On birinci: Cəzalar (əl-Hüdud) fəsli

Bu fəsil, səkkiz bölümü əhatə edir.

Birinci bölüm:

Cəzanın (əl-Hüdud) tərifi, dəlilləri, onun hikməti və başqa məsələlər.

1- Cəzanın (əl-Hüdud-un) tərifi:

Ərəb dilində əl-Hədd sözünün lüğəti mənası, maneə deməkdir. Allahın hüdudları dedikdə, yəni, Allahın haram etdiyi, edilməsi qadağan olan əməllər nəzərdə tutulur. Uca Allah buyurur: «Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın!» [1]

Bu cür adlanmasına səbəb, onları etməyə mane olmasıdır.

Cəzanın (əl-Hüdudun) şəriət mənası: Uca Allahın haqqına görə, şəriətdə müəyyən edilmiş cəzalardır. Bəzi alimlərə görə cəzanın şəriət mənası, insanlar cinayətkarın eyni əməlini yaxud da eyni günahını təkrar etməsinlər deyə, şəriətin təyin etdiyi cəza tədbirləridir.

2- Cəzanın icazəli olmasının dəlilləri:

Cəzanın icazəli olmasının dəlilləri Kitab, Sünnə və ümmətin yekdil rəyidir (icmadır). Kitab və Sünnə, zina, oğurluq, spirtli içki və s. buna oxşar, inşallah qarşıda təfsilatlı şəkildə dəlillər ilə qeyd ediləcək cinayətlər və müəyyən asiliklərə görə cəzalara qərar vermişdir.

3- Cəzaların tətbiq olunmasının hikməti:

Şəriət cəzaları, insanların asiliklər etməmələri və Allahın -Sübhənəhu- haram buyurduğu əməllərə yol verməmələri üçün icazəli etmişdir. Hər hansı bir cəmiyyətdə Allahın qoyduğu cəzalar tətbiq edilərsə, o cəmiyyətdə asayiş qorunar, sakitlik olar, nizam-itnizama riayət edilər, insanlar arasında əmin-amanlıq yayılar, insanlar yer üzündə layiqli qərar tutar və rahat həyat sürərlər.

Necə ki, cəzaların tətbiq edilməsi qulun elə dünyada ikən günahının bağışlanmasına səbəbdir. Çünki Ubadə bin Samit, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) beyət barədə rəvayət etdiyi hədisdə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu demişdir: «Kim də bu günahlardan birini edib sonra dünyada ikən cəzalandırılsa, bu onun üçün kəffarə olar»[2].

Xuzeymə bin Sabit rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kim hədd cəzası olan bir günah edərsə və hədd onun üzərinə tətbiq edilərsə, bu onun günahına kəffarə olar»[3].

Bu cəzalar, insanların xeyri və mənfəəti üçün olması ilə yanaşı həm də bütünlüklə adillik və insafdır. Hətta onlar adilliyin son həddidir.

4- Cəzaları tətbiq etməyin vacibliyi və bu işdə şəfaətin (kiminsə cinayətkarın günahından keçilməsi üçün üzrxahlıq etməsinin) haram olması:

Asiliklərə mane olmaq və asiliklər edənlərin qarşısını almaq üçün insanlar arasında cəzaları tətbiq etmək vacibdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) cəzaları tətbiq etməyə rəğbətləndirərək demişdir: «Allahın qoyduğu cəzalardan bir cəzanı tətbiq etmək, İzzət və Cəlal sahibi olan Allahın şəhərlərinə qırx gecə yağış yağmasınqdan daha xeyirlidir»[4].

Cinayət imama çatdıqdan və təfərrüatları onun üçün dəqiqləşdikdən sonra cəzanın tətbiq edilməməsi üçün şəfaət etmək haramdır. Necə ki, başçının bu kimi hadisələrdə şəfaətçiliyi qəbul etməsi də haramdır. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Kimin şəfaəti Allahın hədlərindən hər hansı bir həddin tətbiq edilməsinə maneə olarsa, artıq Allahın əmrinə zidd olmuşdur»[5].

Həmçinin Məxzumiyyə qəbiləsindən olan bir qadın oğurluq etdikdə, Usamə bin Zeyd həmin qadın üçün Peyğəmbərə (sallallahu aleyhi və səlləm) şəfaətçilik etmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun şəfaətini rədd etmiş və üstünə qəzəblənərək demişdir: «Allaha and olsun ki, əgər Muhammədin qızı Fatimə oğurluq etmiş olsaydı, Muhamməd onun da əlini kəsərdi»[6].

Amma iş imama çatmazdan əvvəl cinayətkarı bağışlamaq caizdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), ridası oğurlanmış və buna baxmayaraq oğrunu əfv etmək istəyən səhabəyə demişdir: «Nə üçün mənim yanıma gətirməzdən əvvəl (onu əfv) etmədin»[7].

5- Cəzanı kim tətbiq edir və cəza tətbiq edilən yer:

Cəza imamın yaxud da onun təyin etdiyi insanın göstərişi əsasında həyata keçirilir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) sağ ikən cəzaları özü tətbiq etmiş və bundan sonra onun xəlifələri bu yolu eyni ilə davam etmişdilər. Bəzən də Peyğəmbər (sallallahu aleyhi və səlləm) cəzanı tətbiq edilməsi üçün öz yerinə başqa bir kimsəni göndərərdi. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sən də, ey Uneys, get bu kişinin qadınının yanına. Əgər o, zina etdiyini boynuna alsa, onu daşqalaq et!»[8].

İnsanlar arasında adilliyi bərqərar etmək və zülmün qarşısını almaq üçün cəza hökmlərini tətbiq etmək imama vacibdir.

Cəzalar məsciddən başqa hər bir yerdə tətbiq edilə bilər. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) məsciddə qisas almağı, şeir söyləməyi və cəzaları tətbiq etməyi, məscidi (qana) bulaşdırmamaq və s. buna oxşar şeylər üçün qadağan etmişdir. [9]

 Başqa rəvayətlərdə qeyd edilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Maizi daşqalaq etdirdikdə, Mədinədə Harra deyilən yerə çıxarmış və orada daşqalaq etdirmişdir[10].

İkinci bölüm:

 Zinanın cəzası barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Zina sözünün tərifi, hökmü və təhlükəsi:

1- Zina sözünün tərifi:

Zinanın sözünün lüğəti mənası: Zina sözü, dini nikah olmadan yad qadınla cinsi əlaqədə olmağa və onunla yaxınlıq etməyə deyilir.

Şəriət mənası: Kişi, sahib olmadığı və qadının ona halal olmamasına heç bir şübhə etmədiyi halda onunla ön tərəfdən cinsi əlaqədə olmasıdır. Yaxud da, zina: ön və arxa tərəfdən çirkin bir əməl etməkdir (cinsi əlaqədə olmaqdır).

2- Zinanın hökmü:

Zina etmək haramdır və ən böyük günahlardandır. Çünki Uca Allah buyurur: «Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!» [11]

Rəvayət ediir ki, Abdullah bin Məsud -Allah ondan razı olsun- demişdir: “(Bir dəfə) mən Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) soruşdum: “Hansı günah Allah yanında ən böyük günah sayılır?” O dedi: «Səni yaradan Allaha (başqa birisini) tay tutmağın!» Mən yenə soruşdum: “Bəs sonra hansıdır?” O dedi: «Övladının səninlə birgə yemək yeyəcəyindən qorxub onu öldürməyin!» Mən soruşdum: “Sonra hansıdır?” O buyurdu: «Qonşunun zövcəsi ilə zina etməyin»[12].

Alimlər zinanın haram olması barədə yekdil rəydədirlər.

3- Zina günahının təhlükəsi, çirkinliyi və fəsadları:

Zina, miras bölümü vaxtı hüquqların itməsinə, yad insanların mirasa sahib olmasına və nəsillərin bir-birinə qarışmasına səbəb olduğu üçün, cəmiyyətə və fərdi insanlara qarşı təhlükəli və çirkin bir iş sayılır və o, ən böyük günahlardan biridir. Zina, ailələrin dağılnmasına, övladların cəmiyyətdə zay olmasına, tərbiyələrinin pozulmasına və əxlaqlarının korlanmasına səbəbdir. Bəzən də qadın zinadan sonra hamilə qalır, əri isə zövcəsinin bətnindəki uşağı özününkü zənn edərək onu öz övladı kimi tərbiyə edir və nəticədə qadın ərini aldatmış olur. Ümumiyyətlə zinanın ailələri dağıtmaq və sairə zərərləri cəmiyyətə və fərdi insanlara gizlin deyil.

Elə buna görə də İslam dini insanları zinadan çəkindirmiş və zinaya yaxınlıq edənlərə şiddətli cəzalar tətbiq etmişdir. Bu haqda irəlidə daha ətraflı danışılacaq.

İkinci məsələ: Zinanın cəzası:

Zinakarın iki halı var:

1- Evli olduqdan sonra zina edən.

2- Subay halında zina edən.

