömər də cümədən sonra altı rükət qılardı[213].

Bu hədislərdən bizə aydın olur ki, cümədən sonra qılınan ən az ratibə sünnəsi iki, çoxu isə altı rükətdir. Şeyxulislam İbn Teymiyyə (rahiməhullah) belə bir rəydədir ki, Cümədən sonra ratibə sünnəsi məsciddə qılınsa, dörd rükət, evdə qılınsa iki rükət qılınmalıdır[214].

Belə etsə cümənin ratibə namazını daima eyni yox, müxtəlif qaydalarda qılmış olar.

Doqquzuncu məsələ: Cümə namazının qılınma qaydası:

Cümə namazı iki rükətdir və bu namaz səsli qılınmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu namazı iki rükət və səslə qılardı. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) etdiyi əməl sünnədir. Həmçinin elm əhli bu namazın iki rükət və səslə qılınmasına icma etmişdir.

Cümə namazında birinci rükətdə Fatihədən sonra Cümə surəsini, ikinci rükətdə isə əl-Munəfuqun surəsini[215] yaxud da birinci rükətdə əl-Əalə, ikinci rükərdə isə əl-Ğaşiyə[216] surələrini oxumaq sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə namazında bu surələri oxuyardı.

Onuncu məsələ: Cümə gününün sünnələri:

1- Böyük əcrə nail olmaq üçün cümə namazına tez getmək sünnədir. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Cənabət qüslü kimi qüsl edib cümə gününün ilk saatında məscidə gedən adam bir dəvə, ikinci saatında gedən adam bir inək, üçüncü saatında gedən adam buynuzlu bir qoç, dördüncü saatında gedən adam bir toyuq və beşinci saatında gedən adam bir yumurta qurban vermiş kimidir. İmam (minbərə) qalxdıqda isə mələklər gəlib zikr olunanları dinləyər»[217].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa rəvayətdə demişdir: «Kim cümə günü başını və bədənini yuyub qüsl alar və cüməyə tez gəlib gecikməzsə, namaza atdığı hər bir addımına görə bir ilin orucunu tutmuş və namazını qılmış kimi əcr qazanar»[218].

2- Cümə günü qüsl almaq sünnədir. Bunu, yuxarıda keçən Əbu Hureyranın -Allah ondan razı olsun- rəvayət etdiyi: «Cənabət qüslü kimi qüsl edib cümə gününün ilk saatında məscidə gedən adam…». hədisinə əsasən, söyləyə bilərik.Cümə qüslunu almağa səy göstərmək və onu tərk etməmək lazımdır. Xüsusən də, ağır işlərdə çalışan və pis qoxu gələn adamlar cüməyə getməzdən əvvəl qüsl etmələri lazımdır. Bəzi alimlər deyir ki, hər bir həddi-büluğa çatmış insanın cümə qüslu etməsi vacib. Çünki Əbu Səud əl-Xudri -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Cümə qüslu hər bir həddi-büluğa çatmış insan vacibdir»[219].

Bəlkə də, cümə qüslunun vacib olmasını və yalnız üzrlu hallar da qüsl etməyənin günah qazanmamasını deyən alimlərin sözü daha güclü və daha ehtiyatlı hesab edilə bilr.

3- Cümə günü ətirlənmək, təmizlənmək və bədəndən aparılmalı olanları götürmək, məsələn, dırnaqları gödəltmək və digərləri sünnədir.

Cümə günü təmizlənmək qüsl almağa bir əlavədir. Belə ki, təmizlənmək bədəndən gələn pis qoxuları və bu qoxuların gəlmə səbəbini, məsələn, şəriətin təmizləməyi əmr etdiyi tükləri və dırnaqları bədəndən götürməkdir. Övrət yerini qırxmaq, qoltuqaltını yolmaq, dırnaqları və bığları qısaltmaq və ətirlənmək sünnədir. Salman -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Hər kim cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saçını saqqalını) yağlayar və ya evində olan ətirlə ətirlənər, sonra (cümə namazına) gedər və iki nəfərin arasını ayırmadan (bir tərəfə çəkilib) ona yazılan namazı qılar və bundan sonra imam xütbə verərkən susub dinləyərsə, həmin cümə ilə ötən cümə arasında olan (kiçik günahları) bağışlanar».

İbn Həcər deyir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm): «Bacardığı qədər təmizlənər» — sözünü, «Qüsl alar» sözündən sonra deməsi göstərir ki, burada həddən artıq təmizlənmək qəsd olunur… «Təmizlənər» sözündə məqsəd, bığlarını və dırnaqlarını qısaldar və övrət yerini qırxardı. [220]

4- Cüməyə getdikdə ən gözəl libasını geyinmək sünnədir. Rəvayət edilir ki, (bir dəfə) Ömər ibn Xattab -Allah ondan razı olsun- məscidin qapısının yanında (satılan) ipək paltarı görüb dedi: «Ey Allahın elçisi! Yaxşı olar ki, bu paltarı alasan və onu həm cümə günləri, həm də yanına nümayəndələr gələndə geyəsən».

Buxari -Allah ona rəhmət etsin- bu hədisi, cüməyə getdikdə ən gözəl libasın geyinilməsinə dəlil saymışdır. O, «Səhih» əsərində bölümün adını belə qoymuşdur: «(Cümə namazına) hər kəs özünün ən gözəl geyimini geyinməlidir».

Hafiz İbn Həcər belə demişdir:»Hədisdə dəlil budur ki, Ömər ibn Xattab -Allah ondan razı olsun- Peyğəmbərə (sallallahu aleyhi və səlləm) cümə günü bəzənmək üçün gözəl libas almağı təklif edən zaman, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun bu sözünə etiraz etməmişdir. Bu da, əsilin cümə günü gözəl libas geyinilməsi olduğunu sübut edir»[221].

Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Sizə iki iş libasından başqa, cümə günü üçün iki libas almanızda bir günah yoxdur»[222].

5- Cümə günü və cümə gecəsi Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çoxlu sayda salavat demək sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Cümə günü mənə çoxlu salavat deyin»[223].

6- Cümə günü fəcr namazında birinci rükətdə əs-Səcdə, ikinci rükətdə isə əl-İnsan surəsini oxumaq sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə günü fəcr namazında bu surələri daima oxuyar və tərk etməzdi[224].

Həmçinin cümə günü əl-Kəhf surəsini oxumaq sünnədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Kim cümə günü əl-Kəhf surəsini oxuyarsa, ayağının altından səmaya qədər nur yüksələr və bu nur ilə qiyamət günü nurlanar və iki cümə arasında etdiyi (kiçik) günahlar bağışlanar»[225].

7- Cümə günü məscidə daxil olanın, iki rükət təhiyyətu-l- məscid namazını qıldıqdan sonra oturması sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizdən biri məscidə daxil olduğu zaman iki rükət namaz qılmadıqca oturmasın»[226].

Əgər imam xütbəyə başladıqdan sonra məscidə gəlibsə, bu namazı qısa qılmalıdır.

8- Cümə günü, xüsusən də duaların qəbul olan saatlarında çoxlu dua etmək də sünnədir: Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə gününü yada salıb dedi:»Bu gündə elə bir saat var ki, müsəlman olan hər kim (həmin vaxt) qalxıb namaz qılaraq Uca Allahdan bir şey istəsə, Allah ona istədiyini mütləq verər».Sonra o, əli ilə işarə edib həmin vaxtın olduqca az olduğunu göstərdi[227].

On birinci bölüm:

Qorxu namazı barədə

Bu bölümdə bir neçə məsələ var:

Yuxarıda üzrlü səbəbdən xəstə və müsafirin namazları necə qılması barədə danışıldı. İndi isə, üçüncü üzrlü namaz barədə danışılacaqdır. O, görünüşü və rükətlərinin sayı ilə digər namazlardan fərqlidir.

Birinci məsələ: Qorxu namazının hökmü, dəlili və şərtləri:

1- Qorxu namazının hökmü:

Qorxu namazını, kafirlər, qiyamçılar və quldurlarla aparılan bütün növ döyüşlərdə qılmaq şəriətə əsasən, icazəlidir. Uca Allah buyurur:“Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.”[228]

Başqa icazə verilən döyüşləri də bununla müqayisə edə bilərsən.

Əgər insan düşmənin hücum edəcəyindən yaxud düşmənin və ya yırtıcı heyvanın ona, ailəsinə və malına hücum etməsindən yaxud da borcu tələb edən zalımdan və sairə buna oxşar hallarda qorxub qaçarsa və onun bu qaçması mübah sayılan qaçış olarsa, bu zaman qorxu namazı qılmaq caizdir.

2- Qorxu namazının dəlili:

Buna dəlil: Kitab, Sünnə və İcmadır. Uca Allah buyurur: “(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın!”[229]

Peyğəmbər (sallallahu aleyhi və səlləm) qorxu namazını qılıb və səhabələr də bu namazın caiz olmasına icma ediblər.

3- Qorxu namazının şərtləri:

Qorxu namazı iki şərt əsasında caizdir:

Birinci şərt: Düşmən, döyüşülməsinə icazə verilən olsun. Məsələn, kafirlər, qiyamçılar və quldurlar ilə döyüşmək kimi.

İkinci şərt: Namaz vaxtı onların müsəlmanlara hücum etmə qorxusu olarsa.

İkinci məsələ: Qorxu namazının qılınma qaydası:

Qorxu namazının qılınma qaydası müxtəlif vəsflərlə varid olmuşdur. Bu vəsflərdən biri də, qorxu namazının Qurani Kərimdə zikr olunan vəsfinə çox yaxın olan Səhl ibn Əbi Həsməh əl-Ənsarinin Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət ediyi hədisdir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə bir vəsfdə qıldığı namaz, həm namaz üçün, həm də döyüş üçün daha ehtiyatlı yanaşma idi. Eyni zamanda onda düşmən üçün də sarsıdıcı əzab da vardır. Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə Zatur-Riqa döyüşündə qorxu namazını qılmış Səhl bin Əbu Həsməh rəvayət etmişdir ki, əshabələrdən bir dəstə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) arxasında cərgələrə düzüldü, digəri isə, düşmənlə üzbəüz dayandı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) arxasında namaza durmuş dəstəyə bir rükət qıldırdıqdan sonra ayağa qalxıb yerində durdu, arxasındakılar isə ayrı-ayrılıqda ikinci rükəti tamamladılar. Onlar namazlarını bitirdikdən sonra gedib düşmənə tərəf səf-səf düzüldülər. Sonra o biri dəstə gəlib Peyğəmbərə (sallallahu aleyhi və səlləm) qoşuldu və Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlara özünün qalan bir rükətini qıldırdı və oturub gözlədi. Onlar ayağa qalxıb ikinci rükəti tamamladıqdan sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) salam verib onlarla birlikdə namazını bitirdi[230].

On ikinci bölüm:

İki bayram namazı barəsində

Bu bölümdə bir neçə məsələ var:

İki bayram dedikdə burada Ramazan və Qurban bayramları qəsd olunur: Bu iki bayramın şəriətdə varid olan səbəbləri vardır. Ramazan bayramı, müsəlmanların Ramazan ayında tutduqları orucu sona çatdırmaları, Qurban bayramı isə, Zil-hiccə ayının on gününü sona çatdırmaları münasibəti ilə etdikləri bayramdır. Bayram sözü ərəb dilində, müəyyən vaxtdan bir təkrarlandığına görə «İyd» adlanmışdır.

Birinci məsələ: Bayram namazının hökmü və dəlili:

Bayram namazının hökmü fərz kifayədir. Müsəlmanlardan bəziləri qılsa qılmayanlara günah yazılmaz. Yox əgər heç kim qılmasa, orada yaşayan bütün müsəlmanlara günah yazılar. Çünki bayram namazı İslamın zahiri şüarlarından biridir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) və ondan sonra Onun səhabələri bu namazı daima qılmış və heç vaxt tərk etməmişdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu namazın qılınmasını hətta qadınlara da əmr etmişdir. Yalnız heyzli qadınlara bayram üçün evlərindən çıxmaları ilə yanaşı namaz qılınan yerdən uzaq dayanmalarını tapşırmışdır. Bütün bunlar bu namazın dində olan əhəmiyyətinin və böyük fəzilətinin göstəricisidir. Əgər qadınlara bir yerə toplanmaq gərəkmədiyi halda onlara bu namaza getmək əmr olunursa, deməli, kişilərin bu namaza getməsi daha önəmlidir. Elm əhlindən bəzilər isə, bu namazın fərz ayın olduğunu demişdir.

