• 1

    Mərhəmətli və Rəhmli Allahın adı ilə!

    Bismilləhi Rahməni Rahim

    Kitabın açılışı

                Ona kitabın açılışı deyilir, yəni yazı etibarı ilə başlanğıcı deməkdir. Namazda oxuma onunla başlayır. Ona eyni zamanda cumhura görə kitabın anası (ummul kitab) deyilir. Bunu Ənəs demişdir. Həsən ilə İbn Sirin buna yaxşı baxmamışlar.

    Həsən ilə İbn Sirin demişlər: Ana kitab Lövhul-Məhfuzdur. Həsən demişdir: Möhkəm ayələr kitabın anasıdır. Buna görə ona kitabın anası deyilməsini istəmirdilər.

    Tirmizi də Əbu Hureyrədən səhih olaraq belə rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyli və səlləm) demişdir: “Əlhəmdulilləhi Rabbil aləmin” quranın anasıdır, təkrar edilən yeddi ayədir və Qurani Əzimdir. Ona “Əl-Həmdu” surəsi deyilir. Ona “namaz” da deyilir. Çünki Allah təala buyurur: Mən namazı özümlə qulum arasında ikiyə böldüm. Qul “Əlhəmdulilləhi rabbil aləmin” dediyi zaman, Allah “Qulum mənə həmd etdi” deyir.

    Buna görə fatihəyə namaz deyilmişdir. Çünki onun şərtidir. Ona şəfada deyilir. Çünki Darimi Əbu Səiddən mərfu olaraq belə rəvayət etmişdir: Fatihə bütün zəhərlərə şəfadır. Ona ruqyə də deyilir. Çünki Əbu Səid hədisində deyilmişdir: Adamı ilan sancan zaman oxunanda, Rəsulullah (salləllahu aleyli və səlləm) dedi: Onun ofsun olduğunu hardan bilirsən?

    Şəbi İbn Abbasın dediyini rəvayət etmişdir: Quranın təməlidir və bismilləhi rahməni rahim də təməldir.

    Sufyan ibn Ueynə ona “qoruyan” adını vermişdir. Yəhyə ibn əbu Kəsir isə “hər şeyə yetəndir” demişdir. Çünki o digərlərinin yerini tutar, başqaları isə onun yerini tutmaz. Necə ki, bəzi mürsəl hədislərdə deyilmişdir: Fatihə digərlərin yerini tutar, digərləri isə onun yerini tutmaz. Ona “namaz” surəsi və “xəzinə” də deyilir. Bu ikisini Zəməxşəri Kəşşafda zikr etmişdir.

    İbn Abbas, Qatədə və Əbul-Aliyə görə Fatihə surəsi, Məkkədə nazil olmuşdur. Lakin Mədinədə endiyi də deyilir. Bunu Əbu Hüreyrə, Mucahid, Ata İbn Yəssâr və Zühri nəql etmişlər. İki dəfə nazil olduğunu, birinin Mədinə dövrünə, digərinin Məkkə dövrünə rast gəldiyini söyləyənlər də vardır. Birinci görüş daha doğrudur. Çünki Allah Təala “Sənə təkrarlanan yeddi ayə verdik” (Hicr, 87) buyurmuşdur. Allah ən doğrusunu bilir bilir.

    Əbu Leys Səmərqəndi yarısının Məkkədə yarısının da Mədinədə nazil olduğunu nəql etmişdir ki, olduqca qəribə bir görüşdür. Bunu ondan Qurtubi köçürmüşdür.

    Bu surənin yeddi ayə olduğunda ixtilaf yoxdur. Amr İbn Übeyd səkkiz, Hüseyn əl-Cufi isə altı ayədir demişlər. Hər ikisi şaz görüşlərdir. Ancaq bismillahın başlı başına bir ayə olub olmadığı mübahisəlidir. Kufəli qarilərin hamısı, səhabə və tabiinlər bir qisminin görüşü belədir. Daha sonra gələn alimlərdən də bir qrup da bu görüşü dəstəkləmişdir. Bismillah ayənin bir hissəsidir və ya başlanğıcda ayə deyil deyənlər isə Mədinəli qariləridir.  Yeri gəlincə toxunulacaq olan bu mövzuda fəqihlər üç ayrı görüşə sahibdirlər.

    Deyilir ki bu surənin sözləri iyirmi beştir, hərfləri isə yüz onüçtür. İmam Buxari, Təfsir kitabının başında deyir ki Fatihə surəsinə «Ümmül Kitab – Kitabın Anası» adı verilmişdir.  Çünki Mushafların yazılışına onunla başlanır və namazda Quran oxumağa da onunla başlanır. Deyilir ki, bu adın verilməsinin səbəbi Quranın bütün məzmununun bu surədəki mənada cəmləşir.

    İbn Cərir deyir ki: Ərəblər hər işin bütününə və ya başlanğıcına – ardından gələn hissələr varsa –  hamısının rəhbəri və ya anası hökmündə olduğu üçün «ana» adını verirlər.  Necə ki beyni örtən Leriyə başın anası adı verilir. Əsgərlər altında toplandıqları bayrağa da ana adı verirlər. Bu mövzuda şair Zürrimmə’dən də bir şeyir gətirilir:

    Başında anamız var, ona tabe oluruq

    Bütün işləri cəm edər, ona qarşı çıxmarıq

    Burda mizraqı qəsd etmişdir.

    İbn Cərir deyir ki: Məkkəyə «Ummul Kura – qəsəbələrin anası» adının verilməsi hamısının önündə yer almasındandır. Digərləri ondan sonra gəlir. Çünki yer üzü onun altında diyirlənmişdir, deyilir.

    Bu surəyə Fatihə adı da verilir, çünki Quran oxunmağa onunla başlanır. Səhabələr Mushafın əvvəlini onunla başlamışlar. «Səbal – məsanə» adı verilməsi də doğrudur. Çünki namazda hər rükətdə oxunur. Qaldı ki, məsanə sözünün daha başqa mənalarına, biz yeri gəlincə İnşallah onlardan da bəhs edəcəyik.

    İmam Əhməd deyir ki; bizə Yezid İbn Harun danışdı, bizə İbn Əbu Zib və Həşim ibn Həşim, o da İbn Zibdən, o da Əl-Məqburidən, o da Əbu Hüreyrədən nəql etdi ki, Rəsulullah (salləllahu aleyli və səlləm) quranın anası barəsində belə buyurmuşdur: «Fatihə Quranın anasıdır, o yeddi ayədir və o quranul əzimdir». İmam Əhməd ayrıca bu hədisi İsmail ibn Ömərdən, o da ibn Əbu Zi’bdən rəvayət etmişdir.

    Əbu Cəfər Məhəmməd ibn Cərir əl-Təbəri deyir ki, mənə Yunus ibn Abdulalə danışdı, bizə ibn Vəhb danışdı, mənə İbn Əbi Zib, o da Səidəl-Məqburidən, o da Əbu Hureyrədən, Rəsulullah (salləllahu aleyli və səlləm belə buyurmuşdur: «O, Quranın anasıdır. O kitabın açanıdır və yeddi ayədir».

    Hafiz Əbu Bəkr Əhməd İbn Musa İbn Mərdûveyh təfsirində deyir ki, Əhməd ibn Məhəmməd ibn Ziyad danışdı, bizə Muhəmməd ibn Qalib ibn Harb danışdı, bizə İshaq ibn Abdulvahid əl-Məvsili, danışdı, bizə Muafa ibn İmran danışdı, o da Abdulhəmid ibn Cəfərdən, o da Nuh ibn Əbi Bilaldan, o da əl-Məqburidən, o da Əbu Hüreyrədən, Rəsulullahın (salləllahu aleyli və səlləm) belə dediyini rəvayət etmişdir: “Əlhəmdu lilləhi rabbil aləmin” yeddi ayədir, “bismilləhi rahməni rahim” onlardan biridir. O yeddi ayədir və uca Qurandır. O kitabın anası və girişidir».

    Darakutni də eyni şəkildə bu hədisi Əbu Hüreyrədən mərfu olaraq rəvayət etmiş və ravilərinin hamısının də sağlam olduğunu söyləmişdir. Beyhəqi də Əli, İbn Abbas və Əbu Hüreyrədən rəvayət etmişdir, onlar “Sənə təkrarlanan yeddi ayə verdik” ayəsini (Hicr, 87) fatihə olaraq təfsir etmişlər və bəsmələnin də bunun yeddincisi olduğunu ifadə etmişlər. Bəsmələdən bəhs edərkən bu mövzunun davamı gələcəkdir.

    Aməş İbrahimdən rəvayət etmişdir ki, İbn Məsuda dedilər: Fatihəni mushafına niyə yazmadın? O da dedi: Əgəe onu yazsa idim gərək bütün surələrin əvvəlində yazardım. Əbu Bəkr ibn Davud namazda oxunmasını qəsd edərək demişdir: müsəlmanların əzbərində olduğuna görə yazmadım.

    Belə də deyilmişdir: Qurandan ilk nazil olan Fatihədir. Necə ki, bunu Beyhəqi “Dəlailul Nubuvədə” rəvayət etmişdir. Bəqqilani də bunu üç görüşündən birində nəql etmişdir. İlk nazil olanın Mudəssir surəsinin birinci  ayəsi olduğu da qeyd edilmişdir. Cabirin rəvayət etdiyi hədisdə keçdiyi kimi. İlk nazil olan Alaq surəsinin birinci ayəsi olduğu da deyilmişdir. Doğrusu da elə budur. İnşəAllah yerində izah ediləcək. Kömək Allahdandır.

     

    FATIHƏ SURƏSININ FƏZILƏTI HAQQINDA DEYILƏNLƏR

    İmam Əhməd İbn Muhəmməd ibn Hənbəl (Allah rəhmət etsin) Müsnədində demişdir:  Yəhya ibn Səid Şubədən danışdı, o da Hubeyb ibn Abdurrahməndən, o da Hafs ibn Asimdən, o da Əbu Səid ibn əl-Muallədən, deyir ki: Mən namaz qılırdım, Rəsulullah (salləlahu aleyhi və səlləm) məni çağırdı, bitirənə qədər cavab vermədim. Onun yanına gələndə, o, dedi: Niyə gecikdin? Mən dedim: Ey Allahın Rəsulu, mən namaz qılırdım. O da dedi: Məyər Allah təala buyurmayıb ki, “Ey iman gətirənlər! Allahın və Peyğəmbərinin çağırışına cavab verin”? (Ənfal, 24). Sonra dedi: Mən sənə Məsciddən çıxmazdan əvvəl Quranın ən uca surəsini öyrədəcəyəm və əlimdən tutdu. Məsciddən çıxmaq istəyəndə dedim ki,  ey Allahın Rəsulu, məsciddən çıxmazdan əvvəl Quranın ən uca surəsini öyrədəcəyəm buyurmuşdunuz. O, bəli, dedi və davam etdi:  Əlhəmdu lilləhi Rabbil aləmin, o, təkrarlanan yeddi ayədir və mənə verilən uca Qurandır.

    Buxari onu Müsəddəd və Əli ibn əl-Mədinidən rəvayət etmişdir. İkisi də Yəhya ibn Səid əl-Qəttandan rəvayət etmişlər. Onu təfsir kitabının başqa yerindən də rəvayət etmişdir.  Əbu Davud, Nəsai və İbn Macə də müxtəlif yollardan  Şubədən rəvayət etmişlər. Vaqidi isə Məhəmməd İbn Muaz əl-Ənsaridən, o da Hubeyb ibn Abdurrəhmandan, o da Hafs ibn Asimdən, o da Səid ibn əl-Muallədən, o da Übey ibn Kəbdən bənzər şəkildə rəvayət etmişlər.

    İmam Malik ibn Ənəsin «əl-Muvatta» adlı əsərində də önəmli məsələlər keçmişdir. Onu Alə ibn Abdurrəhman ibn Yaqub əl-Hurakidən rəvayət etmişdir, o da İbn Amir ibn Qureyzin mövlası Əbu Səidin belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləlahu aleyhi və səlləm) Ubey İbn Kəbi çağırmışdı,  o məsciddə namazını qurtarandan sonra Peyğəmbərin (salləlahu aleyhi və səlləm)  yanına gəldi. Rəsulullah (salləlahu aleyhi və səlləm) əlini onun əlinin üstünə qoydu, məsciddən çıxmaq istəyirdi. Buyurdu: «İstəyirəm ki məscidin qapısından çıxmadan əvvəl Tövratda, İncildə, Quranda misli olmayan bir surəni öyrədim sənə.» Übeyy ibn Kəb dedi: Mən ümidlə ağır yeriməyə başladım. Onu gözləyirdim, sonra dedim: Ey Allahın Rəsulu, mənə vəd etdiyin surə hansıdır? Buyurdu ki: «Namaza başladığın zaman nə oxuyursan?» Mən də “Əlhəmdu lilləhi rabbil aləmin” surəsini sonuna qədər oxudum. Rəsulullah (salləlahu aleyhi və səlləm)  buyurdu: «Bax bu o surədir, o, təkrarlanan yeddi ayədir və mənə verilən uca Qurandır».

    Burada nəql edilən Əbu Səid, İbn əl-Mualla deyil necə ki, İbn əl-Əsir «Cami əl-Üsul» adlı əsərində belə hesab etmişdir. Ondan sonra gələnlər də bu zənnə tabe olmuşdular. Çünki Əbu Səid ibn əl Mualla Ənsardan bir səhabədir. Buradakı Əbu Səid isə Huza qəbiləsindən bir tabiindir. Bu hədis səhih və müttləsil hədisdir. Əgər bu Əbu Səid Übey ibn Kəbdən onu eşitməmişdirsə hədis munqatıdır. Əgər ondan eşitmişdirsə -Müslimin şərtinə görə  yenə munqatıdır. Doğrusunu Allah bilir.

    Bu hədis, Übey ibn Kəbdan başqa bir şəkildə də rəvayət edilmişdir. Necə ki İmam Əhməd rəvayət etmişdir:  bizə Affan, bizə Abdurrəhman ibn İbrahim danışdı, bizə Alə ibn Abdurrəhman danışdı, o da atasından, Əbu Hüreyrə dedi: Rəsulullah (salləlahu aleyhi və səlləm)  Übey ibn Kabın yanına getdi, o namaz qılırdı. Ey Übey, dedi lakin o, Rəsulullaha icabət etmədi. Sonra ey Übey dedi, Übey ləng tərpəndi. Sonra Rəsulullahın (salləlahu aleyhi və səlləm) yanına gəldi və dedi: «Allahın salamı üzərinə olsun ey Allahın Rəsulu.» Allahın Rəsuluda: «Sənə də Allahın salamı olsun ey Übey, mən səni çağırdığım zaman gəlməli deyildinmi? Səni bunu etməyə vadar edən nədir? » Übey dedi ki: Ey Allahın Rəsulu namazda idim. Rəsulullah (salləlahu aleyhi və səlləm) dedi: «Allah təalanın vəhy etdiyi ayədə belə buyurulduğunu görmədinmi?» “Ey iman gətirənlər! Allahın və Peyğəmbərinin çağırışına cavab verin” (Ənfal, 24). Bəli ey Allahın Rəsulu dedi, bir daha təkrarlamaram deyə əlavə etdi. Rəsulullah buyurdu ki: «Sənə nə Tövratda, nə İncildə, nə Zəburda və nə də Quranda bənzəri olmayan bir surəni öyrətməyimi istəryərsənmi? Mən bəli ya Rəsulullah dedim. Rəsulullah (salləlahu aleyhi və səlləm)   buyurdu: «Ümid edirəm ki, sən onu öyrənənə qədər mən bu qapıdan çölə çıxmaram. Sonra Rəsulullah (salləlahu aleyhi və səlləm)  əlimi əlinə aldı, mənimlə danışırdı, söz bitmədən əvvəl qapıdan çölə çıxmasından qorxaraq ləng tərpənirdim. Qapıya yaxınlaşdıqda dedim ki: «Ey Allahın Rəsulu mənə vəd etdiyin surə hansıdır?» Buyurdu ki: «Namazda nə oxuyursan?» Dedim ki, ona Quranın anasını oxudum, O da buyurdu ki nəfsim əlində olan Allaha and içirəm ki,  Allah nə Tövratda, nə İncildə, nə Zəburda nə də Quranda onun kimisini nazil etməmişdir, o təkrarlanan yeddi ayədir. »

    Tirmizi onu Quteybədən rəvayət etmişdir, o da əl-Alədən, o da atasındna, Əbu Hureyrə hədisi olaraq rəvayət etmişdir və Rəsulullah (salləlahu aleyhi və səlləm) demişdir: O təkrarlanan yeddi ayədir və mənə verilən uca Qurandır. Sonra Tirmizi bu hədisin səhih və həsən olduğunu bildirir. Eyni mövzuda Ənəs İbn Malikdən də bir rəvayət nəql edirlər.

    Abdullah İbn Əhməd, İsmayı əbu Muammərdən, o da Əbu Usamədən, o da Abdul Həmid ibn Cəfərdən, o da əl-Alədən, o da atasından, o da Əbu Hüreyrədən, o da Ubey İbn Kəbdan bu hədisi bənzər şəkildə və ya təxminən olaraq uzun-uzadı rəvayət etmişdir.

    Tirmizi və Nəsai ikisi də Əbu Ammar Hüseyn ibn Hureysdən, o da Fadl ibn Musadan, o da Abdulhamid ibn Cəfərdən, o da əl-Alədən, o da atasından, o da Əbu Hüreyrə və Ubey İbn Kəbdan, Rəsulullahın (salləlahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: «Allah nə Tövratda, nə İncildə Quranın anasına bənzər surə nazil etmədi, o təkrarlanan yeddi ayədir. O mənimlə qulum arasında iki hissəyə bölünmüşdür».

    Nəsainin ifadəsi budur. Tirmizi də bu hədisi, həsən və qəribdir demişdir.

    İmam Əhməd deyir ki; bizə Məhəmməd ibn Ubeyd danışdı, bizə Hişam yəni İbn əl-Bərid danışdı, bizə Abdullah ibn Muhəmməd ibn Aqil, o da ibn Cabirdən, onun belə dediyini rəvayət etmişdir: Rəsulullahın (salləlahu aleyhi və səlləm)  yanına çatdığımda su daşıyırdı. Allahın salamı üzərinə olsun dedim. O, mənə cavab vermədi. Mən Allahın salamı üzərinə olsun dedim yenə mənə cavab vermədi. Allahın salamı üzərinə olsun ey Allahın Rəsulu dedim o mənə yenə cavab vermədi. Rəsulullah (salləlahu aleyhi və səlləm)   getməyə başladı, mən arxasında idim, nəhayət o evinə çatdı. Mən də məscidə girdim və kədərli olaraq oturdum. Rəsulullah (salləlahu aleyhi və səlləm)   yanıma gəldi, təmizlənmişti, sənin də üzərinə Allahın salamı rəhməti və bərəkəti olsun dedi, sənin də üzərinə Allahın salamı, rəhməti və bərəkəti olsun, sənin də üzərinə Allahın salamı rəhməti və bərəkəti olsun dedi. Sonra buyurdu: Ey Cabirin oğlu Abdullah, sənə Qurandakı surələrin ən xeyirlisini xəbər verim mi? Bəli ya Rəsulullah dedim. “Əlhəmdulilləhi rabbil aləmin”surəsini sonuna qədər oxu, buyurdu.

    Bu isnad sağlamdır. Bu isnadda sözü edilən İbn Aid böyük imamlar tərəfindən hüccət olaraq qəbul edilir. Abdullah ibn Cabir isə səhabədir. İbn’əl-Cevziyə  görə bu şəxs, Abdi qəbiləsindəndir. Doğrusunu Allah bilir. Deyilir ki, bu şəxs Abdullah İbn Cabir əl-Ənsar əl-Bəyaziddir. Hafiz İbn Əsakir belə bunu demişdir. Bu hədisi və bənzərlərini dəlil gətirərək bəzi ayə və surələrin digər bəzilərindən üstün olduğu ifadə edilmişdir. Necə ki, İshaq İbn Rahəveyh, Əbu Bəkr İbn əl-Ərəbi və maliklərdən İbn əl-Hisar aralarında olduğu alimlərdən çoxunun nəql etdiyi budur. Digər bir qrupa görə surələrin arasında heç bir üstünlük yoxdur. Hamısı Allahın kəlamıdır, üstünlük ətf etmənin üstün sayılmayanın kiçikliyinə səbəb olması ehtimalı vardır. Qurtubu bunu Əşəridən, Ebu Bəkir əl-Bəqillani, Əbu Hatim İbn Hibban əl-Bustidən, və Yəhya ibn Yəhyadan rəvayət etmişdir. İmam Malikdən də belə rəvayət edilmişdir.