Birinci: Evli olduqdan sonra zina edən:

Evli olduqdan sonra zina edən kimsəyə, zina cəzasini tətbiq edilməsi üçün, aşağıdakı şərtlərin olması labüddür. Bu şərtlər:

  1. Həyatında (bir dəfə də olsa) ön tərəfdən qadınla cinsi əlaqədə olmalıdır. Belə ki, zinakar kişi və qadın, əvvəllər halal cinsi əlaqədə olmuş insanlar olmalıdırlar.
  2. Cinsi əlaqə, düzgün nikah kəsildikdən sonra olmalıdır.
  3. Kişi və qadın cinsi əlaqədə olduğları vaxt, hər ikisinin də həddi-büluğa çatmış, azad və əqli qüsursuz insan olmalıdırlar.

Evli insan dedikdə: O, və zövcəsi həddi-büluğa çatmış, əqli qüsursuz və azad insan olduqları halda, aralarında düzgün nikah kəsildikdən sonra, zövcəsinə ön tərəfdən cinsi əlaqədə olan kişi- nəzərdə tutulur.

Evli insan zina etdikdə, ona zina cəzası tətbiq etmək üçün, mütləq bu beş şərtin olması vacibdir. Bu şərtlər: həddi-büluğa çatmaq, əqli qüsursuz və azad insan olmaq, cinsi əlaqədə ön tərəfdən olmaq və cinsi əlaqədə düzgün nikah kəsildikdən sonra olmaqdır.

Zina edən evli insanın cəzası:

Əgər evli insan zina edərsə, onun kişi və ya qadın olmasından asılı olmayaraq, cəzası, ölənə qədər qaşqalaq etməkdir. Daşalaq etmək, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) söz və əməlindən mütəvatir (yəni, danılması mümkün olmayacaq dərəcədə çoxsaylı) hədislərlə varid olmuşdur. Daşqalaq sözü, İslamın ilk dönəmində Qurani-Kərimdə mövcud idi, sonra isə qaşqalaq sözü nəsx olundu, lakin hökmü qaldı. Daşqalaq sözü, İzzət və Cəlal sahibi olan Allahın bu ayəsi idi: «Əgər kişi və ya qadın zina edərsə, Allahdan onlara cəza olaraq mütləq onları daşqalaq edin, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!».

Rəvayət edilir ki, Ömər bin Xəttab -Allah ondan razı olsun- xütbə edərək demişdir: «Həqiqətən Allah Muhəmmədi (sallallahu aleyhi və səlləm) haqla göndərdi və ona Kitab nazil etdi. Allahın Ona nazil etdiyi şeylərdən biri də daşqalaq (rəcm) ayəsidir. Onu oxuduq, əzbərlədik və dərk etdik. Peyğəmbər (sallallahu aleyhi və səlləm) daşqalaq etdi və biz də ondan sonra daşqalaq etdik. Qorxuram ki, zaman keçdikcə kimsə: «Allahın Kitabında daşqalaq etməyi tapmadıq deyər və Allahın vacib buyurduğunu tərk etdiklərinə görə zəlalətə düşərlər. Zinası sübuta yetmiş hər bir evli kişi və qadına, hamiləyə və etiraf edənə, daşqalaq olunması Allahın Kitabında haqdır»[13].

Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) məsciddə olarkən müsəlmanlardan bir kişi Onun yanına gəlib, Ona nida edərək: “Ey Allahın elçisi! Mən zina etmişəm”- dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ondan üz çevirdi. Kişi Peyğəmbər (sallallahu aleyhi və səlləm) qarşısında qayanaraq: “Ey Allahın elçisi! Mən zina etmişəm” dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) yenə də ondan üz çevirdi. Hətta kişi bunu dörd dəfə təkrar etdi. Kişi öz əleyhinə dörd dəfə şahidlik etdikdən sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu çağırıb dedi: «Sən dəli deyilsən ki?». Kişi: “Xeyr”- dedi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: «Evlisənmi?». Kişi: “Bəli”- deyərək cavab verdi. Bundan sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) (səhabələrə): «Gedin onu qaşqalaq edin»- dedi[14].

Alimlər, evli zina edənin hökmünün, ölənə qədər qaşqalaq olması barədə icma ediblər (yekdil rəydədirlər).

İkinci: Subay halında zina edən:

Bu, evli olduqdan sonra zina edən adam barəsində yuxarıda qeyd edilən şərtlər hasil olmayan kimsədir.

Zina edən subay insanın cəzası:

Əgər subay insan zina edərsə, ona cəza olaraq yüz çubuq vurulmalı və bir illik yurdundan sürgün edilməlidir. Lakin alimlər, qadının sürgün olunması üçün onunla birgə məhrəminin də olmasını şərt qoymuşlar. Çünki Uca Allah buyurur: «Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun.» [15]

Ubadə ibn əs-Sammit -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Məndən götürün, məndən götürün. Artıq Uca Allah onlara yol göstərdi. Zina edən bakirə qadın və subay kişinin cəzası yüz çubuq və bir il müddətinə yaşadığı yerdən uzaqlaşdırılmasıdır»[16].

Zinakarı uzaqlaşdırmaq, yaşadığı yerdən sürgün etmək mənasını bildirir.

Əgər qul zina edərsə -evli və ya subay yaxud kişi və ya qadın olmasından asılı olmayaraq- cəzası əlli çubuq vurmaqdır. Çünki Uca Allah buyurur: «Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir.» [17]

Daşqalağı yarıya bölmək mümkün olmadığı üçün, bu ayədə deyilən əzabla, yüz çubuq vurmaq nəzərdə tutulur və yüz çubuğun yarısı da əlli çubuqdur.

Sünnədə qul zina etdikdə onun sürgün olunması barədə bir şey varid olmadığı üçün, qul zina etdikdə sürgün olunmur. Çünki onu sürgün etmək, ağasına zərər verməkdir.

Həmçinin yuxarıda qeyd edildiyi kimi, qadın da məhrəmsiz sürgün olunmur.

Üçüncü məsələ: Zinanın cəzası nə ilə isbat olunur?

Zina cəzasını tətbiq etmək üçün ən birinci zinanın baş verməsini dəqiqləşdirmək lazımdır. Bu isə yalnız iki halda isbat oluna bilər:

Birinci hal: Zinakar, müxtəlif vaxtlarda olsa belə, zina etdiyini dörd dəfə iqrar etməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Maizi və Ğamidiyə qəbiləsindən olan qadını, etiraf etdikdən sonra daşqalaq etdirmişdir. Amma dörd dəfə etiraf etməyin şərt olmasının dəlilinə gəldikdə, Çünki Maiz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanında üç dəfə zina etdiyini etiraf etdi, dördüncü dəfə etiraf etdikdə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu daşqalaq etdi.

— Zina etdiyini iqrar edən insan, iqrar etdiyində zina və cinsi əlaqənin həqiqətini açıq-aydın deməlidir. Çünki ola bilər ki o, zina cəzasını vacib etməyən, qadına cinsi əlaqədə olmadan yaxınlaşmanı zina hesab etsin. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Maiz zina etdiyini iqrar etdikdə: «Bəlkə öpmüsən yaxud əl dəymisən (toxunmusan)?»- deyərək ondan soruşurdu. O isə “Xeyr”- deyərək cavab verirdi və Peyğəmbər (sallallahu aleyhi və səlləm) bütün ehtimallar gedənə qədər, bunu neçə dəfə təkrar-təkrar soruşdu.

— Ona zina cəzası tətbiq olunana qədər, iqrarının üstündə durması və iqrarından dönməməsi labüddür. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) Maizdən təkrar-təkrar soruşurdu ki, bəlkə Maiz iqrarından dönər və Maiz onu daşqalaq edən zaman qaçdıqda Peyğəmbər (sallallahu aleyhi və səlləm): «Niyə onu buraxmadınız?!» — demişdir[18].

İkinci hal: Dörd insan onun zina etdiyinə şahidlik etməlidir. Çünki Uca Allah buyurur: «(Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər?» [19]

Uca Allah buyurur: «Öz aranızdan (möminlərdən) dörd şahid tutun!» [20]

Bu dörd nəfərin, onun zina etməsinə şahidlik etmələrinin düzgün olması üçün bəzi şərtlər var:

1- Yuxarıda deyilən ayəyə əsasən, şahidlərin sayı dörd olmalıdır. Əgər şahidlərin sayı dörddən az olarsa, etdikləri şahidlik qəbul olunmaz.

2- Şahidlər mükəlləf -həddi-büluğa çatan və əqli qüsursuz- insanlar olmalıdır. Uşaqların və dəlilərin şəhadəti qəbul olunmur.

