• 1

    Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Sonra kafir olanlar hələ də öz Rəbbinə tay tuturlar.

  • 2

    Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında bəlli bir əcəl vardır. Sonra siz yenə də şübhə edirsiniz.

  • 3

    O, həm göylərdə, həm də yerdə Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir.

  • 4

    Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər.

  • 5

    Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır.

  • 6

    Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə bol-bol yağış yağdırmış və altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.

  • 7

    Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”- deyərdilər.

  • 8

    Onlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi.

  • 9

    Əgər biz onu mələk etsəy-dik, əlbəttə, onu kişi edərdik və onları bir daha düşdükləri şübhəyə salardıq.

  • 10

    Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri, məsxərəyə qoyduqları şey bürüdü.

  • 11

    De: “Yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə oldu”.

  • 12

    De: “Göylərdə və yerdə olanlar kimə məxsusdur?” De: “Allaha məxsusdur!” Özünə rəhmli olmağı yazmış-dır. Şübhə edilməyən Qiyamət gününə sizi O toplayacaqdır. Özlərini ziyana uğradanlar iman gətirməzlər

  • 13

    Gecə və gündüzdə olanların hamısı Ona məxsusdur. O, Eşidəndir, Biləndir.

  • 14

    De: “Mən göyləri və yeri Yaradan Allahdan başqasınımı dost tutacağam? O, yedirir, yedirilməz”. De: “Mənə təslim olanların birincisi olmaq əmr edildi”. Odur ki, sən müşriklərdən olma.

  • 15

    De: “Əzəmətli əzabından qorxduğum üçün Rəbbimə asi olmaram”.

  • 16

    O gün kim qurtularsa, ona rəhm etmişdir. Bu, açıq-aydın uğurdur.

  • 17

    Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa da. O, hər şeyə qadirdir

  • 18

    O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır

  • 19

    De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı başqa tanrıların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.

  • 20

    Özlərinə Kitab verdiyimiz kəslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar iman gətirməzlər.

  • 21

    Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!

  • 22

    O gün onların hamısını toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?”

  • 23

    Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir bəhanələri qalmayacaq.

  • 24

    Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları isə onlardan uzaqlaşıb yox olacaqlar.

  • 25

    Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərlər.

  • 26

    Onlar həm haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər.

  • 27

    Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”– dediklərini görəydin!

  • 28

    Xeyr! Əvvəllər gizlətdikləri onlara aşkar oldu. Əgər onlar qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.

  • 29

    Onlar dedilər: “Dünya həyatımızdan başqa yoxdur və biz bir daha dirildilməyəcəyik!”

  • 30

    Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! Deyəcəkdir: “Məgər bu həqiqət deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun”– deyəcəklər. O buyuracaqdır: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”

  • 32

    Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?

  • 33

    Biz bilirik ki, onların dedikləri səni kədərləndirir. Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər.

  • 34

    Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbr etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.

  • 35

    Əgər onların üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin içinə bir lağım və göyə bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah istəsəydi onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!

  • 36

    Ancaq dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da onlar Onun hüzuruna qaytarılacaqlar.

  • 37

    Dedilər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qa-dirdir. Lakin onların çoxu bilmir”.

  • 38

    Yer üzündə gəzən heyvanların və uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar.

  • 39

    Ayələrimizi yalan sayanlar qaranlıqlar içində karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.

  • 40

    De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlayarsa, Allahdan başqasınımı çağıracaqsınız?”

  • 41

    Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər istəsə, Ona yalvardığınızı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız.

  • 42

    Səndən əvvəl də ümmətlərə göndərmişdik. Biz onları sıxıntıya və xəstəliyə düçar etdik ki, bəlkə boyun əyələr.

  • 43

    Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.

  • 44

    Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.

  • 45

    Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha.

  • 46

    De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əli-nizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar üz çevirirlər.

  • 47

    De: “Bir deyin görək, əgər Allahın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım camaatdan başqası həlak edilərmi?”

  • 48

    Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. İman gətirib islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

  • 49

    Ayələrimizi yalan sayanlara isə günah işlətdiklərinə görə əzab toxunacaqdır.

  • 50

    De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?”

  • 51

    Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə çəkinsinlər.

  • 52

    Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan.

  • 53

    Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?” Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?

  • 54

    Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib islah etsə, Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.

  • 55

    Günahkarların tutduğu yolun aydınlaşdırılması üçün Biz ayələrimizi beləcə bir-bir izah edirik.

  • 56

    De: “Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən azar və doğru yola yönəlmişlərdən olmaram”.

  • 57

    De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbrsizliklə can atdığınız məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. Haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”.

  • 58

    De: “Əgər səbrsizliklə can atdığınız (əzab) mənim əlimdə olsaydı, əlbəttə, mənimlə sizin aranızda iş bitmiş olardı. Allah zalımları daha yaxşı tanıyır”.

  • 59

    Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru yoxdur ki, açıq-aydın Yazıda olmasın.

  • 60

    Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir.

  • 61

    Qullara aid Qadir olan da Odur. O sizə gözətçi göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını alırlar və heç bir səhvə yol vermirlər.

  • 62

    Sonra onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir.

  • 63

    De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?”