    Başqa bir hədis: Buxari Quranın fəzilətləri bölümündə demişdir: Məhəmməd ibn əl Musənna danışdı, bizə Vəhb danışdı, bizə Hişam danışdı, o da Muhəmməddən, o da Mabəddən, Əbu Səid əl Xudrinin belə dediyini rəvayət etmişdir: Biz bir  yerdə yol üstü qonaqlamışdıq . Bir cariyə gəldi və dedi: «Qəbilənin başçısını ilan vurdu, aranızda ruqyə edən varmı? Aramızdan bir kişi qalxdı – biz onun ruqyə etdiyini bilməzdik – oxudu və adam yaxşılaşdı, ona otuz qoyun verdilər, bizə də süd içirtdilər. Geri qayıtdıqda dedik, sən oxuya bilirsənmiş? Dedi ki xeyr, mən yalnız Ümmül – Kitab (fatihə surəsi) oxudum. Dedik ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşmadan heçnə deməyək. Mədinəyə gəldiyimizdə vəziyyəti Peyğəmbərə (salləllahu aleyhi və səlləm) izah etdik. Dedi ki,dua olduğunu haradan bildiniz, qoyunları bölüşdürün və mənə də bir pay ayırın.

    Əbu Ma’mer der ki; bizə Abdul Varis danışdı, bizə Xişam danışdı, bizə Muhəmməd ibn Sirin danışdı, mənə Mabəd ibn Sirin danışdı: Eyni hadisə Əbu Səid əl-Xudrinin başına gəlmişdir.

    Müslim də belə rəvayət etmişdir. Əbu Davud Hişam xətti ilə bu hədisi rəvayət etmişdir və demişdir: o İbn Həsəndir İbn Sirindən rəvayət etmişdir.

    Müslimin bəzi rəvayətlərində ilan vuran adama oxuyan Əbu Səid əl-Xudrinin olduğu bəlli olur. İlan vuran adama Səlim deyirdilər bu da bir gözəl zənn idi.

    Başqa bir hədis: Müslim Səhihində, Nəsainin Sünənində, Əbu Əhvas Salam İbn Səlim, o da Ammar ibn Zurayqadan, o da Abdullah ibn İsa ibn Abdurrəhman ibn Əbu Leyladan, o da Səid ibn Cubeyrdən, İbn Abbasın dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) dayanmışdı, Cəbrayıl yanında idi. Bu vaxt yuxarıdan bir gurultu səsi gəldi. Cəbrayıl gözünü səmaya tikdi və dedi:  bu göydə açılmış elə bir qapıdır ki, heç bir zaman açılmamışdır. Ordan bir mələk endi və Peyğəmbərə (salləllahu aleyhi və səlləm)  gələrək dedi: «Səni verilən elə  iki nurla müjdələyirəm ki, səndən əvvəl heç bir Peyğəmbərə onlar verilməmişdir: Fatihə və Bəqərə surəsinin sonudur. Kim ondan bir hərf oxusa qarşılığı verilər. Bu, Nəsainin ifadəsidir. Müslimdə də buna bənzər bir başqa hədis vardır.

    Başqa bir hədis: Müslim deyir ki; bizə İshaq ibn İbrahim əl-Hənzəli, yəni İbn Rahaveyh danışdı, bizə Sufyan ibn Ueynə, o da Alədən yəni İbn Abdurrəhman ibn Yaqub əl-Huraqidən, Əbu Hüreyrənin dediyini rəvayət etmişdir:  Rəsulullah (salləllahu aleyhi və səlləm) «Hər kim ki Fatihəsiz bir namaz qılarsa əskikdir, tamamlanmamıştır». Əbu Hüreyrə dedi: imamın arxasında olsaq belə? O da dedi: Onu ürəyində oxu. Mən Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: Allah əzzə və cəllə buyurur, Mən namazı mənim ilə qulum arasında ikiyə ayırdım qulumun istədiyi onundur. O, “Əlhəmdu lilləhi rabbil aləmin” deyəndə, Allah, qulum mənə həmd etdi, deyər. “Ər rahmanir Rahim” deyəndə, Allah, qulum mənə səna etdi, buyurur. “Məliki yəumiddin” deyəndə, Allah, qulum məni təriflədi, buyurur, başqa rəvayətdə, qulum mənə hər işini həvalə etdi, buyurur. “İyyəkə nəbudu və iyyəkə nəstain” deyəndə, Allah, “Bu, qulumla mənim aramdadır və quluma istədiyi verilər, buyurur. “İhdinəs sıratal mustəqim, sıratalləzinə en əmtə aleyhim, ğayril mağdubi aleyhim və ləddallin” deyəndə, Allah, bu qulum üçündür və qulumun istədiyi vardır, buyurur.

    Nəsai bu hədisi İshaq İbn Rahaveydən bu şəkildə rəvayət etmişdir.

    Eyni şəkildə Quteybədən, o da Malikdən, o da Alədən, o da Hişam ibn Zuhrənin mövlası Əbu Səibdən, o da Əbu Hüreyrədən rəvayət etmişdir. Bu rəvayətdə belə ifadə vardır: yarısı mənim, yarısı da qulumundur. Qulum üçün də istədiyi verilir.

    Bunu İbn İshaq Alədən da rəvayət etmişdir.

    Onu Müslim də İbn Cüreyc, Alə və İbn Səib yolundan rəvayət etmişdir.

    İbn Əbu Əvs, o da Əladan, oda atasından və Əbu Səibən rəvayət etmişdir. İkisidə Əbu hureyrədəndir.

    Tirmizi isə bu hədisə həsəndir deyər. Mən Əbu Zuradan soruşdum: ikisidə səhihdir. Kim Alə, atasından və Alə Əbu Səibdən deyə rəvayət edərsə, doğrudur.

    Bu hədisi Abdullah İbn Əhməd də, Alədan, o da atasından, o da Əbu Hüreyrədən uzun uzadıya rəvayət etmişdir.

    İbn Cərir deyir ki bizə Saleh İbn Mismar əl-Mərvazi danışdı, bizə Zeyd ibn əl-Hubab danışdı, bizə Ənbəsə ibn Səid danışdı, o da Mutarifdən, o da Sad ibn İshaq ibn Kəb ibn Ücrədən, o da Cabir ibn Abdullahdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: Allah Təala buyur: Mən namazı qulumla öz aramda ikiyə böldüm. Onda qulumun özü üçün istədiyi var. Qul “Əlhəmdu lilləhi rabbil aləmin” deyəndə, Allah, qulum mənə həmd etdi, deyər. Qul “Ər rahmanir Rahim” deyəndə, Allah, qulum mənə səna etdi, buyurur. Sonra buyurur: bu mənim, qalanı onundur. Bu  hədis bu mənada qəribdir.

    BU HƏDİSƏ VƏ FATİHƏYƏ AİD BƏZİ KƏLMƏLƏR

    Birinci görüş: Ona qiraəti qəst edərək namaz deyilmiş. Necə ki Allah Təala buyurur: «Namaz qılarkən səsini yüksəltmə, gizli də oxuma, ikisi ortasını tap.» (İsra, 110). Yəni namazda oxuyarkən deməkdir. Bu xüsusa İbn Abbasdan nəql edilən səhih bir hədisdə də rast gəlinir. Hədisdə deyilir: Mən namazı mənim ilə qulum arasında ikiyə ayırdım qulumun istədiyi onundur. Sonra bu bölgünün təfsilatı izah edilmiş və Fatihənin oxunuşu zikr edilmişdir. Bu da namazda qiraətin əhəmiyyətinə dəlalət edər. Namazın ən böyük əsaslarından biri olduğunu göstərir. Çünki Fâtihəyə ibadət və namaz terminləri aid olunub bununla ibadətin bir hissəsi yəni qiraətləri nəzərdə tutulmuşdur. Məsələn bu ayədə də qiraəti qəst edilmiş, namaz olduğu başa düşülür: “Gün batmağa meyl edəndən gecənin qaranlığınadək namaz qıl və sübh çağı oxu, çünki sübh çağı oxunanın şahidləri olur.” (İsra, 78). Məqsəd sübh namazıdır, necə ki, Buxari və Müslimdə açıq olaraq varid olmuşdur. Allah Təala gecə mələkləriylə gündüz mələklərini ona şahid edər deyilmişdir. Bütün bunlar göstərir ki namazda qiraət lazımdır və bu barədə üləma ittifaq etmişdir. Lakin ixtilaf ikinci bir məsələdədir ki bunu aşağıda göstərəcəyik. Buna görə namazda Fatihənin oxunması şərtdir, yoxsa yerini başqa bir şey tutula bilər. Bu mövzuda iki məşhur görüş vardır.

    Əbu Hənifəyə və onun yoldaşlarından ona tabe olanlara görə  Fatihə şərt deyil. Qurandan nə oxunsa kifayətdir. Bu fikirlərinə dəlil olaraq bu ayə gətirilir:

    «Qurandan sizə  asand olanı oxuyun.» (Əl-Muzzəmmil, 20). Ayrıca Buxari və Müslimin səhihlərində Əbu Hüreyrədən nəql edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) namazını pis qılan bir nəfərə dedi: namaz qıldığın zaman təkbir et, sonra qurandan bildiyini oxu. Fatihəni yaxud başqasını təyin etməmişdir.

    İkinci görüş: namazda Fatihə oxumaq şərtdir, onsuz namaz yoxdur. Bu İmam Malik, Şafi, Əhməd İbn Hənbəl və cumhur alimlərin görüşüdür. Onlar bu hədisi dəlil göstərirlər. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Quranın anasını oxumadan namaz qılan, naqisdir». Hədisin mətnində keçən ” El-Xidəc” sözü əksiklik deməkdir, nataman kimi açıqlanır. Və iki Səhihdə keçən bu hədisi dəlil gətirmişdilər: Zühri, o da Mahmud ibn Rabidən, o da Ubadə ibn Samitdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: «Fatihə oxumayanın namazı yoxdur». İbn Huzeymə və İbn Hibbanın Səhihlərində keçir. Əbu Hüreyrə də hədisində demişdir: Fatihə oxunmayan namaz naqisdir. Bu mövzuda hədislər çoxdur. Münazirə şəkli müxtəlifdir. Bizim burada onları zikr etməyimiz uzun olar. Sadəcə yerlərinə işarə etdik. Allahhamısına rəhmət etsin, Şafi məzhəbinə və elm əhlindən bir qrupa görə, Fatihənin hər rükətdə oxunması vacibdir.

    Digər bir qismi isə rükətlərin çoxunda oxunması lazımdır deyərlər. Həsən əl-Bəsri və Bəsrəlilər əksəriyyəti isə sadəcə bir rükətdə oxunması vacibdir demişlər. Dəlilləri “fatihəni oxumayanın namazı yoxdur” hədisidir. Əbu Hənifə və yoldaşları, Sevri və Əvzai isə Fatihə oxumanın qeyd edilmədiyini, onun xaricində hər hansı bir ayə oxunması kifayətdir çünki Allah təala buyurur: «Qurandan sizə asanı olanı oxuyun» (əl-Muzzəmmil, 20). Doğrusunu Allah bilir.

    İbn Macə, Əbu Süfyan əl-Sadidən, o da Əbu Nadrədən, o da Əbu Səiddən mərfu ‘olaraq rəvayət etmişdir: «fərz və ya başqa namazda, hər rükətdə fatihə və bir surə oxumayan adamın namaza yoxdur» buyurmuşdur. Bu hədisin səhihliyi şübhəlidir. Bunun təhqiq yeri Əl-Əhkamul Kəbir kitabıdır. Allah daha yaxşı bilir.

    Üçüncü görüş: imama uyan kimsəyə Fatihə oxumanın vacib olub olmaması mövzusudur. Bu mövzuda alimlərin üç görüşü vardır:

    Birincisi: imama vacib olduğu kimi, yuxardaki hədislərin cəminə əsasən, imama uyana da fatihəni oxumaq vacibdir.

    İkincisi: imama uyan kimsəyə, nə Fatihə, nə də başqa bir ayə oxumaq vacib deyil. İstər səslə qılınan istər səssiz qılınan namazda olsun heç bir şey oxumaq lazım deyil. İmam Əhməd İbn Hənbəl Müsnədində, Cabir İbn Abdullahdan Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: İmamı olan adama imamın oxuması qıraətdir. Ancaq bu hədisin isnadı zəifdir. Malik, Vəhb İbn Keysan dan o da Cabirdən öz sözü olaraq rəvayət etmişdir. Bu hədis başqa yollarla da rəvayət edilmişdir ki, bunlardan heç birisinin Rəsulullaha (salləllahu aleyhi və səlləm) isnadı səhih deyil. Allah daha yaxşı bilir.

    Üçüncü görüş: Yuxarıda keçdiyi kimi, gizli oxunan namazlarda imama uyanın qiraəti vacibdir, ancaq səslə qılınan namazlarda vacib deyil. Necə ki Müslimin səhihində Əbu Musa əl-Əşari dən rəvayət edildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm)  belə buyurmuşdur: İmam, ona  uyulması üçün önə keçmişdir. Buna görə də təkbir aldığı zaman təkbir edin, oxuduğu zaman susun.

    Əbu Davud, Tirmizi, Nəsai, ibn Macə kimi Sünən sahibi imamlar da beləcə Əbu Hureyrədən rəvayət etmişlər. və Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: O oxuduğu zaman susun. Müslim, İbn Həccac da səhih olduğunu demişlər. Bu iki hədis, bu görüşün səhhətinə dəlalət edər ki, Şafinin köhnə görüşü belədir. Allah ona rəhmət etsin. İmam Əhməd İbn Hənbəlində belə bir rəvayəti vardır. Bu məsələləri burada zikr edilməsinin səbəbi, Fatihə surəsinin digər surələrdən fərqləndirən bəzi xüsusi hökmlərini açıqlamaqdan ibarətdir. Allah daha yaxşı bilir.

    Hafiz Əbu Bəkr əl-Bəzzar demişdir: Bizə İbrahim ibn Səid əl-Cəvhəri danışdı, bizə Qassan ibn Ubeyd, o da Əbu İmran əl-Cəvnidən, o da Ənəsdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: yanını yatağa qoyduğunda Fatihəni və İxlası oxusan ölümdən başqa hər şeydən əmin ola bilərsən.

    İSTİAZƏNİN TƏFSİRİ

    Allah Təala buyurur ki: “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir” (Əraf, 199-200). Və Allah Təala buyurur: “Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (Muminun, 96 – 98). Və buyurur: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir” (Fussilət, 34-36).

    Bu üç ayənin bu mövzuda dördüncüsü yoxdur. Allah Təala insan cinsindən olan düşmənlərə yaxşı davranaraq, onların əslən yaxşı olan təbiətlərinə dönərək təmizlənmələrini təmin etməyi əmr edir. Lakin şeytan cinsindən olan düşməndən Allaha sığınmağı buyurmaqdadır. Çünki o, yaxşı davranmağı və ehsanı qəbul etməz. Şeytan Adəm ilə aralarındakı şiddətli düşmənliyə görə, onun övladının həlakını istər. Necə ki, Allahu Təala bu mövzuda buyurur: “Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik” (Əraf, 27); “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır”(Fatir, 6); “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi, o cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!” Əl-Kəhf, 50); “O dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam. Təkcə Sənin seçilmiş qullarından başqa!”(Sad, 82,83); “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir” (Nahl, 98-100).

    Qarilərdən bir grup qıraətdən sonra istiazə edərdilər ki, ibadətdən sonra özlərindən heyrəti dəf etsinlər. İbn Qaluqanın ifadəsinə görə Həmzə ilə Əbu Hatim Sicistani onlardan idi. Bunu Yusif İbn Əli ibn Cəbbarə əl-Xuzari əl-Mağrubi də «əl-Kamil» adlı əsərində nəql etmişdir. Əbu Hurüyrədən də qərib rəvayət edilmişdir. Bunu Muhəmməd ibn Ömər ər-Razi təfsirində İbn Sirindən rəvayət etmişdir və demişdir: İbrahim Nəxai ilə Davud əl-İsfəqani əz-Zahiri də bu fikirdədirlər.

    Qurtubidə Əbu Bəkr ibn əl-Arabidən, o da İmam Məlikin Məcmuasından, fatihədən sonra istiazə edər dediyini nəql etmiş və İbn əl-Arabi bunu qərib qarşılamışdır. İki dəlili birləşdirmək üçün üçüncü görüşü nəql etmişdi: əvvəldə və axırda istiazə edilir. Bunu da Razi rəvayət etmişdir. Cumhurun  üzərində ittifaq etdiyi məşhur görüş, tilavətdən əvvəl istiazə edilməsidir. Beləcə vəsvəsə verənin dəf edilməsi təmin edilər.  Onlara görə: “Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!” (Nəhl 98), ayəsinin mənası quran oxumaq istədiyin zaman, deməkdir. Məsələn: “Namaza durduğunuz zaman üzünüzü, dirsəklərə qədər əllərinizi yuyun. Başınızı da məsh edin” (Maidə, 6) ayəsi kimi, qalxmaq istədiyiniz zaman deyə təfsir edilmişdir. Bu mövzuda bir çox hədisi dəlil gətirilmişdir:

    İmam Əhməd İbn Hənbəl demişdir: Bizə Muhammed İbn Həsən ibn Ətəş danışdı, bizə Cəfər ibn Suleyman, oda Əlidən, o da Rifai əl-Yuskuridən, o da Əbu Mutəvəkkil ən-Nəcidən danışdı, Əbu Səid əl-Xudridən, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) gecə qalxınca namaza başlayır və təkbir gətirər sonra (sübhanəkə)ni oxuyur üç dəfə «La ilahə illəllah” deyərdi. Sonra «Əuzu billəhi səmiil əlimi min əşşeytani rracim» deyərdi. Bunu dörd Sünən sahibləri rəvayət etmişdir. Bu hədisi Cəfər İbn Süleyman və Əli İbn Əli ər-Rifaidən rəvayət etmişlər. Tirmizi də bu hədisə, bu mövzuda ən məşhur olan hədisdir demişdir. Hədisin mətnində keçən «Həmz» ölüm və boğulmaqla, «nefh» sözü qürurla, «nəfəs» sözü şeirlə təfsir edilmişdir. Necə ki, bunu İbn Macə də Şubədən, o da Amr ibn Murrədən, o da Asim əl-Anzidən, o da Nafi ibn Cubeyr ibn Mutimdən rəvayət etmişdir. Atası demişdir ki, Rəsulullahı (salləllahu aleyhi və səlləm) namaza başlayarkən gördüm. Üç dəfə Allahu əkbər kebiran, üç dəfə əlhamdulilləhi kəsiran, üç dəfə Subhanallahi bukratən və asilən dedi, sonra istiazə etdi. Əmr deyir ki, həmz ölümdür, nefh kibir, nəfs isə şeirdir. İbn Macə demişdir: bizə Əli İbn əl Münzir danışdı, bizə Fudeyl danışdı, bizə Əta ibn Səib danışdı, bizə Abdurrəhman əs-Suləmi danışdı, o da İbn Məsuddan, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu xəbər verdi: Allahım qovulmuş şeytandan Sənə sığınıram, onun həmzindən, nəfəsindən və ilhamından da.

    İmam Əhməd demişdir: bizə İshaq İbn Yusuf danışdı, bizə Şərik danışdı, o da Yalə bin Ətadan, o da bir adamdan, Əbu Umamə əl Bəhili demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) namaza qalxdığında üç dəfə təkbir gətirərdi, sonra üç dəfə Lə ilahə illəllah deyər və sonra üç dəfə Subhanallahi və bihamdihi deyərdi. Sonra əuzu billəhi min əşşeytani racim min həmzihi və nəfhihi və nəfsihi, deyərdi.

    Hafiz Əbu Yala Əhməd İbn Əli İbn əl müsənna əl Mevsıli Müsnədində demişdir:  bizə Abdullah İbn Ömər İbn Əban əl-Kufi danışdı, o da Əli ibn Həşim ibn əl-Bəriddən, o da Yəzid ibn Ziyaddan, o da Abdulməlik ibn Umeyrdən, o da Abdurrəhman ibn Əbu Leyladan, o da Übey ibn Kəbdən rəvayət edir ki, bir gün Rəsulullahın (salləllahu aleyhi və səlləm) hüzurunda iki nəfər mübahisə etdi, içlərindən birinin hirsdən burnu qızardı. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: Mən elə bir şey bilirəm ki, əgər onu söyləsəydi içindəki keçərdi. Sonra da « əuzu billəhi min əşşeytani racim » dedi.

    Nəsai də bunu “Əl yəum və lleyl” kitabında Yusif ibn İsa əl-Mərvazidən, o da Fadl ibn Musadan o da Yəzid ibn Ziyad ibn Əbi Cəddən rəvayət etmişdir.

    Ahmed İbn Hənbəl isə eyni hədisi Əbu Səiddən, o da Zaidədən rəvayət etmişdir. Əbu Davudda Yusif ibn Musadan, o da Cərir ibn Abdulhəmiddən, Tirmizi və   Nəsai də “Əl yəum və lleyldə” Bundardan, o da İbn Mehdidən, o da Səvridən rəvayət etmişdir.  Yenə Nəsai Zaidə ibn Qudamədən, üçüdə Abdulməlik ibn Umeyrdən, o da Abdurrəhman ibn əbi Leyladan, o da Muaz ibn Cəbəlin dediyini rəvayət etmişdir: İki nəfər Rəsulullahın (salləllahu aleyhi və səlləm) hüzurunda bir-birinə söydü, biri çox qəzəbləndi. Mənə elə gəldi ki, hirsindən partlayacaq. Bunun üzərinə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: «Mən elə bir söz bilirəm ki, onu söyləsəydi qəzəbi keçərdi. Adam: «Ey Allahın Rəsulu, o nədir?» dedikdə, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «əuzu billəhi min əşşeytani racim desin.»
    Əbu Leyla deyir ki: Muaz, adamın belə deməsini istədi , o isə demədi və getdikcə də qəzəbi artdı. Əbu Davudun ifadəsidir budur. Tirmizi deyir ki, bu hədis mürsəldir. Yəni Əbdürrəhman İbn Əbu Leyla, Muaz İbn Cəbəl ilə qarşılaşmamışdır. Çünki Muaz iyirmi il əvvəl vəfat etmişdi.