3- Şahidlər adil kişilər olmalıdır. Zina çirkin bir əməl olduğu üçün, qadınların şəhadəti qəbul olunmur. Bu onları  qorumaq və onlara hörmət göstərmək məqsədi daşıyır. Həmçinin fasiq insanın şəhadəti qəbul deyil. Çünki Uca Allah buyurur: «(Aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun.» [21]

Uca Allah buyurur: «Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın!» [22]

4- Şahidlər zinanı gözləri ilə görməli və bunu açıq-qydın vəsf etməlidirlər. Bununla da başqa haram yaxınlaşmalar ehtimallarının hər birini dəf etməlidirlər. Onlar deməlidirlər: «Biz, milin sürmə qabında olduğu kimi, kişinin övrətinin də qadının fərcində (övrətində) olduğunu gördük.» Şəriət belə hallarda baxmağı, (zinakara cəza tətbiq etmək) zərurət olduğuna görə icazə vermişdir.

5- Şahidlər müsəlman olmalıdırlar. Kafir ədalətli insan olmadığlna görə, onun şəhadəti qəbul deyil.

6- Şahidlərin hökm məclisinə birgə gəlməsindən yaxud da tək-tək gəlməsindən asılı olmayaraq, onların hamısı bir məclisdə şahidlik etməlidirlər.

Əgər bu şərtlərdən biri naqis olarsa, bu zaman onların hamısına böhtan atma cəzasının tətbiq edilməsi vacibdir, çünki onlar iftiraçıdırlar.

Üçüncü bölüm:

 Böhtan atmağın (əl-Qazf) cəzası barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Böhtan atmaq (əl-Qazf) sözünün mənası və hökmü:

  1. Böhtan atmaq (əl-Qazf) sözünün tərifi:

əl-Qazf sözünün lüğəti mənası, Atmaq deməkdir. Məsələn, daş və ya başqa bir şey atmaq. Sonra bu kəlmə, aralarında oxşarlıq əlaqəsi yəni, əziyyətin olduğu üçün, zina və livat (homoseksualizm) və s. bu kimi çirkin əməllərə istifadə edilmişdir.

əl-Qazf sözünün şəriət mənası, Zina və Lut qövmünün əməlini etməsi barədə böhtan atmaq yaxud tam dəlillərlə isbat edə bilməyərək bunların ikisindən birinin edildiyinə şahidlik etmək yaxud da zina və livat cəzasını vacib edən (başqasının) nəsəbini inkar etmək.

2- Böhtan atmağın cəzası:

Əslində böhtan atmaq Kitab, Sünnə və ümmətin yekdil rəyinə (icmaya) əsasən haramdır və ən böyük günahlardan biridir. Çirkin bir əməl etdiyi böhtanını atmağın hökmü haramdır.

Çünkü Uca Allah buyurur: «Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.» [23]

Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Həlak edici yeddi günahdan çəkinin!…» və o həlak edici günahlardan bunu qeyd etdi: «İsmətli mömin qadınları zinada ittiham etmək»[24].

İslam alimləri böhtan atmağın haram olmasında icma etmiş və onu ən böyük günahlardan biri saymışlar.

Zövcəsinin zina etdiyıni görən, bundan sonra uşağı olan və uşağın zinadan doğulmasını zənn edən kişinin, uşağın ona aid olmaması və nəslindən olmayan bir kimsəni nəslinə daxil etməməsi üçün, zövcəsini zinada ittiham etməsi vacibdir. Zövcəsinin zina etdiyini gördükdə lakin bu zinadan uşaq doğulmadıqda, ərinin qadını zinada ittiham etməsi mübahdır.

İkinci məsələ: Böhtan atmağın cəzası və bu cəzanın hikməti:

1- Böhtan atmağın cəzası:

İslam dini, müsəlmana zina böhtanı atıb və atdığı böhtanı təsdiqləyəcək dəlil gətirə bilməyənin, kişi və ya qadın olmasından asılı olmayaraq, azad kimsəyə səksən, qula isə qırx çubuq vurmağa qərar vermişdir. Çünki Uca Allah buyurur: «İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun.» [25]

Böhtan atan insana -ona böhtan cəzası tətbiq olunması ilə yanaşı- cəza vermək lazımdır. Bu cəza, onun şəhadətinin heç vaxt qəbul olunmaması və ona fasiq hökmü verilməsidir. Çünki Uca Allah buyurur: «Və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir.» [26]

Əgər böhtan atan kimsə tövbə edərsə, bundan sonra şahidliyi və tövbəsi qəbul olunar. Belə ki, başqasına atdığı böhtanın yalandan atdığını boynuna almalı, peşman olmalı və Allahdan bağışlanma diləməlidir. Çünki Uca Allah buyurur: «Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir!» [27]

2- Böhtan atmağın cəzasının hikməti:

İslam dini, böhtan atmağa cəza tətbiq etməklə, ümumən cəmiyyəti və xüsusən də insanların namuslarını qorumağı, pis dilləri kəsməyi və möminlər arasında çirkin şayiələrin yayılmasının qarşısını almağı qəsd etmişdir.

Üçüncü məsələ: Böhtan cəzasını vacib edən şərtlər:

Böhtan atanda və böhtan atılanda, böhtan cəzasını vacib edən şərtlər cəmləşmədikcə və böhtan cəzasını tətbiq etməyə haqq vermədikcə, onu tətbiq etmək vacib deyil.

Birinci: Böhtan atan kimsənin şərtləri: Bu beş şərtdir:

1- Böhtan atan həddi-büluğa çatan insan olmalıdır. Uşaq böhtan atsa, ona böhtan cəzası tətbiq olunmur.

2- Böhtan atan əqli qüsursuz insan olmalıdır. Dəli və əqli qüsurlu insan böhtan atsa, onlara böhtan cəzası tətbiq olunmur.

3- Böhtan atan, böhtan atılanın, atası, babası, anası və nənə kimi şəcərə yuxarı yaxınları olmasın. Övladına hətta şəcərə aşağı olsa belə, böhtan atan valideyinə böhtan cəzası tətbiq edilmir.

4- Böhtan atan öz ixtiyarı ilə bunu edən olmalıdır. Yatmış və böhtan atmağa məcbur edilən insana böhtan cəzası tətbiq olunmur.

5- Böhtan atan, böhtan atmağın haram olduğunu bilməlidir. Bu hökmü bilməyənə böhtan cəzası tətbiq olunmur.

İkinci: Böhtan atılan kimsənin şərtləri: Bu da beş şərtdir:

1- Böhtan atılan müsəlman olmalıdır. Kafirə böhtan atan kimsəyə böhtan cəzası tətbiq olunmur. Çünki kafirin Allah qatında dəyəri (qədir qiyməti) naqisdır.

2- Böhtan atılan əqli qüsursuz insan olmalıdır. Dəliyə böhtan atan kimsəyə böhtan cəzası tətbiq olunmur.

3- Böhtan atılan həddi-büluğa çatan yaxud cinsi əlaqədə olmağı bacaran yaxud da onun kimiləri cinsi əlaqəyə qadir olan insan olmalıdır. Bunlar da on yaşlı oğlan və ya doqquz yaşlı qız və daha yuxarı yaşlardır.

4- Böhtan atılan zahiri halı ilə zinadan uzaq insan olmalıdır. Əxlaqsız insana böhtan atana kimsəyə böhtan cəzası tətbiq olunmur.

5- Böhtan atılan kimsə azad insan olmalıdır. Qula böhtan atan kimsəyə böhtan cəza yoxdur. Çünki Əbu Hüreyrə -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Kim köləsini zinada ittiham edərsə, Qiyamət günü onun özünə böhtan cəzası tətbiq edilər. Yalnız sözündə həqiqət olan kimsələr müstəsnadır»[28].

İmam ən-Nəvəvi -Allah ona rəhmət etsin- demişdir: «Bu hədisdə, köləyə böhtan atan kimsəyə dünyada böhtan cəzası tətbiq olunmamasına dair işarə vardır. Bu, alimlər arasına icmadır (yekdil rəydir). Qulun azad (muhsan) insan olmadığı üçün, ona böhtan atana həmin cəzası verilməsə də, hakim tərəfindən digər cəza verilməlidir…»[29].

Yuxarıda deyilənlərdən aydın olur ki, böhtan atan kimsəyə, böhtan cəzasını tətbiq etmək üçün, böhtan atılan kimsənin mütləq muhsan olması şərtdir. Muhsan dedikdə burada, müsəlman, əqli qüsursuz, azad, zinadan iffətli, həddi-büluğa çatan və cinsi əlaqədə olmağı bacaran yaxud da onun kimiləri cinsi əlaqəyə qadir olan insan olması nəzərdə tutulur. Çünki Uca Allah buyurur: «İsmətli qadınları (zinada) günahlandıranlar.» [30]

Ayədən başa düşülür ki, muhsan olmayan insana böhtan atma cəzası tətbiq edilmir.

Dördüncü məsələ: Böhtan cəzasını tətbiq etməyin şərtləri:

Əgər böhtan cəzasını tətbiq etmək vacib olarsa, bu zaman cəza tətbiq etmək üçün dörd şərtin olması vacibdir. Bu şərtlər aşağıdakılardır:

1- Böhtan atılanın, böhtan atanın üzərinə böhtan cəzasınının tətbiq edilməsini tələb etməsi və bu tələbinin üzərində cəza tətbiq edilənə qədər qalması. Çünki bu cəzanı tətbiq etmək, böhtan atılan insanın şəxsi hüququdur. O, tələb etməsə, bu cəza icra olunmaz və əfv edərsə bağışlanar. Əgər o, böhtan atanı bağışlayarsa, cəza tətbiq ediməz, lakin hakim onu, haram iş tutduğuna görə cəzalandırmalıdır.

