Layihə Haqqında

Bismilləhi Rahməni Rahim!

Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allahın salavatı və salamı seyyidimiz Muhəmmədin onun ailəsinin və əshabının üzərinə olsun.

Dəyərli oxucular, qısaca olaraq bu sayt haqqında məlumat vermək istərdik. Bilməyiniz vacibdir ki, bu saytda əsasən Qurani Kərimin təfsirinin Azərbaycan dilinə tərcüməsi yerləşdirilib və yerləşdirilməyə davam edir. Təfsirin müəllifi böyük alim, daha çox İbn Kəsir kimi tanınan, İmadəddin əbul-Fida İsmayıl ibn Ömər ibn Kəsir əl-Bəsri əd-Dəməşqi əl-Quraşi əş-Şəfii dir, Allah ona rəhmət etsin, qəbri nurla dolsun.

Tərcümə zamanı istifadə etdiyimiz kitablar bunlardır:
1. Müəllif: İbn Kəsir
Təhqiqçi: Şeyx Səmi ibn Muhəmməd Səlləmə,
Əsərin adı: Böyük Quran təfsiri (ƏRƏB DİLİNDƏ)
Cildlərin sayı: 8
2. Müəllif: İbn Kəsir
Əsərin adı: Böyük Quran Təfsiri (TÜRK DİLİNDƏ)
Tərcüməçi: Dr. Abdullvəhhab Öztürk
Cildlərin sayı: 10
3. Quranın Azərbaycan dilinə mənaca tərcüməsi
Tərcüməçi: Əlixan Musayev
4. Quranın Azərbaycan dilinə mənaca tərcüməsi
Tərcüməçilər: Ziya Bünyadov, Vasim Məmmədəliyev

Sonda Allahdan bu işimizin bərəkətli olmasını və oxucuların Allahın kəlamını anlamaqlarında səbəb olmasını diləyirik. Allahın salavatı və salamı seyyidimiz Muhəmmədin onun ailəsinin və əshabının üzərinə olsun.