    Mən də deyərəm ki, Əbdürrəhman İbn Əbu Leyla daha əvvəl də keçdiyi kimi- Übey ibn Kabdan eşitmiş, o da Muaz İbn Cebeldir nəql etmişdir. Çünki bu hadisəyə səhabələrdən bir çoxu şahid olmuşdur.

    İmam Buxari demişdir: bizə Osman İbn Əbu Şeybə danışdı, o da Cərirdən, o da Aməşdən, o da Adiy ibn Sabitdən, o da Süleyman İbn Suraddan rəvayət etmişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında iki nəfər söyüşdülər, biz də onun yanında oturmuşduq. Digəri dostuna əsəbləşərək üzü qıpqırmızı olmuşdu. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: Mən elə bir söz bilirəm ki, onu söyləsə qəzəbi keçər, əgər “əuzu billəhi min əşşeytani racim” desəydi hirsliliyi çıxardı. Orda
    olanlar adama Rəsulullahın nə dediyini eşitmədin? soruşanda, o, mən dəli deyiləm deyə cavab vermişdi.

    Bu hədisi Müslim, Əbu Davud, Nəsai ilə eyni çeşidli yollarla, Aməşdən bu şəkildə nəql etmişlər.İstiazə mövzusunda bir çox hədis varid olmuşdur ki biz burada onları qeyd etsək mövzu uzanar. Bu mövzu zikr və əməllərin fəzilətləri haqqında kitablarda yer alır. Allah daha yaxşı bilir.

    Rəvayətə görə Rəsulullaha (salləllahu aleyhi və səlləm) Cəbrayıldan Qurandan ilk nazil edilən istiazə kəlməsidir. Necə ki İmam Əbu Cəfər İbn Cərir əl-Təbəri bunu demişdir.

    Bizə Əbu Qureyb danışdı, o da Osman ibn Səiddən, o da Bişr ibn Umarədən, o da Əbu Ravqdan, o da Dəhhaqdan, Abdullah İbn Abbasın belə dediyini nəql etmişdir: Cəbrayılın Peyğəmbərə (salləllahu aleyhi və səlləm) nazil etdiyi ilk əmr: «Ya Məhəmməd istiazə et» əmridir. O da dedi: Əstəizu billəhi səmiil əlimi min əşşeytani racim. Sonra «Rəhman və Rəhm olan Allahın adıyla» demiş, sonra da «Yaradan Rəbbinin adıyla oxu» (Alaq, 1) buyurmuşdur. Cəbrayılın diliylə Rəsulullaha (salləllahu aleyhi və səlləm) nazil olduğu ilk surə budur. Bu hədis qəribədir, ancaq biz bilinməsi üçün zikr etdik. Çünki isnadda zəiflik və kəsinti vardır.Allah daha yaxşı bilir.

    Məsələ: Alimlərin çoxu istiazənin müstəhəb olduğunu demişlər. Tərk edən günah qazanmaz. Razi, Əta ibn Əbu Rabahdan namaz və namazdan xaric quran oxuyarkən vacib olduğunu nəql etmişdir. İbn Sirindən isə ömründə bir dəfə demeyi kifayət edər, vacibliyi üzərindən düşər, rəvayət edilmişdir. Razi Ətanın bu görüşünə “istiazə et” ayəsinin zahirini dəlil gətirmişdir. Və Rəsulullahın (salləllahu aleyhi və səlləm) buna davam etməyi. O eyni zamanda şeytanı uzaqlaşdırır. Vacibi tamamlayan da vacibdir. Bununla bərabər istiazə daha ehtiyatlıdır. Vacibliyin sübutu yollarından biri də budur.

    Bəziləri demişlər: O Rəsulullaha (salləllahu aleyhi və səlləm) vacib idi, ümmətə deyil. Məlikdən onun fərz namazlarında deyil, ramazanda təravih qılınarkən ilk gecənin əvvəlində deyiləcəyi rəvayət edilmişdir.

    Məsələ: Şəfii İmla kitabında demişdir: İstiazə açıq deyilər, gizli deyilsə zərər olmaz. Um kitabında da sərbəst olduğunu demişdir. Çünki İbn Ömər gizli demişdir. Əbu Hureyrə isə açıq söyləmişdir. Şəfinin birinci rükatdan sonra istiazənin müstəhəb olub olmadığı haqqında iki fərqli görüşü vardır. Müstəhəb olduğunu tərcih etmişdir.

    İstiazə edən: əuzu billəhi min əşşeytani racim- desə, Şəfi və Əbu Xanifəyə görə kifayət edər. Bəziləri: billəhi səmiil əlim əlavə etmişlər. Başqaları da: əuzu billəhi min əşşeytani racim, innə Allahə huvə səmiul əlim deyər, demişlər. Bəziləri də: Əstəizu billəhi səmiul əlimi min əşşeytani racim deyəcəyini söyləmişlər. O zaman ayənin əmrinə və Dəhhaqın İbn Abbasdan rəvayət etdiyi hədisə uyğun hərəkət etmiş olunur. Yuxarıda keçdiyi kimi sağlam sənədli hədisə riayət etmək daha yaxşıdır. Allah daha yaxşı bilir.

    Məsələ: Sonra namazda istiazə etmək qiraət üçündür. Bu Əbu Xanifə və Muhəmmədin görüşüdür. Əbu Yusuf namaz üçündür, demişdir. Buna görə imama uyan quran oxumasa da istiazə edər. Bayram namazında iftihtah təkbirindən sonra və bayram təkbirindən əvvəl istiazə edilər.Cumhur isə təkbirlərdən sonra və qiraətdən öncədir, demişlər.

    Istiazənin bəzi gözəllikləri: Ağzı təmizləyər, yəni ondan çıxan boş və pis sözlərdən təmizləyər. Allahın kəlamını oxumağa hazırlıqdır. Allahdan yardım istəməkdir. Allahın qüdrətini və qulun o düşmənə qarşı zəyifliyini etiram etməkdir. O elə açıq və gizli düşməndir ki, onu yalnız Allah dəf edər. Yaxşı davranmaq və idarə etmək ona təsir etməz.İnsanlardan olan düşmən isə elə deyil. Yuxarıda keçən üç ayə də bunu göstərir. Allah Təala buyurur: “Qullarımın üzərində sənin gücün yoxdur. Allahın himayəsi sənə yetər” (İsra, 65).

    Mələklər Bədr günü insanın düşmənlərini öldürmək üçün yerə endilər. Kimi aşkar insanlardan olan düşmən öldürsə, o şəhid olar. Kimi gizli düşmən öldürsə, qovulmuş olar. Kimi aşkar düşmən məğlub edərsə, savab qazanar. Kimi də gizli düşmən əzərsə, fitnəyə düşər və günah qazanar. Şeytan insanı onun görmədiyi yerdən gördüyü üçün, ondan onu görənə və şeytanın onu görmədiyinə sığın.

    Fəsil: İstiazə Allaha sığınmaqdır, bütün şərlilərin şərindən Ona sığınmaqdır. “İyəzə” şəri dəf edər, “liəvzə” isə xeyri cəlb edər. Şair Mutənnəbi şeirində dediyi kimi:

    Ey umüdlərimdə sığındığım

    Çəkindiyim şeylərdə də isitiazə etdiyim

    Sənin qırdığın gəmini düzəldən olmaz

    Sənin düzəldiyin gəmini qıran tapılmaz. 

    FƏSİL

    İstiazənin mənası

    “Əuzu billəhi minə şeytani rracim”-in mənası budur, yəni: Qovulmuş şeytanın dinim və dünyama zərər verməsindən, yaxud mənə əmr olunduğum bir şeyi etməkdən çəkindirmədən və qadağan olunmuş bir hərəkəti etməyi təşviq etməsindən Allaha sığınıram. Çünki şeytanı insandan yalnız Allah uzaqlaşdırar. Bunun üçün Allah Təala insanlardan olan şeytanlara yaxşı davranıb onları idarə etməyi buyurmuşdur ki, onların fitrəti pisliyi geri çevirər. Allah Təala cinlərdən olan şeytanlardan Özünə sığınmağı əmr etmişdir. Çünki o rüşvət qəbul etməz və ona yaxşılıq təsir etməz. Çünki onun fitrəti də şərdir. Onu ancaq onu yaradan Allah dəf edər, bu məna Quranın üç ayəsində bəhs mövzusu edilməkdədir ki bir dördüncüsünü mən bilmirəm. Necə ki Əraf surəsində Allah Təala belə buyurur: «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz çevir» (Əraf, 199). Bu ayə insanlardan olan şeytanlarla muamilə haqqındadır. Sonra belə buyurulmuşdur: “Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, o Eşidəndir, Biləndir” (Əraf, 200). Allah təala Muminun surəsində isə belə buyurulmuşdur: «Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!” Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”» (Muminun, 96-98). Allah təala (Hə, Mim, səcdə surəsində) buyurmuşdur: “Yaxşılıqla pislik eyni ola bilməz. Sən yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir” (Fussillət 34-36).

    Ərəb dilindən şeytan sözü “şatana” kökündən törəmiş və uzaqlaşma mənasındadır. O, təbiəti etibarilə bəşər təbiətindən və fasiqliyi etibarilə də bütün xeyrdən uzaqdır. Bəziləri isə “Şata” sözündən törəmiş olduğunu demişlər, çünki o atəşdən yaradılmışdır. Bəzi alimlər isə hər iki ifadənin də doğru, ancaq birincinin daha doğru olduğunu demişlər. Ərəb dili də bunu göstərir, şair Umeyyə ibn Əbu Ssalat, Suleymanın mülkündən bəhs edərək demişdir:

    Hansə şatın ona üsyan etsə bağlayar,

    Zindana atılıb, qandallanar.

    Burada şatın sözünü istifadə etmişdir, sait deməmişdir. Nəbiğa əz-Zuyyəni, onun adı Ziyad ibn Amr ibn Muaviyyə ibn Cabir ibn Dabab ibn Yərbu ibn Murrə ibn Sad ibn Zubyandır, demişdir:

    Suad səndən uzak yerlərə getdi,

    O da uzaqlaşdı, könlüm ona bağlı qaldı.

    O da şatın sözünü istifadə etmişdir. Ərəblər: “Təşşeytana” deyərlər, yəni şeytanlaşmaq. Əgər şata kökündən gəlsə idi “təşşəyətə” deyərdilər, uzaqlıq mənasında. Buna görə asi cin, insan və heyvana şeytan deyilir. Allah Təala buyurur:
    “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et” (Ənam, 112). İmam Əhmədin Müsnədində Əbu Zərrdən nəql edildiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurur: “Ey Əbu Zərr insan və cinlərin şeytanlarından Allaha sığın” Əbu ​​Zərr deyir: Dedim ki, insanlardan da şeytanlar olur? O da: Bəli, buyurdu.

    Müslimin Səhihində də Əbu Zərrdən eyni şəkildə rəvayət edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Namazı, kadin, eşşək və qara it pozar.” Mən dedim: “Ey Allahın Rəsulu, niyə sarı və qırmızı deyil, qaradır? O dedi: “Qara it şeytandır.”

    İbn Vəhb deyir ki, mənə Hişam İbn Sad, o da Zeyd İbn Əsləmdən, o da atasından xəbər verdi ki, Ömər İbn Xəttab bir qatıra minmiş, o kişnəməyə başladı. Onu vurdu kişnəməyi artdı. Nəhayət üstündən enib dedi: Məni şeytanın üstünə mindirdiz, düşəndə özümü tanımadım. Bu hədisin isnadı səhihdir.

    “Racim” fel vəzninin məful mənasındadır və bütün xeyrlərdən qovulmuş deməkdir. Necə ki Allah Təala buyurur: “Biz yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq” (Mülk, 5). Allah buyurur: “Biz dünya səmasını parlaq ulduzlarla bəzədik. və hər bir asi şeytandan mühafizə etdik. Onlar artıq ali topluma qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yağdırılar. Qovularlar və onları uzun sürəcək bir əzab gözləyir. Lakin hər kim qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər. Soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq” (Saffat, 6-11). Allah təala demişdir: “Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq kim xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər” (Hicr, 16 -18). Buna bənzər bir çox ayələr vardır.

    Belə də deyilmişdir: Racim, “atan” mənasındadır, çünki o, insanların kökslərinə vəsvəsə və şübhə atır. Birincisi daha məşhur və daha doğrudur.

     

    Rəhman və Rəhim olan Allahın adı ilə

    Həmd olsun Allaha, aləmlərin Rəbbinə

    Rəhmandır, Rəhimdir

    Din gününün hökmdarına

    Yalnız Sənə ibadət edirik və yalnız Səndən istəyirik

    Bizi doğru yola yönəlt

    Nemət bəxş etdiklərinin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil

     

    “Rəhman və Rəhim olan Allahın adı ilə”

    Səhabələr Allahın kitabını bununla açdılar və alimlər bunun Nəml surəsində müstəqil bir ayə olduğunda ittifaq etmişlər. Ancaq hər surənin əvvəlində və hər surənin başlanğıcında bir ayə olub olmadığı mövzusunda ixtilaf etmişlər, və yaxud surələri ayırmaq üçün yazılmışdır, ayə deyildir fikri bəyan etmişlər. Buna öncəkilər də sonrakilər də daxildir. Bütün bunlar yeri gələndə izah olunacaq.

    Əbu Davudun Sünənində səhih bir isnadla Abdullah İbn Abbasdan belə rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) “Rəhman və Rəhim olan Allahın adı ilə” nazil olana qədər surələri ayırmazdı. Bunu Hakim Əbu Abdullah əl-Nisaburidə Mustədrək əsərində rəvayət etmişdir. Səid İbn Cübeyrdən mürsəl olaraq rəvayət edilmişdir.

    İbn Hüzeymenin səhihində Ümmü Sələmədən rəvayət edilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) namazda “bəsmələni” fatihənin başında oxumuş və onu ayə saymışdır. Lakin bu rəvayət Ömər İbn Harun əl-Bəlxidən rəvayət edilmişdir. İbn Cüreyc və İbn Əbu Muleykə sənədində zəiflik olduğu qəbul edilir.

    Darekutni də Əbu Hüreyrədən bunun bənzərini mərfu olaraq rəvayət etmişdir. Eynisi Əli, İbn Abbas və digərlərindən rəvayət edilmişdir. “Bəsmələni” Tövbə surəsinin xaricində, bütün surələrin bir ayəsi olduğunu rəvayət etmişlər: İbn Abbas, İbn Ömər, Əbu Hüreyrə və Əli İbn Əbu Talib. Tabiinlərdən: Əta, Tavus, Səid ibn Cübeyr, Məkhul və Zühri. Abdullah İbn əl-Mübarək, Şafi, Əhməd İbn Hənbəl də bu fikirdədirlər. Bir rəvayətə görə İshaq ibn Rahaveyh, Əbu Übeyd Əl-Qasım İbn Səlləm da bu fikirdədirlər.

    İmam Malik, Əbu Hanifə və dostları: nə Fatihədən nə də ki digər surələrdən ayə olmadığını demişlər.

    Şəfii məzhəbinin bir görüşündə deyilmişdir: O, Fatihədən bir ayədir, digərlərindən deyildir. Ondan, onun hər surənin əvvəlindən bir ayə olduğu da rəvayət edilmişdir ki, bu iki görüş qəribdir.

    Davud da: O hər surənin başında müstəqil bir ayədir, ancaq surədən deyil. Bu rəvayət Əhməd İbn Hənbəldən rəvayət edilmişdir. Əbu Bəkr ər-Razi, Əbul-Həsən əl-Kərhidən danışmışdır. Bu iki şəxs Əbu Hənifənin əshabının böyükləri idi, Allah onlara rəhmət etsin. Bunlar onun fatihədən ayə olub olmaması ilə əlaqədar fikirləridir.

    “Bəsmələnin” namazda açıqdan oxunub okunmayacağı fikirlər bunlardır: Kim onu Fatihədən olmadığını qəbul edərsə, onu açıqdan oxumaz. Onun Fatihanın başında bir ayə olduğunu söyləyənlər də eyni fikirdədirlər. Surələrin başında bir ayə olduğunu qəbul edənlər də fərqli fikirlər söyləyiblər. Şəfii onu Fatihə və surə ilə açıqdan oxuyur. Bu görüş səhabədən, tabiinlər və müsəlmanların sələfi və xələf imamlarından bir qrupun məzhəbidir. Səhabələrdən: Əbu Hüreyrə, İbn Ömər, İbn Abbas və Müaviyə açıqdan oxumuşlar. Bunu İbn Abd əl-Bərr və Beyhəqi də Əlidən belə nəql etmişlər. Xətib isə bunu dörd Xəlifə – Əbubəkr, Ömər, Osman və Əlidən rəvayət etmişdir. Bu da qəribdir. Tabiinlərdən də belə rəvayətlər nəql edilmişdir: Səid İbn Cü-Beyr, İkrimə, Əbu Kiləb, Zühri, Əli İbn Hüseyn, onun oğlu Muhamməd, Səid İbn Müseyyəb, Əta, Tavus, Mücahid, Səlim, Muhamməd İbn Kəb əl-Kurazi, Muhamməd ibn Ubeyd, Əbubəkr ibn Muhamməd İbn Amr İbn Həzm, Əbu Vail, İbn Sirin, Muhamməd İbn əl-Münkədir, Əli ibn Abdullah İbn Abbas, oğlu Muhamməd, İbn Ömərin köləsi Nəfi, Zeyd İbn Əşləm, Ömər İbn Əbdüləziz , Ərzaq İbn Qeys, Hubeyb İbn Əbu Səbit, Əbu Şasa, Məkhul, Abdullah İbn Maqil İbn Muqarrin. Beyhəqi Abdullah İbn Safvan, Məhəmməd İbn Hənəfini, İbn Abdülberr isə Amr İbn Dinarı əlavə etmişdir.

    Bunların dəlili budur: çünki o Fatihənin bir qismidir. Digər qisimləri kimi onun da açıqdan oxunması lazımdır. Nəsai Sünənində və İbn Huzeymə ilə İbn Hibban səhihlərində, Hakim Müstədrəkində Əbu Hüreyrədən rəvayət etmişlər: o namaz qıldı, “bəsmələni” açıqdan oxudu. Namazdan sonradedi: mən sizin içinizdə namazı Rəsulullahın (salləllahu aleyhi və səlləm) namazına ən çox bənzəyən adamam. Darakutni, Xatib, Beyhəqi və digərləri də bunu səhih qəbul etmişlər. Əbu Davud, Tirmizi, İbn Abbasdan belə rəvayət etmişlər: Rəsulullah (salləllahu aleyhi və səlləm) “bismilləhi rahməni rahim” açıqdan oxuyurdu. Sonra Tirmizi demişdir: isnadı belə deyil.

    Necə Hakim Mustədrəkində İbn Abbasdan belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) “bəsmələni” açıqdan oxuyardı. Ardından bu hədisin səhih olduğunu söyləyər. Buxarinin səhihində Ənəs İbn Malikdən Rəsulullahın (salləllahu aleyhi və səlləm) qiraəti barəsində soruşdular. O da onun qiraəti uzundur, demişdir. Sonra “bismilləhi rahməni rahim” oxudu, “bismilləhi” uzatdı, “rəhmani” uzatdı və “rahimi” uzatdı.

    İmam Əhmədin Müsnədində, Əbu Davudun Sünənində, İbn Hüzeymənin Səhihində və Hakimin Müstədrekində Ummu Sələmə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) qiraəti kəsikdir: Bismilləhi rahməni rahim, əlhəmdulilləhi Rabbil ələmin, Ər-rahmanir-Rahim. Maliki Yevmiddin kimi. Darakutni isnadı səhih olduğunu demişdir. İmam Əbu Abdullah Şafii və Hakim də Müstədrəkində Ənəsdən bu şəkildə rəvayət etmişdir: Müaviyə Mədinədə namaz qılmış və “bəsmələni”  tərk etmişdir. Mühacirlərdən orada olanlar bu vəziyyətə qarşı çıxmışlar. İkinci dəfə namaza qalxınca “bəsmələni”  çəkmişdir.

    Danışdığımız bu hədislərdə və əsərlərdə bu mövqeyi dəstəkləyən kifayət qədər dəlillər mövcuddur. Etirazların, qərib rəvayətlərin, isnadların güclü və zəif olmaqlarının araşdırmasının yeri bura deyil.

    Bəziləri də namazda “bəsmələni” açıq oxumazlar, demişlər. Dörd Xəlifə Abdullah İbn Muğaffil, tabiinlərin sələfindən və xələfindən sabit olan budur. Əbu Hənifə, Səvri və Əhmed İbn Hənbəlin də məzhəbi bu fikirdədir. İmam Malikə isə “bəsmələni”  nə gizli, nə də açıq olaraq heç bir şəkildə oxumazdı.  Dəlil isə səhih Müslimdə Aişədən rəvayət edilən bu hədisdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) namaza tekbir və əlhəm oxumaqla başlayardı. Buxari və Müslimin səhihlərində Ənəs İbn Malikdən belə rəvayət edilmişdir: deyir ki, «Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm), Əbu Bəkr və Osmanın arxasında namaz qıldım. Bunlar namaza Elhamdü ilə başlayırdılar. Müslimin rəvayəti belədir: qiraətin nə başında nə də sonunda “bəsmələni” oxumazdılar. Buna bənzər rəvayətlər Sünən kitablarında Abdullah İbn Muğaffəldən nəql edilmişdir.