2- Böhtan atanın, atdığı böhtanı sübüt edəcək dəlili yəni, dörd şahidi gətirə bilməməsi. Çünki Uca Allah buyurur: «Sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə çubuq vurun.» [31]

3- Böhtan atılan kimsənin, böhtan atanı təsdiqləməməsi və onun dediklərini iqrar etməməsi. Əgər böhtan atılan kimsə iqrar edərsə və böhtan atanın düzgün dediyini təstiqləyərsə, bu zaman təsdiq etmək, dəlillə sübut etməkdən daha üstün olduğu üçün ona böhtan cəzası tətbiq edilməz.

4- Böhtan atanla, böhtan atılan kimsənin lənətləşməməsi. Əgər böhtan atan qadının əridirsə, lənətləşmə bölümündə qeyd edildiy kimi, qadının lənət etməsi böhtan cəzasının tətbiq edilməsinin qarşısını alır.

Dördüncü bölüm:

 (Xamr) İçki içməyin cəzası barədə

Bu bölümdə bəzi məsələlər var:

Birinci məsələ: Xamrın tərifi, hökmü və haram olmasının hikməti:

1- Xamrın tərifi:

Xamr sözünün lüğəti mənası: Hansı maddədən olmasından asılı olmayaraq, ağılı örtən, aparan hər bir şeyə, xamr deyilir.

Xamr sözünün şəriət mənası: Meyvə suyu yaxud üzüm şirəsi və s. bu kimi bişmiş və ya çiy olmasından asılı olmayaraq sərxoş edən hər bir şeyə xamr deyilir. Sərxoş olmaq, ağlın qarışması deməkdir. Spirtli içki isə, onu qəbul edəni sərxoş edən içkidir. Sərxoş olan, ayıq olan insanın tam əksidir.

2- Xamrın hökmü:

Spirtli içkinin (xamrın) və həmçinin başqa sərxoş edən spirtli içkilərin hökmü haramdır. Hər bir sərxoş edən şey xamrdır. Spirtli içkinin az və çox olmasından asılı olmayaraq içmək olmaz və onu içmək ən böyük günahlardan biridir. Spirtli içki (xamr) Kitab, Sünnə və ümmətin icması ilə haramdır. Çünki Uca Allah buyurur: «Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!» [32]

Uca Allahın ayədə şərabdan uzaq durmağı əmr etməsi, şərabın haram olmasına dəlalət edir.

Aişə -Allah ondan razı olsun-, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Hər bir sərxoşedici içki haram sayılır»[33].

İbn Ömər -Allah ondan razı olsun- Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə rəvayət etmişdir: «Sərxoşediçi hər bir şey xamrdır və hər bir xamr haramdır»[34].

İçkinin haramlığı və ondan çəkindirmək barədə, mütavatir dərəcəsinə çatan olduqca çoxlu hədislər mövcuddur.

Həmçinin ümmət də içkinin haram olmasına icma etmişdir.

3- İçkinin haram olmasının hikməti:

İzzət və Cəlal sahibi olan Allah, insanı çox saylı nemətlərlə rüziləndirmişdir. Bu nemətlərdən biri də, onu başqa məxluqatlardan üstün edən ağıl nemətidir. Sərxoş edici içkilər insanın ağıl nemətini əlindən aldığına, möminlər arasında düşmənçilik, kin-küdurət yaranmasına səbəb olduğuna, namazdan və Allahı zikir etməkdən yayındırdığına görə şəriət içkini haram etmişdir. İçkinin təhlükəsi və şəri böyükdür. İçki, şeytanın müsəlmanlara zərər yetirmək üçün bir silahıdır. Uca Allah buyurur: «Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər.» [35]

İkinci məsələ: İçki içənin cəzası, bu cəzanın şərtləri və içkinin cəzası nə ilə isbat olunur?

1- İçki içənin cəzası:

İçki içənin cəzası, çubuqla vurmaqdır. Bunun miqdarı qırx çubuqdur. Səksən çubuq vurmaq da caizdir. Bu imamın ictihadına qayıdan bir işdir. İmam insanların qırx çubuqla içkidən çəkinmədiklərini və içkiyə alüdə olduqlarını görərsə, bu zaman ehtiyac olduğuna görə səksən cubuq vurması caizdir.

Rəvayət edilir ki, Əli ibn Əbutalib -Allah ondan razı olsun-, əl-Valid bin Uqbənin hekayəsində belə demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) qırx çubuq vurmuş, Əbubəkr qırx çubuq vurmuş, Ömər isə səksən çubuq vurmuşdur. Bunların hamısı sünnədir və bu (səksən çubuq) mənə daha sevimlidir»[36].

Ənəs -Allah ondan razı olsun- rəvayət edir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) içkiyə görə ayaqqabı və ağac budağı ilə qırx çubuq vurdurardı»[37].

2- İçki cəzasını tətbiq etməyin şərtləri:

Sərxoş insana içki cəzasını tətbiq etmək üçün aşağıdakı şərtlərin olması labüddür. Bunlar:

— Müsəlman olmalıdır. Kafirə içki cəzası tətbiq olunmur.

— Həddi-büluğa çatan insan olmalıdır. Uşağa içki cəzası tətbiq olunmur.

— Əqli qüsursuz insan olmalıdır. Dəli və ağlı naqis insana içki cəzası tətbiq olunmur.

— İçkini öz ixtiyari ilə içməlidir. Məcbur edilib yaxud unudaraq və s. bu kimi hallarda içki içən insana, içki cəzası tətbiq olunmur. Bu üç şərtə, Peyğəmbərin bu (sallallahu aleyhi və səlləm) hədisi dəlildir: «Həqiqətən Allah ümmətimin xətadan, unutqanlıq üzündən və məcburiyyət qarşısında qalıb etdiyi günahlarını keçmişdir». Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa bir hədisdə demişdir: «Qələm üç kimsədən qaldırılmışdır…».

Artıq bu hədis bir neçə dəfə təkrarlanmışdır.

— İçkinin haram olduğunu bilməlidir. Bu hökmü bilməyən cahilə cəza tətbiq olunmur.

— İçdiyinin şərab olmasını bilməlidir. Əgər onu başqa bir içki hesab edib içərsə, ona içki cəzası tətbiq olunmur.

3- İçki cəzasını isbat edən şeylər:

İçki cəzası iki şeylə isbat olur:

1- Şərab içməsini iqrar etməsi. Məsələn, içkini öz ixtiyarı ilə içməsini etiraf etməsi.

2- Dəlilin olması. Bu iki adil müsəlmanın onun içki içməsinə şahidlik etməsidir.

Üçüncü məsələ: Narkotik maddələrin hökmü və ticarəti:

1- Spirtli içkidən başqa narkotik maddələrin hökmü:

Narkotik maddə deyildikdə burada narkoz, tiryək (afyon), nəşə və s. bunlara oxşar, insanın ağlını, fikrini əlindən alan və onu qəbul edənə tənbəllik, ağırlıq və yorğunluq verən maddələr nəzərdə tutulur. Necə və nə cür qəbul etməsidən asılı olmayaraq narkotik maddələri qəbul etmək haramdır. Çünki Aişə -Allah razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Hər bir sərxoşedici içki haram sayılır»[38].

İbn Ömər -Allah ondan razı olsun- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Sərxoşediçi hər bir şey xamrdır və hər bir xamr haramdır…»[39].

Bu narkotik maddələrin təhlükəsinin və fəsadlarının həddən artıq böyük olduğu üçün və həmçinin gənc nəsli və ahıl insanları məhv etdiyi, Allahın itaətindən, düşmənləri ilə cihaddan, dünya və axirətlərinə fayda verən xeyirli əməllərdən yayındırdığı üçün haram edilmişdir.

2- Narkotik maddələrin ticarətinin hökmü:

Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) spirtli içkinin satışını haram edən qadağan varid olmuşdur. Cabir -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Həqiqətən Allah şərabın, ölü heyvanın, donuzun və bütlərin satışını haram etmişdir»[40].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: «Əgər Allah bir şeyi haram etdərsə, onun qiymətini də haram edər»[41].

Elə buna görə də alimlər deyir ki, Allah, bir şeyi istifadə etməyi haram edərsə, onun satışını və pulunu yeməyi də haram edər.

Spirtli içkinin adı narkotik maddələr sırasında olduğuna görə, şəriət baxımından, spirtli içkini satmaq qadağası narkotik maddələri də əhatə edir. Buna görə də narkotik maddələri satmaq olmaz və bu yolla qazanılan pul haram puldur.