İkinci məsələ: Bayram namazının şərtləri:

Bu namazın ən əhəmiyyətli şərtləri: Bayram namazının vaxtının girməsi, lazımi qədər adam sayının olması və yerli insanların iştirak etmələridir.

Bayram namazını vaxtı girməzdən əvvəl və üç nəfərdən az sayla qılmaq caiz deyildir. Bu namaz müsafirlərə vacib deyil.

Üçüncü məsələ: Bayram namazı qılınan yerlər:

Bayram namazını insanların yaşadıqları yerlərdən kənarda açıqlıq ərazidə qılmaq sünnədir. Əbu Səid əl-Xudri -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazan və Qurban bayramlarında musalləyə (məsciddən qeyri namaz qılınan yerə) gedərdi»[231].

Bu namazı, açıqlıq olan bir yerdə qılmaqda məqsəd -ən düzünü Allah bilir- İslamın bu şüarını insanlara göstərməkdir. Üzrlü səbəblərdən məsələn, yağış, güclü külək və digər oxşar səbəblərdən bu namazı məsciddə qılmaq caizdir.

Dördüncü məsələ: Bayram namazının vaxtı:

Bayram namazı duha namazının vaxtında, yəni, günəş təqribən bir nizə qalxdıqdan sonra, zenitdə olana qədər qılınır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) və Onun xəlifələri bu namazı günəş qalxdıqdan sonra qılardılar. Çünki günəş qalxmazdan əvvəlki vaxt, qadağan olunan vaxtdır və həmin vaxt namaz qılmaq caiz deyil[232].

Qurban bayramı namazını, insanlar qurbanlarını kəsmək üçün vaxta ehtiyacları olduğuna görə, bu namazın ilk vaxtında, Ramazan bayramı namazını isə, insanların namaza gəlməzdən əvvəl fitrə zəkatlarını çıxarmaq üçün geniş vaxta ehtiyacları olduğuna görə, bir az gec qılmaq sünnədir.

Beçinci məsələ: Bayram namazının qılınma qaydası və bu namazda oxunan surələr:

Bayram namazının qılınma qaydası: Bu namaz, xütbədən qabaq iki rükət qılınır. Ömər -Allah ondan razı olsun- demişdir: «Ramazan və Qurban bayramlarının namazları, Peyğəmbərinizin dili ilə tam iki rükət, iki rükətdir. Kim iftira atsa, ziyan çəkər»[233].

Birinci rükətdə təkbirətu-l-ehram və istiftəh duasından sonra və [Əuzu billəhi minə-ş-şeytani-r-racim] deməzdən əvvəl altı təkbir, ikinci rükətdə isə qiyama qalxdığı vaxt etdiyi təkbirdən başqa qiraətdən əvvəl beş təkbir etməlidir.

Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ramazan və Qurban bayramları namazlarında birinci rükətdə yeddi təkbir, ikinci rükətdə isə qiyama qalxdığı vaxt etdiyi təkbirdən başqa beş təkbir deyilir»[234].

Hər bir təkbirdə əllərini qaldırmalıdır. Çünki «Peyğəmbər (sallallahu aleyhi və səlləm) təkbir edəndə əllərini qaldırardı»[235]. [Əuzu billəhi minə-ş-şeytani-r-racim] dedikdən sonra uca səslə əl-Fatihə surəsini oxumalıdır. Bunda ixtilaf yoxdur. Birinci rükətdə əl-Fatihə surəsindən sonra əl-Əla surəsini, ikinci rükətdə isə əl-Fatihə surəsindən sonra əl-Ğaşiyə surəsini oxumaq sünnədir. Səmura -Allah ondan razı olsun- rəvayət edir ki,»Peyğəmbər (sallallahu aleyhi və səlləm) iki bayram namazlarında əl-Alə və əl-Ğaşiyə surələrini oxuyardı»[236].

Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) səhih isnadla rəvayət olunan başqa bir hədisdə deyilir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) birinci rükətdə «Qaf, ikinci rükətdə isəəl-Qəmər surəsini oxuyardı»[237].

İmamın, daima bir sürəni yox, bəzən bir sürəni və bəzəndə başqa surəni oxuması sünnədir. İmam bu surələri oxuyan zaman arxada namaz qılanların halını nəzərə alıb onlara daha yüngül olan surəni oxumalıdır.

Altınci məsələ: Xütbənin oxunduğu vaxt:

Bayran namazının xütbəsi, namazı qıldıqdan sonra oxunur. Rəvayət edilir ki, İbn Ömər -Allah ondan razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm), Əbu Bəkr və Ömər iki bayram namazını xütbədən öncə qılardılar»[238].

Yeddinci məsələ: Bayram namazını qəza etmək:

Bayram namazına gecikənin bu namazı qəza etməsi sünnə deyil. Çünki Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə bir şey rəvayət olunmamışdır. Həmçinin bu namaz müəyyən toplantı vaxtında qılnır və yalnız o toplantı vaxtı qılmaq icazəlidir, tək halda isə yox.

Səkkisinci məsələ: Bayram namazının sünnələri:

1- İslamın bu şüarını insanlara göstərmək üçün bayram namazını şəhərin xaricində, geniş va açıqlıq bir yerdə qılmaq sünnədir. Əgər üzrlu səbəbə görə bu namazı məsciddə qılarlarsa günah olmaz.

2- Qurban bayramı namazını tezləşdirmək, Ramazan bayramı namazını isə gecikdirmək sünnədir. Necə ki, yuxarıda onların vaxtları barədə danışanda bunun izahı verildi.

3- Ramazan bayramı namazına getməzdən qabaq bir neçə xurma yemək, Qurban bayramı namazını qılmazdan öncə heç nə yeməmək sünnədir. Ənəs -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazan bayramında bir neçə xurma yemədən bayram namazına getməzdi[239].

Başqa hədisdə Ənəs -Allah ondan razı olsun- demişdir: «Onları tək sayda yeyərdi». Başqa hədisdə rəvayət olunur ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qurban bayramında namaz qılana qədər heç nə yeməzdi»[240].

4- İmama yaxın yerdə oturmaq və namazı gözləmək fəzilətini qazanmaq üçün səhər namazını qıldıqdan sonra bayram namazına getmək üçün evdən tez çıxmaq və namaza piyada getmək sünnədir.

5- Namaza getməzdən öncə qüsl almaq, gözəl libasını geyinmək və ətirlənmək sünnədir.

6- İmamın bayram xütbəsində dini bütünlüklə əhatə edən ümumi bir xütbə verməsi və xütbədə insanları fitrə zəkatını çıxarmağa həvəsləndirməsi və nələrdən fitrə zəkatı cıxarmağın caiz olmasını bəyan etməsi və həmçinin Qurban bayramında insanları qurban kəsməyə rəğbətləndirməsi və qurbanın hökmlərini başa salması da sünnədir. Qadınların nəsihətə ehytiyacları olduğu üçün, imam xütbəsində onlara nəsihət üçün yer ayırmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazı qılıb xütbəni oxuduqdan sonra, qadınlar tərəfə yaxınlaşmış və onlara nəsihət edib xatırlatmışdır[241].

Bu da yuxarıda deyildiyi kimi namazı qıldıqdan sonra olmalıdır.

7- Çoxlu təkbir və təhlil (yəni, Allahu Əkbər, Lə iləhə illəllah) zikrlərini demək sünnədir. Çünki Uca Allah buyurur:“Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (‘Allahu əkbər’ deməklə) təzim və şükür edəsiniz.”[242]

Kişilərin bu zikrləri evlərdə, məscidlərdə və bazarlarda hündür səslə, qadınların isə astadan deməsi sünnədir.

8- Namaza gedəndə bir yoldan getmək, qayıtdıqda isə başqa bir yoldan qayıtmaq sünnədir. Cabir -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) bayram günü (namazdan sonra evə) qayıtdıqda gəldiyi yolla qayıtmazdı[243].

Bunun hikməti barədə demişlər ki, qiyamət günü hər iki yol onun üçün şahidlik edəcək. Bəziləri isə: «Bu yolların hər ikisi ilə getdikdə İslam şüarını büruzə edir» — demişlər. Alimlər başqa hikmətlərin də olduğunu söyləmişlər.

Bayram günü insanların bir-birilərini təbrik edib:

[تَـقَـبَّـلَ اللهُ مِنّا وَمِـنْـكُـمْ صَـالِـحَ الأعْـمَـل]

Transkripsiyası:

«[Taqabbəl Allahu minnə va minkum salihəl-əaməl]».

«Allah bizdən və sizdən saleh əməlləri qəbul etsin» — deməsi eyb etməz. Çünki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələri bir-biriləri ilə belə bayramlaşardılar.

Həmçinin bu gündə insanları təbəssümlə və sevinclə qarşılamaq da sünnədir.

On üçüncü bölüm:

İstisqa (Allahdan yağış diləmək) namazı barəsində

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: İstisqa namazının tərifi, hökmü və dəlili:

1- İstisqa namazının tərifi:

İstisqa sözünün mənası, quraqlıq baş verdikdə, yağış yağmadıqda və insanların suya ehtiyacları olduqda, xüsusi bir şəkildə, Allahdan yağış endirməsini tələb etməkdir. Çünki səmadan yağışı endirən yalnız Tək olan Allahdır.

2- İstisqa namazının hökmü:

İstisqa namazının hökmü təkidli sünnədir. Abdullah ibn Zeyd -Allah ondan razı olsun- rəvayət edir ki,»Peyğəmbər (sallallahu aleyhi və səlləm) Allahdan yağış diləmək üçün (namaz qılınan yerə) çıxdı. O, üzünü qibləyə tərəf çevirərək dua etdi. Əbasını tərsinə çevirdi və iki rükət səslə namaz qıldı»[244].

İkinci məsələ: İstisqa namazının səbəbi:

Bu namazın qılınma səbəbi, quraqlığın olması və yağışın yağmamasıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu namazı quraqlıq baş verəndə və yağış yağmayanda qılardı.

Üçüncü məsələ: İstisqa namazının vaxtı və qılınma qaydası:

İstisqa namazının vaxtı və qılınma vəsfi bayram namazının vaxtı və qılınma vəsfi ilə eynidir. İbn Abbas -Allah ondan razı olsun- demişdir:»Peyğəmbər (sallallahu aleyhi və səlləm) istisqa namazını bayram namazını qıldığı kimi iki rükət qıldı»[245].

Bu namazı, bayram namazı kimi musallədə qılmaq müstəhəbdir. Qiraəti səslə olmaqla iki rükət qılınır. Necə ki, bayram namazı qılınır. Namaz, xütbədən öncə olur. Həmçinin təkbirlərin sayı və oxunan surələr də bayram namazında edildiyi kimi edilir. Allahdan istənilən vəsfdə yağış diləmək olar. İnsanın özü dua edə bilər. Namaz qıldığı zaman səcdədə ikən, Allahdan yağış yağdırmasını diləyə bilər. İmam cümə günü minbərdən Allahın yağış yağdırması üçün dua edə bilər. Bunların hamısı caizdir. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə günü minbərdən Allahın yağış yağdırması üçün dua etmişdir[246].

Dördüncü məsələ: İstisqa namazına getmək:

İmam bu namazı qılmaq üçün çıxmaq istədikdə insanlara moizə etməli, onlara tövbə etməyi, haqq sahiblərinin haqlarını qaytarmağı, bir-birilərinə nifrət və düşmənçiliyə son qoymağı əmr etməlidir. Çünki günahlar pak və nöqsansız Allahdan xeyir-bərəkətin nazil olmasına mane olur. Asiliklər quraqlığa və yağışın yağmamasına, təqva isə xeyir-bərəkətin nazil olmasına səbəbdir.Uca Allah buyurur:“Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.”[247]

Həmin gün, zəlillik və mütilik günü olduğuna görə, bu namaz üçün təmizlənilməli, lakin ətir sürtülməməli və təmtəraqlı geyinilməməlidir. Bu namaza, təvazökar, müti, zəlil və itaətkar bir halda gedilməlidir. İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki,»Peyğəmbər (sallallahu aleyhi və səlləm) İstisqa namazına zəlil, təvazökar, müti və itaətkar bir halda çıxdı»[248].

Beşinci məsələ: İstisqa namazında xütbə oxumaq:

İmam istisqa namazını qıldıqdan sonra insanlara tövbəni, çoxlu sədəqə verməyi və günahları tərk edib Allaha dönməyi əmr edən geniş və əhatəli xütbə verməsi sünnədir. O, bir xütbə söyləyir.