    Bu imamların, Allah onlara rəhmət etsin, bu məsələdəki dəlilləri budur. Ancaq görüşlər bir-birlərinə yaxındır, çünki hamısının icmasına görə namazda bəsmələni açıqdan və ya gizlicə oxuyan adamın namazı səhihdir, şübhəsiz ki, həmd və minnət Allaha məxsusdur.

    “Bəsmələnin”  fəziləti

    Əbu Məhəmməd Abdullah Əbdürrəhman İbn Əbu Hatim təfsirində demişdir: Bizə atam danışdı, bizə Cəfər ibn Musafir danışdı, bizə Zeyd ibn Mubarək Sanani danışdı, bizə Səlam ibn Vəhb əl-Cundi danışdı, bizə atam danışdı, o da Tavusdan, İbn Abbasın dediyini rəvayət etmişdir: Osman ibn Əffan Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “bismilləhi rahməni rahim” haqqında soruşdu. O da dedi: “O, Allahın adlarından bir addır. Allahın ən böyük adı ilə onun arasında yalnız iki gözün qarası ilə ağı arasındakı yaxınlıq qədər yaxınlıq vardır”.

    Bu hədisi Əbu Bəkr ibn Mərduveyh, Suleyman ibn Əhməddən, o da Əli ibn Mubarəkdən, o da Zeyd ibn Mübarəkdən bu şəkildə rəvayət etmişdir.

    Hafiz İbn Mərduveyh, iki yoldan rəvayət etmişdir: İsmayıl ibn Əyyaş, o da İsmayıl ibn Yəhyadan, o da Misardan, o da Atiyyədən, o da Əbu Səiddən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: Məryəm oğlu İsanı anası məktəbə yazdırdı ki, ona yazmağı öyrətsin. Müəllim ona “yaz” dedi. O da: “nə yazım?” dedi. Müəllim: “Bismilləh” dedi. İsa dedi: “”Bismilləh” nədir?” Müəllim dedi: “bilmirəm”. İsa ona dedi: “Bə” – Allahın mükəmməlliyidir; “Sin” – Allahın əzəmətidir, “mim” də məmləkətidir. Allah – ilahların ilahidir, Rəhman – dünya və axirətin rəhmanıdır, Rahimdə axirətin rahimidir.ər ilahidir. İbn Cərir bunu Zibriq ləqəbli İbrahim İbn Alədən, o da İsmayıl ibn Əyyaşdan, o da İsmayıl ibn Yəhyadan, o da İbn əbu Muleykədən, o da İbn Məsud, Misar və Atiyyədən rəvayət edəndən, o da Əbu Səiddən, Rəsulullahin (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir. Lakin bu ciddi qərib bir hədisdir. Rəsulullaha (salləllahu aleyhi və səlləm) çatana qədər səhih ola bilər. İsrailiyyat da ola bilər. Allah daha yaxşı bilir.

    Cüveybir də Dəhhaqdan bənzər bir şəkildə rəvayət etmişdir.

    İbn Mərduveyh, Yezid İbn əbu Xaliddən hədisində, o da Süleyman İbn Bureydədən, bir rəvayətdə Abdulkərim ibn Əbu Umeyyədən, o da atasından rəvayət etmişdir, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Mənə elə bir ayə nazil oldu ki, Davud oğlu Süleymandan başqa heç kimə nazil olmamışdır, o, “bismilləhi rahməni rahim” dir. Onu öz isnadı ilə Abdulkəbir ibn əl-Muafa ibn İmrandan, o da atasından, o da Ömər ibn Zərdən, o da Əta ibn Əbu Rəbahdan, Cəbir ibn Abdullahın dediyini rəvayət etmişdir: ““bismilləhi rahməni rahim” nazil olunca, bulud şərqə getdi, külək dayandı, dəniz dalğalandı, heyvanlar dinlədilər, şeytanlara göydən daş atıldı. Allah Təala izzət və cəlalına and içdi: ““bəsmələ” çəkiləni mübarək edərəm”. Vəki, o da Aməşdən, o da Əbu Validdən, İbn Məsudun dediyini rəvayət etmişdir: Kim Allahın onu on doqquz “zəbənidən”[1] qurtarmağını istəyirsə “bismilləhi rahməni rahim” oxusun. Allah onun hər hərfi qarşılığında bir qalxan yaradır. Bunu İbn Atiyyə ilə Qurtubi nəql etmişlər. İbn Atiyyə onu bu hədisə bənzətmişdir: Bir adam “Rabbənə və ləkəl həmd həmdən kəsiran tayyibən mubarəkən fihi” dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: Otuz üç mələyin bunu götürüb göyə qaldırmasında yarışdığını gördüm. Çünki o da otuz üçdən artıq hərfdən ibarətdir.

    İmam Əhməd İbn Hənbəl Müsnədində demişdir: Bizə Muhamməd ibn Cəfər danışdı, bizə Şubə, o da  Asimdən danışdı, Əbu Təmimin belə dediyini eşitdi: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) tərkində oturan kişi dedi: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) miniyi səndələdi, mən dedim: lənət şeytana. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: lənət şeytana demə, çünki lənət şeytana desən o böyüyər və öz gücümlə onu yıxtım deyər. Ancaq “Bismilləh” dediyində o kiçilib bir milçək kimi olar. İmam Əhmədin rəvayətində bu şəkildə qeyd edilmişdir.

    Nəsai “gün və gecə” kitabında, İbn Mərduveyh də təfsirində demişlər: Xalid əl-Hazza, Əbu Təmimə əl-Huceymidən danışdı, o da Əbu Məlih ibn Usamə ibn Umeyrdən, atasının dediyini rəvayət etmişdir: “Mən Rəsulullahın (salləllahu aleyhi və səlləm)  tərkində idim, o dedi: O cür demə, çünki böyüyər ev kimi olar, “Bismilləh” de, kiçilib milçək kimi olar.

    Bu “bəsmələnin” bərəkətidir. Buna görə hər söz və əməlin başlanğıcında deyilməsi müstəhəbdir. Hutbəyə “bəsmələ”  ilə başlamaq, çünki “bismilləhi rahməni rahim” ilə başlamayan hər şey naqisdir.”

    Ayaq yoluna girərkən də “bəsmələni” demək müstəhəbdir, çünki bu mənada da hədislər varid olmuşdur. Dəstəmaza başlayarkən də müstəhəbdir, çünki İmam Əhmədin Müsnədində və digər Sünən kitablarında Əbu Hüreyrənin Səid İbn Zeydin və Əbu Səiddən mərfu olaraq rəvayət edilmişdir: ”“bəsmələni” deməyən adamın dəstəmazı yoxdur”. Hədis həsəndir.

    Alimlərdən “bəsmələni” burada söyləməyin vacib olduğunu deyənlər və mütləq mənada vacib olduğunu deyənlər də vardır. Şafi məzhəbi və bəzilərinə görə heyvan kəsərkən də “bəsmələ” müstəhəbdir. Digərləri isə bunun vacib, digərləri isə mütləq olduğunu demişlər. Necə ki, yerində izah ediləcək.

    Razi təfsirində “bəsmələnin” fəziləti  haqqında hədislər qeyd etmişdir, bəziləri bunlardır: Əbu Hureyrədən rəvayətə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Yaxınlıq zamanı “Bismilləh” de, uşağın olsa, onun və zurriyətinin nəfəsləri sayı qədər sənə savab yazılar”. Bunun əsli yoxdur. Heç bir önəmli kitablarda və başqa yerdə belə bir şey görmədim.

    Yemək yeyərkən də “bəsmələni” çəkmək müstəhəbdir, bu mənada Müslimin Səhihində Rəsulullah (salləllahu aleyhi və səlləm) ögəy oğlu Ömər İbn əbu Sələməyə demişdir: “Bismilləh” de, sağ əlinlə yə və qarşından ye.”

    Alimlərdən bu durumda onun vacib olmasını deyənlər olmuşdur. Cinsi əlaqə anında demək müstəhəbdir, çünki iki Səhihdə İbn Abbasdan rəvayət edilən hədisdə Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim yaxınlıq zamanı “Bismilləh, Allahummə cənnibnə şeytanə və cənnibi şeytanə mə razəqtanə” desə, övladı olsa, şeytan ona əbədiyyən zərər verməz.”

    Burada nəhvçilərə görə “Bismilləh” dəki “bə”-nin bağlantısı həm isim, həm də fel ola bilər. Quranda hər ikisi varid olmuşdur. İsim ifadə edilən nümünə budur:
    “dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir” (Hud, 41). “Bismilləh” ilə başlayıram yaxud “Bismilləh” ilə başladım isə bu ayədir: “Yaradan Rəbbinin adıyla oxu.” (Əlaq, 1). Hər iki təqdir də səhihdir, çünki hərəkətin mütləq bir məsdəri olması lazımdır. Sən istəsən hərəkəti və məsdərını təqdir edə bilərsən, bu da etdiyin hərəkətə görə dəyişər. Əgər oturmaq, qalxmaq, yemək, içmək, oxumaq, dəstəmaz almaq və ya namaz başlamaq kimi. Önəmli olan “bəsmələni” bərəkət ummaq üçün əməllərin əvvəlində deməkdir. Beləcə işlərin tamamlanması və qəbul olunması üçün Allahdan kömək diləməkdir. Allah daha yaxşı bilir.

    Bunun üçün İbn Cərir və İbn Əbu Xatimdə, Bişr ibn Umarədən, o da Rəvqdan, o da Dəhhaqdan, o da İbn Abbasın dediyini rəvayət etmişdir:  Rəsulullaha (salləllahu aleyhi və səlləm) Cəbrayıl (aleyhi salam) ilk olaraq bu sözləri dedi:  «Ya Muhamməd, de, əstəizu bisəmiul əlim minəşeytani racim, sonra “bismilləhi rahməni rahim de”. Cəbrayıl (aleyhi salam) dedi ki: «Ey Məhəmməd, Allahın adıyla oxu, Rəbbini zikr et, Onun zikri ilə qalx və otur. Bu hədisin mətni İbn Cərirə aiddir.

    Məsələ:

    İsim müsəmmənin eynisidir, yoxsa qeyrisi? Bu barədə də alimlərin üç görüşü vardır: Birinci: İsim müsəmmanın eynisidir. Bu Əbu Ubeydə ilə Sibaveyhin görüşüdür. Bəqilləni ilə İbn Fəruq də bunu tərcih etmişlər. Razi yəni Hətibburey kimi tanınan Muhəmmdə ibn Ömər, təfsirinin girişində demişdir: Həşavilər, Kərramilər, Əşarilər: İsm müsəmmanın eynisidir, təsmiyənin də qeyrisidir demişlər. Bizə görə tərcihə uyğun odur ki, ism musəmmanın da təsmiyənin də qeyrisidir. Əgər ismin məqsədi ismin sahibi olan zata aiddirsə, bu da məlumdur ki, boş bir məşquliyyətdir. Bundan başa düşmək olar kiŞ hər bir halda bu mövzulara girmək əbəsdir.

    Sonra ismin musəmmadan başqa olduğuna dəlil gətirərək belə demişdir: Bəzən isim mövcud olur, musəmmə yox olur, məsələn yox sözü kimi. Bəzən də bir şeyin məlum isimləri olur. Bəzən də isim tək olur ismin sahibi ortağ olur. Bu da isimlə musəmmanın ayrı olduğunu göstərir. Demək ki isim arazdır. Musəmmə də bəzən mümkün və vacib bir zat olur. Atəş və qar kəlmələri belədir. əgər müsəmmə ilə eyni olsa idi bu sözləri deyən atəşin istiliyini və qarın soyuqluğunu hiss edərdilər. Bunu isə heçbir ağıllı deməz. Allah təala buyurur: “Ən gözəl adlar Allahındır. Ona bunlarla dua edin”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: Allahın doxsan doqquz adı var, adlar çoxdur, sahibi təkdir. O  da Allah təaladır. “Ən gözəl adlar Allahındır” kəlməsi o deməkdir ki, isimlər Ona izafə olmuşdur. Məsələn: “fəsəbbi bismi rabbikəl əzim” (Vaqiə, 74, 96) və buna oxşar ayələrdəki kimi, izafə daima ayrılığa gərəklidir. “Ona bunlarla dua edin” yəni Allaha bu adlarla dua edin. Bu da isimlərin onda başqa olduğunu göstərir. İsim müsəmmanın eynisidir deyənlər bu ayəni dəlil gətirirlər: “Təbarəkəsmu rabbikə zilcələli vəl ikram” (ər-Rahmən, 78). Mubarək olan Allahdır deyirlər. Bunun cavabı belədir: İsim müqəddəs zatın böyüklüyünə görə böyükdür. Yenə bir adam zövcəsini qəsd edərək “Zeyneb boşdur” desə boşanar. Əgər isim müsəmmanın qeyrisi olsa idi talaq gerçək olmazdı. Cavab da belədir: məqsəd bu ismi daşıyan adam boşdur deməkdir. Razi demişdir: O ismi, zatı təyin edən bir şey etmişdir. O da isimdən başqa bir şeydir. Allah ən biliklidir.

    Allah uca Rəbbin xüsusi adıdır. Bunu ismi Azəm olduğunu da demişlər. Çünki Allahın bütün adlarını içinə almaqdadır. Necə ki Allah Təala belə buyurur: «O, elə Allahdır ki, Ondan başqa heç bir ilah yoxdur. Qeybi və aşkarı Bilən Allahdır. O Rəhmandır, Rəhmdir. O, elə Allahdır ki, Ondan başqa heç bir ilah yoxdur. Məlik, Qüddüs, Salam, Mömin, Müheymin. Əziz, Cabbar, Mütəkəbbirdir. Allah onların Ona şərik qoşduqlarından yoldaşlardan münəzzəhdir. O, yaradan, var edən, yaratdıqlarına surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanlar Onu təsbeh edər. Və O, Qüdrətlidir, Müdrikdir» (Həşr, 22-24). Digər adlar sifət olaraq istifadə edilmişdir. Necə ki Allah Təala belə buyurur: «Ən gözəl adlar Allahındır. Elə isə ona bunlarla dua edin. Onun adları barəsində əyriliyə sapanları buraxın. Onlar etdikləri əməllərin cəzasını alacaqlar» (Əraf, 180) və «De ki: İstər Allah, istərsə də Rəhman deyin. Hansını desəniz deyin ən gözəl adlar Ona məxsusdur.» (İsra, 110).

    Iki Səhihdə Əbu Hüreyrədən rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurdu: «Allah Təalanın doxsan-doqquz adı vardır, yüzdən bir əskikdir. Kim onları sayarsa Cənnətə girər». Bu adların sayı Tirmizi və İbn Macənin rəvayətində də varid olmuşdur. İki rəvayət arasında əskiklik və ya çoxluq baxımından fərqlilik vardır. Razi təfsirində demişdir: Allahın beş min adı vardır: mini kitab və sünnədə, mini Tövratda, mini İncildə, mini Zəburda, mini də Lövhil məhfuzda.

    Allah adı Ondan başqa heç bir kimsəyə verilməyən addır. O Uca və münəzzəhdir. Bunun üçün Ərəb dilində onun başqa formaları yoxdur. Bəzi nəhv alimləri onun hallanmayan isim olduğunu demişlər. Qurtubi bunu Şəfii, Xattabi, iki haramın imamından, Qəzali və sair böyük alimlərdən nəql etmişdir. Xəlil ilə Sibaveyhdən isə əlif ləmin indan ayrılmadığı rəvayət edilmişdir. Xəttabi isə demişdir: Baxın, Yə Allah deyə bilərsən, amma yə Rəhman deyə bilməzsən. Əgər əlif ləm əsil kəlmədən olmasa idi, üzərinə nida qoymaq olmazdı. Müştaq olduğunu söyləyənlər də vardır. Bunlar məşhur şair Rubə ibnƏccacın bir şeirini nümunə göstərirlər:

    Allah üçün, o gözəl və tərif edən qadınlar nə yaxşıdılar!

    İbadət edib innə lilləhi təsbihini oxudular.

    Bu şeirdə şair masdar olaraq «təəllüh» sözünü istifadə etmişdir. O da ilihə, yəlahu, ilahətən və təəllühən şəklində olur. İbn Abbasdan da belə oxunmuşdur: “və zərətəkə və iləhətəkə” bu da tapmaq mənasındadır, yəni Ona ibadət edilir, O ibadət etməz. Bəziləri də müştaq olduğuna: “Vəhuvəllahu fi səməvvəti vəl ard” (Ənam, 3) və “və huvəlləzi fi ssəilləhun və fil ardı iləh” (Zuxruf, 84) ayələrin dəlil gətirmişlər. Sibaveyh də Xəlildən, əslinin fial vəznində ilah olduğunu, həmzənin yerinə əlif ləm gəldiyini demişdir. Sibaveyh demişdir: Əsli ənnas olan nas kəlməsi kimi. Əslinin lah olub təzim üçün əlif ləm gəldiyini deyənlər də olmuşdur. Şair demişdir:

    Əmi oğlu, Allaha and olsun ki, sən nəsil-nəcabətə görə məndən üstün deyilsən,

    Məni cəzalandrıb idarə edən də deyilsən.

                Qurtubi beytdə keçən tuhzuni kəlməsinin nöqtəli “H” ilə olduğunu və idarə mənasında gəldiyini demişdir. Kisai ilə Fərra belə demişlər: Əsli əl-İlahdır, həmzəni çıxardıb. Birinci ləmi ikinciyə idğam etdilər, “ləkinnə huvəllahu rabbi” (Kəhf, 38) ayəsi kimi, Lakin – “ənə” deməkdir. Həsən də elə oxumuşdur.

    Qurtubi demişdir: Onu viləhə kökündən gəldiyini də deyənlər vardır, yəni çaşmaq və ağlını itirmək deməkdir. Raculun vəlihun və əmrəətun vəlha və məun miləh, deyilir. Çölə gedən deməkdir. Bununla Allahın gerçək sifətlərini anlamaqda ağılları heyrətə gəlir. Buna görə ilahın əsli vilahdır, vav həmzəyə çevrilmişdir. Necə ki, vişah, işah, visadə isadə kəlmələrindəki kimi. Razi demişdir: Onu əlihtu ilə fulanun sözündən gəldiyi də deyilmişdir ki, birində hüzur və sakitlik tapmaqdır. Bununla qəlblər Onu zikr etməklə rahat olur. Ruhlar onu tanımaqla sevinir. Çünki tək kamil Odur, başqası deyil. Allah təala demişdir: “Bilin ki, qəlblər Allahı zikr etməklə hüzur tapar” (Rad, 28). Onun lahə yəluhudan gəldiyi deyilmişdir, o da pərdə arxasına çəkilməkdir.

    Belə də deyilmişdir: O Əlihəl fəsilu sözündən gəlir ki, dəvənin balası anasının düşkünüdür. Mənası isə budur: Qullar bütün hallarında ona yalvarıb yaxarmaqla ibadət edərlər. Belə də deyilmişdir: O əlihər raculu yələhu sözündən gəlir ki, adamın başına gələn faciədən təlaşa düşçməkdir. Bu halda ilah adamı faciədən qurtarar, bütün məxluqatı zərərdən uzaqlaşdırar deməkdir. O da Allah əzzə və cəllədir. “O himayə edər, Ona himayə edilməz” (Muminun, 88). Nemət verən Odur, çünki: “Sizin bütün nemətlər Allahdandır” (Nəhl, 53). Yedirden de Odur, çünki: “O yedirir, Özü yedirilməz” (Ənam, 14). O icad edəndir: “De ki: hər şey Allah qatındadır” (Nisə, 78). Razi onun heç bir törəməsinin olmadığını tərcih etmişdir və demişdir: Bu da Xəlil və Sibaveyhin və bir çox üsul alimlərinin və fəqihlərin fikridir.

    Sonra bunun dəlillərini göstərməyə başladı: Birinci: Əgər törəmiş olsa idi, o mənada çox istifadə olunardı. İkinci: Digər isimlər ona sifət olaraq istifadə olunur: Allah Rıhmandır, Rıhimdir, Məlikdir, Quddusdur deyilir. Bu da göstərir ki onun törənələri yoxdur. “Ələzizil həmidilləhi” (İbrahim, 1-2) isə cər qiraətinə görədir, bu ətfu bəyan formasıdır. Üçüncü: Allah buyurur: “Onun bir adaşını bilirsiz?” (Meryem,65). Bütün bunları onun hallanmamağına dəlil olduğu inandırıcı deyil. Allah daha yaxşı bilir.