Beşinci bölüm:

 Oğurluq etməyin cəzası barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Oğurluq etməyin tərifi, hökmü, cəzası və bu cəzanın tətbiqinin hikməti:

1- Oğurluq etmək sözünün tərifi:

Oğurluq etmək sözünün lüğət mənası, bir şeyi xəlvəti və ya gizli olaraq götürməkdir.

Şəriət mənası, başqasının malını, adətən elə malların saxlandığı yerdən xəlvəti şəkildə və zülm edərək, müəyyən şərtlər əsasında götürməyə deyilir. Bu şərtlər barədə inşallah qarşıda ətraflı məlumat veriləcək.

2- Oğurluq etməyin hökmü:

Oğurluq etmək haramdır. Çünki bu, başqa insanların haqlarını tapdalamaq və mallarını batil yolla mənimsəməkdir. Oğurluq etməyin haram olmasına Kitab, Sünnə və icma dəlilləri dəlalət edir. O, ən böyük günahlardan biridir və Allah oğurluq edənə lənət etmişdir. Necə ki, Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Yumurta oğurladığına görə əli kəsilən, həmçinin ip oğurladığına görə əli kəsilən oğruya Allahın lənəti olsun!»[42].

Bundan başqa oğurluğun haram olmasını bildirən və ondan çəkindirən hədislər də vardır.

3- Oğurluq edənin cəzası:

Oğurluq edənə, oğurluq cəzasının tətbiq edilməsi vacibdir. Bu cəza kişi və qadın olmasından asılı olmayaraq, əlinin kəsilməsidir. Çünki Uca Allah buyurur: «Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!» [43]

Rəvayət edilir ki, Aişə -Allah ondan razı olsun- demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm), oğrunun əlini (oğurlanmış malın dəyəri) dinarın dörddə birinə və bundan artığına görə kəsərdi»[44].

Rəvayət edilir ki, Aişə -Allah ondan razı olsun- demişdir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında oğurluq edən Məxzumiyyə qəbiləsindən olan qadının halı Qureyş qəbiləsini narahat etmişdir… Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu barədə demişdi: «Allaha and olsun ki, əgər Muhammədin qızı Fatimə oğurluq etmiş olsaydı, onun əlini kəsərdim». Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm), oğurluq edən qadının əlinin kəsilməsini əmr etdi[45].

Müsəlmanlar oğurluq etməyin haram olması baradə və həmçinin ümumən oğurluq edənin əlinin kəsilməsində icma ediblər.

4- Oğurluq edənin əlinin kəsilməsinin hikməti:

İslam dini həm mal-dövlətə, həm də fərdi insanların mülkünə hörmət və sayğı ilə yanaşmış və bu haqqa, oğurluq edərək, aldadaraq, xəyanət edərək, rüşvət alaraq və s. bu kimi batil yollarla insanların mal-dövlətini mənimsəyib, təcavüz etməyi haram etmişdir.

Oğrunun cəmiyyətdə fəsada uğramış bir üzv olduğu üçün -belə ki, o baxımsız qalarsa cəmiyyətdə şər əməllər artar və insanlar ondan əziyyət çəkərlər- İslam şəriəti, bu əlin başqalarına qarşı zülm və düşmənçilik etdiyinə görə və başqalarının da onun bu əməlini təkrarlamamaq, insanların mallarını və haqlarını qorumaq üçün bu ələ əzab olsun deyə, fəsad olmuş bu üzvü kəsmək hökmünü vermişdir.

İkinci məsələ: Oğurluq cəzasının vacib şərtləri:

Oğurluq cəzasını tətbiq etmək və oğrunun əlini kəsmək üçün aşağıdakı şərtlərin olması lazımdır:

1- Mal gizli şəkildə götürülməlidir. Əgər belə olmazsa əl kəsilmir. Malı zorla başqasından alanın, zəbt edənin, götürüb qaçanın və ona əmanət edilən mala xəyanət edənini əli kəsilmir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Xəyanət edənə, malı zorla başqasından alana, malı gizlincə götürüb qaçana kəsmək yoxdur»[46].

2- Oğru mükəlləf — həddi-büluğa — çatan və əqli qüsursuz insan olmalıdır. Uşaq və dəli oğurluq etsə, yuxarıda qeyd edildiyi kimi, əli kəsilmir. Lakin uşaq oğurluq edərsə, bir daha bu işi təkrarlamamasını öyrətmək lazımdır.

3- Oğurluq edən kimsə bu işi öz ixtiyarı ilə etməlidir. Oğurluq etməyə məcbur edilən kimsə, üzrlü olduğu üçün, onun əli kəsilmir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Həqiqətən Allah ümmətimin xətadan, unutqanlıqdan və məcbur edilərək yol verdiyi günahlarından keçmişdir».

4- Oğurluq edən kimsə, oğurluq etməyin haram olduğunu bilməlidir. Bu hökmü bilməyənə oğurluq cəzası tətbiq olunmur.

5- Oğurlanılan mal -şəriət baxımdan- dəyərli mal olmalıdır. Musiqi aləti, içki, donuz və leş kimi dəyərsiz malı və həmçinin hərbi kafirin -hərbi kafirin malı və qanı halaldır- malını oğurlayanın əli kəsilmir.

6- Oğurlanılan əşyanın qiyməti dinarın dörddə biri və bundan artıq yaxud üç dirhəm gümüş yaxud da ki, bunların ikisinin məbləğini əvəz edən pul olmalıdır. Bundan aşağısına görə əl kəsilmir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Oğrunun əli yalnız (oğurlanmış malın dəyəri) dinarın dörddə birinə və bundan artığına görə kəsilir»[47].

7- Oğurlanılan mal, adətən elə malların saxlandığı yerdən oğurlanmalıdır. Malın saxlanılması, mallara və ölkələrə və s. başqa səbəblərə görə müxtəlifdir. Malın saxlanılması, qorunması məsələsində adət ənənəyə qayıdılır. Əgər qapını yaxud da malın adətən saxlandığı yerin açıq olduğunu görüb və s. buna oxşar hallarda oğurluq edərsə əli kəsilmir.

8- Oğru, malın ona halal olmamasına heç bir şübhə etmədiyi halda götürməlidir. Əgər malın ona halal olub-olmamasına şübhə etdiyi halda götürərsə əli kəsilmir. Çünki cəzalar şübhəli hallar səbəbindən dəf edilir. Elə bu baxımdan atasının malından oğurlayanın və həmçinin oğlunun malından oğurlayanın əli kəsilmir. Çünki həm atanın oğluna, həm də oğulun atasına baxması vacibdir. Həmçinin şərikinin malından oğurlayan şərikin də əli kəsilmir. Bir kimsə başqasının malında haqqı olduğu halda oğurluq edərsə onun da əli kəsilmir. Lakin ona bir daha belə bir iş tutmaması başa salınmalı və oğurluq etdiyi malı sahibinə qaytarmalıdır.

9- Oğurluq, hakimin qarşısında, ya iki adil insanın şahidliyi ilə ya da oğurluq etdiyini boynuna alması ilə isbat olunmalıdır. İki adil şahidin olmasının dəlili, Uca Allahın bu ayəsidir: «Öz adamlarınızdan iki kişini də şahid tutun!» [48]

Amma oğuruluq etdiyini boynuna almasının dəlilinə gəldikdə isə, çünki insan öz əleyhinə şahidlik etdiyi işə görə ona zərər olacağını bildiyi üçün həmin işdə ittiham olunmur.

10- Mal sahibi oğrudan malını tələb etməlidir. Çünki insan, malını başqasına heç bir qarşılıq almadan verməsi icazəli olduğuna görə, mal sahibi, öz malını başqasına bağışlaması yaxud da ona, malını saxladığı yerə girməsinə izin verməsi və s. buna oxşar oğurluq cəzasının tətbiq olmasının qarşısını alan səbəblərin olması ehtimalı olduğu üçün, mal sahibi malını tələb etməsə oğrunun əli kəsilmir.

Üçüncü məsələ: Oğurluq cəzasının tətbiq olunmaması üçün şəfaətçilik etmək və mal sahibi malını oğruya bağışlaması və ya hədiyyə etməsi barədə:

1- Oğurluq cəzasının tətbiq olunmaması üçün şəfaətçilik etmək: Hadisə imama çatdıqda və o bunu bildikdən sonra, oğurluq və bundan başqa cəzaların tətbiq olunmaması üçün şəfaətçilik etmək caiz deyil. Çünki Usamə bin Zeyd, əl-Məxzumiyyə qəbiləsindən olan qadın oğurluq etdiyi zaman, onun əli kəsilməməsi üçün şəfaətçilik etdikdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona demişdir: «Allahın qoyduğu cəzalardan birində (tətbiq edilməməsi üçün) şəfaətçimi olursan?!»[49].