İmamın xütbə əsnasında çoxlu istiğfar etməsi və istiğfarı əmr edən ayələr oxuması və Allahdan yağış yağdırması üçün çoxlu dua etməsi lazımdr. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Allaha belə dua edərdi:

[اللَّـهُـمَّ أغِـثْـنَـا]

Transkripsiyas: «[Allahummə əğisnə]».

«Allahım, bizə yağmur endir!»[249].

Başqa hədisdə rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

[اللَّـهُـمَّ اسْـقِـنَا غَـيْثًـا مُـغِـيْـثًـا مَرِيئًـا مَرِيـعًـا, عَـاجِـلاً غَـيْرَ آجِلٍ، نَـافِـعًـا غَـيْرَ ضَـارٍ]

Transkripsiyas:»[Allahummə əsqinə ğaysən muğiy­sən, məriyən, məriyan, nafian ğayra dar­rin, acilən ğayra əcilin]». «Allahım! Bizə imdadımıza çatan, xoş, bərəkətli, faydalı, zərəri olmayan, həmən, ge­cikdirmədən yağmur endir!»- deyərək Allaha dua edərdi[250].

«Məriən» (مَـرِيئًا) sözünün mənası, yaxşı, yüngül, xoş deməkdir. «Mərian» (مَـرِيعًا) sözünün mənası isə: bərəkətli, faydalı- deməkdir. Rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

[اللَّـهُـمَّأنْتَ اللهُ لآ إلَـهَ إلَّا أَنْتَ، أَنْتَ الغَـنِيُّ وَنَحْنُ الفُقَراءُ، أَنْزِل عَلَينَا الغَيْثَ، وَاجْعَلْ ما أَنْزَلْتَ لَـنَا قُوَّةً، وَبلاغَـاً إلى حِيْنٍ]

Transkripsiyas: «[Allahumə Əntə Allahu Lə İləhə illə Əntə, Əntə-l-Qaniy va nəhnu-l-fuqara, ənzil aleynə-l-ğaysə vacal mə Inzəltə lənə quvvatən va bələğən ilə hiyn]».

«Allahım! Sən Allahsan, Səndən başqa məbud yoxdur, Sən zənginsən biz isə kasıb, bizə yağmur endir və endirdiyin yağmur bizə güc-qüvvət verib uzun müddət bizə bəs etsin!» — deyərək Allaha dua edərdi[251].

İmam xütbədə bu və digər oxşar duaları da edə bilər. İmam dua etdiyi zaman əllərini qaldırmalıdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), Allaha yağış yağdırması üçün dua etdikdə əllərini o qədər yuxarı qaldırardı ki, hətta qoltuqlarının ağlığı belə görsənərdi. İnsanlar da imama tabe olub əllərini qaldırmalıdılar. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə namazında əllərini qaldırıb Allahdan yağış endirməsi üçün dua etdiyi zaman səhabələr də əllərini qaldırardılar. Xütbə əsnasında Peyğəmbərə (sallallahu aleyhi və səlləm) çoxlu salavat demək lazımdır. Çünki Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat demək duanın qəbul olmasına səbəbdir.

Altıncı məsələ: İstisqa namazında və xütbəsində edilməsi sünnə olan əməllər:

1- Yağış yağması üçün Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət olunan duanı çox sayda demək və duanın sonunda qibləyə tərəf dönüb, əbasını yaxud da ona oxşar libasını çevirib əbasının sağ tərəfini sol çiyninə, sol tərəfini isə sağ çiyninə qoyaraq geyinmək sünnədir. Rəvayət edilir ki, Abdullah ibn Zeyd -Allah ondan razı olsun- demişdir: «Mən, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) istisqa namazını qılmaq üçün musalləyə çıxdığı gün görmüşəm. O, dua etmək üçün arxasını camaata çevirib üzünü qibləyə tutduqdan sonra əbasını tərsinə çevirdi»[252].

Alimlər deyir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əbasını tərsinə çevirməsində hikmət, hallarının dəyişib daha da yaxşı olmasına ümüd etməkdir.

2- İstisqa namazına bütün insanların hətta qadın və uşaqların çıxması sünnədir.

3- Bu namaza Allahdan qorxaraq müti və zəlil görkəmdə çıxmaq sünnədir. İbn Abbas -Allah ondan razı olsun- rəvayət edir ki, «Peyğəmbər (sallallahu aleyhi və səlləm) İstisqa namazına zəlil, təvazökar, müti və itaətkar bir görkəmdə çıxardı»[253].

4- Yağışın yağdığı ilk vaxtda yağışın altında dayanıb:

[اللَّـهُـمَّ صَـيِّـبًا نَـافِـعًـا]

Transkripsiyas: «[Allahummə sayyibən nafian]».

 «Allahım! (Bu yağışı) bol, faydalı et!» — və

[مُـطِـرْنَـا بِـفْـضْلِ اللهِ وَرَحْـمَـتِـهِ]

Transkripsiyas: «[Mutirnə bi fadli-l-ləhi va rahmətihi]». «Allahın lütfü və mərhəməti ilə bizə yağmur endirildi» — deyərək dua etməsi sünnədir.

5- Əgər yağışın çox yağıb zərər verəcəyindən qorxularsa, bu zaman:

[اللَّـهُـمَّ حَـوَالَـيْـنَا وَلَا عَـلَـيْـنَا، اللَّـهُـمَّ  عَلَى الظِّـرَابِ وَالآكَامِ, وَبُـطُـونِ الأوْدِيْـةِ , وَمَـنَـابِتِ الشَّجَـرِ]

Transkripsiyas: «[Allahummə həvaleynə va lə aley­nə. Allahummə alə-z-zirabi va-l-əkəmi va butuni-l-avdiyəti va mənəbiti-ş-şəcəri]».

«Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə (yağdır)!»[254].  — duasını demək sünnədir.

«əz-Zirab» (الظِّـرَابِ) sözünün mənası, kişik dağlar deməkdir.

«əl-Əkəm» (الآكَامِ) sözü, «Əkəmə» (الأكَمَة)sözünün cəm formasıdır, mənası isə, təpə deməkdir.

On birinci bölüm:

Kusuf namazı barəsində

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Kusuf sözünün mənası və bu namazı qılmaqda hikmət:

Kusuf sözü, gözlənilmədən günəş və ayın nurunun tutulması mənasını bildirir. Kusuf və Xusuf sözlərinin ikisi də eyni mənanı daşıyır. Günəş və ayın nurunun tutulmasındakı hikmət, uca Allahın bununla qullarını qoxutmasıdır ki, bununla onlar pak Allaha qayıtsınlar və günahlardan uzaqlaşsınlar. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Həqiqətən də, günəş və ay Allahın ayətlərindəndir (yəni, qüdrət nişanələrindəndir). Onlar nə kimsənin ölümünə, nə də dünyaya gəldiyinə görə tutulur. Uca Allah bununla yalnız Öz qullarını qorxudur»[255].

İkinci məsələ: Kusuf namazının hökmü və dəlili:

Kusuf namazının hökmü vacibdir. Bu, Əbu Avanənin «Səhih» kitabında açıq bildirdiyi rəydir. Həmçinin Əbu Hənifədən də bu görüş rəvayət edilir. İmam Malik bu namazı Cümə namazı ilə eyni tutmuşdur. İbn Qeyyim vaciblik görüşünü gücləndirmişdir. Bunu şeyx İbn Useymin də dəstəkləmişdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) özü bu namaza qorxaraq getmiş və insanlara da bu namaza gəlməyi əmr edərək: «Allah, günəşin və ayın nurunun getməsi ilə qullarını qorxuzur.» — demişdir[256].

Üçüncü məsələ: Kusuf namazının vaxtı:

Bu namazın vaxtı, günəş və ya ay tutulmağa başlayandan, açılana qədərdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Əgər günəş və ya ayın tutulduğunu görsəniz, günəş və ya ay açılana qədər namaz qılın»[257].

Dördüncü məsələ: Kusuf namazının qılınma qaydası və bu namazda oxunan surələr:

Kusuf namazının qılınma qaydası: Bu namaz iki rükətdən ibarətdir. Birinci rükətdə gecə və gündüz olmasından asılı olmayaraq, əl-Fatihə surəsi və başqa bir uzun sürəni səslə oxuyur, sonra uzun bir rüku edir, sonra başını rükudan qaldıraraq: [Səmi Allahu limən həmidəhu], [Rabbənə va ləkə-l-həmdu, həmdən, kəsiran, tayyibən, mubərakən fihi] — deyir və səcdəyə getmədən, yenidən əl-Fatihə surəsi və başqa bir surəni oxuyursan. Lakin bu qiraət birinci rükətdə oxuduğundan bir az qisa olmalıdır. Sonra rüku edir, sonra rükudan qalxır, sonra isə, iki dəfə uzun səcdə edir, sonra da ikinci rükəti, birinci rükəti qıldığı kimi qılır. Lakin ikinci rükəti birinci rükətdən qısa qılmalıdır. Daha sonra təşəhhüd duasını oxuyur. Axırda isə sağa və sola salam verir. Cabir -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında şiddətli isti bir gündə günəş tutuldu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dərhal səhabələrə namaz qıldırdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) qiyamda durub surəni o qədər uzun oxudu ki, hətta səhabələr az qala yıxılsınlar. Sonra uzun bir rüku etdi. Sonra başını rükudan qaldırdı və yenə də qiyamda uzun surə oxudu. Sonra ikinci dəfə uzun rüku etdi. Sonra isə, iki səcdə etdi. Daha sonra ikinci rükəti qılmaq üçün ayağa qalxdı və ikinci rükəti birinci rükəti qıldığı kimi qıldı. Bu iki rükətli namaz, dörd rüku və dörd səcdədən ibarət idi[258].

İmamın kusuf namazından sonra insanlara moizə edərək onları qəflətdən oyanmağa, dünyaya aldanmamağa, Allaha çoxlu dualar etməyə və Ondan bağışlanma diləməyə çağırması sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) namazdan sonra insanlara xitab edərək belə demişdir:»Həqiqətən də, günəş və ay, Allahın ayətlərindəndir. Onlar nə kimsənin ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, “Allahu Əkbər” deyin, namaz qılın və sədəqə verin»[259].

Əgər günəş və ya ay açılmazdan əvvəl namazı qılıb qurtarsalar, yenidən namaz qılmırlar, əksinə Allahı zikir etməli və Ona çoxlu dualar etməlidirlər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Odur ki, başınıza gələn aradan qalxana qədər namaz qılın və Allaha dua edin!».

Bu hədis dəlalət edir ki, əgər namazı günəş və ya ayın tutulması açılmazdan qabaq qurtararlarsa, günəş və ya ayın tutulması açılana qədər dua etməlidirlər. Əgər namazda olduqları vaxt açılarsa, bu zaman namazı qısa qılıb tamamlamalıdırlar.

On beşinci bölüm:

Cənazə namazı və cənazənin əhkamları barəsində

Bu bölümdə bəzi məsələlər var.

Ərəb dilində cənazə yaxud da cinəzə sözlərinin ikisi də eyni məna bildirir. Bəziləri deyir ki, cənazə meyitə, cinəzə isə meyiti daşımaq üçün istifadə olunan vasitəyə deyilir.

İnsan daima ölümü və bir gün bu dünyadan əbədi həyata köçəcəyini xatırlamalıdır. O, axirət həyatı üçün çoxlu saleh əməllər hazırlayaraq asiliklərə tövbə etməli, özünə və başqalarına zülm etməyə son qoymalıdır.

Xəstəni ziyarət etmək, ona tövbə və vəsiyyət etməyi xatırlatmaq, ölüm ayağındadırsa ona «Lə iləhə illəllah» kəlməsini təlqin etmək, qibləyə tərəf cevirmək, dünyasını dəyişdikdən sonra gözlərini yummaq, cənazəsini hazırlamağa və dəfn etməyə tələsmək sünnədir.

Birinci məsələ: Meyiti yumağın və kəfənləməyin hökmü:

1- Meyiti yumağın hokum:

Meyit yumağın hökmü vacibdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) meyiti yumağı əmr etmişdir. Rəvayət edilir ki, ibn Abbas -Allah ondan razı olsun- demişdir: Ehramda olan bir nəfər, Ərəfatda ikən dəvəsinin üstündən yerə yıxıldı və dəvəsi onun boynunu sındırdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:»Onu su və sidr ilə yuyun»[260].

Rəvayət edilir ki, Ummu Ətiyyə əl-Ənsariyyə -Allah ondan razı olsun- demişdir: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qızı Zeynəb vəfat etdikdə, o bizim yanımıza gəlib dedi:»Onu üç və ya beş yaxud da yeddi dəfə yuyun»[261].