    Razi bir nəfərdən demişdir: Allah kəlməsi ibrani dilindədir. Ərəb dilində deyil fikrini tərcih etmiş sonra da onun zəif olduğunu göstərmişdir. Həqiqətən də Razinin dediyi kimidir. Razi bu görüşü araşdırmışdır və demişdir: Bu xalq iki qismdir: Mərifət sahilində olanlar və bundan məhrum olub çaşqınlıq vı cahillik qaranlıqlarında çabalayanlar. Sanki onlar ağıl və ruhlarını itiriblər. Tapanlar isə nur və cəlal meydanına vasil olmuşlar. Onlar səmədaniyyət meydanında heyran qalıblar və fərdaniyyət sahəsində özlərini keçmişlər. Bunda başa düşülür ki, bütün məxluqat Onu tanımağa çaşqındılar. Bu da ləmin fəthə və kəsrə ilə eləhə və əlihə kökündən gəlir. Lüğətən ikisi də keçərlidir.

    Onu yüksəklik mənasından gəldiyi də deyilmişdir. ərəblər hər yüksək bir şeyə lah deyirlər. Günəş doğduğu zaman: Lahət deyərlər. Onun əlihər rrəculu sözündən gəldiyi də deyilmişdir, bu isə ibadət etmək və zahidlik həyatı yaşamaq deməkdir. İbn Abbas da bu mənaya “vəyəzərəkə və iləhətəkə” oxumuşdur. Bunun əsli Əl-İlahdır. Kəliməni əvvəlindəki həmzə düşmüş, tərif ləmi ilə ortadakı ləm birləşmiş, biri digərinə idğam edilmiş, ikisi şəddəli bir ləm halını almışdır. Təzim üçün qalın olaraq “ALLAH” şəklində oxunmuşdur.

    Rəhman və Rəhim:

    Rəhman və Rəhm adı rəhmət kökündən mübaliğə vəznində törəmişdir. Rəhman adı Rəhim adından daha mübalağalıdır. İbn Cərir bu mövzuda ittifaq olduğunu demişdir. Sələflərin təfsirində də bu barədə məlumat varid olmuşdir. Necə ki, yuxarıda İsanın dediyi qeyd edilmişdirRəhman, dünya və axirətin rəhmanıdır, Rəhim axirətin rəhimidir. Bəziləri də bunun arzu edilən olmadığını iddia etmişlər. Çünki elə olsaydı rəhmətə nail olanla bərabər zikr edilərdi. Halbuki, Allah buyurur: “O möminlərə qarşı rəhm edəndir” (Əhzab, 43). İbn Ənbəri də “Zahir” kitabında Mübərridən demişdir: Onun ibrani dilində ism olduğunu və ərəbcə olmadığını araşdırmışdır. Əbu İshaq əz-Zəccac də “Məanil Quran” kitabında demişdir: Əhməd ibn Yəhya dedi: Rəhim ərəbcədir, Rəhman isə ibrani dilində. Buna görə də ikisini də qeyd etmişdir. Əbu İshak, bu görüşün qəbul edilməyəcəyini demişdir.

    Qurtubi demişdir: Onun törəmə olduğunu göstərən dəlillərdən biri də Tirmizinin Abdurrəhman ibn Aufdan rəvayət etdiyi səhih hədisdir; o Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: Allah təala buyurdu: Mən Rəhmanam, rəhmi yaratdım, ona Öz adımdan verdim. Kim qohumluq əlaqələrini saxlayarsa mən də ona rəhmət edərəm. Kim qohumluq əlaqələrini pozarsa, ondan rəhmətimi kəsərəm. Deyir ki, bu onu törəmə olduğuna açıq dəlildir. Elə isə mübahisəyə gərək yoxdur. Deyir ki, ərəblərin Rəhman adını qəbul etməməyi, Allahın sifətlərini tanımamalarındandır.

    Qurtubi deyir ki: sonra belə deyilmişdir: Bu ikisi eyni mənadadır, nədman və nədim kimi. Bunu da Əbu Ubeyd demişdir. Belə də deyilmişdir: Fələn qəlibi fail kimi deyil. Çünki fələn yalnız felin bələğətində işlənilir. Çünki “rüculun qabdən” deyilir nəfsi qəzəblə dolu adam deməkdir. Fail mənasında da olur, mərfu mənasında da.

    Əbu Əli əl-Farisi demişdir: Rəhman Allaha məxsus olan rəhmətin bütün formalarında istifadə olunur. Rəhim isə yalnız möminlər üçündür. Allah buyurur: “O möminlərə qarşı rəhm edəndir” (Əhzab, 43).

    İbn Abbas demişdir: O ikisi kövrək ürəkli mənasında gəlir, biri digərindən daha artıq incəlik ifadə edir.Sonra Xəttabi və digərlərindən bu sifəti müşkül gördükləri nəql edilmişdir. Onlar demişlər ki, rahim daha mərhəmətlidir. Necə ki, hədisdə deyilmişdir: Allah Rəfiqdir. Bütün işlərdə rəfiqliyi sevər. Şiddətlə vermədiyini, rəfiqliklə verər.

    İbn Mubarəkdə demişdir: Rəhman istəyildiyi zaman verir, rəhim izə istənilməsə qəzəblənər. Hədisdə bucür deyilmişdir. Onu Tirmizi ilə İbn Macə Əbu Salih əl-Farisi əl-Huzi və Əbu Hureyrədən rəvayət etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Kim Allahdan istəməsə o ona qəzəblənər.

    Bir şair isə belə demişdir:

    Adəm oğlundan istəmə,

    Qapısı bağlanmayandan istə.

    Allah istənilməsə qəzəblənər

    Adəm oğlu istənilərsə qəzəblənər.

    İbn Cərir deyir ki, bizə Şərr İbn Yəhya əl-Təmimi danışdı,bizə Osman ibn Zufər danışdı, əl-Azrəmidən belə dediyini eşitdim: Rəhman bütün varlıqlara Rəhim isə yalnız möminlərə aiddir. Deyilir ki bunun üçün Allah Təala belə buyurmuşdur: “Sonra da Ərşə yüksəldi Rəhman” (Furqan, 59) “O, Rəhman ərşə istiva etdi” (Taha, 5).
    Istiva sözünün Rəhman ismiylə zikri, rəhmətini bütün varlıqlarına yaymaq üçündür. Yenə buyurur: “Və o möminlər üçün Rəhimdir” (Əhzab, 43). Rəhim adı möminlərə xas edilmişdir. Bu da Rəhman adının rəhmət baxımından daha geniş olduğunu göstərir. Çünki hər iki dünyada bütün məxluqata rəhmət edən mənasını gəlir. Rəhim isə, möminlərə aiddir.

    Lakin bir duada dünya və axirətin Rəhmani və Rəhimi deyə zikr edilmişdir. Allah Teâlâ’mn Rəhman adı yalnız Ona məxsusdur və Onunla başqası isimlendirilmemiştir. Necə ki Allah Təala belə buyurur: «De ki:« İstər Allah, istərsə də Rəhman deyin. Hansını desəniz deyin ən gözəl adlar Ona məxsusdur» (İsra, 110). Və buyurur: “Səndən əvvəl göndərdiyimiz elçilərdən soruş; Biz Rəhmandan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (Zuxruf, 45). Museyləmə əl-Kəzzəb, Yəmamənin Rəhmanı yalançı libasını geynincə, Allah da ona yalançılıq libasını geyindirdi və onu o cür məşhur etdi. Adı insanların arasında yalançılıq simvoluna çevrildi.

    Bəziləri deyirlər ki, Rəhim, Rəhmandan daha çox bəlağət ifadə edər. Çünki o Rəhman ləfzini təkid edir, Təkid edən təkid ediləndən daha qüvvətli olmalıdır. Ona cavab olaraq deyilər ki, buradan da təkid deyil sifət zikr edilmişdir. Buna görə də o xüsusi muzakirə mövzusu deyil. Bu halda Allahın başqa heç bir kimsəyə verilməyən adı əvvəl deyilib ardından Rəhman sifətiylə vəsf edilməsi onun Rəhman sifətiylə başqasına ad olaraq verilməsinin qarşısını alır. Necə ki Allah Təala belə buyurur: «De ki:« İstər Allah, istərsə də Rəhman deyin. Hansını desəniz deyin ən gözəl adlar Ona məxsusdur» (İsra, 110). Museyləmə əl-Kəzzəb bu adı özünə yaraşdırdı və arxası ilə özü kimi bir neçə sapığlar qoşuldu.

    Rahim sifətinə gəlincə, Allah bu sifəti özündən başqalarını da sifətləndirmişdir: «And olsun ki, sizə özünüzdən bir peyğəmbər gəldi ki, əziyyətə düşməyiniz ona ağır gəlir, sizə qarşı qayğıkeş, möminlərə qarşı şəfqətli və rəhmlidir.» (Tövbə, 128).
    Özündən başqalarını bu adla vəsf edərək buyurur: «Biz insanı qarışıq bir nütfədən yaratdıq. Onu imtahan edərik. Buna görə onu eşidən və görən etdik» (İnsan, 2). Xülasə Allah Təalanın adlarından bir qismi başqalarına verilə bilməz, məsələn Rəhman, Xaliq, Rəzzaq və sair bunlar kimi adlar. Buna görə Allah adıyla başlayıb onu Rəhman sifəti ilə vəsf edərək davam edir. Çünki o Rəhimdən daha xüsusi və daha çox bilinəndir. Çünki ad vermə ən şərəflisi ilə başlayır. Buna görə də ən xüsusi olan ilə başladı, sonra ardıcıllıqla davam etdi. Əgər deyilsə: Rəhman adı daha bəlağətlidirsə, yalnız onunla kifayətlənmək gərək deyil mi? Buna Əta əl Xorasani belə cavab verir: Əgər Rəhman adı Allahdan başqasına verilirdisə, bunu tamamilə aradan qaldırmaq üçün Rəhim adı gəldi. Çünki Rəhman və Rəhim adı ilə yalnız Allah adlanar. İbn Cərir də Atadan eyni şəkildə rəvayət etmişdir. Şübhəsiz ki, Allah ən doğrunu biləndir.

    Bəziləri ərəblərin Rəhman adını bilmədiklərini və Allahın onlara bu ayə ilə rədd etdiyini demişlər:  «De ki:« İstər Allah, istərsə də Rəhman deyin. Hansını desəniz deyin ən gözəl adlar Ona məxsusdur» (İsra, 110). Hüdeybiyyə sülh sazişinin imzalandığı gün Rəsulullah (salləllahu aleyhi və səlləm) Əliyə “yaz, Rəhman və Rəhim olan Allahın adı ilə” dediyi zaman, Qureyş kafirləri dedilər: «biz Rəhman və Rəhimi tanımırıq». Bu hadisəni Buxari də nəql etmişdir. Bəzi rəvayətlərdə isə belə deyilmişdir: «Biz yalnız Yəmamənin Rahmanını tanıyırıq. Allah Təala da buyurdu: “Onlara: “Ər-Rəhmana səcdə edin!”– deyildikdə: “Ər-Rəhman nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”– deyərlər. Bu da onların nifrətini artırar (Furqan 60). Elə görünür ki, onların inkarı sırf inad və küfrlərindən qaynaqlanırdı. Çünki cahiliyyə dövrü şeirlərində Rəhman adı istifadə edilmişdir. İbn Cərir bu beyti gətirir:

    O gənc qız yarış dəvəsinə vursaydı,

    Rəhmanda onun sağ əlini kəssəydi.

    Səlamə ibn Cundəb ət-Tahuri demişdir:

    Bizim kimi sizdə tələsdiz,

    Rəhman istədiyini bağlayar istədiyini buraxar.

    İbn Cərir demişdir: bizə Əbu Küreyb danışdı, bizə Osman ibn Səid danışdı, bizə Bişr ibn Umara danışdı, bizə Ravq Dəhhaqdan danışdı, İbn Abbas demişdir: Rəhman rəhmət sözünün vəznindəndir, ərəbcədir. Allah “Ərrəhman Ərrahim” demişdir, bu da yumşaq deməkdir. Rəhmət etmək istədiyinə çox yumşaqdır. Qəzəbləndiyi kimsəyə isə uzaq və şiddətlidir. Bütün adlar da belədir.

    Yenə İbn Cərir demişdir: bizə Məhəmməd İbn Bəşşar danışdı, bizə Hamman ibn Məsadə, o da Avfdən, o da Həsəndən nəql etdi ki o belə demiş: «Rəhman qeyri munsarif isimdir.

    İbn Əbu Hatim demişdir: Bizə Əbu Səid Yəhya ibn Səid əl-Qatdan danışdı, bizə Zeyd ibn Hubab danışdı, bizə Əbul Əşhəb danışdı, Həsən belə demişdir: Rəhman insanların oğurlaya bilməyəcəkləri bir addır. O Allaha məxsusdur. Ümmü Sələmə hədisində deyilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) hər hərf – hərf, kəsik – kəsik oxuyardı. Bismilləhi Rahməni Rahim. Əlhəmdulilləhi Rabbil aləmin. Ərrahməni Rahim. Məliki yəumiddin, şəklində oxuyardı. əziləri də belə oxuyardı. Bir qrupda bəsmələni “əlhəmdulilləhi rabbil aləmin” ə birləşdirmiş, “mim” hərfini məksur oxumuşdur. Çünki iki sakin hərif bir araya gəlmişdir. Bunlar cumhuru təşkil edirlər. Kisai isə Kufəlilərin və bəzi ərəblərin “mim” hərfini fəthələyərək həmzəyə bağlayıb oxuduqlarını nəql etmişdir. Onlar belə oxuyardılar: “bismilləhi rahməni rahiməlhəmdulilləhi rabbil aləmin”. “Əlhəmdunun” həmzəsinin hərəkəsini “mim” sükuna bağlamışlar. Məsələn: “Əlif, Ləm, Mim Allahu lə iləhə illə huvə” ayəsində də o cür oxunur.  İbn Ətiyyə demişdir: mənim bildiyim qirayətlərdə belə oxunuş yoxdur.

  • 2

    Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

    Yeddi qirayətə görə “Əlhəmdu lilləhi” də olan “dəl” hərfin damməsi mübtəda və xəbər deməkdir. Sufyan ibn Ueynə ilə Rubə ibn Əcac dan nəsb ilə yəni “əlhəmdə lilləhi” oxuduqları rəvayət edilmişdir. İbn Əbi Əblə “dəl”-in damməsini ikinciyə birləşdirərək “əlhəmdu lulləhi” oxumuşdu. Bunun şahidləri olsa da şaz qiraətdir.  Həsən ilə Zeyd ibn Əlidən də birincini ikinciyə birləşdirərək “dəl” hərfini kəsrə ilə “əlhəmdi lilləhi” oxuduqları rəvayət edilmişdir.

    Əbu Cəfər İbn Cərir demişdir: «Həmd» in mənası, şükrün yalnız Allaha məxsus olmasıdır, digər ibadət olunanlara və yaradılanlara deyil. Çünki qullarına saysız nemətlər bəxş etmişdir. Bu nemətlərin miqdarını Ondan başqa kimsə bilməz. Özünə ibadət etmələri üçün sağlam orqanlar, fərzlərini yerinə yetirmələri üçün istifadə edilən alətləri vermişdir. Dünyada onlara geniş ruzi ehsan etmişdir. Onlara layiq olmadıqları bol qida ilə bəsləmişdir. Ardınca əbədi nemət məskəni olan Cənnətdə əbədi qalmaqları üçün müxtəlif səbəblər yaratmışdır. Bütün bunlara görə əvvəldə də axırda da həmd Rəbbimizə məxsusdur.

    İbn Cərir davam edərək demişdir: «Əlhəmdülillah» sözü Allahın özü özünü tərifləməsidir və içində qapalı olaraq Onu tərəifləməyə dair qullarına əmr vardır. Sanki, siz də “həmd Allaha məxsusdur” deyin buyurmuşdur. Belə deyildiyini də demişdir: “Əlhəmdu lilləhi” Allahı gözəl adları və uca sifətləri ilə tərifləməkdir. Allaha şükr etmək də Onu nemət və bəxş etdikləri ilə tərifləməkdir.  Sonra da bu görüşü rədd edərək deyir: Dilçilərin hamısı həmd və şükür sözlərinin bir-birinin yerinə istifadə edirlər. Suləmi Cəfər Sadiqdən və sufilərdən ibn Atiyyədən bu ikisinin bir olduğu rəvayət edilmişdir.

    İbn Abbas demişdir: “Əlhəmdu lilləhi” bütün şükr edənlərin deyəcəyi sözdür. Qurtubu İbn Cəririn “Əlhəmdu lilləhi” kəlməsi şükr deməkdir görüşünü dəlillərlə isbat etmişdir. Amma İbn Cəririn bu iddiasında etiraz yeri vardır. Çünki sonrakı alimlərin əksəriyyəti demişdir ki, həmd – Allahı təsirli və təsirsiz sifətləri ilə tərifləməkdir. Şükür isə yalnız təsirli nemətlərdən olur və qəlb, dil və əzalarla olur. Şair dediyi kimi:

    Mənə verdiyiniz nemətlər sizə üç şeyimi qazandırdı:

    Əlimi, dilimi və gizli qəlbimi.

    Ancaq onlar həmd ilə şükrün hansının daha geniş olduğunda iki görüş bəyan etmişlər. Araşdırıldığı zaman aralarında ümumilik və xüsusilik olduğu görülür. Yəni həmd şükürdən istifadə olunan yerə görə daha ümumidir. Belə ki, o ayrılmayan və təsirli nemətlərdən dolayı edilir. Məsələn: Onu qəhrəmanlığından dolayı və kərəmindən dolayı mədh etdim deyərsən, bu isə xüsusi bir şeydir. Çünki yalnız sözlə olur. Şükür isə istifadə sahələrinə görə daha ümumidir, çünki söz, hərəkət və niyyətlə olur. Belə ki, o yalnız təsirli sifətlər üçün istifadə edilir. Məsələn: Ona qəhrəmanlığına görə şükr etdim deyilməz, lakin mənə verdiyindən və ehsan etdiyindən dolayı təşəkkür etdim, deyilə bilər. Bəzi sonrakı alimlərin demək istədikləri budur.

    Əbu Nəsr İsmayıl Hammad əl-Cövhəri demişdir: Həmd tənqidin əksidir. Həmitu raculə əhməduhu həmdən və mahmədətən fə huvə həmidun və mahmudun şəklində deyilir. Təhmid qəlibi həmddən daha bələğətlidir. Həmd isə şükürdən daha ümumidir. Cəvhəri şükür haqqında demişdir. O sənə yaxşılıq edəni tərifləməkdir. Şəkərtuhu və şəkərtu ləhu deyilir ki, “ləm” ilə daha doğrudur.

    Mədh isə həmddən daha ümumidir, çünki həm canlı, həm ölü, həm də cansız varlıqlar üçün istifadə edilər. Həmçinin yemək, yer kimi şeylər də mədh edilir. Yaxşılıqdan əvvəl və sonra da mədh edilə bilər. Həmçinin təsirli və təsirsiz sifətlərləd də dolayı olur və bu daha ümumidir.

    HƏMD MÖVZUSUNDA KEÇMİŞDƏKİLƏRİN GÖRÜŞLƏRİ

    “İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu Mamər əl-Qatil danışdı, o da Həccacdan, o da İbn əbu Muleykədən, İbn Abbas (radiyallahu ənh) demişdir: Ömər (radiyallahu ənh) demişdir: Biz Sübhanallah və la ilahə illallah, nə demək olduğunu bilirik. Əlhəmdulilləh nə deməkdir?». Əli dedi: «Əlhəmdulilləh sözü Allahın öz nəfsi üçün seçdiyi bir sözdür». Bunu Hafsdan Əbu Mamərdən başqası da belə rəvayət etmişdir. Ömər yoldaşlarının yanında Əliyə belə dedi:« Biz, Lə ilahə illallah, Subhanallah və Allahu Əkbər kəlmələrinin mənasını bilirik, Əlhəmdülillah nə deməkdir?» Əli belə buyurdu:« Əlhəmdulilləh Allahın öz nəfsi üçün seçdiyi, razı qaldığı və deyilməsini istədiyi sözdür».

    Ali ibn Zeyd ibn Cədan, Yusuf İbn Mihrandan İbn Abbasın belə dediyini rəvayət etmişdir: « Əlhəmdulilləh şükür sözüdür: Qul əlhəmdülillah deyincə, Allah deyər: qulum mənə şükür etdi.» İbn Əbu Hatim də bu rəvayəti nəql edir.

    İbn Əbu Hatim və İbn Cərir, Bişr ibn İmâre’den canlı, o da Əbu Rəvqdan, o da Dəhhaqdan, İbn Abbasın belə dediyini rəvayət etmişdir: «Əlhəmdülillah, Allaha şükür etmək, ona təslim olmaq, nemətini, hidayətini, yaratmasını və başqa şeylərini etiraf etməkdir.

    Kəb əl-Əxbar demişdir: Əlhəmdülillah Allahı tərifləməkdir. Dahhak demişdir: Əlhəmdülillah, Rəhmanın örtüyüdür. Bu mənada hədislər varid olmuşdur.