Artıq bu haqda yuxarıda Cəzalar (əl-Hüdud) fəslinin əvvəlində danışılıb:

2- Mal sahibi malını oğruya bağışlaması və ya hədiyyə etməsi: Oğurluq hadisəsi hakimə çatmazdan əvvəl, oğurlanmış əşyanı oğruya bağışlamaq yaxud da oğrunun günahından keçmək, onu əfv etmək caizdir. Amma hakimə çatdıqdan sonra isə, olmaz. Çünki Saffan bin Umeyyə, paltarını başının altından oğurlayan oğrunu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına apardıqda Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun əlinin kəsilməsini əmr etdi. Bu zaman Saffan: “Mən onu əfv etdim, bağışladım” başqa rəvayətdə isə “Ey Allahın elçisi! Paltar onundur” — dedi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə cavab verdi: «Nə üçün onu mənim yanıma gətirməzdən əvvəl əfv etmədin»[50].

Dördüncü məsələ: Əlin kəsilmə qaydası və yeri:

Yuxarıda qeyd edilən oğurluq cəzasını vacib edən şərtlər hasil olarsa, oğrunun əlini kəsmək vacibdir. Bu zaman oğrunun sağ əli biləkdən kəsilməlidir. Əl kəsildikdən sonra, yaranın tez bir zamanda sağalması və qan axma səbəbindən onun həlak olmaması üçün, əlinə ya odla damğa vurmaq ya da əlini qaynayan yağa basmaq yaxud da ki, qanın kəsilməsi üçün başqa vasitələrdən istifadə etmək lazımdır.

Əgər bundan sonra da oğurluq edərsə, bu zaman sol ayağı kəsilməlidir.

Altıncı bölüm:

 İslah etmək (ət-Təazir) barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: İslah etməyin (ət-Təazirin) tərifi, hökmü və onun hikməti:

1- İslah etmək (ət-Təazir) sözünün tərifi:

ət-Təazir sözünün lüğəti mənası: Mane olmaq, rədd etmək deməkdir və bəzən təzim edərək kömək etmək mənasını da bildirir. Necə ki, Uca Allah buyurur: «Ona (Peyğəmbərə) yardım edəsiniz, onu böyük sayıb ehtiramını saxlayasınız.» [51]

Çünki islah etmək təcavüzkarı başqalarına qarşı haqsızlıq etməyə mane olur və qarşısını alır. Təazir sözü həmçinin ihanət, təhqir etmək mənasında da istifadə olunur. Məsələn, onu təazir etdi, yəni, günaha görə ona cəza verdi. Təazir sözü ərəb dilində antonim sözlərdəndir. Ərəb dilində təazir sözünün əsli mənası isə, mane olmaqdır.

Təazir sözünün istilahı mənası, şəriət cəzası və kəffarəsi olmayan hər bir asiliyə görə tərbiyələndirməkdir.

2- İslah (təazir) etməyin hökmü:

İslah (təazir) etmək, haram əməllər edib, vacibləri isə tərk etdiyinə görə və şəriət tərəfindən heç bir cəza və kəffarə təyin olunmayan və imamın məsləhət bildiyi hər bir günaha görə vacibdir. Çünki Əbu Burdə bin Niyar -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Allahın qoyduğu qadağaları pozan kimsəyə on qamçıdan artıq qamçı vurulmur. Yalnız (sayı təyin edilmiş) qadağa istisnadır»[52].

Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) töhmətə görə də həbs etmişdir[53].

Ömər -Allah ondan razı olsun- sürgün etməklə, baş qırxmaqla və s. buna oxşar şeylərlə islah edər və ədəbləndirərdi. İslah (təazir) etmək imamın yaxud onun təyin etdiyi insanın ictihadına qayıdır. Əgər təazir etməkdə məsləhət görərsə edər, yox əgər məsləhər görməzsə tərk edər.

3- İslah etməyin hikməti:

İslah etmək hökmünə, cəmiyyəti xaos, hərc-mərclik, fəsaddan, zülmdən qorumaq, azğınların qarşısını almaq və onları pis əməllərindən çəkindirmək və həmçinin ədəbləndirmək və islah etmək üçün icazə verilmişdir.

İkinci məsələ: İslah etməyi, ədəbləndirməyi vacib edən asi əməllərin növləri:

İslah etməyi, ədəbləndirməyi vacib edən asi əməllər iki növdür:

1- Borcu, əmanəti və yetimin malını qaytarmaq kimi və s. buna oxşar vacibləri qaytarmağı bacardığı halda qaytarmamaq. Belə əməlləri edən kimsə, boynundakı haqları sahiblərinə qaytarsın deyə cəzalandırılmalıdır. Çünki Əbu Hureyra -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «İmkanlı adamın (ödəyəcəyi borcu) gecikdirməsi zülmdür»[54].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqa rəvayətdə demişdir: «İmkanı olduğu halda, borcunu ödəməyi gecikdirən adamın namusu (ona mənliyini, ləyaqətini təhqir edən sözlər söyləmək) və cəzalandırılması halaldır «[55].

2- Yad bir kişinin, başqa bir yad qadınla bir yerdə birgə qalması yaxud cinsi əlaqədə olmadan ona yaxınlaşması yaxud onu öpməsi yaxud onunla zarafatlaşması yaxud da iki qadının bir-biri ilə əlaqədə olması kimi haram əməllər etmək. Bu və buna oxşar haram əməlləri edənlər üçün şəriətdə müəyyən bir cəza gəlmədiyinə görə bu kimsələrə imam tərəfindən təyin edilmiş cəza verilərək islah edilir və tərbiyələndirilir.

Üçüncü məsələ: İslahın (təazirin) miqdarı:

İslam şəriəti, islah cəzası üçün müəyyən bir hədd qoymayıb, bu məsələdə qayıdış yeri yalnız, hakimin ictihadı və onun edilən əmələ münasib görüb verdiyi qərardır. Hətta bəzi alimlərin rəyinə əsasən, cəsusluq edən müsəlmanın, müsəlman camatını tərk etmiş insanın və s. bu kimi şəri yalnız onun ölümü ilə bitən əməllər edənin, əgər məsləhət olarsa, islah cəzası ölüm həddi olduğunu da deyiblər.

Dördüncü məsələ: İslah cəzasının növləri:

İslah cəzasını, aşağıda qeyd edilən əməllərə görə növlərə ayırmaq olar:

1- Qamçı və qətl kimi bədənlə bağlı olan növ.

2- Bütləri, müsiqi alətlərini və şərab qablarını məhv etmək və ya sındırmaq kimi, tələf etmək və cərimə ödəməklə mala bağlı olan növ.

3- Malı adətən qorunub saxlanmadığı yerdən oğurlayana qamçı vurmaq və əlavə olaraq cərimə ödətdirmək kimi, həm bədən həm də mala bağlı olan növ. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) ağacdan sallanmış məhsulu quruma yerinə qoymazdan əvvəl oğurlayan insana həm cəza. həm də malın iki qat qiymətini cərimə etdirmişdir.

4- Həbs və sürgün etmək kimi insanın iradəsini məhdudlaşdıran növ.

5- Danlamaq və təhqiramiz sözlər söyləyərək mənəvi əzab vermək növü.

Yeddinci bölüm:

 Quldurluğun cəzası barədə

Bu bölümdə bir neçə məsələ var:

Birinci məsələ: Quldurluq sözünün tərifi və quldurluq etməyin cəzası:

1- Quldurluq sözünün tərifi:

Quldurluq sözünün kökü ərəb dilində «Həribə, hərbən» sözündən götürülüb, mənası isə, «Başqasının bütün malını əlindən aldı» mənasını bildirir.

Quldurluq sözünün şəriət mənası: İnsanın zimmi və mürtəd olmasından asılı olmayaraq, İslam şəriətinə mültəzim olan hər bir mükəlləf insanın, insanların köməyə gələ bilmədikləri yerdə, zor tətbiq edərək, malını qarət etmək, qətlə yetirmək yaxud da terror aktları həyata keçirməkdir.

Buna həmçinin: Yol kəsmək də deyilir.

2- Quldurluq etməyin cəzası və quldurluq edənlərin əzabı:

Quldurluq və yol kəsməklə məşğul olanlara, quldurluq cəzasının tətbiq edilməsinin və əzab verməsinin vacib olmasını bildirən dəlil, Uca Allahın bu ayəsidir: «Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar.» [56]

Quldurluq edənlərin cəzası, etdikləri cinayətlərə görə müxtəlifdir, bunu isə aşağıdakı kimi izah etmək olar:

— İnsanları öldürüb mallarını əllərindən alan kimsə: Bu növ quldur insanın hökmü, insanlar arasında onun etdiyi cinayətin və onun aqibətinin bilinməsi üçün öldürüb və çarmıxdan asılmasıdır. Belə bir kimsəni alimlərin yekdil rəyinə (icmasına) əsasən bağışlamaq olmaz.

— İnsanları öldürüb mallarını əllərindən almayan kimsə: Bu növ quldur insanın hökmü, ölümdür. Lakin bu insan insanların malını almadığı üçün çarmıxdan asılmır.

— İnsanların mallarını əlindən alıb, öldürməyən kimsə: Bu növ quldur insanın hökmü, eyni vaxta əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməlidir.