Meyiti yumaq fərz kifayədir və bu, elm əhli arasında icmadır.

2- Meyiti yumaq qaydası:

Meyiti yuyan adam etibarlı, adil və yumağın qaydasını bilən adam olmalıdır. Meyiti yumağa ən haqlı adam, meyitin sağlığında ikən vəsiyyət etdiyi adamdır. (Məsələn, meyit sağ ikən deyibsə ki, məni filan insan yusun, bu zaman vəsiyyət etdiyi insan başqalarından onu yumağa daha haqlıdır). Sonra yumaq qaydasını bilən ata, baba, oğul kimi ən yaxın qohumuları yuyur. Əgər onlar yumaq qaydasını bilmirlərsə, bu zaman meyit yumaq qaydasını bilən digər adam yuyur. Kişini kişilər, qadını isə qadınlar yumalıdır. Kişi həyat yoldaşını, qadın da, öz ərini yuya bilər.Hər bir müsəlman kişi və qadın yeddi yaşından az olan uşağı yuya bilər. Amma heç bir müsəlman kişi və qadına, kafiri yumaq, kəfənləmək, cənazəsini daşımaq və onun cənazə namazını qılmaq caiz deyil. Hətta onun atası və anası kimi yaxın qohumları olsa da bu hökm qüvvədədir.

Meyiti yuduğu suyun təmiz və mübah su olması və meyiti insanların görmədiyi, bağlı bir yerdə yuması şərtdir. Meyitiyuyulduğu zaman artıq adamların orada olması caiz deyildir.

Meyiti yumaq qaydası: Belə ki, meyit çarpayının üzərinə qoyulur, sonra bütün paltarları çıxarılır və övrət yeri örtülür və bunlar hamısı insanların gözündən uzaq, görmədikləri bir otaq və ya digər qapalı yerdə olmalıdır. Sonra meyitin başını astaca qaldırıb oturuşuna yaxın aşağı əyir, sonra əli ilə meyitin qarnından nəcasətin çıxması üçün qarnını astaca sıxır, sonra əlinə parça bağlayıb meyitin övrət yerini su ilə təmizəyir, sonra dəstəmaz almağa niyyət edib bismilləh deyir və namaza dəstəmaz aldığı kimi ona dəstəmaz aldırır. Ağız burununu su ilə yumur, əksinə əllərini su ilə isladıb meyitin ağzına və burnuna məsh edir, sonra sidr və ya sabun yaxud da buna oxşar başqa şeylər ilə ilk olaraq meyitin başını, sonra sağ, sonra isə sol tərəfini yuyur, sonra meyitin bütün bədənini kamil şəkildə yuyur. Meyiti yuduqda ələ parşa bağlamaq müstəhəbdir. Meyiti bir dəfə yumaq vacibdir. Əgər bir dəfə yumaqla təmiz olmursa, bu zaman meyiti üç dəfə yumaq müstəhəbdir.Axırıncı dəfə yuyarkən kəfur qatılmış su ilə yumaq müstəhəbdir. Sonra meyitin bədəni qurudulur və təmizlənməsi icazəli olan artıq tükləri və uzun qırnaqları təmizlənir. Əgər meyit qadındırsa, saçı hörüklənib arxa tərəfinə atılır. Əgər su olmadığına görə yaxud da bədəni yandığına görə və ya digər bir səbəbdən su ilə yumaq mümkün deyilsə, meyiti torpaq ilə təyəmmüm etdirməlidir. Meyiti yuyan adamın meyiti yuduqdan sonra özünün də qüsl alması müstəhəbdir.

İkinci məsələ: Meyiti kim yumalıdır:

Meyiti, yumağı bacaran, etibarlı, əmin və adil insanın yuması daha əfzəldir. Xüsusən belə bir insanın meyitin ən yaxın qohumlarından olması daha yaxşıdır. Çünki Peyğəmbəri (sallallahu aleyhi və səlləm) yuyanlar Onun Əli bin Əbi Talib -Allah ondan razı olsun- kimi yaxın qohumları idi[262].

Meyiti yumağa ən haqlı insan, meyitin sağlığında onu yumasını vəsiyyət etdiyi insandır. Sonra atası sonra babası bundan sonra ona daha yaxın olan qohum-əqrabasıdır.

Kişini kişilərin, qadını isə qadınların yuması vacibdir. Ərin öz həyat yoldaşını, qadının da öz ərini yuması isə müstəsnadır. Aişə -Allah ondan razı olsun- deyərdi:»Əgər indi mənə agah olanları əvvəlcədən bilsəydim, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) zövcələrindən başqa heç kim yumazdı»[263].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) Aişəyə -Allah ondan razı olsun- belə deyərdi: «Əgər sən məndən qabaq ölsən, mən səni yuyub, kəfənləyərəm»[264].

Əsma bint Umeysin -Allah ondan razı olsun- həyat yoldaşı Əbu Bəkr əs-Siddiq -Allah ondan razı olsun- vəfat etdiyi vaxt onu yumuşdur[265].

Döyüş meydanında ölən şəhid yuyulmur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), Uhud döyüşündə şəhid olanları öz paltarlarında dəfn etməyi əmr etmişdir. Onları yumadılar və cənazələri üçün namaz qılmadılar»[266].

Elə buna görə də hədisdə deyildiyi kimi, döyüş meydanında şəhid olanlar, kəfənlənmir, onlara cənazə namazı qılınmır, əksinə döyüş paltarlarında da dəfn olunurlar.

Dörd ay keçdikdən sonra anasının bətnindən düşən oğlan və ya qız uşağı yuyulmalı, kəfənlənməli və ona cənazə namazı qılmalıdır. Çünki ana bətnində olan körpə, dörd ay keçdikdən sonra artıq insan sayılır.

Üçüncü məsələ: Meyiti kəfənləməyin hökmü və necəliyi:

Meyiti kəfənləmək vacibdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), ehramda ikən dəvəsinin üstündən yerə yıxılıb boynu sınan şəxs barədə demişdir: «Onu iki paltarda kəfənləyin»[267]. Meyiti kəfənlədikdə bütün bədənini örtmək vacibdir. Əgər bütün bədəni örtmək üçün kifayət qədər kəfən tapılmasa, bu zaman mövcud kəfənlə meyitin başını örtüb, bədəninin qalan yerlərini və ayaqlarını əl-izxirlə (qamışa oxşar bitki ilə) örtmək lazımdır. Rəvayət edilir ki, Xəbbab -Allah ondan razı olsun- demişdir: Musab ibn Umeyr Uhud döyüşündə şəhid oldu. Biz onu kəfənləmək üçün (onun əynindəki) libasdan başqa bir şey tapa bilmədik. Bu libasla onun baş tərəfini örtürdük ayaqları açıq qalırdı, ayaqlarını örtürdük başı açıq qalırdı.»Peyğəmbər (sallallahu aleyhi və səlləm) bizə, (libasla) onun baş tərəfini örtməyi, ayaqlarının üstünə də əl-izxir qoymağı əmr etdi»[268].

Həcc və ümrə mərasimində ehram libasında vəfat etmiş kişinin başı örtülmür. Rəvayət edilir ki, ibn Abbas -Allah ondan razı olsun- demişdir: Bir nəfər Ərafada ikən dəvəsinin üstündən yerə yıxıldı və boynu sındı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: «Onu su və sidr ilə yuyun və iki parçaya bürüyün; ona ətir vurmayın, başını da örtməyin». Kəfən, bədəni bildirməyən və insanların geyindiyi bir parçadan olmalıdır. Kəfən alarkən həddən artıq qiymətlisini alıb meyitin və varisinin malını israf etmək də düzgün deyildir.

Kişiləri pambıqdan olan üç ağ parçada kəfənləmək sünnədir. Belə ki, parça açılıb bir-birinin üzərinə qoyduqdan sonra meyiti parçanın üstünə qoyub, sonra kəfənin sol tərəfinin üst hissəsini sağ tərəfə, daha sonra sağ tərəfi isə sol tərəfə edib, ikinci və üçüncü kəfəni də eyni ilə meyitə büküb kəfənlənir. Kəfəndən artıq qalan hissə isə, meyitin baş tərəfində yığıb, düyünlənməlidir. Əgər kəfən çox uzundursa, bu zaman kəfənin artıq hissəsi meyitin ayaq tərəfində də düyünlənməlidir. Kəfəni bu qayda ilə bağlamaq kəfənin açılmaması üçün daha yaxşıdır. Aişə -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbəri (sallallahu aleyhi və səlləm), Yəmənin Suhuliyyə şəhərində hazırlanmış üç ədəd təzə ağappaq paltarda kəfənlədilər. Bunların arasında nə köynək, nə də əmmamə var idi[269].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Ağ rəngli paltarlarınızı geyinin, çünki paltarlarınızın ən xeyirlisi ağ rəngli olanıdır və ölülərinizi də ağ kəfəndə kəfənləyin»[270].

Qadını isə pambıq parçadan hazırlanmış izar, baş örtüyü, köynək və bunun üstündən iki parça ilə kəfənləyərək beş paltar ilə kəfənləmək lazımdır.

Oğlan uşağı bir parçada kəfənlənir, üç parçada kəfənləmək isə icazəlidir. Qız uşağını isə bir köynək və iki parçada kəfənləmək lazımdır.

Dördüncü məsələ: Cənazə namazı, hökmü və dəlili:

Cənazə namazının hökmü fərz kifayədir. Müsəlmanlardan bəziləri bu namazı qılsa, qılmayanlar günah qazanmazlar. Əgər heç kim qılmasa, orada olan bütün müsəlmanlar günah qazanarlar.

Cənazə namazının dəlili, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) borclu olaraq vəfat edən barədə dediyi sözdür. (Rəvayət edilir ki, Sələmə ibn Əkva-Allah ondan razı olsun- demişdir: Bir dəfə biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında oturmuşduq. Bu vaxt bir cənazə gətirdilər və: Buna cənazə namazı qıl!– dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Onun borcu varmı?»– deyə soruşdu. Onlar: Xeyr! – deyə cavab verdilər. «O: (Özündən sonra) bir şey qoyub gedibmi?»– deyə soruşdu. Onlar: Xeyr!– deyə cavab verdilər. Belə olduqda Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona namaz qıldı. Sonra başqa bir cənazə gətirdilər və (Peyğəmbərə (sallallahu aleyhi və səlləm)): Ya Rəsulullah, buna namaz qıl!– dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Onun borcu varmı?»– deyə soruşdu. Onlar: Bəli!– deyə cavab verdilər. O: «(Özündən sonra) bir şey qoyub gedibmi?»– deyə soruşdu. Onlar: Üç dinar!– deyə cavab verdilər. Belə olduqda Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun üçün də namaz qıldı. Daha sonra üçüncü bir cənazəni gətirdilər və: Buna namaz qıl!– dedilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm: «Bir şey qoyub gedibmi?»– deyə soruşdu. Onlar: Xeyr!– deyə cavab verdilər. O: «Borcu varmı?»– deyə soruşdu. Onlar: «Üç dinar!»– deyə cavab verdilər. Belə olduqda (Peyğəmbər (sallallahu aleyhi və səlləm) özü ona namaz qılmadı, lakin əshabələrinə): «Yoldaşınıza namaz qılın!» – deyə buyurdu. (Əbu Qətadə: Ya Rəsulullah, sən ona cənazə namazı qıl, mən onun borcunu öz öhdəmə götürürəm – dedi və Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona cənazə namazı qıldı)[271].

Nəcaşi vəfat etdiyi gün, Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrə belə dedi: «Sizin qardaşınız vəfat etmişdir, qalxın ona cənazə namazı qılın»[272].

Beşinci məsələ: Cənazə namazının şərtləri, ərkanları və sünnələri.

1- Cənazə namazının şərtləri:

Niyyət etmək, həddi-büluğa çatmaq, qibləyə yönəlmək, övrəti örtmək, bədənindən, paltarından və namaz qıldığın yerdən nəcasəti təmizləmək. Cənazə namazı həqiqi namaz olduğu üçün bu şərtlər mütləq bu namazda da cəm olmalıdır. Həmçinin cənazənin namaz qılanın qarşısında olması, namaz qılanın və meyitin müsəlman olması və bunların hər ikisinin də hətta üzrlü səbəbə görə torpaqla olsa da təharətli olması, cənazə namazının səhihliyi üçün şərtdir.