    İbn Cərir demişdir: Bizə Səid İbn Amr əs-Sukuti danışdı, bizə Bakiyyə ibn Vəlid danışdı, mənə İsa ibn İbrahim danışdı, o da Musa ibn Əbu Həbibdən, o da Hakəm ibn Umeyrdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: «Əlhəmdu lilləhi Rabbil aləmin» deyildiyi zaman Allaha şükür etmiş olursan, O da sənə artırar. İmam Əhməd İbn Hənbəl rəvayət etmişdir: Bizə Rəvh danışdı, bizə Əvh danışdı, o da Həsəndən, Əsvəd ibn Səri demişdir: Ey Allahın Elçisi, Allahı tərifləmək üçün sözləri deyə bilərsən mi? O da dedi: Həqiqətən Allah təriflənməyi sevər. Bu hədisi Nəsai Ali İbn Həcərdən, o da İbn Uleyyədən, o da Yunus ibn Ubeyddən, o da Həsəndən o da Əsvəd ibn Səridən rəvayət etmişdir. Hafiz Əbu İsa ət-Tirmizi, Nəsai və İbn Macə, Musa İbn İbrahim ibn Kəsirdən, o da Talha ibn Hiraşdan, o da Cabir İbn Abdullahdan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: Ən əfzəl zikr «Lə İlahə İllallah», ən əfzəl dua isə «Əlhəmdulilləh» dir. Tirmizi: hədis həsən qəribdir, demişdir. Bunu İbn Macə ənəs ibn Məlikdən rəvayət etmişdir, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: Allah quluna bir nemət verər: Qul Əlhəmdulilləh desə, Allahın verdiyi aldığından daha əfzəl olar.

    Qurtubi təfsirində demişdir:  “Nəvadirul Usul” kitabında, Ənəs İbn Məlikdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdir: «Əgər bütün dünya ümmətimdən bir adamın əlində olsa, sonra o Əlhəmdulilləh desə,  şübhəsiz ki o Əlhəmdulilləh sözü bunların hamısından daha üstün olar.» Qurtubi və digərləri demişlər: ona Əlhəmdulilləh ifadəsinin ilham edilməsi, verilən bütün dünya nemətlərindən daha üstündür. Çünki həmdin savabı bitməz, dünyanın nemətləri isə tükənər, davam etməz. Allah buyurur: “Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir” (Kəhf, 46). İbn Macənin Sünən əsərində İbn Ömərdən nəql edilmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: «Allahın qullarından biri dedi: Ey Rəbbbim zatının və səltənətinin əzəməti layiq olduğu şəkildə  Sənə həmd olsun. İki mələk bunu necə yazacaklarını aciz qalıb Allahın hüzuruna çıxaraq soruşdular:  Ey Rəbbimiz bir qulun elə bir söz söylədi ki, onu necə yazacağımızı bilmirik. Allah buyurdu: Qulum nə dedi? Mələklər dedilər: Ey Rəbbimiz o belə dedi: Ey Rəbbbim zatının və səltənətinin əzəməti layiq olduğu şəkildə  Sənə həmd olsun. Allah buyurdu: qulumun dediyi kimi yazın, qulum mənə qovuşduğu zaman mükafatını verəcəm.” Kurtubi bir qrup alimdən belə dediklərini rəvayət edir: Qulun « Əlhəmdu lilləhi Rabbil aləmin» «Lə İləhə İlləllah» dan daha üstündür. Çünki birincisi həmd ilə birlikdə tövhidi də əhatə edir.

    Digərləri demişlər: «La ilahə illəllah» daha əfzəldir. Çünki o iman və küfrü ayırır və insanlar «Lə İlahə İllallah» dəyənə qədər onlarla döyüşmək əmri vardır. Və üzərində ittifaq edilən bir hədisdə belə deyilmişdir.

    Başqa bir hədisdə deyilmişdir: «Mənim və məndən əvvəlki peyğəmbərlərin söylədiyi ən əfzəl kəlmə «la ilahə illallahu vahdəhu la şərikə ləhu» kəlməsidir.

    Yuxarıda da Cəbirdən bu mərfu hədis keçmişdir: Ən əfzəl zikr «Lə İlahə İllallah», ən əfzəl dua isə «Əlhəmdulilləh» dir. Tirmizi: hədis həsəndir, demişdir. Əlhəmdü- nun əvvəlindəki “ləm” istiğraqiyyə bildirir. Allaha edilən bütün həmd çeşidlərini əhatə edir. Hədisdə deyildiyi kimi: Allahım bütün həmd sənə məxsusdur, bütün mülk sənindir. Bütün xeyir sənin əlindədir və hər şey sənə dönəcəkdir.

     

    ALƏMLƏRİN RƏBBİNƏ

     

    Rəbb, ixtiyarında olanını istifadə edən mal sahibidir. Lüğəttə isə əfəndi və islah üçün hərəkət edən deməkdir. Allah Təala haqqında bütün bunlar səhihdir. Rabb Allahdan başqası üçün istifadə edilməz, yalnız izafət edilərək istifadə edilər. Evin sahibi mənasınında “Rabbud-Dar” kimi və sair. Tək yalnız Allah üçün deyilir. Bunun ismi azəm olduğu da söylənilir. Aləmlər isə aləm sözünün cəmidir.O da Allahdan başqa var olan hər şeydir. Aləm çoxluqdur, öz kəlməsindən təki yoxdur. Aləmlər isə göylərdə, yerdə, quruda, dənizdə, hər zaman və nəsildə məxluqat siniflərinə deyilir.Böyük dağa da aləm deyilir. Bişr ibn Umarə, o da Əbu Rəvqdən, İbn Abbasın dediyini rəvayət etmişdir: «Əlhəmdu lilləhi Rabbil aləmin», həmd olsun Allaha göylərdə yerdə və onların arasında bildiyimiz və bilmədiyimiz bütün varlıqları yaradana, deməkdir. Səid ibn Cübeyrin və İkrimənin İbn Abbasdan rəvayətində isə belə deyilmişdir:  «Əlhəmdu lilləhi Rabbil aləmin» cinlərin və insanların Rəbbi deməkdir. Səid ibn Cübeyr, Mücahid və İkrimə də belə demişlər. Əlidən də bu şəkildə rəvayət edilir.

    İbn Əbu Hatim zəif bir isnadla belə rəvayət etmişdir: Qurtubi bu görüşə “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı nazil edən necə də xeyirxahdır!” (Furqan, 1) ayəni dəlil gətirərək burada keçən aləmlər cinlər və insanlardır demişdir. Fərra ilə Əbu Ubeyd demişlər: Aləm ağıl sahiblərindən ibarətdir. Onlar da insanlar, cinlər, mələklər və şeytanlardır. Heyvanlar üçün aləm deyilməz. Zeyd ibn Əsləm ilə Əbu Muheysin də belə demişlər: O qanadı olan hər ruhdur.

    Qatədə demişdir:  «Aləmlərin Rəbbi», hər sinif bir aləmdir. Hafiz ibn Əsakir Mərvan ibn Hakəmin qısa həyat hekayəsində belə demişdir: O əməvi xəlifələrindən biridir. Xəsis kimi tanınırdı, ləqəbi də Himər idi. O demişdir: Allah on yeddi min aləm yaratdı, göylərlə yer məxluqları bir aləmdir. Digərlərini isə tək Allah bilir.

    Əbu Cəfər əl-Razi, Rəbi ibn Ənəsdən o da Əbul-Aliyədən, Allahın «Aləmlərin Rəbbi» ayəsi haqqında belə demişdir: İnsanlar bir aləmdir, cinlər bir aləmdir. Bunun xaricində qalanlar on səkkiz və ya on dörd min aləmdir, özü tərəddüd etmişdir. Mələklərdən yerdə olanlar vardır. Yerin dörd bucağı vardır, hər bucaqda üç min beş yüz aləm vardır. Allah onları özünə ibadət üçün yaratmışdır. İbn Cərir və İbn Əbu Hatim də bunu rəvayət etmişlər. Bu qəribb bir sözdür və belə sözlərin möhkəm bir dəlilə dayanması lazımdır.

    İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Hişam ibn Xalid danışdı, bizə Valid ibn Muslim danışdı, bizə əl-Furat yəni ibn Vəlid danışdı, o da Muatib ibn Sumeydən, o da Təbi yəni əl-Humeyridən, o demişdir: “Aləmlərin Rəbbi”: aləmlər min ümmətdir. Altı yüzü dənizdə, dörd yüzü qurudadır.

    Bənzər bir ifadə Səid İbn Musəyyəbdən nəql edilir. Bir bənzəri də mərfu olaraq rəvayət edilmişdir.

    Necə ki Hafiz İbn Əbu Yala, Əhməd İbn Əli İbn əl-Müsənna, Musnədində demişdir: Bizə Muhamməd İbn əl Müsənna danışdı, bizə Ubeyd ibn Vaqid əl-Qaysi əbu Abbad danışdı, mənə Muhəmməd ibn İsa ibn Qeysan danışdı, bizə Muhəmməd ibn əl-Munkədir danışdı, Cabir İbn Abdullah demişdir: Ömərin xilafəti illərindən bir il çəyirtkə azaldı, bunun səbəbini araşdırdı, heç bir xəbər bildirilemedi. Ömər buna üzüldü. Bir atlı Yəmənə digərini Şama, o birisini də İraqa göndərdi, çəyirtkənin olub olmadığını araşdırmalarını istədi. Yəmən istiqamətinə gedən atlı Ömərə gəldi, bir ovuc çəyirtkə gətirdi və qarşısına atdı. O bunu görüncə təkbir gətirdi və sonra belə dedi: «Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Allah min ümmət yaratmışdır. Altı yüzü dənizdə, dört yüzü quruda. Bu ümmətlərdən ilk həlak olanı çəyirtkə ümmətidir. O həlak olunca ardı corab söküyü kimi gələcək». Ravilərdən Məhəmməd İbn İsa Hilal qəbiləsindəndir, zəyifdir.

    Bəğavi, Səid ibn əl-Musəyyəbdən belə dediyini rəvayət etmişdir: «Allah Təalanın min aləmi vardır, altıyüzü dənizdə, dörtyüzü quruda». Vəhb İbn Münəbbih də on səkkiz min aləmi vardır, dünya bunlardan bir aləmdir. Muqatil demişdir: Aləmlər səksən mindir. Kab əl-Əxbar: aləmlərin sayını Allahdan başqa kimsə bilə bilməz. Bütün bunları Bəğavi nəql etmişdir. Qurtubi, Əbu Səid əl-Xudridən belə dediyini rəvayət etmişdir: Allah Təalanın qırx min aləmi vardır, şərqindən qərbinə qədər dünya bu aləmdən biridir.

    Zeccac demişdir: Aləm Allah Təalanın dünya və axirətdə yaratdığı bütün şeylərdir. Qurtubu demişdir: bu doğru görüşdür, çünki bütün aləmləri içinə alır. Bu ayədəki kimi: “Firon dedi: “Aləmlərin Rəbbi nədir?” dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”” (Şuara, 23-24). Aləm əlamət kökündən tərənmişdir.

    Mən də deyirəm ki, çünki o, xaliqinin, yaradanının varlıq və birliyinə dələlət edən işarədir. İbn Mutəz demişdir:

    Qəribədir, İlaha necə asilik edilir

    Yaxud inkar edən onu necə inkar edir?

    Hər şeydə bir işarə vardır

    Onun bir olduğunu göstərir.

  • 3

    Mərhəmətli və Rəhimliyə,

    Allah təalanın bu ayəsi haqqında bəsmələdə kifayət qədər açıqlama verdik. Təkrara ehtiyac yoxdur.

  • 4

    Din gününün Hökmdarına!

    Qarilərin bir qismi “Məəliki” şəklində oxumuş, bir qisimi də “Məliki” şəklində oxumuşdur. İkisidə sağlamdır və yeddi qiraət içində mütəvatirdir. “Ləm” kəsrəli və sükunlu da deyilmişdir, məlik və məlk şəklində. “Məliiki” də oxunardı. Nəfi kəsrəni uzadaraq “Məlikii” oxuyardı. Məna baxımdan hər iki qiraət doğru və gözəldir. Zəməxşəri “məliki”- ni tərcih etmişdir, çünki iki haram əhli belə oxumuşlar. Ayrıca Allah Təala “Limənul mulkul yəum” (Ğafir,16) və “Qauluhul haqqu və ləhul mulku” (Ənam, 73) buyurmuşdur. Əbu Hənifədən fel, fail və məful tərzində: “mələkə yəuməddin” oxunduğu nəql edilmişdir ki, bu da şaz bir rəydir. Əbubəkr İbn Əbu Davud da qərib bir şey nəql edərək demişdir: Biz Əbdürrəhman əl-Əzrami danışdı, bizə Abdulvəhhab ibn Adiy ibn əl-Fədl danışdı, o da Abul Muttarifdən, İbn Şihabın dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə Abubakr, Ömər, Osman, Muaviyyə və oğlu Yəzid “məəliki yəumiddin” oxuyardılar. İbn Şihab demişdir: “Məlik” ilk deyən Mərvandır. Məndə deyirəm ki, Mərvanın doğru oxuduğuna dair İbn Şihabdan daha çox bilgisi var idi. İbn Mərduvey Rəsulullahın (salləllahu aleyhi və səlləm) “Məəliki yəumiddin” şəklində oxuduğunu nəql etmişdir. Buradakı məlik milk sözündən alınmışdır. Necə ki, Allah Təala belə buyurur: «Şübhə yox ki, bütün yer üzünə və üzərində olanlara biz varis olacağıq. Və onlar bizə qaytarılacaqdır» (Məryəm, 40).
    «De ki: «İnsanların Rəbbinə sığınaram. İnsanların Məlikinə» (Nas, 1-2). Məlik sözü isə, mülk sözündən alınmışdır. Necə ki, Allah Təala belə buyurur: «O gün onlar ortaya çıxarlar. Heç bir şeyləri Allaha gizli qalmaz. «Kimindir bu gün mülk? Vahid, Qahhar olan Allahındır» (Ğafir, 16). “Onun sözü haqdır və mülk Onundur” (Ənam, 73). “O gün haqq mülk Rəhmana məxsusdur. Kafirlər üçün çətin bir gün olacaqdır” (Furqan, 26). Mülkün qiyamət gününə aid olması, digərlərinə zərər verməz.Çünki daha öncə onun Aləmlərin Rəbbi olduğu keçmişdir. Bu isə həm dünya həm də axirətə şamil olunur. Mülkün qiyamət gününə izafə edilməsinin səbəbi o gün heç bir kimsənin bir iddiası olmayacaq və Allahın izin olmadan kimsə danışmayacaq. Necə ki Allah Təala belə buyurur: « Ruh və mələklər səf-səf duracağı gün, Mərhəmətli izin verdiyi kimsələrdən və doğru deyənlərdən başqa heç kəs danışmayacaq» (Nəba, 38). «O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. (Taha, 108). «O gün gəlincə Allahın izni olmadan kimsə danışa bilməz. Onlardan kimisi bədbəxt, kimisi də xoşbəxtdir» (Hud, 105). Dahhaq İbn Abbasdan «Məliki yaumiddin» haqqında belə dediyini rəvayət etmişdir: o gündə Allahın qarşısında heç kim dünyadakı hökmdarlar kimi hökm edə bilməyəcək. Din günü məxluqatın hesab verdiyi gündür ki, bu da qiyamət günüdür. Onlara əməllərinə görə cəza verilir, xeyirdisə xeyir, şərdirsə şər. Ancaq Allahın o gün bağışladıqları istisnadır. Ondan əvvəldə səhabə, tabiin və sələf də belə demişlər, əsli olan elə budur.

    İbn Cərir bəzilərindən nəql edir ki, onlar «Məliki yaumiddin» ifadəsini təfsir edərkən qiyamət gününü gətirməyə qadirdir şəklində təfsir etmişlər. Sonra da bunun zəyif olduğunu ortaya qoymuşdur. Görünən odur ki, bu sözdə öncə deyilənlərlə bir ziddiyyət yoxdur. Hər iki görüş bir-birini qəbul və etiraf edir. Ancaq birinci ifadə bundan daha çox həqiqətə dəlalət etməkdədir. Necə ki Allah Təala belə buyurur:
    O gün haqq mülk Rəhmana məxsusdur. Kafirlər üçün çətin bir gün olacaqdır” (Furqan, 26). İkinci görüş isə bu ayəyə daha yaxındır: “O: “Ol!”– dediyi gün, olar»  (Ənam, 73). Allah ən doğrusunu biləndir. Məlik həqiqətən Allah əzzə və cəllədir. Allah buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, təsdiq edən, müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır.(Həşr, 23). İki səhihdə Əbu Hureyrədən bu mərfu hədis rəvayət edilmişdir: Allah qatında ən rəzil isim məlikul əmlakdır. Allahdan başqa mülk sahibi yoxdur. Yenə Peyğəmbərimiz demişdir: Allah yeri ovcuna alar, göyü də sağ əlinə alar və deyər: Məlik mənəm, dünya məlikləri harada? Hökmdarlar harada? Təkəbbürlük edənlər harada? Quranda da belə deyilmişdir: “Bu gün mülk kimindir? Tək Qahhar Allahındır” (Ğafir,16). Dünyada Allahdan başqasına məlik deyilməsi məcazdır, necə ki, Allah buyurur: “Şübhəsiz ki, Allah sizə Talutu məlik göndərdi” (Bəqərə, 247). “Arxalarında bir məlik vardır” (Kəhf, 79). “İçinizdən peyğəmbərlər və məliklər təyin seçdi” (Maidə, 20). İki Səhihdə taxtlar üzərində məliklər kimi deyilmişdir.

    Din cəza və hesabdır, bu xüsusda Allah buyurur: “O gün Allah onlara gərçək cəzalarını verəcəkdir” (Nur, 25). Və buyurur: “Bizlər cəzalanacayıq?” (Saffat, 53). Yəni cəzalanıb hesaba çəkiləcəyik? Hədisdə də belə deyilir: Ağıl sahibi özünü hesaba çəkər və ölümdən sonrası üçün çalışar. Yəni özü üçün nəfsini hesaba çəkər, deməkdir. Ömər bu xüsusda demişdir: Hesaba çəkilmədən öncə özünüzü hesaba çəkin. Ən kiçik əməlinizi bilən Allahın qarşısına çıxmağa hazırlaşın. “O gün siz gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir” (Həqqa,18).

  • 5

    Biz yalnız sənə ibadət edirik və yalnız səndən istəyirik!

    Yeddi qiraət və cumhur “yə”-ni şəddələyib “iyyəkə” oxuyublar. Amr ibn Fayed isə kəsrə ilə şəddəsiz oxumuş. Bu da şaz və rədd edilən qiraətdir. Çünki “iyə” günəşin işığıdır. Bəziləri də həmzənin fəthəsi və “yə”-nin şəddəsi ilə oxumuşlar. Bəziləri də həmzənin yerinə “hə” ilə oxumuşlar. Şair dediyi kimi:

    Hiyyəkə o işdən ki, egər axarı yaxşı olub dönüşü pis olar.

    “Nəstəin”- bütün qiraətlər başdakı nun yərfini fəthə ilə oxuyurlar, Yəhyə ibn Vəssabdan başqa, o kəsrə ilə oxuyardı. Bu da Əsəd oğulları ilə Rabia ibn Təmim oğulları ləhçəsidir. İbadət lüğəttə zillətə və əzilməyə deyilir. Tariqun muabbəd əzilmiş düzlənmiş yola deyilir. Şəriətdə isə bütün sevgi, təvazönü və qorxunu cəm edən bir şeydir. “İyyakə” sözü meful olduğu halda önə alınması və təkrar edilməsi önəm verib vurğulamaq üçündür. Yəni yalnız Sənə ibadət edirik, yalnız Sənə təvəkkül edirik, bu da itaətin son dərəcəsini ifadə edər. Bütün din də bu iki mənaya qayıdır. Necə ki bəzi sələf alimləri də Fatihə Quranın sirridir, Fatihənin sirri da “İyyakə nəbudu və iyyakə nəstain” ayəsinin deyərlər. Birinci cümlə şirkdən uzaqlaşdırır, ikinci cümlə hər cür qüvvət və gücdən ayrılaraq hər şeyi Allah azzə və cəlləyə həvalə etməkdir. Bu məna Quranın müxtəlif ayələrində yer alır. Necə ki Allah Təala belə buyurur: «Göylərin və yerin naməlumluqları Allaha aiddir. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə Ona ibadət et və Ona güvən. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir» (Hud, 123). «De ki O, Rəhmandır, Ona iman gətirdik və Ona təvəkkül etdik» (Mülk, 29 – 30). «Şərqin və qərbin məxluqatın. “Ondan başqa heç bir ilah yoxdur. Elə isə Onu vəkil tutun” (Əl-Muzzəmmil, 9). “Yalnız sənə ibadət edirik və yalnız Səndən istəyirik” ayəsi də belədir.

    Burada üslub qeybdən xitaba keçmişdir. Bu da olduqca uyğundur. Çünki başlanğıcda Allaha mədh edib onu tərifləyərək, sanki Allaha yaxınlaşmış və Onun hüzuruna gəlmiş kimi olur. Ona görə də deyilir: “Yalnız sənə ibadət edirik və yalnız Səndən istəyirik”. Bu da göstərir ki, surənin ilk ayələri Allahdan xəbər verərək onun gözəl sifətləri ilə ona həmd etməkdədir. Onun üçün səbəbsiz bunu deməyən adamın namazı səhih olmaz. Necə ki iki Səhihdə, Ubadə ibn Samitin rəvayətində, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: «Fatihə oxumayanın namazı yoxdur».