— İnsanları öldürməyən və mallarını əllərindən almayan, yalnız insanları və yoldan keçənləri qorxutmaqla məşğul olan kimsə: Bu növ quldur insanın hökmü, yaşadığı yerdən sürgün edilib və heç bir yerdə məskunlaşmasına izin verməməkdir.

Quldurluq edənlərin əzabının bu cür təfsilatla olması, əl-Maidə surəsi: 33 -cü ayəsindən götürülmüşdür. Belə ki, ayədə deyilən «Əv» yəni, «yaxud» sözü ərəb dilçiliyində, bu əzabların seçimə və ya istəyə görə deyil, yalnız bu növ tərtiblə olunmasını bildirdiyinə görədir. Həmçinin quldurlara verilən cəzanın bu tərtiblə olması, İbn Abbas -Allah onların hər ikisindən razı olsun- tərəfindən də rəvayət olunmuşdur[57].

İkinci məsələ: Quldurlara quldurluq cəzasını vacib edən şərtlər:

Quldurlara quldurluq cəzasını tətbiq etmək üçün müəyyən şərtlərin olması labüddür. Bu şərtlərin ən əhəmiyyətlisi aşağıdakılardır:

1- Mükəlləf olmaq: İnsanın quldur sayılması və ona quldurluq cəzasının tətbiq edilməsi üçün mütləq həddi-büluğa çatması və əqli qüsursuz olması lazımdır. Dəli və uşaq şəriət əhkamları ilə mükəlləf olmadıqları üçün onların heç biri quldur sayılmır və onlara quldurluq cəzası da tətbiq edilmir.

2- İnsanların gözünün qabağında açıq-aşkar şəkildə gəlib mallarını zorla əllərindən almaq. Əgər malı gizlin şəkildə götürərlərsə bu kimsələr oğru hökmündədirlər. Əgər malı alıb qaçarlarsa bu kimsələr soyğunçu hökmündədirlər və bu kimsələrə oğurluq cəzası tətbiq edilmir.

3- Oğurluq bölümündə keçdiyi kimi, onların quldur olmaları ya onların quldurluq etdiklərini boyunlarına almaları ya da iki adil şahidin vasitəsi ilə isbat olunmalıdır.

4- Götürülən mal, insanların adətən mallarını qoruduqları yerdən götürülməlidir. Belə ki, quldur malı, sahibinin əlindən zor təbiq edərək almalıdır. Əgər mal, heç bir kimsənin əlində olmadan, insanlar tərəfindən tərk olunan maldırsa, belə malı götürən, quldurluq etmiş sayılmaz.

Üçüncü məsələ: Quldurluğun cəzasını əfv edən amillər:

Quldurluq cəzası, quldur cinayətkar ələ keçməsindən və hakim qarşısında mühakimə olunmazdan əvvəl qaçıb yaxud da gizlənib sonra tövbə edərsə günahı bağışlanar. Çünki Uca Allah buyurur: «Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!» [58]

Tövdə etməklə, yaşadığı yerdən sürğün etmək və əl-ayağını (çarpazvari) kəsmək yaxud öldürmək hökmü kimi Allah üçün vacib olan haqlar bağışlanır. Amma cana, sağlamlığa zərər gətirmək yaxud mallarını əllərindən almaq kimi insan haqları bağışlanmır. Çünki bu haqlar insanların razılığına bağlı olan haqlardır, borcu qaytarmaq kimi haqq sahibi halallıq verməsə bağışlanmaz.

Amma quldur cinayətkarın ələ keçib etdiyi cinayətlərə görə mükahimə olunmaq üçün hakim qarşısına gətirildikdən sonra tövbə etməsi, hətta tövbəsində sadiq olsada belə, onu quldurluq cəzasından xilas etməz.

Səkkizinci bölüm:

Mürtədlik barədə

Bu bölümdə bir neçə məsələ vardır:

Birinci məsələ: Mürtədlik sözünün tərifi, şərtləri və mürtədliyin hökmü:

1- Mürtədlik sözünün tərifi:

Mürtədlik sözünün lüğəti mənası, bir şeydən qayıtmaqdır və «İslamdan geri dönmək» də bu sözdən götürülüb.

Mürtədlik sözünün şəriət mənası: İslama daxil olduqdan sonra könüllü olaraq ya söz ya etiqad ya şəkk ya da əməl ilə küfr etməkdir.

2- Mürtədliyin şərtləri:

Şərtlərə gəlincə onlar: Əqli qüsursuz olmaq, yaxşını pisdən ayırmağa qadir olmaq və öz ixtiyari ilə etməkdir.

Dəlinin yaxud yaxşını pisdən ayıra bilməyən uşağın və həmçinin istəmədən məcbur edilənin mürtədliyə dəlalət edən əməllər etməsi ilə onlara mürtəd hökmü verilməz.

3- Mürtədliyin hökmü:

Mürtədin dünyadakı hökmü, ölümdür. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Dinini dəyişən kimsəni öldürün!»[59].

Mürtəd olan kimsəni öldürməzdən əvvəl ona təziyq göstərib, üç gün həbs etmək, onu tövbə etməyə və İslama qayıtmağa dəvət etmək lazımdır. Əgər bu müddət ərzində tövbə edib qayıdarsa (müsəlmandır) sərbəst buraxılar, əgər tövbə etməzsə öldürülər. Çünki İslamı qəbul edib sonra mürtəd olan yəhudi barədə rəvayət olunan hədisdə Muaz bin Cəbəl -Allah ondan razı olsun- Əbu Musaya demişdir: «O öldürülməyincə miniyimdən enən deyiləm və o yəhudini öldürdülər». Başqa rəvayətdə deyilir ki, «Onu öldürülməzdən əvvəl tövbə etməyə çağırılmışdır»[60].

Həmçinin Ömər -Allah ondan razı olsun- öz xilafəti dövründə, İslama gəldikdən sonra küfr edərək mürtəd olan bir kişini tövbə etməyə çağırmadan öncə boynunun vurulduğunu eşitdikdə demişdir. «Kaş ki, onu üç gün həbs edib, hər günə bir parça çörək yedizdirib, tövbə etməyə çağırardız, ola bilsin bəlkə tövbə edər yaxud da İslama qayıdardı. Allahım, o öldürülən zaman mən orada olmamışam və onun ölüm xəbəri mənə çatdığı zaman da razı olmamışam.» [61]

Mürtədi öldürmək, Allahın haqqı olduğu üçün, bu iş yalnız imama aiddir, elə buna görə də onu, yalnız imam və onun təyin etdiyi müəyyən insanın öldürmək haqqı vardır.

Yaxşını pisdən ayıra bilən uşaq -hətta bəzi alimlər onun mürtəd olmasının səhih olduğunu desələr də- həddi-büluğa çatana qədər mürtədliyə görə öldürülmür.

Amma mürtədin axirətdəki hökmünə gəldikdə isə, Uca Allah bunu Qurani-Kərimdə bəyan edərək demişdir: «Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölərsə, belə kimsələrin bütün əməlləri (vaxtilə gördüyü yaxşı işləri) dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!» [62]

İkinci məsələ: Mürtəd olmağa səbəb olan əməllər:

Mürtədlik, onu vacib edənlərdən hər hansı birini ciddi yaxud zarafat yaxud da istehza ilə etməklə hasil olur. Məsələn, şirkin bütün növləri ilə Allaha şərik qoşmaq, namaz və İslamın digər ərkanlarından birini inkar etmək, Allahı və Onun elçisini (sallallahu aleyhi və səlləm) söymək, Qurani-Kərimi bütünlüklə yaxud bəzi hissəsini inkar etmək yaxud həddi aşan sufilər kimi insanlardan bəzisinin Muhammədin (sallallahu aleyhi və səlləm) gətirdiyi şəriətdən kənara çıxmasının icazəli olduğunu etiqad etmək, həmçinin müşriklərə arxa olmaq və onlara müsəlmanlara qarşı yardım etmək və s. bu kimi İslamı batil edən çoxlu növlərdən hər hansı birini etmək. Həmçinin dünyavi qanunları, İslam şəriətinin gətirdiyi qanunlardan daha yaxşı olduğunu yaxud da şəriət qanunlarına bərabər olduğunu etiqad etmək də insanın mürtəd olmasına səbəb olan növlərdən biridir.

Beləliklə də insanın İslamdan çıxmasına (mürtəd olmasına) səbəb olan əməlləri aşağıdakı tərtiblə saymaq olar:

1- Sözdə olan mürtədlik: Allahı yaxud Onun elçisini yaxud mələkləri söymək. Peyğəmbərliyi yaxud qeyb elmini bildiyini idda etmək və həmçinin Uca Allaha şərik qoşmaq.

2- Əməldə olan mürtədlik: Büt, qəbir və s. Allahdan qeyrisi üçün səcdə etmək yaxud Qurani-Kərimi atmaq və ya ona qəsdən ihanət etmək yaxud müşriklərə arxa olmaq və ya onlara müsəlmanlara qarşı yardım etmək və s.