2- Cənazə namazının ərkanları:

Cənazə namazını ayaq üstə qılmaq, çünki cənazə namazı həqiqi namazdır və digər fərz namazlar kimi bu namazda da ayaq üstə qılmaq rükndur. Dörd təkbir etmək, çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), Nəcaşinin cənazə namazında dörd təkbir etmişdir. əl-Fatlhə surəsini oxumaq, çünki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: «əl-Fatihə surəsini oxumayanın namazı yoxdur»[273].

Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirmək və meyit üçün dua etməkdə cənazə namazının rüknlarındandır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Cənazə namazı qıldığınız zaman meyit üçün ixlasla (səmimi qəlbdən) dua edin»[274].

Salam vermək də, cənazə namazının rüknlarındandır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Namazı halal edən (namazı bağlayan) isə salamdır».

Həmçinin bu ərkanları tərtib ilə etmək və bir rüknu digərində qabaq etməmək də, bu namazının rükunlarındandır.

3- Cənazə namazının sünnələri:

Hər bir təkbir gətirdikdə əlləri qaldırmaq, əl-Fatihə surəsini oxumazdan əvvəl [Əuzu billəhi minəş-şeytanir-racim] demək, özü və müsəlmanlar üçün dua etmək və qiraəti astadan oxumaq.

Altıncı məsələ: Cənazə namazının vaxtı, fəziləti və qılınma qaydası:

1- Cənazə namazının vaxtı:

Bu namazın vaxtı meyiti yuduqdan, kəfənlədikdən və dəfnə hazır etdikdən sonra başlayır. Əgər meyit ondan uzaq bir diyardadırsa, ölüm xəbərini eşitdiyi vaxt cənazəsini qıla bilər.

2- Cənazə namazının fəziləti:

Peygəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Kim cənazədə iştirak edib, cənazə namazını qılsa, bir qirat, kim də dəfn edilənədək yanında qalsa, iki qirat savab qazanar», İki qiratın nə olduğunu soruşduqda? O: «İki böyük dağ boyda»- deyərək cavab verdi[275].

3- Cənazə namazının qılınma qaydası:

İmam yaxud da tək qılan adam, kişi meyitin baş tərəfində, əgər meyit qadındırsa, meyitin orta tərəfində durmalıdır. Çünki Ənəs -Allah ondan razı olsun- Peygəmbərin (sallallahu aleyhi və səlləm) cənazədə belə durduğunu rəvayət etmişdir[276]. İmam təkbir edib, [Əuzu billəhi minəş-şeytanir-racim] və [Bismilləhi-r-rahmənir-rahim] dedikdən sonra, əl-Fatihə surəsini astadan oxumalıdır. Hətta gecə olsa da belə edir. Sonra təkbir edib, təşəhhüd duasında Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat dediyi kimi, salavat deməli, daha sonra təkbir edib meyit üçün Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) varid olan dua ilə Allaha dua etməlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) cənazə namazında meyit üçün belə dua edərdi:

[اللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا، وَشَاهِدِنَا وَغَائِبِنَا، وَصَغِيرِنَا وَكَبيرِنَا، وَذَكَرِنَا وَأُنْثَانَا. اللَّهُمَّ مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى الْإِسْلاَمِ، وَمَنْ تَوَفَّيْتَهُ مِنَّافَتَوَفَّهُ عَلَى الإِيمَانِ]

Transkripsiyas: «[Allahummə-ğfir lihəyyinə və məy­yi­tinə və şahidinə və ğaibinə və sağiyrinə və kəbiyrinə və zəkərinə və unsanə. Allahum­mə mən əhyəytəhu minnə fə əh­yihi aləl-is­ləm və mən təvaffəytəhu minnə fətəvaffəhu aləl-iymən]».

«Allahım! Dirimizi və ölümüzü, burada olanımızı və olmayanımızı, kiçiyimizi və bö­yüyümüzü, kişimizi və qadınımızı bağışla! Allahım! Bizdən kimi yaşatsan müsəlman kimi yaşat! Bizdən kimi öldürsən mömin kimi öl­dür!»[277].

[اللَّهُمَّ اغْفِرْ لَهُ، وَارْحَمْهُ وَعَافِهِ، وَاعْفُ عَنْهُ، وَأَكْرِمْ نُزُلَهُ، وَوَسِّعْمُدْخَلَهُ، وَاغْسِلْهُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ، وَنَقِّهِ مِنَ الذُّنُوبِ والْخَطَايَا كَمَا يُنَقَّى الثَّوْبَ الأَبْيَضَ مِنَ الدَّنَسِ، وَأَبْدِلْهُ دَاراً خَيْراً مِنْ دَارِهِ، وَأَهْلاً خَيْراً مِنْ أَهْلِهِ، وَزَوْجَاً خَيْراً مِنْ زَوْجِهِ، وَأَدْخِلْهُ الْجَنَّةَ، وَأَعِذْهُ مِنْ عَذَابِ القَبْرِ أوَعَذَابِ النَّارِ]

Transkripsiyas: «[Allahummə-ğfir ləhu vərhəmhu və afihi va’fu anhu və əkrim nuzuləhu və vəssi’ mudxaləhu vəğsilhu bil-məi vəs-səlci vəl-bəradi və nəqqıhi minəz-zunubi val-xətayə kəmə yunəqqis-səubəl-əbyəda minəd-də­nəsi, və əbdilhu dəran xayran min dərihi, və əhlən xayran min əhlihi, və zəucən xayran min zəucihi və ədxilhul-cənnətə və əizhu min əzabil-qabri av əzabin-nəri]».

«Allahım! Onu bağışla, ona rəhm et, ona salamatlıq ver, onu əfv et, onu gözəl tərz­də qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin ki­mi onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu qəbir əzabından yaxud Cəhənnəm əzabın­dan qoru!»[278].

Əgər meyit balaca uşaqdırsa, belə deməlidir:

[اللَّهُمَّ اجْعَلْهُ سَلَفًا لِوَالِدَيْهِ، وَفَرَطًا، وَأجْرًا]

Transkripsiyas: «[Allahummə-calhu sələ­fən livalideyhi va fəratan və əcran!]».

«Allahım! Onu valideyinləri üçün (cənnətə girmək­də bizi) qabaqlayan, sələf və mükafat et!»[279].

Sonra təkbir edib az bir müddət dayanır. Burada Peygəmbərdən (sallallahu aleyhi və səlləm) rəvayət olunan dualardan etməsi yaxşı olardı. Məsələn, bu dualardan:

[اللَّهُمَّ لاَ تَحْرِمْنَا أَجْرَهُ، وَلاَ تَفْتِنَّا بَعْدَهُ]

Transkripsiyas: «[Allahummə lə təhrimnə əcrahu və lə tudillənə bə’dəhu]».

«Allahım! Onun əcrindən bizi məhrum et­mə və ondan sonra bizi azdırma!»[280].

Sonra sağ tərəfə bir salam verir. Sağa və sola salam verməsi də caizdir. Kim cənazə namazının bir hissəsinə gecikərsə, imam salam verdikdən sonra namazı özü tamamlamalıdır. Kim cənazə namazını dəfndən əvvəl imam ilə qıla bilməsə, bu zaman qəbrin yanında qıla bilər. Çünki Peygəmbər (sallallahu aleyhi və səlləm), məscidi təmizləyən qadın vəfat etdiyi vaxt onun qəbrinin yanında ona cənazə namazı qılmışdır[281].

Vətənindən uzaqda vəfat etmiş insanın ölüm xəbəri yetişdiyi vaxt ona cənazə namazı qılınmalıdır. Hətta onun vəfatından bir ay yaxud da daha çox vaxt keçsə də namazı qılınmalıdır.

Ana bətnindən dörd ay tamam olduqdan sonra düşən uşaq üçün də cənazə namazı qılmaq lazımdır. Əgər dörd ay tamam olmadan qabaq düşübsə, cənazə qılmaq lazım deyil.

Yeddinci məsələ: Cənazəni daşımaq və onunla getmək:

Cənazəni dəfn edənə qədər arxasınca getmək sünnədir. Peygəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Kim cənazədə iştirak edib, cənazə namazını qılsa, bir qirat, kimdə dəfn edilənədək yanında qalsa, iki qirat savab qazanar», İki qiratın nə olduqunu soruşduqda? O, «İki böyük dağ boyda»- deyərək cavab verdi[282].

Müsəlman kimsə bir müsəlman qardaşının vəfat etdiyini eşitdikdə onun cənazəsini daşımağa və ona cənazə namazı qılmağa və onu dəfn etməyə getməlidir. Çünki Peygəmbər (sallallahu aleyhi və səlləm) buyurur:»Müsəlmanın müsəlman üzərində haqqı beşdir: Salamı qaytarmaq, xəstəni ziyarət etmək, cənazənin ardınca getmək»[283].

Əgər heç kim onun cənazəsi üçün getməzsə, bu zaman onun cənazəsində iştirak etmək vacibdir. Cənazəni maşında yaxud da heyvanın üzərində daşımaq, xüsusən də qəbiristanlıq uzaqda yerləşərsə, günah deyil. Cənazənin ardınca gedən cənazəni daşımağa kömək etməlidir.

Meyit, ölülərin dəfn olunuduğu qəbiristanlıqda dəfn edilməlidir. Mütəvatir yollarla rəvayət olunan hədislərə əsasən, Peygəmbər (sallallahu aleyhi və səlləm) vəfat edən səhabələri Bəqi qəbiristanlığında dəfn edərdi. Heç bir sələfdən, kimisə qəbiristanlıqdan başqa bir yerdə dəfn etməsi rəvayət olunmayıbdır.

Meyiti yumağa, kəfənləməyə, ona cənazə namazı qılmağa və dəfn etməyə tələsmək sünnədir. Çünki Peygəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Sizdən biri vəfat etdiyi zaman onu saxlamayın, qəbrinə qoymağa tələsin»[284].

Bəzi insanların etdiyi, dəfni gecikdirmək və ya dəfn etmək üçün cənazəni başqa bir yerə aparmaq yaxud da dəfn etmək üçün həftənin müəyyən bir gününü seçmək kimi əməllərin hamısı Peygəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə müxalifdir.

 Cənazəni daşıyan zaman iti addımlarla gedərək tələsmək sünnədir. Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peygəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Cənazəni apardıqda tələsin! Əgər o, əməlisaleh olmuşdursa, siz onu xeyrə qovuşdurmuş olarsınız. Yox, əgər pis adam olmuşdursa, (tezliklə) şəri boynunuzdan atmış olarsınız»[285].

Bəzi alimlərin dediyi kimi, həddən artıq tələsərək getmək düzgün deyil, yorğa yerişindən asta getmək bəs edər.

Cənazəni daşıyanlar, cənazəni sakit və vüqarlı şəkildə daşımalıdırlar. Onlar, nə qiraətlə, nə də başqa bir şeylə səslərini qaldırmalı deyillər. Çünki bu barədə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) öz təsdiqini tapmış heç bir şey yoxdur. Kim belə əməllərə yol verərsə, Peygəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə müxalif olar.

Qadınların cənazəni müşayiət etməsi caiz deyildir. Rəvayət edilir ki, Ummu Atiyyə -Allah ondan razı olsun-demişdir:»Cənazənin ardınca getmək bizə qadağan edildi»[286].

Cənazəni daşımaq və müşayiət etmək yalnız kişilərə aiddir. Cənazəni müşayiət edən adamın cənazə yerə qoyulana qədər oturması məkruhdur. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), cənazəni müşayiət edənin, cənazə yerə qoyulana qədər oturmasını qadağan etmişdir[287].

Səkkizinci məsələ: Meyitin dəfn edilməsi, qəbrin necə qazılması və bu barədə varid olan sünnələr.

Qəbri dərin və geniş qazmaq və ləhd etmək sünnədir. Ləhd, qəbri qazdıqdan sonra qəbrin qiblə tərəfini qazıb, meyiti sağ çiyni üzərində həmin yerə salıb dəfn etməkdir. Əgər ləhd etməyə imkan olmazsa, «şaqq» etməkdə bir günah yoxdur. Şaqq, qəbri qazdıqdan sonra yenə qəbrin ortasını qazıyıb, meyiti həmin yerə qoyub dəfn etməkdir. Şaqq etməkdənsə, ləhd etmək daha əfzəldir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Ləhd bizim üçündür, şaqq isə bizdən qeyrisi üçündür»[288].