    Müslimin səhihində, Əl-Hurakanın mövlası Əla İbn Abdurrahmandan, o da atasından, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: «Allah Təala belə buyurmuşdur: Mən namazı qulumla öz aramda ikiyə ayırdım, yarısı mənə yarısı quluma. Qulumun da istədiyi vardır. Qul: «Həmd olsun Allaha, aləmlərin Rəbbinə!» Allah buyurur: qulum mənə həmd etdi. «Ərrahməni Rahim» deyəndə, Allah buyurur: “qulum mənə səna etdi”. «Din gününün hökmdarı» dedikdə, Allah buyurur: qulum məni təzim etdi, ucaltdı. «Yalnız Sənə ibadət edir və yalnız Səndən istəyirik» dedikdə bu, mənimlə qulumun arasındadır. Quluma istədiyi verilmişdir. «Bizi doğru yola, özlərinə nemət vermiş olduqlarının yoluna hidayət et. Qəzəbə uğramışların, haqq yoldan yoluna deyil»deyincə Allah buyurur: “bu, quluma aiddir və onun üçüm istədiyi vardır”.

    Dəhhaq, İbn Abbasın « Yalnız Sənə ibadət edir və yalnız Səndən istəyirik» ayəsi barəsində belə dediyini rəvayət etmişdir: «Yalnız Səni təkliyərik, səndən qorxar və yal- mz Səndən istəyirik ey Rəbbimiz, Səndən başqa kimsəyə ümüd bağlamarıq. Sənə ibadətdə və hər bir işimizdə yalnız Səndən kömək istəyirik. Qatədə « Yalnız Sənə ibadət edir və yalnız Səndən istəyirik» ayəsi barəsində demişdir: Allah Təala sizə yalnız Ona ixlasla ibadət etmənizi və hər işdə özündən kömək diləməyinizdir əmr edir. Əvvəl «yalnız sənə ibadət edir» nə üçün deyildi? Çünki əsas məqsəd ibadətdir, kömək diləmə isə təvəssül və tədbirdir. Allah ən doğrusunu biləndir.

    Deyilsə ki, “”İyyakə nəbudu və iyyakə nəstain” dəki “nun” ların mənası nədir?
    Əgər cəm üçünsə səbəb eynidir, əgər təzim üçünsə buraya uyğun deyil”. Buna belə cavab verilmişdir: Burada qəsd qulların cinsini bildirməkdir. Namaz qılan adam qullardan bir fərddir, xüsusilə kütləvi namazda isə və ya camaatın imamı vəziyyətində isə o öz nəfsinin və mömin qardaşlarının yaradılış məqsədlərini təşkil edən ibadətlərini xəbər verməkdədir. Və İmam, mömin qardaşlarını yönəltməkdədir. Bəziləri də deyirlər ki, “nun”un təzim üçün olması caizdir, sanki qula belə deyilmişdir: Əgər ibadət edirsən sən şərəfli və etibarlısan.  Ona görə «Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik» de. İbadət xaricində isə biz demə, biz etdik demə hətta yüz min və ya bir milyon adam arasında ol. Çünki hamı Allaha möhtacdır və Onun nəzərində fəqirdir. Kimiləri də deyirlər ki, «yalnız sənə ibadət edirik» ifadəsi təvazökarlıq baxımından «yalnız sənə ibadət etdik» ifadəsindən daha doğrudur. Çünki ikinci ifadədə adamın lovğalığı və özünü ibadət əhli görməsi vardır. Halbuki, heçkim Allaha haqqı ilə ibadət edə bilməz, layiq olduğu kimi ona həmd-sənə edə bilməz. İbadət insana şərəf qazandıran yüksək bir məqamdır. Çünki insanı Allahın hüzuruna çıxarır. Necə ki, biri demişdir:

    Məni yalnız onun qulu deyə çağır

    Çünki o mənim ən şərəfli ismimdir

    Necə ki Allah Təala Rəsuluna ən şərəfli anında qul adını verərək demişdir: “Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!” (Kəhf, 1). “Allahın qulu qalxıb Allaha dua etdikdə az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar” (Cin, 19). “Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan pak və müqəddəsdir” (İsra,1). Ona vəhy endirərkən, dəvət edərkən və Meraca qaldırarkən qul adı vermiş. Muxaliflərin təsirindən köksü daraldığı zaman ibadətə qalxmasını buyurmuş və demişdir: ”Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik. Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol! Sənə ölüm gələnədək Rəbbinə ibadət et” (Hicr, 97-99).

    Razi təfsirində, bəzilərin dediyini rəvayət etmişdir: Qulluq məqamı, risalət məqamından daha üstündür. Çünki ibadət məxluqatdan Haqqa edilir, risalət isə Haqdan məxluqata doğru enər. Və demişdir: Allah, qullarının işlərini müşahidə edər, Rəsulu isə ümmətinin mənfəətini güdər. Bu söz səhvdir, yozumu da zəifdir, axırı yoxdur. Razi təfsirində bu sözə qarşı çıxmamış və ya zəif olduğunu bildirməmişdir.
    Sufilərdən biri demişdir: İbadət ya bir savabın əldə edilməsi və ya bir cəzanın dayandırılması üçün edilir. Bu əhəmiyyətli deyil. Çünki məqsəd nəzərdə tutulanın əldə edilməsidir, yaxud da Allah Təalanın əmrlərinin ucaldılması üçün ibadət edilir ki bu da zəif bir tərzdir. Allaha ibadət onu ən uca olan kamal sifətiylə pak və müqəddəs zatına edilir. Bunun üçün namaz qılan adam, Allah üçün namaz qılıram deyər. Əgər məqsədi savab əldə etmək və cəzanı dayandırmaq olsaydı, namaz batil olardı. Bu görüşü bəziləri rədd edərək demişlər: İbadətin Allah üçün olub, ondan savab qazanıb, əzabdan uzaq olmasında ziddiyat yoxdur. Bir bədəvi belə demişdir: «Mən nə sənin nə də Muaz kimi gözəl sözlər qura bilmirəm. Yalnız Allahın Cənnətinə istəyirəm və Cəhənnəmindən  Ona sığınıram. Bunun üzərinə Rəsulullah buyurdu: «Sən o cür edə bilərsən».

  • 6

    Bizi doğru yola yönəlt-

    Cumhur “sad” ilə oxumuşdur. “zə” ilə oxuyan da var idi, bu Üzrə və Qəlb oğullarının ləhçəsidir. Daha öncə Allah Təala həmd edildiyinə görə, arxasından istəklərin gəlməsi uyğundur. Necə ki hədisdə ifadə olunur: Yarısı mənim, yarısı da qulumundur. Quluma da istədiyi vardır. Bu vəziyyət istəyənin ən yaxşı halıdır ki, istənəni mədh etmək və sonra özünün və mömin qardaşlarının ehtiyacını zikr etməkdir. O da “bizi doğru yola yönəlt” cümləsidir. Çünki belə edərsə ehtiyacı daha yaxşı ifadə olunar və ehtiyacın qarşılığı verilər. Bunun üçün Allah quluna bu yolu göstərmiş. Çünki O ən mükəmməldir. Bəzən də istəyənin halını və ehtiyacını xəbər vermə mahiyyətində də ola bilər. Musa (aleyhi salam) demişdir: «onların yerinə su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”» (Qəsəs, 24).
    Bununla birlikdə istənənin keyfiyyətləri daha əvvəl keçmiş ola bilər. Yunusun dediyi kimi:  “Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!
    (Ənbiya, 87). Bəzən də istənəni sadə bir şəkildə tərifləmək olur, şairin bu sözü kimi:

    Ehtiyacımi deyim yoxsa səni həyan yetər?

    Çünki sənin ən bilinən vəsfin həyadır

    Bir gün kimsə səni mədh edərsə

    Qısa bir tərif etsə bəs edər

    Hidayət burada doğru yolu göstərmək və yardım etməkdir. Burada “bizi doğru yola yönəlt” kəlməsi olduğu kimi, hidayət ləfzi bəzən ədatsız olur. Bu da bizə ilham et, müvəffəq et və yaxud bizə bəxş et mənalarında keçir. Necə ki burada bu şəkildədir: «Onu iki yoxuşlu yola yönəltmədikmi?» (Əl-Bələd, 10). Yəni ona xeyir və şəri bildirdik mənasındadır. Hidayət sözü, bəzən də “İla” ilə olur. Necə ki Allah Təalanın bu ayələrində belədir: «Allah onu seçmiş və doğru yola yönəltmişd» (Nəhl, 121) və «Onları Cəhənnəm yoluna yönəldin» (Saffat, 23). Bu da irşad və dəlalət etməkdir. « Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik” (Şura, 52). Bəzən də “ləm” ilə olur: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik (Əraf, 43). Burada da bizi buna müvəffəq edən və onun üçün layiq edən Allaha həmd olsun deməkdir.

    Doğru yolun nə olduğuna gəlincə imam Əbu Cəfər İbn Cərir əl-Təbəri demişdir: Bütün təfsirçilər doğru yolun açıq olan, əyri olmayan yol olduğunu demişlər. Şair İbn Cərir ibn Atiyyə əl-Xətafinin bu beyti də belədir:

    Əmir əl möminin doğru yoldadır,

    Gediş yolları əyilirsə, o doğrudur.

    Bunun şahidləri sayıla bilməyəcək qədər çoxdur, deyərək, İbn Cərir davam etmişdir:Bütün araplann lugatinda bu anlama gəlir. Bu nöqtədəki Şevâhid sayılmıyacak qədər çoxdur. Sonra ərəblər sırat sözünü hər cür söz və davranış üçün istifadə edərlər. Doğru olana düzgün mənasında, əyri olana da əyri mənasında istifadə edərlər. Sonra müfəssirlər sırat sözünü geniş açıqlamışlar və bütün rəylər Allah və Rəsuluna tabeçiliyə qayıdır. Sirat Allahın kitabı olduğu barəsində də rəvayətlər vardır. İbn Əbu Hatim demişdir: Bizə Həsən ibn Ərəfə danışdı, mənə Yəhya ibn Yəmən danışdı, o da Həmzə əz-Zeyaddan, o da Səid ibn Muxtar ət-Taidən, o da Haris əl-Əvərin qardaşı oğlundan, o da Haris əl-əvərdən, o da Əli ibn Əbu Talibdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: Doğru yol Allahın kitabıdır. İbn Cərir onu Həmzə İbn Həbib əl-Zəyyaddan rəvayət etmişdir. İmam Əhməd və Tirmizi Quranın fəziləti haqqında bəhs edərkən Harisə əl-Avərdən, o da Əlidən mərfu olaraq rəvayət etmişlər: «Quran Allahın möhkəm ipidir, o hikmətli zikr və doğru yoldur». Bu hədisi məvquf olaraq da Əlidən rəvayət edilmişdir, doğruya daha yaxındır. Allah ən doğrusunu biləndir. edilir.

    Səvri, o da Mənsurdan, o da Əbu Vaildən, Abdullahın dediyini rəvayət etmişdir: Doğru yol Allahın kitabıdır.  İslam olduğu da deyilmişdir. Dəhhaqdan İbn Abbasın dediyi rəvayət edilmişdir: Cəbrayıl Muhəmmədə (salləllahu aleyhi və səlləm) demişdir: Ey Muhəmməd, bizi doğru yola çatdır, de. İbn Abbas deyir ki, bizi doğrunu göstərən yola  hidayət et, o da Allahın içində əyrilik olmayan dinidir. Meymun ibn Mihrandan İbn Abbasıb belə dediyi rəvayət edilmişdir: Döğru yol İslamdır. İsmayıl ibn Abdurrəhman əs-Suddi əl-Kəbirdən, o da Əbu Malikdən, o da Əbu Salihdən, o da İbn Abbasdan, o da Murrə əl-Xəmədanidən, o da İbn Məsuddan, o da bir qrup səhabədən rəvayət etmişdir ki, onlar demişlər: Doğru yol İslamdır. Abdullah İbn Məhəmməd İbn Aqil, Cabirin dediyini rəvayət etmişdir:  doğru yol İslamdır və göylə yer üzünün arasından daha genişdir.

    Muhammad İbn əl-Hənəfiyə də: doğru yol Allahın dinidir. Əbdürrəhman İbn Zeyd İbn Əsləm: doğru yol islamdır, demişdir. İmam Əhməd İbn Hənbəlin  Müsnədində rəvayət edilən hədis bu mənaya dəlalət edir. O demişdir: bizə Həsən ibn Sivar əbul Alə danışdı, bizə Leys ibn Sad danışdı, o da Muaviyyə ibn Slihdən, o da Abdurrəhman ibn Cubeyr ibn Nufeyrdən, o da atasından, o da Nəvvas ibn Səmandan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) dediyini rəvayət etmişdir: «Allah doğru yola bir misal gətirdi: o yolun iki tərəfində şurlar var idi. Onlarda da açıq qapılar var idi. Qapıların üzərində endirilmiş pərdələr var idi. Sıratın qapısında bir dəvətçi vardır: Ey insanlar birlikdə bu yola girin, əyilməyin, deyər. Bir dəvətçi də siratın üstündın dəvət edər. İnsanlar qapılara girmək istəyəndə deyərlər: onu açma, açsan içinə düşərsən. Sırat İslamdır, surlar Allahın qoyduğu hüdudlardır. Açıq qapılar Allahın Haramlarının. Sirat başındakı dəvətçi Allahın kitabıdır. Sıratın üzərindəki dəvətşi hər müsəlmanın qəlbində olan Allah vaizidir. Bunu İbn Əbu Hatim, və ibn Cərir, Leys İbn Saddan bu sənədlə nəql etmişlər. Tirmizi və Nəsai də Ali İbn Həcərdən, o da Baqiyyədən, o da Buheyr ibn Saddan, o da Xalid ibn Mədəndən, o da Cubeyr ibn Nuferdən, o da Nəvvas ibn Səmandan rəvayət etmişlər. Bu yaxşı və sağlam isnaddır. Ən doğrusunu Allah bilir. Mucahid demişdir: doğru yol haqqdır. Bu ifadə daha ümumidir, həmçinin daha əvvəlki ifadələrlə bunun arasında ziddiyyət yoxdur. İbn Əbu Hatim və İbn Cərir, Əbu Nadrdan, o da Haşim İbn əl-Qasimdən, o da Həmzə ibn əl-Muğirədən, o da Asim əl-Əhvəldən, Əbul-Əliyənin dediyini rəvayət etmişlər: doğru yol Rəsulullahın (salləllahu aleyhi və sələm) iki dostu və onların ardınca gələnlərin yoludur. Asim deyir ki, biz bunu Həsənə danışdıq, o dedi: Əbul-Aliyə doğru və səmimi demişdir. Bütün bu sözlər səhihdir və əlaqəlidir. Çünki Peyğəmbərə (salləllahu aleyhi və sələm) itaət edib, ondan sonra gələn Əbubəkr və Ömərə tabe olan kəslər haqqa tabe olmuşlar. Haqqa tabe olan İslama tabe olur. İslama tabe olan Qurana tabe olmur. O da Allahın kitabı, qopmaz ipi və doğru yoludur. Bütün bu ifadələr doğrudur və bir-birini təsdiq edər. Həmd Allaha məxsusdur.

    Təbərani demişir: bizə Məhəmməd İbn Fədl əl-Saqati danışdı, bizə İbrahim ibn Mehdi əl-Missini danışdı, bizə Yəhya ibn Zəkəriyyə ibn əbi Zaidə danışdı, o da Aməşdn, o da Abu Vaildən, Abdullah ibn Məsudun dediyini rəvayət etmişdir: doğru yol Rəsulullahın (salləllahu aleyhi və sələm) bizə qoyduğu yoldur. Buna görə Əbu Cəfər İbn Cərir demişdir: məncə ayənin ən uyğun təfsiri budur. Bu da: Allahım, bizi razı olduğun və nemət verdiyin kimsələri müvəffəq etdiyinin üzərində sabit et, deməkdir. Döğru yol məhz elə odur. Çünki kim Allahın nemət verdiyi peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, və yaxşıların yoluna müvəffəq olarsa, o, islama, peyğəmbərlərin təsdiqinə, onun əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyə, Peyğəmbərin yolunu, dörd xəlifənin və bütün yaxşıların izi ilə getməyə müvəffəq olmuşdur. Bütün bunlar doğru yoldandır.

    Deyilsə ki, mömin hər vaxt namazda və digər zamanlarda hidayəti necə istəyə bilər ki, axı o bu sifəti qazanmışdır? Bu mövcudun əldə edilməsi bölümündən deyil mi? Cavab: Xeyir, deyil. Əgər möminin gecə və gündüz hidayət istəməyə ehtiyacı olmasaydı Allah Təala onu buna yöneltmezdi. Çünki qul, hər an və hər vəziyyətdə Allahda hidayət itəməyə və o yolda sabit qılmasına, onu yaxşı görüb onu daha artırmasına və onda davamlı olmasına möhtacdır. Çünki qul, Allahın istəyi olmasa, nə faydaya nə də zərərə sahib olmaz. Buna görə Allah Təala, qullarına Özündən həmişə köməyi, səbitliyi və müvəffəqiyyəti diləməyə əmr etmişdir. Xöşbəxt odurki, Allahdan istəməyə müvəffəq olur. Allah Təala dua edənin duasını qəbul edəcəyini buyurur. Xüsusilə çətin vəziyyətdə və möhtac olan adam, gecə və gündüz Ona yalvararsa əli böş dönməz. Necə ki belə buyurmaqdadır: «Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!» (Nisa, 136). Burada Allah möminlərə təkrar iman etməyi buyurur. Bu, mövcudun əldə edilməsi mahiyyətində deyil. Çünki bunun məqsədi buna yardım edən əməllərdə davamlı və sabit qalmaqdır. Ən doğrusunu Allah bilir. Allah mömin qullarına belə demələrini əmr etmişdir: “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən” (Ali-İmran, 8). Abubakr as-Siddiq bu ayəni məğrib namazının üçüncü rükətində fatuhədən sonra gizlicə oxuyardı. Odur ki, “bizi doğru yola yönəlt” deməyin mənası, bizi bunda davamlı et, bizi ondan uzaqlaşdırma deməkdir.

  • 7

    nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların deyil!

    Yuxarıda bu hədis qeyd edilmişdir:  Qul “bizi doğru yola yönəlt” deyəndə Allah Təala: «Bu qulum üçündür və qulumun istədiyi vardır» buyurur. “Nemət bəxş etdiklərinin yoluna” doğru yolun təfsiridir. Nəhv alimlərinə görə onun bədəlidir. Ətfu bəyan olması da caizdir. Ən doğrusunu Allah bilir. «Nemət bəxş etdiklərin» dən məqsəd, Nisa surəsində zikri keçənlərdir. Allahın nemət verdiyi kimsələr Nisə surəsində sadalanır: «Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər» (Nisa, 69-70). Dahhak, İbn Abbasın dediyini rəvayət etmişdir: İtaət və ibadətinlə nemət verdiyin mələklərin, peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və yaxşıların yoluna hidayət et. Bu ayə də ona bənzəyir: « Allaha və Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, siddiqlərə, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar». Əbu Cəfər əl-Razi, Rəbi ibn Ənəsin dediyini rəvayət etmişdir: «Allahın nemət verdiyi kimsələr, peyğəmbərlərdir». İbn Cüreyc isə İbn Abbasın onların möminlər olduğunu söylədiyini rəvayət etmişdir. Mucahid də eyni şəkildə söyləmişdir. Vəki isə onların müsəlmanlar olduğunu söyləmişdir. Əbdürrəhman İbn Zeyd İbn Əsləm demişdir: onlar Peyğəmbərin (salləllahu aleyhi və sələm) yanında olanlardır. Yuxarıda İbn Abbasdan keçən təfsir daha geniş və ümumidir. Allah ən doğrusunu biləndir.

    “Qəzəbə uğramışların və azmışların yoluna deyil”. Cumhur “ğayrı” sözünü sifət olaraq cər ilə oxumuşdur. Zəməxşəri demişdir: Hal olaraq nasb ilə oxuyanlar da olmuşdur. Rəsulullahın (salləllahu aleyhi və sələm) və Ömərin qiraəti də belə idi. İbn Kəsirdən də rəvayət edilmişdir. Halın sahibi aleyhim-dəki damirdir. Amil də “ən əmtə aleyhim” kəlməsidir. “Bizi doğru yola yönəlt, Nemət bəxş etdiklərinin yoluna”: Onlar hidayət olunanlar, doğru yolda olanlar, Allaha və Peyğəmbərinə itaət edənlər, Allahın əmrlərini yerinə yetirib, qadağanlarını tərk edənlərdir. “Qəzəbə uğramışların yoluna deyil”: Onlar da düşüncələri pozulmuşlar, haqqı öyrəndikdən sonra ondan üz döndərənlərdir. «Azmışların yoluna deyil»: Onlar məlumatı itirmiş, pozğunluqda çabalayıb, haqqı tapa bilməyənlərdir. Söz “ləm” ədatə ilə bərkidilmişdir ki, orada xarab iki yol olduğunu göstərir. Onlar yəhudi və xristianların yoludur. Bəzi nəhv alimlər buradakı “ğayrı”-nı istisna ədat olduğunu iddia etmişlər. Bu təqdirdə munqatı olur, çünki onlar nemət verilənlərdən istisna edilmişlər, onlara daxil deyillər. Bizim dediyimiz daha uyğundur. Çünki şair demişdir:

    Sanki sən Uqeys oğullarının dəvələrindənsən,

    Ayaqlarının altında tənəkə çalınan.