3- Etiqadda olan mürtədlik: Məsələn: Uca Allahın şəriki yaxud yoldaşı (zövcəsi) yaxud övladı olmasını yaxud zinanın yaxud şərabın halal olmasını yaxud da başqa bir kimsənin yolunu Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yolundan daha düzğün yol olduğunu etiqad etmək.

4- Şəkk-şübhə ilə olan mürtədlik: Müsəlmanlar arasında yaşayıb, böyüyüb boya-başa çatmış bir kimsənin bilinməsi zəruri olan, ümmətin halal olduğuna icma etdiyi hər hansı bir şeyin haram olmasına yaxud da haram olduğuna icma etdiyi hər hansı bir şeyin halal olmasına şəklə yanaşması (şəkk etməsi).

Üçüncü məsələ: Mürtədliklə əlaqəli hökmlər:

1- Məcbur edilən şəxs, onun İslamdan çıxmasını vacib edən söz söyləyərsə, bu kimsə məcbur edilərək küfr söz söylədiyinə görə onun İslamdan xaric olmasına hökm verilmir, çünki Uca Allah buyurur: «Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir).» [63]

2- Mürtəd, üç gün tövbə etməyə çağırılmalıdır, əgər bu müddət ərzində tövbə edərsə, müsəlmandır və sərbəst buraxılar, yox əgər tövbə etməzsə, yuxarıda qeyd edildiyi kimi o, ya imam ya da onun təyin etdiyi adam tərəfindən öldürülməlidir.

3- Mürtədin, şəxsi mülkündən istifadə etməsinə izin verilmir, əgər İslama qayıdarsa, izin verilər. Əgər mürtəd olaraq ölərsə yaxud da mürtəd olduğuna görə öldürülərsə, mal-dövləti müsəlmanların beytul-malına qənimət olar. Çünki müsəlman kafirə varis olmadığı üçün onun varisi yoxdur və həmçinin onun mürtədliyi iqrar edilmədiyinə görə də, kafirlərdən heç kim ona malına varisi olmaz.

4- Mürtəd kimsə, mürtəd olduğuna görə öldürülərsə, o, qüsl edilməz, ona cənazə namazı qılınmaz və müsəlman məzarlığında müsəlmanlarla birğə dəfn edilməz.

5- Mürtədin tövbə etməsi, iki şəhadət kəlməsini tələffüz etməklə qəbuldur. Çünki Peyğənbər (sallallahu aleyhi və səlləm) demişdir: «İnsanlar Lə İləhə illəllah (Allahdan başqa ibadətə haqqı olan haqq məbud yoxdur) şəhadətini gətirməyincə, onlarla vuruşmaq mənə əmr edildi. Əgər bunu deyərlərsə – İslam haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, – canlarını və mallarını məndən qorumuş olarlar»[64].

Kimin mürtəd olma səbəbi, dini məsələlərdən hər hansı birini inkar etdiyinə görədirsə, tövbə edib, iki şəhadət kəliməsini tələffüz etdiyi zaman, inkar etdiyi şeyi iqrar edib küfr etdiyi şeydən qayıtmalıdır.


[1]əl-Bəqərə surəsi, ayə: (187).

[2]Buxari: 6784, Müslim: 1709.

[3]Əhməd, Müsnəd: 5/214, Dəraqutni, Sünən əd-Dəraqutni: 397. Hafiz Bin Həcər, Fəth əl-Bəri: 12/86 da “sənədi həsəndir” – demişdir. Albani, Səhih əl-Cəmi: 6039 da hədisin “səhih” olduğunu bildirmişdir.

[4]Əhməd: 2/402, İbn Maca: 2537. Hədisin ləfzi İbn Macaya aiddir. Albani, Səhih İbn Maca: 2056, 2057 də hədisin “həsən” olduğunu bildirmişdir. Bax: Silsiləh əl-Əhədis əs-Sahiyhə: 321.

[5]Əhməd: 2/70, Əbu Davud: 3597, Hakim: 2/27. Hakim hədisin “isnadını səhih” olduğunu bildirmiş, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, Silsiləh əl-Əhədis əs-Sahiyhə: 437 də hədisin “səhih” olduğunu bildirmişdir.

[6]Buxari: 6788, Müslim: 1688.

[7]Əbu Davud: 4394, Hakim: 4/380. Hakim hədisin “səhih” olduğunu bildirmiş, Zəhəbi də ona müvafiq olmuşdur. Albani, İrva əl-Ğalil: 7/345 də hədisin “səhih” olduğunu bildirmişdir.

[8]Buxari: 6835, 6836, Müslim: 1697, 1698.

[9]Əhməd: 3/434, Əbu Davud: 4490. Albani, İrva əl-Ğalil: 7/361 də hədisin “həsən” olduğunu bildirmişdir.

[10]Tirmizi: 1428. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albnai, Səhih Sünən ət-Tirmizi: 1154 də hədisin “həsən səhih” olduğunu bildirmişdir.

[11]əl-İsra surəsi, ayə: (32).

[12]Buxari: 6861, Müslim: 86.

[13]Buxari: 3872, Müslim: 1691.

[14]Buxari: 6825, Müslim: (1691) – 16. Hədisin ləfzi Müslimə aiddir.

[15]ən-Nur surəsi, ayə: (2).

[16]Müslim: 1690.

[17]ən-Nisa surəsi, ayə: (25).

[18]Tirmizi: 1428, İbn Maca: 2554. Tirmizi hədisə “həsən” hökmü vermişdir. Albani, Sahih Sünən ət-Tirmizi: 1154 də hədisin “həsən səhih” olduğunu bildirmişdir.

[19]ən-Nur surəsi, ayə: (13).

[20]ən-Nisa surəsi, ayə: (92).

[21]ət-Talaq surəsi, ayə: (2).

[22]əl-Hucurat surəsi, ayə: (6).

[23]ən-Nur surəsi, ayə: (23).

[24]Buxari: 2766, Müslim: 89.

[25]ən-Nur surəsi, ayə: (4).

[26]ən-Nur surəsi, ayə: (4).

[27]ən-Nur surəsi, ayə: (5).

[28]Müslim: 1660.

[29]Şərh Sahih Müslim: 11/131, 132.

[30]ən-Nur surəsi, ayə: (24).

[31]ən-Nur surəsi, ayə: (24).

[32]əl-Maidə surəsi, ayə: (90).

[33]Buxari: 5585, Müslim: 2001.

[34]Müslim: (2003) – 75.

[35]əl-Maidə surəsi, ayə: (91).

[36]Müslim: 1707.

[37]Müslim: 1706.

[38]Buxari: 5585, Müslim: 2001.

[39]Müslim: 2003.

[40]Müslim: 1581.

[41]Əbu Davud: 3488, Əhməd: 1/242. Hədis “səhih” hədisdir. Bax: ət-Təaliq Alə Müsnəd Əhməd, hədis nömrə: 2221.

[42]Buxari: 6783, Müslim: 1687.

[43]əl-Maidə surəsi, ayə: (38).

[44]Buxari: 6890, Müslim: 1684.

[45]Buxari: 3475, Müslim: 1688.

[46]Tirmizi: 1488, İbn Maca: 2591. Hədisin ləfzi Tirmiziyə aiddir. Tirmizi hədisə “həsən səhih” hökmü vermişdir. Albani, Səhih Sünən ət-Tirmizi: 1172 də hədisin “səhih” olduğunu bildirmişdir.

[47]Müslim: (1684) – 2.

[48]əl-Bəqərə surəsi, ayə: (282).

[49]Buxari: 3475. Müslim: 1688.

[50]Əhməd: 6/466, Nəsai: 2/255. Hədis “səhih” hədisdir. Albani, İrva əl-Galil: 7/345 də hədisin “səhih” olduğunu bildirmişdir.

[51]əl-Fəth surəsi, ayə: (9).

[52]Buxari: 6848, 6949, Müslim: 1708.

[53]Əbu Davud: 3630, Tirmizi: 1450. Albani, Səhih Sünən ət-Tirmizi: 1145 də hədisin “həsən” olduğunu bildirmişdir.

[54]Buxari: 2400, Müslim: 1564.

[55]Əbu Davud: 3628, Nəsai: 7/316, İbn Maca: 2427. Bir çox hədis alimləri bu hədisin “səhih” olduğunu deyiblər. Albani, Səhih Sünən ən-Nəsai: 4372, 4373 də hədisin “həsən” olduğunu bildirmişdir.

[56]əl-Maidə surəsi, ayə: (33).

[57]Şafii, Müsnəd: 282.

[58]əl-Maidə surəsi, ayə: (34).

[59]Buxari: 6524.

[60]Əbu Davud: 4355. Hafiz Bin Həcər, Fəth əl-Bəri: 12/287 də hədisin “qaviy” olduğunu demişdir.

[61]Malik, Muvatta: 2/737, hədis nömrə: 16.

[62]əl-Bəqərə surəsi, ayə: (217).

[63]ən-Nəhl surəsi, ayə: (106).

[64]Buxari: 25, Müslim: 21.