Qəbirdə ləhd qazıldıqdan sonra, meyit ləhdə sağ çiyni üzərində, üzü qibləyə tərəf qoyulur və ləhdin arxa tərəfi, açıq yerləri bağlandıqdan sonra qəbir torpaqla doldurulur. Qəbir yerinin bilinməsi və onun tapdalamaması üçün, o, yerdən bir qarış təpə şəklində qalxmalıdır. Çünki səhabələr Peyğəmbərin (sallallahu aleyhi və səlləm), Əbu Bəkrin və Ömərin qəbirlərini yerdən bir qarış qaldırmışlar[289]. Hörmətsizlikdən ehtiyatlanılarsa, qəbir yerinin bilinməsi üçün onun baş və ayaq tərəflərinə daş və ya başqa bir şey qoymaq günah deyildir. Qəbirlərin üzərində tikili tikmək, onların üstünü gipsləmək və üzərilərində oturmaq haramdır. Qəbirlərin üzərində tanımaq zəruriyyətindən kənar yazılar yazmaq da məkruhdur. Cabir -Allah ondan razı olsun- rəvayət edir ki,Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbri gipsləməyi və onun üstündə oturmağı və üzərində tikili tikməyi qadağan etmişdir[290].

Tirmizinin rəvayət etdiyi hədisdə deyilir: “Qəbirn üstünü yazmağı qadağan etmişdir.”

Çünki bunlar şirkə və qəbirlərə bağlanmağa qapı açır. Cahillər belə işlərə aldanıb qəbirlərə bağlanırlar.

Qəbirlərin üzərində çıraq yandırmaq haramdır. Çünki bunda həm kafirlərə bənzəmək, həm də malı zay etmək vardır. Həmçinin qəbirlərin üzərində ibadətgah (məscid və s.) tikmək, qəbirlərin yanında yaxud da onlara tərəf namaz qılmaq haramdır. Aişə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), vəfat etməsinə səbəb olan xəstəliyə tutulduğu zaman demişdir:»Allah yəhudilərə və xristianlara lənət etsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər»[291].

Qəbirlərin üstündə ayaqla gəzmək, qəbri ayaqqabı ilə tapdalamaq yaxud da qəbirlərin üstündə oturmaq və sairə buna oxşar əməllər etmək haramdır. Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Sizdən biri közün üstündə oturub, köz onun paltarını yandırıb bədəninə keçməsi, qəbrin üstündə oturmasından xeyirlidir»[292].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə qəbirləri ayaqla tapdalamağı qadağan etmişdir[293].

Meyiti dəfn edib qurtardıqdan sonra orada durub onun üçün dua etmək müstəhəbdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə edərdi. O (sallallahu aleyhi və səlləm), meyiti dəfn edib qurtardıqdan sonra qəbrin yanında durar və deyərdi:»Qardaşınız üçün bağışlanma diləyin, Allahdan onu sabit etməsini istəyin. Çünki o indi sorğu-sual olunur»[294].

Qəbrin yanında əl-Fatihə surəsini yaxud da Quranın başqa surələrini oxumaq, pis bir bidətdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onun səhabələri belə bir əməl etməmişlər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim bizim göstərişimiz olmadan bir əməl edərsə, o əməl qəbul olunmaz»[295].

Doqquzuncu məsələ: Meyitin sahiblərinə təziyə vermək, bunun hökmü və verilmə qaydası.

Təziyə vermək: Yaxın adamı ölmüş bir şəxsə, təsəlli, səbir və başsağlığı verməkdir. Təziyə əsnasında, meyit sahibinə səbiri tövsiyə etmək və ona baş verən müsibətin savabını Allahdan ummağın fəziləti barədə varid olan duaları və zikrləri xatırlatmaq lazımdır.

Meyit sahibinə, onun müsibətini yüngülləşdirən, onu səbir etməyə və Allahın qədərinə razı qalmağa yönəldən, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sabit olan əzbərlədiyi dualardan deməsi, əgər əzbər bilmirsə bu zaman şəriətə müxalif olmayan, ona səbir və təsəlli verən sözlər ilə başsağlığı verməsi şəriətə uyğundur.Rəvayət edilir ki, Usamə ibn Zeyd -Allan ondan razı olsun- demişdir: Biz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında idik. Onun qızlarından biri (Zeynəb): «Oğlum yaxud qızım ölür, bizə gəl!» – deyə atasına xəbər göndərdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəbər gətirən adama buyurdu: » Zeynəbin yanına qayıt və de: «Şübhəsiz ki, Allahın aldığı da, verdiyi də Ona aiddir. Onun yanında hər şeyin müəyyən bir əcəli var. De ki, səbir etsin və Allah yanında mükafat qazanacağına ümid etsin!»[296].

Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) varid olan təzyənin bu növü ən gözəl təziyələrdən biridir.

Təziyə zamanı insanlar arasında yayılmış və şəriətdə əsli olmayan əməllərdən çəkinmək lazımdır. Belə əməllərdən bəziləri aşağıdakılardır:

1- Təziyə etmək üçün xüsusi bir yerdə yığışıb, stol-stul gətirmək, həmin məclisi işıqlandırmaq və müəyyən insanlar gətirib Quran oxutmaq.

2- Təziyə etmək üçün gələn qonaqlara, meyit sahibi tərəfindən, təziyə günlərində qonaqlıq vermək. Cərir əl-Bəcəli -Allah ondan razı olsun- deyir: Biz, dəfndən sonra meyit sahibinin evinə yığışmağı və təziyə etmək üçün gələn qonaqlara ev sahibinin yemək hazırlamasını, qadağan olunan fəryad edib ağlamaqdan (ərəbcə, ən-niyəhətu) görürdük[297].

3- Təziyəni bir neçə dəfə etmək. İnsanlardan meyit sahibinin evinə gedib bir neçə dəfə təziyə edənlər də var. Əsində təziyə bir dəfə edilməlidir. Əgər onun bir dəfədən çox təziyə etməsində məqsəd, meyit sahibinə səbri tövsiyə etmək, Allahın yazdığı qəza-qədərə razı olmaqdırsa, bu qəbahət olmaz. Amma bundan başqa məqsəd üçün bir dəfədən artıq təziyə etmək caiz deyil. Çünki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və onun səhabələrinin belə bir şey etməsi rəvayətlərdə varid olmayıbdır.

Vəfat etmiş insanın qohum-əqrabasının və qonşularının onun (ölənin) ailəsi üçün yemək hazırlaması sünnədir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:»Cəfərin ailəsi üçün yemək hazırlayın, başlarına onları məşğul edəcək bir iş gəlmişdir»[298].

İnsan vəfat etdiyi zaman onun üçün ağlamaq və hüznlənməkdə bir eyb yoxdur. Bu, əksər hallarda baş verir. Çünki bu insanın təbiətindəndir və onun öz ixtiyarı ilə olmur. Hətta Peyğəmbərin (sallallahu aleyhi və səlləm) oğlu İbrahim vəfat etdiyi zaman o, ağlamışdır.Rəvayət edilir ki, Ənəs ibn Malik -Allah ondan razı olsun- demişdir: Biz Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə dəmirçi Əbu Seyfin yanına gəldik. Əbu Seyf İbrahimin (sallallahu aleyhi və səlləm) süd anasının əri idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) (oğlu) İbrahimi qucağına alıb öpdü və onu iylədi. Bir müddətdən sonra biz yenə onun yanına getdik. İbrahim artıq can verirdi. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) gözləri yaşla doldu. Abdur-Rəhman ibn Auf dedi: Sən də (ağlayırsan), ya Rəsulullah? O: «Ey ibn Auf, bu bir mərhəmətdir!»– deyə buyurdu, sonra ağlaya-ağlaya dedi: «Həqiqətən, gözlər ağlayır, qəlb kədərlənir və biz ancaq Rəbbimizin razı qalacağı sözləri danışırıq. Ey İbrahim! Həqiqətən də, biz sənin ayrılığına kədərlənirik»[299].

Lakin bu, Allahın yazdığı qədərə qəzəblənərək, narazı olaraq və şikayətlənərək edilməli deyil. Meyit üçün ağı deyib ağlamaq, üz-gözünü döymək və paltarın yaxasını cırmaq haramdır. Abdullah -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Üz-gözünə döyən, paltarının yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə bizdən deyildir»[300].

Vay başıma gələnlər, vay, kaş ki, mən öləydim kimi sözlər söyləmək cahiyyət sözlərindəndir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir:»Meyit üçün ağı deyib ağlayan, ölməzdən qabaq tövbə etməsə, qiyamət günü qalxdığı vaxt, əynində qətrandan şalvar, qoturdan isə köynək olacaq»[301].


[1]Müslim: (233) – 16.

[2]Buxari: 528, Müslim: 667.

[3]əl-Bəqərə surəsi, ayə: (43).

[4]İbrahim surəsi, ayə: (31).

[5]Buxari: 349.

[6]Buxari: 46, Müslim: 11.

[7]Müslim: 134.

[8]ət-Tovbə surəsi, ayə: (3).

[9]Əbu Davud: 503,İbn Maca: 708. Albani, Səhih Sünnən İbn Maca: 581 də hədisin “səhih” olduğunu bildirmişdir.

[10]Buxari: 605, Müslim: 378. Ləfz Buxariyə aiddir.

[11]Nəsai: 2/7, 8. Albani, Səhih, Sünnən ən-Nəsai: 628 də hədisin “səhih” olduğunu bildirmişdir.

[12]Buxari: 621, Müslim: 1093.

[13]Müslim: 385.

[14]Buxari: 614. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisin sonunda, “Bu sözləri söyləyən kimsəyə qiyamət günü şəfaətim halal olar” – demişdir.

[15]ən-Nisa surəsi, ayə: (103).

[16]Müslim: 612.

[17]Buxari: 533, 534, Müslim: 615.

[18]əl-Bəqərə surəsi, ayə: (238).

[19]Buxari: 552, Müslim: 201 – (626). Hədisin ləfzi Müslimə aiddir.

[20]Buxari: 553.

[21]Müslim: 173 – (612). Bu hədis, namaz vaxtlarını bildirən uzun hədisin bir hissəsidir.

[22]İmam Əhməd: 4/174, Əbu Davud: 418, Hakim: 1/190, 191. Hakim bu hədisin Müslimin şərtinə görə “səhih” olduğunu demiş və Zəhəbi də onu müvafiq olmuşdur. 

[23]Müslim: 173 – (612). Bu hədis, namaz vaxtlarını bildirən uzun hədisin bir hissəsidir.

[24]Buxari: 568, Müslim: 647.

[25]əl-Maun surəsi, ayə: (4-5).

[26]Məryəm surəsi, ayə: (59).

[27]Buxari: 527, Müslim: 139 – (85).

[28]Müslim: 11.

[29]Müslim: 12.

[30]İmam Əhməd: 3/201, Əbu Davud: 494, Tirmizi: 407. Tirmizi hədisə = “həsən” hökmü vermiş, Hakim, Müstədrak: 1/201 də və Albani isə İrva əl-Ğalil: 1/266 da bu hədisin “səhih” olduğunu bildirmişdilər.

[31]Müslim: 224.

[32]ən-Nisa surəsi, ayə: (103).

[33]İmam Əhməd: 3/330, Nəsai: 1/91, Tirmizi: 150. Tirmizi hədisə “səhih” hökmü vermişdir. Albani, İrva əl-Ğalil: 1/270.

[34]əl-Əraf surəsi, ayə: (31).

[35]Əbu Davud: 627, Tirmizi: 375, İbn Maca: 655. Albani, İrva əl-Ğalil: 1/214 də bu hədisin “səhih” olduğunu bildirmişdir. Hədisdə deyilən: «heyizli qadın» da məqsəd, mükəlləfiyət yaşına çatmış qadındır.

[36]Buxari: 361, Müslim: 3010.

[37]Tirmizi: 397. Albani, İrva əl-Ğalil: 1/303 də bu hədisin “səhih” olduğunu bildirmişdir.

[38]əl-Muddəssir surəsi, ayə: (4).

[39]Dəraqutni:1/97. Albani, İrva əl-Ğalil: 1/310 da bu hədisin “səhih” olduğunu bildirmişdir.

[40]Buxari: 227, Müslim: 291.

[41]Buxari: 220.

[42]əl-Bəqərə surəsi, ayə: (144).

[43]Buxari: 6251, Müslim: 397.

[44]əl-Bəqərə surəsi, ayə: (238).

[45]Buxari: 1117.

[46]Müslim: 735.

[47]Buxari: 793, Müslim: 397.

[48]Əbu Davud: 61, Tirmizi: 3, İbn Maca: 275. Albani, Səhih Sünən İbn Maca, 224 də hədisin “həsən səhih” olduğunu bildirmişdir.

[49]Buxari: 756, Müslim: 394.