    Burada dəvə sözünü Uqeys qəbilənin dəvələrindən demək istəmişdir. Vəsf edilərək sifətlə kifayətlənmişdir. “Ğayrilməğdubi aleyhim” də belədir, yəni “ğayri sıratal məğdubi aleyhim” deməkdir. Mudaf atılmış, mudaf ileyhi ilə kifayətlənmişdir. Sözün axarı da bunu göstərir: “İhdinə ssıratal mustəqim, sıratalləzinə ən əmtə aleyhim”. Sonra isə Allah buyurur: “Ğayrilməğdubi aleyhim”. Bəziləri “və ləddalin”-dəki lə-nin zaid olduğunu demişlər. Kəlmənin təqdiri də onlara görə belə olur: “Ğayrilməğdubi aleyhim və ddalin”. Dəlil olaraq Əccacın bu beytini gətirirlər:

    Təhlükəli bir quyuya düşdü

    Gecə gedərkən fərq etmədi.

    Əslində “fi birin hurin” demək istəmişdir. Doğrusu isə bizim dediyimizdir. Bunun üçün Əbu Übeyd Qasım ibn Səllam Quranın fəzilətləri bölməsində Əbu Muaviyədən, o da Aməşdən, o da İbrahim ibn Əsvəddən, o deyir ki, Ömər İbn Xəttab “Ğayril məğdubi aleyhim və ğayri ddalin” oxuyardı. Bu isnad sağlamdır. Ubey ibn Kəbdən də belə oxuduğu rəvayət edilmişdir. Bu oxunuşu təfsir şəklində oxuduqları kimi yozulur. Bu da göstərir ki, bizim söylədiyimiz kimi “ləm” əksini təkid etmək üçün gətirilmişdir ki, özlərinə “nemət verilənlərin” aid olduqları ağıla gəlməsin. İki yol arasında fərq olduğu bilinsin, mömin hər ikisindən də uzaqlaşsın. Çünki İman əhlinin yolu haqqı bilməyə və haqq ilə əməl etməyə əsaslanır. Yəhudilər əməli itirmiş, nəsranilər da elmi itirmişlər. Bunun üçün yəhudilər qəzəbə uğramışlar, nəsranilər isə azğınlığa düşmüşlər. Çünki bir şeyi bilib tərk edənlər qəzəbə layiq olurlar. Halbuki onun vəziyyəti bilməyəndən fərqlidir. Xristianlar isə bir şeyi əməl etmək istədilər, yolunu tapa bilmədilər. Çünki evə qapıdan girmədilər. Qapıdan girmək isə haqqa tabe olmaqdır. Ona görə azdılar. Yəhudi və xristianların hamısı qəzəbə uğramışlar və azmışlardır. Ancaq Yəhudilərin ən diqqətə çarpan xüsusiyyəti qəzəbə düçar olmaqlarıdır. Allah buyurur: “Allahın lənətlədiyi, ona qəzəbləndiyi” (Maidə, 60). Xristianların isə xüsusiyyəti azğınlıqlarıdır. Allah buyurur: “De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”(Maidə, 77). Buna aid hədislər və əsərlər belə varid olmuşdur. Əhməd ibn Hənbəlin bu hədisində qayə açıq görünür: Bizə Muhəmməd ibn Cəfər danışdı, bizə Şubə danışdı, bizə Simak ibn Harb danışdı, bizə Abbad ibn Hubeyş danışdı, Adiy ibn Hatim deyir ki, Rəsulullahın (salləllahu aleyhi və sələm) atlıları gəlib xalamı və bir neçə nəfəri həbs etdilər. Onları Rəsulullahın (salləllahu aleyhi və sələm) yanına gətirdilər və qarşısında səf halında düzdülər. Xalam dedi: Ey Allahın Rəsulu, ərim uzaqda, uşağım yoxdur, özümdə yaşlı və xidmətə möhtac bir qadınam, mənə lütf et, Allah da sənə lütf etsin. O soruşdu: Ərin kimdir? Xalam dedi: Adiy ibn Hatim. O dedi: Allah və Rəsulundan qaçan? Xalam da dedi: Mənə lütf et Allah da sənə lütf etsin. Peyğəmbər gedincə, yanından bir adam gəldi və dedi: Qadın, ondan quzular istə. O da istədi, Peyğəmbər də verilməsini buyurdu. Adiy deyir ki, xalam mənə qayıdıb dedi: elə bir şey etdin ki, onu atam etməzdi. Çünki filankəs onun yanına gəldi və xeyir qazandı, filankəs də gəldi xeyir qazandı. Mən də getdim. Rəsulullahın (salləllahu aleyhi və sələm) yanında bir qadın, iki və ya bir uşaq var idi. Çox yaxın idilər ona, Fars və Roma kralları kimi olmadığını anladım. O mənə dedi: Ey Adiy nədən qaçırsan? Lə iləhə illəllah deməkdən? Allahu əkbər deməkdən? Allahdan böyük bir şey varmı? Məndə müsəlman oldum. Üzünün parıldadığını gördüm: Qəzəbə uğrayanlar yəhudilər, azanlar isə nəsranilərdir. Hədisi Tirmizi də Simak ibn Hərbdən rəvayət etmişdir və həsən qəribdir demişdir, bizdə onu bu rəvayətdən tanıyırıq.

    Məndə deyirəm ki, onu Hammad ibn Sələmə, Simakdan, o da Məriydən, Adiyin dediyini rəvayət etmişdir: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “Qəzəbə uğramışların” barəsində soruşdum, onlar yəhudilərdir, dedi. “Azmışların” barəsində soruşdum, onlar nəsranilərdir, dedi. Hədisi Sufyan ibn Ueynə, İsmayıl ibn Xaliddən rəvayət etmişdir, o da Şəbidən, oda Adiy ibn Hatimdən. Adiyin bu hədisi müxtəlif yollarla rəvayət edilmişdir. Onun başqa mətnləridə vardır. Onları sadalamaq çox çəkər. Abdurrəzzaq demişdir: bizə Mamər danışdı, o da  Budeyr əl-Uqeylidən, o da Abdullah ibn Şaqiqdən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) Vadi əl-Kura da atının üzərində olarkən, Qayn qəbiləsindən bir nəfər ondan soruşdu: «Ey Allahın Rəsulu bunlar kimlərdir?» O da, qəzəbə uğramışlar, yəhudilərdir deyə bölgələrini göstərdi. Azmışlar da nəsranilərdir və onların bölgələrini göstərdi. Bu hədisi əl-Cəriri, Urvə və Xalid əl-Həzzə, Abdullah İbn Şaqiqdən mürsəl olaraq rəvayət etmişlər. Bunlar onu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşidən adamın adını verməmişlər. Bir rəvayətdə onun Abdullah İbn Ömər olduğu bildirilir. Allah ən doğrusunu biləndir. İbn Merduyə, İbrahim ibn Tahmandan, o da Budeyl ibn Meysərdən, o da Abdullah ibn Şaqiqdən, Əbuzərin dediyini rəvayət etmişdir: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) qəzəbə uğramışların kimlər olduğunu soruşdum, yəhudilər buyurdu. Mən də deyirəm ki, azmışlar nəsranilərdir, buyurdu. Suddi, Əbu Malikdən, o da Əbu Salehdən, o da İbn Abbasdan, o da İbn Məsuddan, o da bir qrup səhabələrin dediyini rəvayət etmişdir: Qəzəbə uğrayanlar yəhudilər, azmışlar isə nəsranilərdir.

    Dahhak və İbn Cüreyc, İbn Abbasın dediyini rəvayət etmişlər: qəzəbə uğrayanlar nəsranilərdir. Rəbi ibn Ənəs, Abdurrahman İbn Zeyd İbn Əsləm və bir başqaları da belə demişlər. İbn Cərir demişdir: mən təfsirçilərin arasında bu barədə ixtilaf etdiklərini görmədim. Bu imamların qəzəbə uğramışların yəhudilər, azmışların da nəsranilər olduğunu söyləyənlərin dəlilləri yuxarıdakı hədis və bu ayələrdir: “De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!”” (Maidə, 60).

    İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və hədləri aşdıqlarına görə idi. Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!” (Maidə, 78, 79).

    Sirada Zeyd İbn Amr ibn Nüfeylidən rəvayət edilmişdir: o bəzi yoldaşları ilə dinlərini araşdırmaq üçün Şama getdilər. Yəhudilər dedilər: sən Allahın qəzəbindən dadmayınca bunu edə bilməzsən. O da dedi: mən Allahın qəzəbindən çəkinirəm. Xristianlar isə dedilər: sən Allahın əzabından dadmayınca bunu edə bilməzsən. O dedi: Mən Allahın əzabından çəkinirəm və fitrəti üzərində olan dininə davam edərək, müşriklərdən və bütpərəstlərdən uzaq durdu. Nə yəhudi oldu nə nəsrani. Yoldaşları isə nəsrani olub onların dinlərini qəbul etdilər. Çünki onu yəhudilərin o günki dinindən daha yaxın bildilər. Varaqa ibn Nofəl fə onların arasında idi. Nəhayət Allah ona Nəbisi vasitəsilə hidayət etdi, çünki o vəhyə çatdı və ona iman gətirdi.

    Məsələ: alimlər “dad” hərfini tam tələffüz etməyənlərin bağışlanacağı görüşündədirlər. Çünki məxrəcləri bir birinə yaxındır və dilin ucu ilə ona yaxın arxa dişlərlə çıxır. “Z” isə dilin ucuna yaxın ön dişlərlə tələffüz olunur. Üstəlik hərfin ikisidə səsləri aydın və dilin damağa dəyən yumşaq hərflərdəndir. Bütün bunlar da bunu bacarmayanlar üçün icazəlidir. Allah ən doğrusunu biləndir. “Dad hərfini ən doğru tələffüz edən mənəm” hədisin isə əsası yoxdur. Allah ən doğrusunu biləndir.

    Bu uca surə yeddi ayədən ibarətdir və içində Allaha həmd, tərif və səna vardır. Çünki uca sifətlərini yad edən ən gözəl adlarından ibarətdir. Onda axirətdən bəhs edilir ki, buda cəza günüdür. Ondan istəməyə təşviq edilərək, güc və qüvvətlərindən keçib Allaha təslimiyyətə dəvət edilir. İbadətdə ixlasa, onu təkləşdirməyə dəvət edilir. Onun şəriki, bənzəri və yoldaşı yoxdur. Ondan doğru yolu istəməyə təşviq edilir ki, o da əyrisi olmayan dindir. Ondan sabitlik istənilir ki, qiyamət günü gözləri ilə gördükləri sirat körpüsündən keçsinlər, oradan da Nəim cənnətlərinə çatsınlar. Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və yaxşılarla qonşu olsunlar. Bu arada yaxşı əmələ də təşviq vardır, ta ki qiyamət günü o əməllərə sahib olsunlar. Batil yollardan uzaq olub qiyamət günü orda olanlarla birlikdə həşr olunmasınlar. Onlar isə qəzəbə uğrayanlar və azmışlardır. “Sıratalləzinə ən əmtə aleyhim” deyərək nemətin Allahdan olmasını bildirir, «Ğayrilməğdubi aleyhim» də qəzəbin kimin üzərinə düşdüyü bəlli olur. “Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər”(Mücadilə, 14) deyərək hər şeyi edən Onun olmaqla bərabər burada onu dilə gətirməməsi ayrı bir gözəllik qazandırır. Onları qədəri ilə azdıran Özü olsa da, onu o işi edənlərə isnad etməsi də belədir: “Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən” (Kəhf, 17). Bu ayədə eynidir: “Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edər” (Əraf, 186). Daha bir neçə ayələr var ki, hidayətə və zəlalətə aparan Allahın yalnız özü olduğu bildirilir. Qədərilər firqəsinin dediyi kimi, onu qullar edir kimi deyil. Onlar bu bidətlərinə Quranın mütəşabih ayələrini dəlil gətirərərək özlərini rədd olunanların içinə qatırlar. Bütün azmış firqələrin aqibəti budur. Səhih bir hədisdə deyilir: “Quranın mütəşabih ayələrinə tabe olanları gördüyünüz zaman onlara Allahın verdiyi adı verin və onlardan uzaq olun. Bunu buyuraraq bu ayəni qəsd etmişdir: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər” (Ali-İmran, 7). Allaha həmd olsun ki bidət əhlinin Qurandan heç bir səhih dəlil yoxdur. Çünki Quran haqqı batildən ayırmaq, hidayətlə azğınlığı ayırmaq üçün göndərilmişdir. Onda ziddiyyət və ixtilaf yoxdur. Çünki o, Allah tərəfindən nazil edilmişdir. Çünki o, Hikmət sahibi və Həmd ediləndən göndərilmişdir.

    Fatihəni oxuyanın arxasından, yəsin vəznilə “əmin” deməsi müstəhəbdir. Qısaca «əmin» şəklində də deyilir. Əminin mənası: Allahım qəbul et deməkdir. Bunun dəlili İmam Əhməd, Əbu Davud və Tirmizinin rəvayət etdikləri bu hədisdir: Əbu Vail demişdir: «Rəsulullahdan (salləllahu aleyhi və səlləm) “ğayrilməğdubi aleyhim və ləddalin” dedikdən sonra səsini uzadaraq “əmin” dediyini eşitdim. Əbu Davudun rəvayətində isə, səsini yüksəltmişdir deyilir. Tirmizi isə bu hədisin həsən olduğunu nəql edir. Əlidən, Abdullah İbn Məsuddan və digərlərindən də nəql edilmişdir. Əbu Hüreyrə demişdir Rəsulullah (salləllahu aleyhi və səlləm) ğayrilməğdubi aleyhim və ləddalin oxuyandan sonra “əmin” deyərdi. Birinci səfdə ona yaxın olanlar eşidərdilər. Bunu Əbu Davud və İbn Macə də rəvayət etmişlər. İbn Macə rəvayətində: bu səslə məscid səslənərdi, əlavəsi vardır. Darakutni isə bu gözəl isnaddır demişdir. Bilaldan «Ey Allahın Rəsulu, “əmin” deyərkən məni keçmə» dediyi rəvayət edilmişdir. Bunu Əbu Davud da rəvayət etmişdir. Əbu Nasr əl-Kuşeyri Həsən ilə Cəfər Sadiqdən, şəddəli mim ilə “əmmin” dedikləri rəvayət edilmişdir, bu ayədəki kimi “əmminəl bəytəl haram” (Maidə, 2). Dostlarımız və digərləri demişlər: Namaz xaricində olanlara müstəhəb, namaz daxilində olanlar üçün vacibdir. O da istər tək, istər imam, istərsə də imama uymuş olsun, hər bir halda elədir. Çünki iki Səhihdə Əbu Hureyrənin Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilmişdi: biriniz namazda amin deyərkən digəriniz də amin deyər. Bunlardan biri i birisi ilə üst üstə düşərsə keçmiş günahları bağışlanar. Bunun mənası odur ki, amin mələklərin amininə icabətdə uyğun gəldiyi halda. Buna ixlasla uyğun gələrsə də deyənlər vardır. Muslimin səhihində Əbu Musadan mərfu olaraq belə rəvayət edilmişdir: İmam “vələddalin” deyən zaman sizdə “əmin” deyin, Allah da duanızı qəbul edər. Cüveybir İbn Abbasın belə dediyini rəvayət etmişdir: «ey Allahın Rəsulu “əmin”-in mənası nədir? O dedi: Ey Rəbbim, bunu et, deməkdir. Cəvhəri demişdir: “əmin”-nin mənası – olsun, deməkdir. Tirmizi onun mənasını, ümidimizi boşa çıxartma, olduğunu demişdir.

    Qurtubi, Mucahid, Cəfər Sadiq və Hilal ibn Yəsafdan deyilmişdir: “əmin” Allahın adlarından biridir. İbn Abbasdan mərfu olaraq rəvayət edilsə də, isnadı tam sağlam deyil. Bunu da Əbubəkr ibn əl-Ərabi əl-Məliki demişdir. Məlikin dostları demişlər: imam “əmin” deməz imama uyan deyər. Çünki Malik Səmidən o da Əbu Salihdən, o da Əbu Hureyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: imam “vələddalin” desə, sizdə “əmin” deyin. Və Əbu Musanın bu hədisini göz önünə almışlar: imam “vələddalin” oxuduğu zaman, sizdə “əmin” deyin. Üzərində ittifaq edilən hədis yuxarıda qeyd edilmişdir: imam “əmin” dediyi zaman sizdə “əmin” deyin. Rəsulullah (salləllahu aleyhi və səlləm) ğayrilməğdubi aleyhim və ləddalin oxuduğu zaman “əmin” deyərdi.

    Dostlarımız imamın səslə oxuduğu namazlarda ucadan “əmin” deməsi barəsində ixtilaf etmişlər. Ixtilaf belədir: Əgər İmam “əmin”  deməyi unutsa imama uyan deməlidir. Bunda tək görüş vardır. Əgər imam ucadan “əmin”  desə, Şafiinin görüşünə görə, imama tabe olanlar açıqdan “əmin” deməzlər. Əbu Hənifə ibn Məlikin bir görüşü də belədir. Çünki onlara görə o zikrlərdən bir zikrdir. Onu namazın digər zikrləri kimi səsli deməz. Köhnə görüşündə isə ucadan deyər, demişdir. Bu da Əhməd ibn Hənbəlin məzhəbidir. Malikində rəvayəti belədir. Yuxarıda qeyd edilənlərə görə: Məscid səslənərdi. Bizim üçüncü bir görüşümüz də vardır: Məscid kiçik olsa imama tabe olan ucadan demir. Çünki onlar imamın oxumasını eşidərlər. Məscid böyük olduğu təqdirdə, ucadan deyərlər ki, məscidin bütün künclərində eşidilsin. Allah ən doğrusunu biləndir.

    İmam Əhməd İbn Hənbəl Müsnədində Aişədən rəvayət etmişdir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında yəhudilərdən bəhs edildi: Onlar bizi heç bir şeydə, Allahın bizi hidayət edib onları azdırdığı cümə mövzusunda, bizə hidayət edib onların azdığı qiblə mövzusunda və bizim imamın arxasında “əmin” deməmizə qısqandıqları qədər heç bir şeydə qısqanmazlar. İbn Macə də eyni hədisi rəvayət etmişdir. Onun mətni belədir: Yəhudilər sizi salamda və “əmin”-də qısqandıqları kimi heç bir şeydə qısqanmazlar.

    İbn Macə İbn Abbasın belə dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm belə buyurmuşdur: Yəhudilər sizin “əmin” deməyinizə qədər heç bir şeydə qısqanmazlar. Sizdə çoxlu “əmin” deyin. Bunun sənədində Talha ibn Amr vardır ki, o da zəifdir. İbn Merduyə Əbu Hüreyrədən nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuş: “əmin”  Allahın mömin qullarının dili ilə aləmlərin Rəbbinin möhürüdür. Ənəs İbn Malik nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: «Mənə namazda və dua əsnasında “əmin” verildi ki, məndən əvvəl Musadan başqa heç bir kimsəyə verilməmişdir. Çünki Musa dua edərdi, Harun da “əmin” dərdi. Buna görə də siz də duanızı “əmin” ilə bitirin, şübhəsiz ki, Allah duanıza qəbul edər.

    Mən deyərəm ki: bəziləri bu ayədən bir hökm çıxarmışlar: “Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, üzücü əzabı görməyincə iman gətirməsinlər. Dedi: “Hər ikinizin duası qəbul olundu, möhkəm olun və nadanların yoluna uymayın!” (Yunus, 88, 89). Burada yalnız Musanın duası xəbər verdi. Bu da göstərir ki, Xarunun “əmin” deməyi duanın yerinə keçir. Buna görə də imama tabe olan oxumaz, çünki onun Fatihədən sonra amin deməsi onu oxuması deməkdir. Bunun üçün hədisdə belə buyurulmuşdur: «Kim imama tabe olarsa, imamın oxuması onun oxumasının yerinə keçər. Bunu İmam Əhməd Müsnədində rəvayət etmişdir. Bilal da belə deyirdi: «Ey Allahın Rəsulu məni “əmin”-də keçmə». Bu da göstərir ki, imama tabe olan səsli namazda oxumaz. Allah ən doğrusunu biləndir.

    Beləliklə, İbn Mərduyə demişdir: bizə Əhməd İbn əl-Həsən, bizə Abdullah ibn Muhammad ibn Salam danışdı, bizə İshaq ibn İbrahim danışdı, bizə Cərir danışdı, o da Leys ibn Əbu Suleymdən, o da Kəbdən, o da Əbu Hüreyrədən, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: imam “ğayrilməğdubi aleyhim və ləddalin” dediyi zaman “əmin” deyin. Yer məxluqlarının “əmin”-i göy məxluqların “əmin «ilə üst üstə düşərsə qulun keçmiş günahlarını bağışlanar. “Əmin” deməyənin misalı buna bənzəyər: bir adam bir toplumla döyüşə çıxar, püşk atıldığında hər kəsin payı çıxdı, onun payı çıxmadı. Mənim payım niyə çıxmadı? Soruşdu. Onlar dedilər: “Sən “əmin” demədin.