[50]əl-Həcc surəsi, ayə: (77).

[51]Buxari: 6251, Müslim: 397.

[52]əl-Həcc surəsi, ayə: (77).

[53]Buxari: 809, Müslim: 230 – (490). Hədisin ləfzi Müslimə aiddir.

[54]Nəsai: 2/240. Albani, İrva əl-Ğalil: 2/24 də hədisin “səhih” olduğunu bildirmişdir.

[55]Buxari: 631.

[56]Əbu Davud: 61, Tirmizi: 3, İbn Maca: 275. Bu hədis az öncə qeyd edilmişdir.

[57]Nəsai: 2/205, Tirmizi: 253. Tirmizi hədisə “həsən səhih” hökmü vermiş, Albani isə Səhih Sünnən Tirmizi: 208 də hədisin “ səhih” olduğunu bildirmişdir.

[58]Müslim: (392) – 28.

[59]Müslim: 404, İmam Əhməd: 4/399.

[60]Əbu Davud: 874, Tirmizi: 262. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Nəsai: 1/172, İbn Maca: 897. Albani, Səhih Sünnən Nəsai: 1098 də hədisin “səhih” olduğunu bildirmişdir.

[61]Nəsai: 1/172, İbn Maca: 897. Albani, İrva əl-Ğalil: 2/41 də hədisin “səhih” olduğunu bildirmişdir.

[62]Buxari: 1230, Müslim: 570.

[63]Əhməd: 1/437, Nəsai: 1/173. Albani, İrva əl-Ğalil: 2/43 də hədisin “səhih” olduğunu bildirmişdir.

[64]Əbu Davud: 856. Albani, İrva əl-Ğalil: 2/44 də hədisin “həsən” olduğunu bildirmişdir.

[65]Müslim: 391.

[66]əl-Bəqərə surəsi, ayə: (238).

[67]Buxari: 1200, Müslim: 539.

[68]Müslim: 510.

[69]Buxari: 751.

[70]Buxari: 822.

[71]Buxari: 1220.

[72]Bunu ondan  Məsruq rəvayət etmişdir. Buxari: 3458.

[73]Əbu Davud: 643, Tirmizi: 379. Albani, Səhih Sünən Titmizi: 312 də hədisin “həsən” olduğunu bildirmişdir.

[74]Buxari: 691, Müslim: 427.

[75]Hakim: 1/206. Hakim “səhih” olduğunu bildirmiş, Zəhəbi də ona = müvafiq olmuşdur. Albani, İrva əl-Ğalil: 2/104 də onlaramüvafiq olmuşdur.

[76]Buxari: 815, Müslim: 490.

[77]Müslim: 560.

[78]Müslim: 429.

[79]ət-Tovbə surəsi, ayə: (11).

[80]Tirmizi: 2126, Nəsai: 1/231, Əhməd: 5/346, Hakim: 1/6, 7. Tirmizi hədisə “həsən, səhih, qərib” hökmü vermiş, Hakim hədisi “səhih” olduğunu söyləmiş, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, Səhih Sünnən Titmizi: 2113 də hədisin “səhih” olduğunu bildirmişdir.

[81]Müslim: 82.

[82]Bax: əş-Şərh əl-Mumti: 2/24, 28.

[83]Bəğavi, Şərhus-Sünnə: 5/12, nömrə: 1249. Albani, əs-Silsilətus-Sahihə: 1640 da hədisin “səhih” olduğunu bildirmişdir.

[84]Əbu Davud: 684, Həsai: 466, 467, İbn Maca: 1425. Bağavi, Şərhus-Sünnə: 4/159 da hədisin “həsən” olduğunu söyləmiş, Albani isə Səhih Sünnən ən-Nəsai: 451, 453 da hədisin “səhih” olduğunu bildirmişdir. Hədisin ləfzi İbn Macaya aiddir.

[85]Buxari: 1180, 1181, Müslim: 729.

[86]Müslim: 728. Hədisi  Ummu Həbiybə (ra) rəvayət etmişdir.

[87]Tirmizi: 415. Tirmizi hədisə “həsən səhih” hökmü vermiş, Albani isə Səhih Sünnən ət-Tirmizi: 833, 839 da hədisin “səhih” olduğunu bildirmişdir.

[88]Buxari: 1182.

[89]Müslim: 725.

[90]Buxari: 1159.

[91]Buxari: 6410, Müslim: 2677.

[92]  Əbu Davud: 1416. Albani, ət-Təliq alə İbn Xüzeymə: 1067 də “səhih” olduğunu bildirmişdir.

[93]Əbu Davud: 1418. Tirmizi: 452, Hakim: 1/306. Hakim hədisə “səhih” hökmü vermiş, Zəhəbidə ona müvafiq olmuşdur. Albani isə «Bu namaz sizin üçün qırmızı dəvədən də xeyirlidir» ləfzindən başqa hədisin “səhih” olduğunu bildirmişdir. Səhih Sünnən ət-Tirmizi: 373.

[94]Buxari: 990.

[95]Fəth əl-Bəri: 2/557.

[96]Müslim: 755.

[97]Müslim: 752, 753.

[98]Müslim: 738.

[99]Buxari: 991.

[100]Nasai: 3/234, nömrə: 1698, Hakim: 1/304, Beyhəqi: 3/28. Hədisin ləfzi Beyhəqiyə aiddir. Hakim hədisin Buxari və Müslimin şərtinə görə “səhih” olduğunu bildirmiş, Zəhəbi də ona müvafiq olmuşdur. Nəvavi də: «Bu hədisi Nəsai “həsən” isnadla, Beyhəqi də “səhih” isnadla rəvayət etmişdir.» demişdir. əl-Məcmu: 4/17, 18.

[101]Dəraqutni: 2/24, 25, Hakim: 1/304, Beyhəqi: 3/31. Dəraqutnui etdiyi rəvayət haqqında, “hamısı siqatdır yəni: ravilənin hamısı etibarlı ravilərdir” demiş, Hakim hədisin Buxari və Müslimin şərtinə görə “səhih” olduğunu bildirmiş, Zəhəbi də ona müvafiq olmuşdur. İbn Həcər, Fəth əl-Bəri: 2/558 də «Hədisin isnadı Buxari və Müslimin şərtinə görə səhihdir.» demişdir.

[102]Müslim: 737.

[103]İbn Maca: 1192. Albani, Səhih Sünnən İbn Maca: 980 də hədisin “səhih” olduğunu bildirmişdir.

[104]Buxari: 586, Müslim: 827. Hədisin ləfzi Müslimə aiddir.

[105]Müslim: 832.

[106]Müslim: 831.

[107]Buxari: 586, Müslim: 827.

[108]Müslim: 832. Hədis daha öncə qeyd edilmişdir.

[109]Müslim: 832.

[110]Əbu Davud: 1894, Tirmizi: 868. Tirmizi hədisə “həsən səhih” hökmü  vermişdir. İbn Maca: 1254, Hakim, Müstədrak: 1/448 də hədisin = “səhih” olduğunu söyləmiş, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, Səhih Sünnən İbn Maca: 1036 da hədisin “səhih” olduğunu bildirmişdir.

[111]Müslim: 684.

[112]Müslim: (572) – 92.

[113]Müslim: (572) – 94.

[114]Müslim: (574) – 102.

[115]Buxari: 1230, Müslim: 570.

[116]Buxari: 1232, Müslim: 389.

[117]Müslim: 571.

[118]Müslim: 572.

[119]Müslim: (572) – 94.

[120]Fəth əl-Bəri: 3/119.

[121]Buxari: 1076, Müslim: 575.

[122]Buxari: 1073.

[123]Buxari: 1078, Müslim: 578. Hədisin ləfzi Buxariyə aiddir.

[124]Müslim: 133 – (81).

[125]Tirmizi: 585. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 474 də hədisin “səhih” olduğunu bildirmişdir.

[126]Buxari: 1069.

[127]Əbu Davud: 2774, Tirmizi: 1578, İbn Maca: 1394. Tirmizi: «Bu hədis, “həsən qərib” hədisdir biz bunu, bu yoldan başqa bir yol bilmirik.» –demişdir. Albani, İrva əl-Ğalil: 2/226 da hədisin “həsən” olduğunu bildirmişdir.

[128]əl-Hucurat surəsi, ayə: (13).

[129]Buxari: 645, 646, Müslim: 650.

[130]Buxari: 647.

[131]ən-Nisa surəsi, ayə: (102).

[132]Buxari: 644, Müslim: 651.

[133]Müslim: 653.

[134]Əbu Davud: 551, İbn Maca: 793, Hakim: 1/245. Hakim hədisin Buxari və Müslimin şərtinə görə “səhih” olduğunu demişdir. Albani, Səhih Sünən İbn Maca: 645 də hədisin “səhih” olduğunu bildirmişdir.

[135]Müslim: 654.

[136]Əbu Davud: 567, Əhməd: 2/76, Hakim: 1/209. Hakim hədisin “səhih” olduğunu demiş, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, İrva əl-Ğalil: 2/293 də hədisin “səhih” olduğunu bildirmişdir.

[137]Müslim: 648.

[138]Əbu Davud: 575, 576, Tirmizi: 219, Həsai: 2/112. Tirmizi hədisə “həsən səhih” hökmü vermiş, Albani, Səhih Sünnən ət-Tirmizi: 181 də hədisin “səhih” olduğunu bildirmişdir.

[139]Buxari: 658, Müslim: 293 – (674).

[140]Əbu Davud: 875, İbn Maca: 468, Albani, İrva əl-Ğalil: 2/260 da hədisin “səhih” olduğunu bildirmişdir.

[141]əl-Fəth surəsi, ayə: (17).

[142]Buxari: 713, Müslim: 418.

[143]Müslim: 654

[144]Müslim: 560.

[145]  Əbu Davud: 551. Hədis bu ləfzlə zəyifdir, lakin «Azanı eşidib üzür olmadan camaat namazına gəlməyən bir kimsənin namazı yoxdur» ləfzi isə səhihdir. Albani, İrva əl-Ğalil: 2/ 336, 337.

[146]  Buxari: 632, Müslim: 697. Hədisin ləfzi Müsimə aiddir.

[147]  Müslim: 465.

[148]  Əbu Davud: 554. Nəsai: 2/104, Əhməd: 5/140, Hakim: 1/247. Hakim hədisin “səhih” olduğunu demişdir. İbn Həcər, ət-Təlxis əl-Həbir: 2/26 = da İbn əs-Səkənin, Uqeylinin, Hakimin və İbn əl-Mədininin bu hədisə “səhih” hökmü verdiklərini demişdilər.

[149]Tirmizi: 220, Əhməd: 3/5. Tirmizi hədisə “həsən” hökmü vermiş, Albani isə Səhih Sünnən ət-Tirmizi: 182 də hədisin “səhih” olduğunu bildirmiş.

[150]  Müslim: 710.

[151]  Müslim: (711) – 66.

[152]  Müslim: 673.

[153]  Müslim: 673.

[154]  Buxari: 4425.

[155]əs-Səcdə surəsi, ayə: (18).

[156]  İbn Maca: 971. Busuri, Zəvaid də hədisin isnadına “səhih” hökmü vermiş, Nəvavi, əl-Məcmu, 4/154 də və Albani isə Səhih Sünən İbn Maca: 792 də hədisin “həsən” olduğunu bildirmişdir.

[157]  Müslim: 3010.

[158]  Müslim: 659.

[159]  Müslim: 3010.

[160]  Əbu Davud: 613. Hədis “səhih” hədisdir. Bax: İrva əl-Ğalil: 2/319.

[161]  Müslim: 658.

[162]  Əbu Davud: 604, Həsai: 1/146, İbn Maca: 846, Əhməd: 2/420. Albani, Səhih Sünən ən-Nəsai: 882, 883 də hədisin “həsən səhih” olduğunu bildirmişdir. Bu hədis, əvvəli «İmam ona görə təyin olunmuşdur ki, (arxasında) namaz qılanlar ona tabe olsunlar» ləfzi ilə başlayan hədisdən bir hissədir.

[163]  Əhməd: 3/339, İbn Maca: 850. Albani, İrva əl-Ğalil: 2/268 də hədisin “həsən” olduğunu bildirmişdir.

[164]  Buxari: 389, Müslim: 411.

[165]  Müslim: 416.

[166]  Buxari: 691, Müslim: 427.

[167]  Müslim: 432.

[168]  Müslim: 438.

[169]  Müslim: 437.

[170]  Müslim: 440.

[171]  Müslim: 433.

[172]  Buxari: 719.

[173]  Buxari: 725.

[174]  Müslim: 430.

[175]  Əhməd: 4/23, İbn Maca: 1003. İmam Əhməd hədisə “həsən” hökmü = vermiş, Busuri də Zəvaid İbn Maca da hədisin sənədi “səhih” olduğunu demiş, Albani də Səhih Sünən İbn Maca: 822 də hədisin “ səhih” olduğunu bildirmişdir.

[176]  Əhməd: 4/228, Əbu Davud: 682, Tirmizi: 320, İbn Maca: 1004. Tirmizi hədisə “həsən” hökmü vermiş, Əhməd Şakir, Havaşi ət-Tirmizi: 1/448, 450 də hədisin “səhih” olduğunu demiş, Albani isə Səhih Sünnən =    ət-Tirmizi: 191 də hədisin “səhih” olduğunu bildirmişdir.

[177]əl-Həcc surəsi, ayə: (78).

[178]əl-Bəqərə surəsi, ayə: (286).

[179]ət-Təğabun surəsi, ayə: (16).

[180]  Buxari: 6858, Müslim: 1337.

[181]  Buxari: 1117.

[182]ət-Təğabun surəsi, ayə: (16).

[183]ən-Nisa surəsi, ayə: (101).

[184]  Müslim: 686.

[185]  Müslim: 689.

[186]  Əhməd: 5832. Albani, İrva əl-Ğalil: 3/9 da hədisin “səhih” olduğunu bildirmişdir.

[187]  Müslim: 687.

[188]  Buxari: 1088, Müslim: (1339) – 421. Hədisin ləfzi Buxariyə aiddir.

[189]Bax: Muğni: 2/134, 135, Məcmu Fətəvə Şeyx İbn Baz, Fətəva əs-Saləh: 458.

[190] Əhməd: 1/216, Albani, İrva əl-Ğalil: 3/21 də “səhih” olduğunu bildirmişdir.

[191]  Buxari: 597, Müslim: (684) –315.

[192]  Əbu Davud: 1208, Tirmizi: 553. Tirmizi hədisə “həsən qərib” hökmü vermiş, Albani isə İrva əl-Ğalil, 3/28 də hədisin “səhih” olduğunu bildirmişdir.

[193]  Müslim: (705) – 49, 54.

[194]əl-Cumuə surəsi, ayə: (9).

[195]  Nəsai:3/89, hədis nömrə: 1371. Albani, Səhih əl-Cəmi: 3521 də hədisin “səhih” olduğunu bildirmişdir.

[196]  Müslim: 865.

[197]  Şərh ən-Nəvavi Alə Müslim: 6/152.

[198]  Əbu Davud: 1045. Albani, İrva əl-Ğalil: 3/54 də hədisin “səhih” olduğunu bildirmişdir.

[199]  Buxari: 904.

[200]  Müslim: 862.

[201]əl-Cumuə surəsi, ayə: (11).

[202]  Bax: Fəth əl-Bəri: 2/450.

[203]  Müslim: 869.

[204]  Əhməd: 1/230. İbn Həcər, Buluğ əl-Məramda “isnadında bir qəbahət yoxdur” demişdir. (Subul əs-Sələm, 2/101, 102, hədis nömrə: 421).

[205]  Buxari: 394, Müslim: 851. Bax: İrva Ğalil: 3/84.

[206]  Əbu Davud: 1118, Nəsai: 3/103, Hakim: 1/288. Hakim hədisin “səhih” olduğunu demiş, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, Səhih Sünən İbn Maca: 916 da hədisin “səhih” olduğunu bildirmişdir.

[207]  Buxari: 910.

[208]  İbn Maca: 1121. Albani, Səhih Sünən İbn Maca: 927, 928 də hədisin “səhih” olduğunu bildirmişdir.

[209]  Buxari: 937, Müslim: 882.

[210]Müslim: 881.

[211]  Müslim: (881) – 67..

[212]əş-Şərh əl-Mumti: 4/102.

[213]Əbu Davud: 1130.

[214]Zədul-Məad: 1/440.

[215]  Müslim: 877.

[216]  Müslim: 878.

[217]Buxari: 881, Müslim: 850.

[218]  Tirmizi: 496. Tirmizi hədisə “həsən” hökmü vermiş, Munziri də ət-Tərğib və ət-Tərhib: 1/247 də hədisin “həsən” olduğunu bildirmişdir.

[219]Buxari: 879, Müslim: 846.

[220]Buxari: 883. Bax: Fərh əl-Bəri: 2/432.

[221]Fəth əl-Bari: 2/434.

[222]Əbu Davud: 1078, İbn Maca: 1095. Albani, Səhih Sünən İbn Maca: 898 də hədisin “səhih” olduğunu bildirmişdir.

[223]Əbu Davud: 1047, Nəsai: 3/91, İbn Maca: 1085, Hakim: 1/278. Hakim hədisin “səhih” olduğunu demiş, Zəhəbi də ona müvafiq olmuş və Albani isə Səhih Sünən İbn Maca: 889 da hədisin “səhih” olduğunu bildirmişdir.

[224]Buxari: 891.

[225]Hakim: 2/368. Hakim hədisə “səhih” hökmü vermişdir. Albani, =      İrva-Ğalil: 3/93 də hədisin “səhih” olduğunu bildirmişdir.

[226]Buxari: 930.

[227]Buxari: 935. Müslim: 852.

[228]ən-Nisa surəsi, ayə: (101).

[229]ən-Nisa surəsi, ayə: (102).

[230]Müslim: 841.

[231]Buxari: 956, Müslim: 889.

[232]Bax: Muğni, 2/232, 233.

[233]Əhməd: 1/37, Nəsai: 1/232, Beyhəqi: 3/200. Hədis səhihdir. Bax: İrva-Ğalil:  3/106.

[234]Əbu Davud: 1149. Hədis səhihdir. Bax: İrva-Ğalil:  3/286.

[235]Əhməd: 4/316. Albani, İrva-Ğalil:  3/113 də hədisin “həsən” olduğunu bildirmişdir.

[236]Əhməd: 4/7, İbn Maca: 1283. Albani, İrva-Ğalil: 3/116 da hədisin “səhih” olduğunu bildirmişdir.

[237]Müslim: 891.

[238]Buxari: 963, Müslim: 888.

[239]Buxari: 953.

[240]Tirmizi: 542, İbn Maca: 1756. Albani, Səhih İbn Maca: 1422 də hədisin “səhih” olduğunu bildirmişdir.

[241]Buxari: 978.

[242]əl-Bəqərə surəsi, ayə: (185).

[243]Buxari: 986.

[244]Buxari: 1011, Müslim: 894.

[245]Nəsai: 1521, Tirmizi: 558. Hədis, “həsən” hədisdir. Bax: İrva əl-Ğalil: 3/133.

[246]Buxari: 933, Müslim: 897.

[247]əl-Əraf surəsi, ayə: (96).

[248]Tirmizi: 458, İbn Maca: 1266. Hədis “həsən” hədisdir. Bax: İrva əl-Ğalil: 3/133.

[249]Buxari: 1014, Müslim: 897. Bu dua, uzun istisqa hədisi içərisində varid olmuşdur.

[250]Əbu Davud: 1169. Albani, Təxric əl-Mişkət: 1507 də hədisin sənədinin “səhih” olduğunu bildirmişdir.

[251]Əbu Davud: 1173. Albani, Təxric əl-Mişkət: 1508 də hədisin sənədinin “həsən” olduğunu bildirmişdir.

[252]Buxari: 1011, Müslim: 894.

[253]Tirmizi: 458, İbn Maca: 1266. Hədis “həsən” hədisdir. Bax: İrva əl-Ğalil: 3/133.

[254]Buxari: 1021, Müslim: 897. Hədisin ləfzi Müslimə aiddir.

[255]Buxari: 1048, Müslim: 911.

[256]Bax: Fəth əl-Bəri: 2/612, İbn əl-Qayyim, əs-Salət: səh. 15, əş-Şərh əl-Mumti: 4/237, 238.

[257]Müslim: 915.

[258]Müslim: 904.

[259]Buxari: 1044.

[260]Buxari: 1266, Müslim: 1206.

[261]Buxari: 1259, Müslim: 939.

[262]İbn Maca: 1467. Albani, Səhih Sünən İbn Maca: 1207 də “səhih” olduğunu bildirmişdir. Bax: İrva əl-Ğalil: 3/159.

[263]Əbu Davud: 3215, İbn Maca: 1464. Albani, İrva əl-Ğalil: 3/162 də “həsən” olduğunu bildirmişdir.

[264]İbn Maca: 1465. Hədis, “səhih” hədisdir. Bax: İrva əl-Ğalil: 3/160.

[265]Malik, Muvvata: 1/223.

[266]Buxari: 1343.

[267]Buxari: 1266, Müslim: 1206.

[268]Buxari: 1276, Müslim: 940.

[269]Buxari: 1264, Müslim: 941. Son ləfizlər İmam Əhməd: 6/118 də rəvayət edilmişdir.

[270]Əbu Davud: 3878, Tirmizi: 1005, İbn Maca: 1472. Hədisin ləfzi Tirmiziyə aiddir. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünnən ət-Tirmizi: 792 də hədisin “səhih” olduğunu bildirmişdir.

[271]Müslim: 1619.

[272]Müslim: (952) – 66.

[273]Müslim: 394.

[274]Əbu Davud: 3199. Hədis, “həsən” hədisdir. Bax: İrva əl-Ğalil: 3/179.

[275]Buxari: 1325, Müslim: 945.

[276]Əbu Davud: 3194, Tirmizi: 1045, İbn Maca: 1494. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 826 da hədisin “səhih” olduğunu bildirmişdir.

[277]Əbu Davud: 3201, Tirmizi: 1024, Hakim, Müstədrak: 1/358. Tirmizi hədisə “həsən səhih” hökmü vermiş, Hakim isə hədisin Buxari və Müslimin şərtinə görə “səhih” olduğunu demişdir, Zəhəbi də ona müvafiq olmuşdur.

[278]Müslim: 963.

[279]Abdurrazzaq, Musannaf:  3/529, hədis nömrə: 6589.

[280]Malik, Muvvata:  1/228, hədis nömrə: 17 Abdurrazzaq, Musannaf:  3/488, hədis nömrə: 6425, İbn Hibban, əl-İhsan: 7/342, hədis nömrə: 3073. əl-İhsan kitabının təhqiqatçıları: “Sənədi Müslimin şərtinə görə səhihdir” demişdilər

[281]Buxari: 458, Müslim: 956.

[282]Buxari: 1325, Müslim: 945.

[283]Buxari: 1240.

[284]Tabarani: 12/430, hədis nömrə: 13613. İbn Həcər, Fəth əl-Bəri: 3/219 da hədisin “həsən” olduğunu bildirmişdir.

[285]Buxari: 1351, Müslim: 944. Hədisin ləfzi Buxariyə aiddir.

[286]Buxari: 1278, Müslim: 938. Hədisin ləfzi Müslimə aiddir.

[287]Buxari: 1310, Müslim: 959.

[288]  Tirmizi: 1056. Tirmizi hədisə “həsən” hökmü vermiş, Albani isə Səhih Sünən ət-Tirmizi: 835 də hədisin “ səhih” olduğunu bildirmişdir.

[289]Bax: əş-Şərh əl-Mumti: 4/458.

[290]Müslim: 970. Tirmizi: 1064. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir.

[291]Buxari: 1330, Müslim: 529.

[292]Müslim: 971.

[293]Tirmizi: 1064. Hədisə “həsən səhih” hökmü vermişdir.

[294]Əbu Davud: 3221.Hakim, Müstədrak: 1/370 də hədisə “səhih” hökmü vermiş, Zəhəbi də ona müvafiq olmuşdur. Nəvəvi və İbn Həcər isə hədisin “həsən” olduğunu bildirmişdilər. Bax: ət-Təaliq Alə ət-Tahaviyyə: 2/265, 266.

[295]Buxari: 2697, Müslim: (1718) – 17. Hədisin ləfzi Müslimə aiddir.

[296]Buxari: 284, Müslim: 923.

[297]İbn Maca: 1612.Albani, Səhih Sünən İbn Maca: 1318 də hədisin “səhih” olduğunu bildirmişdir.

[298]Əbu Davud: 3116, Tirmizi: 1003, İbn Maca: 1610. Albani, Səhih Sünən İbn Maca: 1316 da hədisin “həsən” olduğunu bildirmişdir.

[299]Buxari: 1303.

[300]Buxari: 1294, Müslim: 103.

[301]Müslim: 934.